Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   34   35   36   37   38   39   40   41   ...   151

 – Bizim getməyimizə mane olsanız, halınıza yanan gərək… Bütün şəhər sizə güləcək… Hə, Leora, nə 
deyirsən?  Mənimlə həmişəlik getməyə hazırsan?... 
– Hə, – o cavab verdi. 
Bundan sonra müzakirələr başladı. Özü də qızğın müzakirələr… Tozer və Bert özünümüdafiə mövqeyinə 
keçdilər. Onlar heç kimin onlara əmr etməsinə imkan verməyəcəklərini deyirdilər. Bundan başqa
Martinin  fırıldaqçı olduğunu söyləyirdilər. Leora haradan bilir ki, Martin özü ona göndərilmiş pulun 
hesabına yaşamaq fikrində deyil… Amma  sonunda Tozerlər, nəhayət, geri çəkildilər. Çünki qarşılarında 
dayanan adamların yeni, yetkinləşmiş Martin və tamamilə fərqli, cəsarətlə baxan Leora olduğunu 
gördülər. Onu da gördülər ki, onların hər ikisi bir-biri üçün çox şeydən keçə bilərlər. 
Cənab Tozer köksünü ötürdü və kontorda işə hazırlaşdığı müddətə qızına ayda yetmiş dollar 
göndərəcəyinə söz verdi. 
Uitsilvaniya stansiyasında vaqonun pəncərəsindən baxa-baxa Martin başa düşdü ki, Endryu Cekson Tozer 
– gözlərindəki həyəcanı gizlədən, ağlamamaq üçün dodaqlarını büzüşdürən bu adam öz qızını çox sevir 
və onun getdiyinə görə qüssələnir. 
 

 
Martin Zenitin şimal qurtaracağında, Moqalisə və işlədiyi xəstəxanadan  universitetə bir neçə mil daha  
yaxın yerdə Leora üçün otaq tapdı: çirkli, amma rahat kreslosu olan, kvadrat formalı, açıq mavi rəngli 
otaq. Pəncərələr cansıxıcı, alaq otu basmış boş bir çöllüyə açılırdı. Bu boşluq uzaqdan işaran dəmir 
yoluna qədər uzanırdı. Evin sahibəsi yupyumru, romantikaya meylli bir alman qadını idi. Bəlkə də, qadın 
onların evli olduqlarına inanmadı. Amma o yenə də mehriban idi. 
Leoranın çamadanı gəlib çıxdı. Stenoqrafiyaya aid kitablar səliqə ilə balaca stolun üstünə düzüldü, 
çəhrayı rəngli keçə ayaqqabılar ağ dəmir çarpayının altına yerləşdirildi. Martin çox böyük sahibkar iftixarı 
ilə pəncərənin qabağında Leorayla yanaşı dayanmışdı. Və birdən o, elə gücdən düşdü, elə yoruldu ki, 
sanki, hüceyrələrini bir-birinə bağlayan müəmmalı "sement" əriyib itirdi. Martin elə bildi ki, indicə 
özündən gedəcək.  
Amma o, ayaqlarını düzəltdi, başını arxaya atıb, dişlərini bir-birinə sıxdı,  özünü ələ aldı və ucadan dedi: 
– Bizim ilk evimiz! 
Leora ilə sakitcə və əngəl olmadan təklikdə qala bilməsi onu məst edirdi.  
Onların adi otaqları qeyri-adi işıqla dolmuşdu… Ətrafda hər şey aprel günəşinin şəfəqi altında parlayırdı. 
Çöldə isə sərçələr cikkildəyirdi. 
 



 
Leora Zenit Universitetində maliyyə və kargüzarlıqla bağlı mühazirələrdə iştirak edirdi. Bu ad altında 
stenoqrafçılar, hesabdarlar, ABŞ-ın universitetinə qəbul ola bilməmiş Zenit pivəçəkənləri və siyasətçilər 
üçün böyük, həm də kifayət qədər iyrənc bir məktəb gizlənirdi. O, hər səhər məktəbli kimi dəftər və 
qədlənmiş qələmlə tramvaya tərəf gedir, tələbələrin dəstəsində  itirdi. Leora stenoqrafiyanı yaxşı 
mənimsəyənə və sığorta şirkətində yer alana qədər düz altı ay keçdi.  
Martin kursu bitirənə kimi bu otaq –  onların ilk evi – getdikcə daha sevimli olurdu. Bu köçəri quşlar 
olduqca evdar idilər. Bir həftədə iki gecədən az olmayaraq Martin Moqalisdən bura öz kitablarının 
ardınca gəlirdi. Leora ona mane olmur, sevilməsini tələb etmirdi. Belə ki, Martin səsli-küylü, deyingən, 
hay-həşir salan Klifin yanında buna müvəffəq olmasa da, burada çox asanlıqla öz kitablarına qapıla bilirdi. 
Eyni zamanda,  Leoranın yanında olması onda ilıq, xoş bir duyğu oyadırdı. Tez-tez gecəyarısı aclıq hiss 
etməyə başlayırdı. Elə bu vaxt möcüzə kimi buterbrodlar qoyulmuş nimçə əlinin altında peyda olurdu. 
Leora onu mühafizə edirdi. O, həmişə Martinin üstünə hücum çəkməyə hazır olan Dünyanı ondan 
uzaqlaşdırmağı bacarırdı.  
Gəzinti zamanı, nahar süfrəsi arxasında, çiyinlərinə şərf ataraq çarpayının kənarında ləzzətlə oturduqları 
və səhər yeməyindən əvvəl siqaret çəkdikləri on beş dəqiqə ərzində Martin Leoraya öz işini izah edirdi. 
Leora isə dərslərini yekunlaşdıraraq onun hansısa kitabını oxumağa çalışırdı. Düzdü, Leora heç vaxt tibbi 
dərindən öyrənməmişdi, amma bununla belə, Martinin dünyagörüşünü və onun işinin əsas prinsiplərini, 
deyəsən, Anqus Dyuerdən daha yaxşı başa düşürdü. Martin Qotlibə sitayişdən və laboratoriyaya 
müqəddəs yer kimi meyildən imtina edib,  yaxşı həkim olmaq qərarını versə də, o hələ də Qotlibin 
yolunu birdəfəlik tərk etməmişdi. O, oxuduğu detallar və vahiməli səslənən terminlər siyahısının 
arxasında  hadisələrin səbəbini, ümumi qanunları axtarırdı. O qanunları ki, bir-birinə bənzəməyən və bir-
birinə zidd olan simptomların xaosunu kimyanın məntiqli quruluşuna aparıb çıxara bilərdi.  
Şənbə axşamı onlar adətən kinoya gedirdilər. Kovboy Billi Andersonun və sonralar Meri Pikford adı ilə 
məşhurlaşan qızın iştirak etdiyi iki hissəli filmə baxırdılar. Geri qayıdanda isə yoldan keçənlərə fikir 
vermədən filmin süjetini təmkinlə müzakirə edirdilər. Bazar günləri ciblərinə dörd buterbrod və zəncəfilli 
el dürtərək şəhər ətrafına gəzməyə yollanırdılar. Martin ilə Leora təpələrdə və yarğanlarda bir-birini 
qova-qova qaçışır, təmkini bir kənara tullayaraq, şad-xürrəm uşaqlara çevrilirdilər. Axşamlar Leoranın 
yanına gələrkən o, iş yerinə yaxın bir yerdə yuxudan ayıla bilsin deyə, Moqalisə gedən gecə tramvayına 
çatmağa çalışırdı.  
Martin artıq hər qərarı qətiyyətlə verirdi. Leora isə onun işgüzarlığı ilə fəxr edirdi… Amma Martin heç 
vaxt tramvaya çata bilmirdi. Artıq ilk səhər tramvayının konduktorları da belini bükərək arxa skamyada 
əyləşən, rəngi ağarmış inadkar gənc oğlana adət etməyə başlamışdılar. Bu oğlan qalın qırmızı kitabların 
səhifələrini gözünə təpərək dalğın halda o qədər də dadlı olmayan bulka yeyirdi. Amma bu gəncdə sübh 
tezdən maraqsız və səmərəsiz iş üçün yataqdan dartıb çıxarılmış fəhlənin süstlüyü yox idi. Onun 
görünüşü təəccüblü dərəcədə cəsarətli və təəccüblü dərəcədə məmnun idi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə