Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   2   3   4   5   6   7   8   9   ...   21

 
20
İndi xanım Feyziyə diyərəm, gələr səni başa salar ney-
niyibsən... Evlisən? 
– Yox! 
Sevindim! 
– Niyə? 
– Nə bilim!  
– Necə  nə bilim? Evlənsəydin, qeyri-qanuni işlər 
görməzdin. Elə bilirsən həyat da “Qonaq bacı”dı? 
– Nəəə!? Nə qonaq bacısı? Nədən danışırsız? 
O kəlmə  ağzımdan qaçdı. Acığım tuturdu özümə. 
İçimdə nəsə bir dəyişiklik baş verirdi. Hiss elədim, əgər 
uşaqlığa qayıtsaydıq, heç vaxt Raziyədən ayrılmazdım. 
Bütün bu uzun illər həmişə yadımda olub. Onunla ke-
çirtdiyim günlər mənim həyatımın ən gözəl günləriydi. 
Bağlı-bağçalı  həyətimizin bir qırağına kiçik bir xalça 
salıb, özümüzə ev qurardıq. O günlərin ən pis xatırələri 
də mənimçün şirindi. Amma indiki qonaq bacının, heç 
də o qonaq bacıya bənzərliyi yoxdu. Ayrılıq, itirmək 
qədər acı deyil. Xəyanət, söyülüb-döyülmək kimi tez 
unudulmur! 
– Heç nə? Deyirəm yəni elə bilirsən qonaq bacı 
oynuyursan? Bura gələn oyuna yox, ölümə gəlir... Çalış 
həmkarlıq eliyəsən... Həm sən rahat olarsan, həm də 
mən! 
– Siz niyə? 
– Sən elə bilirsən sizləri buralara gətirəndə  mən 
kef eliyirəm? Xahiş eliyirəm, həmkarlıq elə. Onlar 
mənim kimi davranmayacaqlar ha sənnən! Nə istəyirlər 
elə... 
– Məndən nə istəyirlər? 


 
21
– Pərvəndəndə yazdıqları bütün günahları kamera 
qabağında etiraf eləməyi... 
– Sora? 
– Sorasın daa mən bilmirəm! Sadəcə, mən istə-
mirəm bir qadının işkəncə olmasını görəm. And iç-
mişəm! 
– Elə bilirsiz sora məni buraxacaqlar? Mən uşaq 
deyiləm... Otuz yeddi yaşım var... Olar məni öldürə-
cəklər... 
– Allah kərimdi... Öldürməzlər... Hələ  işgəncədən 
canıyı qurtar... Mən sənə görə deyirəm.. 
Yerindən bir az tərpənib dedi: 
– Hansı günahı etiraf eləməliyəm? 
Pərvəndəni açdım üzündən oxudum: 
– Ümumi təhlükəsizliyə qarşı çıxmaq, ərazi bütöv-
lüyə qarşı çıxmaq, nizamın əleyhinə olan qruplarla əla-
qədə olmaq, pantürkizmi təbliğ etmək. Millətə  xəya-
nət... Burda belə yazıblar... 
– Amma mən xain deyiləm! Mən fəqət öz dilimdə 
yazıb oxumaq istəmişəm... Milli haqlarımı istəmişəm... 
Bunun harası  xəyanətdi, hansı qanunda günahdı? Val-
lah, Quranda da millətlərin haqlarından bəhs olunub. 
Günah olsaydı, Allah onu azad və lazım bilməzdi! 
– Azadlıq indi oturduğun yerdə yoxdu, Raziyə xa-
nım! Azadlıq burdan eşikdədi... Küçələrdə... Mən Qu-
randan danışmadım, nizamın  əleyhinə  çıxmağından 
danışdım! 
– Azad insan burda da azaddı, olmayansa, elə o siz 
dediyiniz küçələrdə də azad deyil. Azadlığı qandalnan 
ölçməzlər! Milləti dilindən öldürərlər... cismindən yox! 


 
22
Tısbağanı ya beli üstə çevir, ya öldür, fərq eləməz... hər 
ikisində də ölür. 
Ağzımı əyə-əyə dedim: 
– Bəs nəynən ölçəllər? 
– Sizin ərbablarıyızın bizim əlimizdən aldığı həqi-
qətnən... milli kimliknən... 
Bilirdim nədən danışır. Çox rast gəlmişdim Raziyə 
kiminlərinə. Amma, doğrusu, bura qədər mənə “milli 
kimlik” deyilən şey lazım olmamışdı.  
– Sənin hesabınnan heç mən də azad deyiləm ki.. 
həəə? Halbuki, sən əliqandallı, üzübağlı oturmusan, mən-
sə rahat öz mizimin arxasında oturmuşam və azadam! 
– Heç inanmıram! 
– Nəyə? 
Yenə bir az yerində tərpənib, səsini yavaşıdıb dedi: 
– Sizin azadlığınıza! 
– İnanmırsan, həəə? Eybi yox, inanarsan... inanar-
san... Burada çox şeyləri adama inandırarlar. Hələ üstə-
lik iman da gətirərsən. Millətçi gəlib, milçək gedənlər 
çox olub, ay Raziyə!  
Yerimdə otura bilmirdim. Çox gərgin idim. Get-
dikcə itə dönürdüm. Ayağa qalxdım. O bilmirdi onu nə 
gözləyir, amma mən bilirdim. Necə olur olsun, bu eti-
rafı ondan çıxaracaqlar. Allah lənət eləsin mənə. Vax-
tında adam olsaydım, nə bilim, bir mühəndisdən, hə-
kimdən-zaddan olmuşdum və indi bu zibillikdə quylan-
mamışdım. Heç bilmirəm nə oldu, burdan baş  çıxart-
dım. Dindar bir ailədə böyümüşdüm. Xannənəm Xo-
meynidən ötrü ölərdi. Cümə günləri onların evlərində 
olsaydıq, bizi cümə namazına televiziyadan baxmağa 
çağırıb deyərdi :  


 
23
– Bala, gəlin oturun, qulaq asın, görün “ağa” nə 
deyir! Axı siz niyə belə dinsiz olduz? Namaz niyə qıl-
mırsız? 
Sora da dizini döyüb mərsiyə deyib ağlayardı! Mən 
ki, heç vaxt bilmədim hansı  mərsiyəni və niyə dilinin 
altında mızıldayardı. Axı tam savadsız və  təhsil gör-
məmiş bir qadın idi. Biz uşaqlar da məcbur oturub onu 
dinliyərdik. O da oturub Xomeyninin namazdan qabaq 
söhbətlərinə diqqətlə qulaq asardı.  
Özüm də bilirdim, həmişəki kimi əclafliq eləyirəm. 
Kaş kim olduğumu ona deyə biləydim. Kaş ona yardım 
eləyə biləydim. Kaş o burda olmazdı. Kaş mənim işim 
bu olmazdı. Nə bilim! Bir çox “kaşlar” ürəyimdən ke-
çirdi. Kaş bu “kaşlar” olmayaydı. “Ümid çarəsizlərin 
çörəyidir” deyən düz deyib. Mənim indi o ümid çörə-
yinə çox ehtiyacım varııydı. Ürəyimdə böyük bir boş-
luq yaranmışdı. Zindanda olmamaq güclü olmaq demək 
deyil. Mən guya “azad” idim, amma ölmək zəif və ça-
rəsiz yaşamaqdan daha yaxşıdı. Güclü olmaqla hansısa 
bir gücə güvənib danışmağın da çox fərqi var. Fikir-
lərimi ürəyimin alovundan törənən bir vulkan alt-üst 
etmişdi. Heç vaxt bu qədər özümü kimsəsiz hiss eləmə-
mişdim. Kimsəsizlik dost və ya ailənin olmamağıyla 
ölçülmür, başa düşülmədiyin zamanlar özünü tənha 
hiss eləyirsən. İnsanlar dağlar kimidirlər, bir-birinin ya-
nında yaşayırlar, amma hərəsi öz tənhalığını və yükünü 
çiynində çəkir, hərəsinin öz dünyası var.  
Nəfəsim çıxmırdı. Dünya böyda bir nisgilim var 
idi. Damla-damla tənhalaşdırırdı  məni, damcı-damcı 
əridirdi... Ahh Raziyə, Raziyə! Axı  sən burada ney-
nirsən!? 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə