Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

 
60
indi də  sərf eləmir. Azad insanlar həmişə dolayı yolla 
imperiyalara qulluq edirlər. Azadlıq yoxdur, azad insan 
da olmamalıdır. Sülhə müharibəylə çatırsansa, deməli, 
sən uduzubsan, azad ola bilməzsən. Eyni zamanda 
sülhə çatmaq üçün də müharibə lazımdı. Güc lazımdı.  
Dayımdan mənə iki şey yadıgar qaldı – bir kəhrəba 
təsbeh, bir də bir gümüş üzük. Təsbehi indi də saxla-
mışam. Üzüyüsə Raziyəyə bağışlamışdım. Daha doğ-
rusu, uşaq vaxtı onun barmağına taxıb nişanlamışdım. 
– Raziyə? 
– Hə! 
– Gəl aramızda bir peyman bağlayaq! 
– Nə? 
– Gəl heç vaxt bir-birimizdən ayrılmayaq.  
– Yaxçı. Gəl bağlayaq! 
– Raziyə!  
– Həəə... 
– Səni nişanlamaq istiyirəm... mənim nişanlım 
olursan?! 
– Eeeee! Mamam öldürər axııı. 
– Qorxma! Barmağını ver mənə... 
– Ala! Aaaa, bu, kimindi? 
– Sənindi. Mənə söz ver, heç vaxt barmağından 
çıxartmayacaqsan!  
İşvəylə yekə barmağını uzadıb dedi: 
– Söz! 
O təsbeh və üzüyün üstündə mamamdan çox kötək 
yemişdim. Təsbehi müvəqqəti olaraq ona qaytarmış-
dım, amma üzüyün harda olduğunu heç vaxt demədim. 
Sirr olaraq ürəyimdə saxladım.  İndi o üzük əlimdədi. 
Raziyə onu neçə illərdi ki, saxlayıb.  İnanılmazdı. Bu 


 
61
qız nə  qədər vəfalıymış! Bilmirdim güləm, yoxsa 
ağlayam.  İşim bunlardan keçmişdi. Dəli olmağıma az 
qalırdı. Həyat güzgü kimidir. Hər tərəfə baxırsan özünə 
rast gəlirsən. Öz əməllərinə rast gəlirsən. Nə  qədər 
qaçmaq istəsən, o qədər dərinlərə batırsan. Mən qaç-
maq istəyirdim, amma bilirdim bu qaçış yalnız batmağa 
doğrudur. Axı mən yuxarı yox, aşağıya gedirdim. 
Özümü Tatan kimi hiss eliyirdim. Tatan məhəl-
ləmizin ən sırtıq uşağıydı. Adı Tağıydı, amma anasıgil 
ona Tatan deyirdilər. Bizdən 4-5 yaş kiçik olardı. Çox 
qanmaz uşaq idi. Nəsə bir pis iş görəndə yaxşı-yaxşı 
döyülərdi əlimdə. Döyüləndəsə, – “pox yedim”, “qələt 
elədim” – deyə  ağlayardı. Amma bir neçə metr uzaq-
laşmamış söyməyə başlayardı. Nənə-bacı söyüşlərini 
düzərdi ağzının rəfinə. Arxasınca qaçanda yenə – “pox 
yedim” – deyərdi. Elə  əlimdən qurtulub qaçan kimi 
başlayardı söyməyə.  İndi mən özümü lap onun kimi 
hiss edirəm. Zəif adamın gücü dilində olar. Dilini də, 
Raziyə demişkən kəssələr...! 
İşdə qala bilmirdim. İcazə alıb çıxdım. “Qala başı” 
təpəsinə  tərəfə getdim. Şəhərin ortasında olan təpəyə. 
Deyilənlərə görə, min illər qabaq türk şahlarının qala-
ları orda yerləşirmiş. Həmin təpədən çox xatirələrim 
var idi. Uşaqlığım o təpənin başı və ətrafında keçmişdi. 
Şəhərin ortasında olan, amma tam qərib və  tənha bir 
yer. Aslan kimi, amma yerə yaxılan bir varlıq. Sakinlər 
təpənin  ətrafından çoxlu qədimi  əşyalar tapmışdılar. 
Dövlət heç vaxt oranı milli bir varlıq kimi qiymətlən-
dirmədi,  əksinə  həmişə  təpənin daha çox viran olun-
masına çaılşırdı. Təpənin tam başındaydım. Mülayim 
bir yel əsirdi. Oradan həm Sültan Yaqub dağı, həm də 


 
62
Yeddigöz dağı tam aydın görünürdü. Üzümü dağlara 
tərəf tutaraq gözlərimi yumub, dərindən nəfəs aldım.  
Beynim yaman qarışmışdı. Mən bu təpənin üstün-
dən çox müharibələrə şahid olmuşdum. Dağlarda gözü-
müzün qabağında müharibə gedərdi, tanklar və insanlar 
bir-birinə girərdilər. Biz də burda oturub bütün bunlara 
sanki kino kimi baxardıq. Həmişə arzu edərdim mənim 
də bir tüfəngim olsun. Atama bu arzumu söyləyəndə 
deyərdi: – “Oğlum, sənin tüfəngin ola bilər, amma onu 
atmağı da bacarmalısan. Bilməlisən hara və niyə atır-
san, yoxsa tüfəng sənin özünü vurar.” 
 Yeddigöz  dağı öz əzəmətiylə  mənə rahatlıq ve-
rirdi. Mən Raziyəni birtəhər qurtarmalıydım.  
– Raziyə! Raziyə, ora bax! Görürsən? Tank qüllə-
sidi haa... 
– Həəə... görürəm. Gəl gedək evə, nolar! Mən qor-
xuram... 
– Qorxma, Raziyə. Mən burdayam! 
Əlindən möhkəm yapışıb sıxardım. Onun yanında 
özümü kişi kimi hiss edirdim. İndi bilirəm ki, bu 
özümün yox, Raziyənin mənə verdiyi güc idi. Ömrün 
boyu çox adamı sevə bilərsən, çox adamla xatirə ya-
şaya bilərsən, amma sənin ürəyində onlardan yalnız biri 
dərin iz buraxır. Yalnız bir xatirə var ki, onu xatırla-
yanda titrəyirsən, dəyişirsən.  İstintaqçı olandan bəri 
yüzlərlə insana köpəyoğlucasına işgəncə vermişdim. 
Milçək kimi əzirdim insanları. Bir çox qızları sevmiş-
dim. Bir çox qıza sənsiz ölərəm demişdim və onlarla 
yatmışdım. Hətta kişilərə belə  rəhm eləməyib sındır-
mışdım. Amma yalnız bir nəfər məni bu uzun illərdən 
sonra titrədə bildi, Raziyə!  


 
63
Raziyə  həmişə  məni davakar olduğuma görə dan-
layardı. Məhəllədə adam qalmamışdı onunla dalaşma-
yam. Gündə bir yerimi yaralayıb evə gələrdim. Hər gün 
şalvarımın bir yeri cırılardı. Əslində, günah məndə yox, 
Sulduzun durumundaydı. Mənim davam, bir növ özü-
mü müdafiəydi. Kimsə özünü müdafiə eləyə bilmə-
səydi, əziləcəkdi. Müharibədə iki başqa-başqa tərəf iş-
tirak edir. Onların biri almaq, digərisə verməmək üçün 
döyüşür. Mən verməyənlərin siyahısındaydım.  
Uşaqlıq qəhrəmanımsa “eşşək Yadulla” deyilən bir 
lotuydu. Yadulla, demək olar, şəhərin və hətta ölkənin 
tanınmış lotusuydu. Zor pulu
1
 almaqla həyat keçirirdi. 
Xiyaban bağlamaq onun ən böyük “igidliyi” sayılırdı. 
Velosiped sürməsi gülməliydi. Arxadan baxanda yekə 
arxası balaca bir təpəcik kimi göyə qalxardı. Pedalı ba-
sandasa arxası göyə qalxıb gülməli bir mənzərə yara-
dardı. Bığları düz qulaqlarının yanına kimi gedərdi. 
Hətta velosiped sürəndə  də  əlinin biri bığında olardı. 
Şəhərin  əhalisi ondan qorxub hesab aparardı. Bütün 
gənc lotuların ustadıydı. Kimsə ondan icazəsiz heç kü-
çə bağlaya bilməzdi. Deyirdilər uşaqbaz idi. Elə sonun-
da da hansısa bir məmurun oğluna təcavüzə görə edam 
cəzası almışdı. Deyirlər hadisədən sonra oğlan gedib 
özünü öldürmüşdü, intihardan öncəsə atasına məktub 
yazıb hər  şeyi izah eləmişdi. Amma çoxları  qorxula-
rından səslərini də çıxara bilməmişdilər. Eşşək Yadul-
lanı asdılar. Ondan sonra bütün şəhərin lotuları özlərini 
yığışdırdılar. Şəhər hardasa sakitləşmişdi.  
                                                            
1
 Zor pulu - güc tətbiq eləməklə pul almaq 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə