Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

 
64
Ən gülməlisi bu idi ki, onun oğlunu da pozmuş-
dular. Oğurluq üstündə zindana düşən o “qəhrəman ba-
lası”ndan məhbuslar pozğun kimi istifadə edirdilər. 
Deyirlər zindandan çıxan gün gəlib hamının qabağında 
donbalıb bağırmışdı ki: – “Gedirəm haaaa. Day belə 
şey əlinizə çatmayacaq. Gəlin, hərrac eləmişəm...!”  
Yazıq oğlan narkoman olmuşdu. Bir neçə il sonra 
şəhərin “Pasaj” deyilən yerində özünü asmışdı. O günü 
xatırlayıram. Yazığı yerdən götürüb aparıb quylayan 
tapılmırdı. Fikirləşirdim ki, axı bu təsbeh fırladanlar 
hardadılar? Axı dini baxımdan ölünün yerdə qalması 
günahdı. Dünyanı dəyişmək istəyirsən, amma öz uşağı-
na tərbiyə verə bilmirsən. Uşaqların qənimi və  qəhrə-
manına çevrilirsən, amma öz uşağının şəxsiyyətini hər-
raca qoyurlar. Döyüşürsən, amma nə qədər haqqın var, 
yaxud haqqın varmı, yoxsa – “yox” – sualı cavabsız qa-
lır. Ümumiyyətlə, anamın atası demişkən: “Bu haqqı 
kim bölüb, bu yolları kim bölüb axı?” Anamın atasının 
adı Məhəmməd idi. Deyirlər bir gün o, bir yolda velosi-
pedlə  əks tərəflə  gəlirmiş. Kimsə maşınla həmin yolla 
gedirmiş. Yolun harasındasa bir-birinə çatıblar və ma-
şının sürücüsü babama deyib: 
– Ay kişi! Öz yolunnan get dəəə. Bura mənim 
yolumdu axı! 
Bu qanunlardan xəbəri olmayan yazıq kişi cavab 
verib: 
–  Ədə, bu yolları kim bölüb, hə? Mənim xoşum 
gəlir burdan gedəm, sənə  nəəəə? Get yolu bölənə de-
nən, Məmməd dedi – “Atova lənət, yolu bölən!” 
Atasına lənət bölənin. Nəsə bir şeyi böləndə gərək 
qara kütlənin istəyi və səviyyəsini nəzərə alasan. Mənə 


 
65
həmişə sual idi ki, bütün dünyada maşınların sükanı sol 
tərəfdədi, bəs İngiltərədə niyə belə deyil? Deməli, heç 
nə mütləq deyil və hansısa boşluğu var. Aşıq dayım 
demişkən, – “Qanunu imkanlılar imkansızları idarə 
etmək üçün yazıblar, kütləni rahatlatmaq üçün yox!”  
İnqilabın tarıxındə “həbse kişmişi” deyilən bir ha-
disə yadda qalan olmuşdu. Xəlxali adında bir cina-
yətkar molla represiya dövründə  məhkəmədə hakim 
imiş. Onun özünəməxsus hakimliyi və hökm vermək 
metodu olub. O dövrün “inqilaba zidd” olanlarını Xal-
xalinin yanına aparardılar ki, guya adil bir məhkəmədə 
onları  cəzalandırsın. Görənlər deyirlər ki, Xəlxalinin 
mizinin üstündə bir kasa kişmiş olurmuş. Hər bir məh-
kum otağa girib onun qabağında oturanda, Xəlxali 
deyirmiş: – “Kişmiş götür!” – Dünyadan xəbərsiz ca-
vansa kişmişi götürəndə Xəlxali deyirmiş: – “Tök mi-
zin üstünə, görüm neçəsin götürübsən!” – Yazıq cavan 
təəccüblə kişmişləri mizin üstünə töküb sayarmış. Neçə 
dənə kişmiş götürmüş olsaydı, o qədər il də cəza çək-
məli olurdu. Utanıb götürməyənlərisə birbaşa edama 
göndərirdi. Deyirmiş: – “Bunlar pak cavanlardılar, qa-
lıb bu dünyada günaha batınca, qoy getsinlər cənnətə”.  
Bu, Xəlxalinin qanunuydu. Əslində, hakimiyyətlər 
həmişə satılmış olurlar. İnqilablar nə qədər təmiz ürək 
və  təmiz ideyayla başlasalar da, yarıyolda hakimiy-
yətçiliyə satılırlar. Xəlxali inqilab eləyən gəncləri cən-
nətə göndərirdi. Mən bütün şərəfsizliyimlə and içərəm 
ki, Xəlxalinin o gənclərin hətta miliyonda biri qədər də 
inqilabın qələbə çalmasında rolu olmayıb. Bunu 
özümdən də görə bilirəm! Mən inqilab olanda uşaq 


 
66
idim. Amma indi böyüyüb həmin inqilabın istintaqçısı 
olmuşam. Mən özüm bilirdim ki, hətta ora gələn cina-
yətkarın da bu ölkədə məndən çox payı var. Ən azı, on-
lar mənim kimi kütləvi  şəkildə insanları  həm mənəvi, 
həm də fiziki baxımdan təhqir etməyiblər. Ən azı, onlar 
öz elədiyi günahlarının cəzasını alırlar, amma mənim 
kimilər heç vaxt cəzalanmırlar. Hətta hakimiyyət də-
yişsə belə, kimsə bizi tanımayacaq!  
1978-ci ildə bir çox məmurlar və polislər qaçdılar. 
Bir çoxusa qaça bilməyib millətin  əlinə düşdü. Millət 
onların birinə belə  rəhm eləmədi. Hamısı güllələndi. 
Hansısa polis küçədə millətin əlinə düşürdüsə, deməli, 
onu çox pis anlar gözləyirdi. Deyilənlərə görə, ağacdan 
asaraq, cinsi orqanlarini kəsib, ağızlarına soxurdular. 
Günlərlə cəsədi ağaclardan sallaq qalırdı. Bizim kimilər 
də onları bilirdilər. Ona görə də gizli məmur olduğum 
üçün ürəyimdə sevinirdim. Ölməkdən qorxmuram, ən 
qorxduğum  şey özümü onlardan ayırdığım xalqımın 
üzünə baxmaq idi. Necə üzlərinə baxa bilərdim? Ha-
mısı qohum-qonşular idi. Tanıdığım şəhərdaşlarım idi. 
Səhər burda oğluna işgəncə verib, axşam atasının ma-
ğazasında oğlundan danışıb çay içdiyim insanlar! Qı-
zına burda təcavüz edib, atasıyla birlikdə onu axtar-
dığım insanlar!   
Raziyə dizlərini qucaqlayıb divara söykənmişdi. O 
pəncərəsiz və  nəmişli zindanda inqilabçı qalmaq və 
azadlıq haqqında düşünməyin özü qəhrəmanlıq idi. Ra-
ziyə  qəhrəman idi, amma əmin idim ki, xalqın ondan 
heç xəbəri yoxdu. Hətta Raziyə küçəyə çıxıb millətdən 


 
67
yardım istəsəydi, desəydi ki, – ay millət, mən sizə görə 
zindandayam – millət ona gülüb dəli kimi baxacaydı. 
Mən millətin psixoloqiyasına bələdəm. Onun kimi 
insanlar tək- tük tapılardı. Raziyə tək idi. Qərib idi. Heç 
vaxt tanınmayan və sirri açılmayan bir qəhrəman. Bə-
dəninin titrəməsini aydın görmək olurdu. Sayıqlayırdı. 
Başı açıq idi deyə, saçları pərişan şəkildə üzünə tökül-
müşdü. Qara və uzun saçlar. Uşaqlıqda arzuladığım 
saçlar. Qorxub, utanmasaydım içəri girib, qucaqlayıb 
saçlarında boğulardım. Ölənə kimi iyləyərdim saçlarını. 
Üzüyü barmağına taxıb yenidən nişanlayardım. – “Ba-
ğışla” – deyərdim. O da bağışlayardı. Buna əminəm.  
Hiss elədi kimsə ona baxır. Tez qapının bacasını 
bağladım və otağıma gəldim. Həmişə içində  gızləndi-
yim otaq artıq məni gizlədə bilmirdi. Nə dərimə sığır-
dım, nə otağıma. Lənət olsun bu həyata, bu bəxtə. Lə-
nət olsun bu alın yazısına. Bir ömür kitab sat, kitab 
oxu, sonundasa istintaqçı ol və sevdiyinə işgəncə ver.  
– Alo... 
– Seyid, gəlmisən?  
– Bəli, Hacı. Bir az olar gəlmişəm. 
– Seyid, demə bilmirəm haa. Nəsə olub sənə. Gec 
gəlib tez gedirsən. Işinə can yandırmırsan. Belə olmaz 
haa. Bax, sənə dedim. 
– Yox, Hacı. Bir az evdə müşkülüm var. Sulduzda 
uzun illər olmadığımdan, bəzi müşküllərimı yerbəyer 
eləmək vaxtımı alır. Həll olar, inşallah. 
– İnşallah. Kor Allahdan nə istər? Dur get istintaq 
otağına. Dunən gətirdiyimiz pejakçıların yanına. Mir-
mehdi ordadı.  


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə