Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

 
46
amma faydası olmuyub. İnanmıram bu qızdan bir şey 
qoparda bilək... 
Hacı təsbehini əlinə alıb dedi: 
– Nəsə dedizdirə bildizsə, heç. Dedizdirə bilməsəz, 
çox vaxt qoymuyun. Onun hökmü bəllidir! 
Etiraz bir ləhn
1
 ilə dedim: 
– Hacı, bu siyasilərnən adam öldürənlərin heç fərqi 
yoxdu? Axı, baba, bunlar heç olmasa dərs oxumuş 
adamlardılar! 
Ləhnimdə etirazı hiss elədi. 
– Seyid! Bu siyasilər adam öldürənlərdən daha çox 
qorxuludular. Onlar şəxsə, amma bular dövlətə qarşı 
çıxırlar. Başa düşürsən? 
– Qələt eliyirlər, Hacı. Vallah, bular öz uşaqları-
mızdılar. 
– Elə öz uşaqlarımızın səsini kəsməsək, özgələr 
bizi buduyra
2
, Seyid! 
– Bu inqilab az uşağın səsini kəsmədi, Hacı!  
Baxışlarında  şübhəni hiss edirdim. Səsini bir az 
ucaltdı: 
– Günah öləndə olar!  
İstədim nəsə deyəm ki, Hacı sözümü kəsdi: 
– Yaxçı-yaxçı! Bu barədə sonra danışarıq. Get be-
şinci bölməyə, beş-altı Pejak
3
 terrorçusu gətiriblər. Pər-
vəndələrini oxu, gör nədi! 
Məyus olmuşdum. Kürd terrorçularının yolu bura-
ya tez-tez düşürdü. Çoxunun taleyisə  məlum idi – 
                                                            
1
 ləhn - danışıq tərzi 
2
 Buduyra
 
- didib dağıdar 
3
 Pejak -PKK-nın İran bölməsi 


 
47
edam! Ürəyimdə fikirləşdim, kaş Raziyə bilərdi ki, 
kürdləri də onlar kimi qırırıq. Düşmənin kim olduğunu 
ideologiyanın forması  bəlli edər. Bizim ideologiyamız 
milliçilik yox, musəlmançılıq və ümmətçilikdi, hansı 
dildə oxuyub-yazmağımız da bəlliydi. Quran ərəb dilin-
də olduğu üçün ərəb dilini, fars dili ərəb dilinə yaxın 
olduğu üçün dövlət dili kimi qəbul etməliydik. Ona gö-
rə  də “milli haqq” və “ana dili” kimi anlamlar bizlərə 
yad və yasaq idi. Bu nə  qədər yalnış olsa da, həqiqət 
idi. 
 
 
 


 
48
 
 
 
 
 
 
 
 
 
 
ahin arıq və uzun bir oğlan idi. On il eyni sinif-
də oxuduq. Uşaqların içində yalançılıqla tanın-
mışdı. Hər dəfə yalan danışanda onun gözlərində dərin 
kədər görərdim.  Əslində, o kədərdən bilərdim ki, 
nəyisə yalan danışır. Hündürboy olmağına baxmayaraq, 
həmişə küçə döyüşlərində kötək yeyərdi və mən gedib 
onu müdafiə eləyərdim. Futbol oynayanda heç kim onu 
öz komandasına götürməzdi. Komandalar seçiləndən 
sonra o, divara söykənmiş vəziyyətdə tək qalardı. Ona 
yazığım gələrdi.  
Atasının apteki var idi. Dəfələrlə onu aldadıb ata-
sının aptekindən özümüzə vitamin həbləri gətizdir-
mişdik. Şahin onları oğurlauyıb gətirərdi. Gətirməyən-
də də əlimizdən qapaz yeyərdi. Cavanlıqda onu qucaq-
layıb sataşardıq. O isə özünə çəkilib gizlicə ağlayardı. 
İndi həmin günləri fikirləşəndə özümdən acığım gəlir. 
Deyilənə görə, atası  İran-İraq müharibəsinin sonuna 
qədər cəbhədə olmuş  və bir neçə yerdən qəlpə yarası 
almışdı. Yaxşı kişiydi. Həmişə özündə olardı. Azda-
nışan adam idi. Mənim azdanışan adamlardan xoşum 
gələrdi. Adamların sirrini öyrənməkdən ləzzət alardım. 
Ş 


 
49
Məncə, insanlarda bir çox sirlər var ki, heç onları sax-
lamağa gərək yoxdu. Yəni, ümumiyyətlə, sirr deyillər. 
Amma elə sirlər də var ki, açılsa dünya qarışar. Ona 
görə də açılmaması hamıya sərfəlidir.  
Mən onları tanıyandan anası xəstəydi. Bir gün de-
yirdilər uşaqlığını çıxarıblar, o biri gün deyirdilər əsəb-
dən dəli olub. Son vaxtlarda da Şahin deyərdi anamın 
xərçəngi var. Elə bil yazıq arvadın sinə  xərçəngi var 
idi. Neçə il yataqda yatdı. Mən heç o qadını yaxından 
görməmişdim.  
Məktəbdə uşaqlar iki yerə bölünmüşdülər. Bir qrup 
sayca olduqca çox olan türklər idı. İkinci qrupsa kürd-
lər idi ki, az olmaqlarına baxmayaraq həmişə bir yerdə 
olardılar. Onlar bizi hansısa küçədə  tək tapıb döyə 
bilirdilər, amma biz heç vaxt onları tək tuta bilməzdik. 
Boş vaxtlarımızda bir neçə nəfər bir araya gəlib kürdlər 
məhəlləsinə döyüşə gedərdik. Hətta qızbazlığa da oraya 
gedərdik. Axı kürdlərin qadınları bizimkilərə baxanda, 
açıq-saçıq geyinərdilər. Hər qapının ağzına bir neçə 
kürd qadını  yığışıb söhbətləşəndə bizim üçün əsl  əy-
ləncə zamanı  gəlirdi. Onların o kirli, kök ayaqları  və 
şirə bağlamış uzun saçları bizim üçün dünyanın  ən 
gözəl şeyləriydi. Şahin heç vaxt bizimlə gəlməzdi. Ona 
görə də onu – “mamasının gül balası” – deyə dolayar-
dıq. Balıq tutmağa  şəhərimizin qırağından axan çaya 
gedərdik. Saatlarla tilovu suya atıb balıqları gözləyər-
dik. Hərdən evə 4-5 balıqla gələr, hərdən də sallana-
sallana bomboş qayıdardıq.  
Bir gün Şahinlə balığa getməyi planlaşdırdıq. 
Danışdıq ki, səhər-səhər saat 9 da çayın üstündən keçən 
körpünün başında olaq. Mən düz saat 9 da ordaydım, 


 
50
amma  Şahindən xəbər olmadı. Bir saata yaxın göz-
lədim onu. Sonunda da – “Yəqin yuxuya qalıb” - deyə 
fikirləşib, söyə-söyə evə qayıtdım. O gün axşama qədər 
Şahindən xəbərim olmadı. Yay fəsliydi. Uşaqlarla 
küçədə axşama kimi top-top oynadım. Axşam atam evə 
yeni və  ağrılı  xəbərlə  gəldi. Demə,  Şahin öz anasını 
atasının ov tüfəngiylə öldürüb, İraqa tərəf dağlara 
qaçmışdı. Atası da arvadını dəfn eləyəndən sonra axşa-
ma yaxın özünü aptekinin ikinci mərtəbəsində güllə-
ləmişdi. Çox sarsıdıcı  xəbər idi. Axı  Şahin bunu nəyə 
görə edə bilərdi? O qorxaq uşaq idi. Xəbəri eşidəndə 
çox ağladım. Sabahısı günü uşaqlarla onların yas 
mərasiminə getdik. Zülüm-zülüm ağlayırdıq. Heç kim 
bilmirdi nə olub. Hamı səbəbini bir-birindən soruşurdu. 
Şahinin atası dayımla dost idi. Səbəbini ona arvadının 
dəfn mərasimindən sonra özü demişdi: – “1980-ci ildə 
kürdlər Sulduza basqın eləyəndə, bizim də evimizə 
soxulmuşdular. Evdə mən, xanımım, atam və anam var 
idi. Onlar qapını  təpiklə  qırıb evə qirmişdilər. Təkba-
şıma onların qabağında müqavimət göstərsəm də fay-
dası olmadı. Girən kimi üstlərinə cumdum, amma məni 
vəhşicəsinə döydülər. Atam məni müdafiə etmək 
istəyəndə onu güllələdilər. Yazıq kişi gözümə baxa- 
baxa öldü. Anamı tüfəngin qundağıyla elə döymüşdülər 
ki, yazıq bir ay özünə  gələ bilmədi. Mənisə çarpayıya 
oturdub  əl-ayağımı bağladılar. Başa düşdüm ki, 
xanımıma gözləri düşüb. Onu sürüyə-sürüyə  gətirib 
gözümün qabağında yerə  sərdilər. Yazıq hey mənim 
adımı bağırıb ağlayırdı. Mənimsə – “Bizi buraxın” - 
deyə yalvarmaqdan başqa  əlimdən bir iş  gəlmirdi. 
Yalvarırdım ki, – “Buraxın, sizdə namus yoxdu? Sizdə 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə