Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

 
37
sağ  əliylə  də Bağdagülün  əlindən yapışardı. Mən o 
səhnəni görüb Raziyənin əlindən yapışıb deyərdim: 
– Raziyə? 
– Hə 
– Mən Cabbar olsaydım, sən mənnən evlənərdin? 
Təəccüb və sual dolu baxışlarla üzümə baxıb de-
yərdi: 
– Hə... amma sən də  məni heç vaxt tək qoyma... 
yaxşı? 
Elə bil dünyanı  mənə verərdilər.  Əlini sıxıb Cab-
barla Bağdagülə göz dikərdim. 
– Heç vaxt.. heç vaxt səni tək qoymuyacam, Ra-
ziyə!  
Fəlsəfənin və hikmətin nə olduğunu bilirəm. Hətta 
çox şeylər barədə bir romanlıq fəlsəfə uydura bilərəm. 
Amma çox hadisələr var ki, onların nə hikmətini, nə də 
fəlsəfəsini başa düşə bilirəm. Bəlkə heç başa düşmək 
də lazim deyil. Mən mühitin məhsulu olaraq, yarı 
dindar, yarı materialist olduğum üçün şəraitlə heç vaxt 
tam razılaşa bilmirdim. Hiss eləyirdim havadayam. 
Həmişə darıxırdım, nəyisə gözləyirdim. Hər an elə 
bilirdim hansısa bir hadisə olacaq və hər şey dəyişəcək. 
Raziyənin gözləri bağlıydı.  Əllərini isə arxadan 
bağlayıb oturacaqda oturtmuşdular. Xanım Feyzi əl-qo-
lunu ölçə-ölçə danışırdı. Məlum idi ki, onu hədələyir. 
Raziyə sakit görünürdü.  
– Salam!  
– Salam, Seyid. 
– Nəyisə etiraf eliyib? 
– Yox. Gönü qalındı. Amma eybi yox. Dilə  gə-
ləcək gec-tez... 


 
38
Raziyə doyunca döyülmüşdü. Bunu onun qanamış 
və  qızarmış üzündən bilmək olardı. Özüm bilərəkdən 
bir az gec gəldim ki, onu döyməyəm və döyülməyini 
görməyəm.  
Otağın dibindəki mizin üstündə işgəncə alətləri var 
idi. Alnıma soyuq tər gəldi. Ürəyimdə bu qəhbə Fey-
zini söyürdüm. Şah dövründə tanınmış fahişə olmuşdu. 
Ən səviyyəsiz kafelərdə mahnı oxuyub, keflilərin 
gucağında böyümüşdü. Bir çox adamları  bədbəxt elə-
yib, ailələrini dağıtmışdı. Deyirlər, hətta vaxtilə qadın 
alveriylə  də  məşğul olub. İnqilabdan sonrasa tövbə 
edərək adamları günahkar olduqlarına etiraf etdirməklə 
məşğul olub! Keçmişini unuda bilərsən, amma onu 
başqasına məcbur unutdura bilməzsən. Ona görə də bu 
qadının düşmənləri olduqca çox idi. Eşitdiyimə görə, 
inqilabın repressiya dövründə öz ərini solçu olduğu 
üçün İranın milli təhlükəsizlik orqanlarına satmışdı. O 
dövrdə kim bir nəfəri dövlətə satsaydı, ona həm yaxşı 
bir iş yeri verərdilər, həm də özünü hər hansı bir gü-
nahına görə güllələməzdilər. Bir çox solçular bu yolla 
öz canlarını götürüb Avropaya qaçmışdılar. Feyzinin 
ərini güllələmişdilər. Yenə də eşitdiyimə görə,  əri çox 
savadlı bir insan olmuşdu. Elə inqilabın  əsasını qoyan 
insanlardan biriymiş. “İnqilab öz balasının başını ye-
yər” sözü bu ailəyə tam uyğun idi.  
Məncə, inqilab yalnız öz balasının başını yeməz, 
bəlkə həm də özünə ögey balalar da seçər. Xalqın için-
dən olan, amma millətə heç bir aidiyyatı olmayan ögey-
ləri gətirib xalqın başında oturdar. Xanım Feyzi indi 
islamdan və Allahdan elə danışır ki, bilməyən elə bilər 


 
39
imam balasıdı. Fahişənin içdiyi and, tülkünün yu-
xusuna bənzəyər. Nə dərin olar, nə də inandırıcı.  
Bir neçə addım qabağa getdim. Raziyənin başının 
üstündə dayandım. Bir an gözüm qaraldı. Onu qucaq-
lamaq istədim. Etiraf eləmək istədim ki, Raziyə, günah 
səndə deyil, məndədi, amma balalarım gözümün qa-
bağına gəldi. Hacının o murdar və rəhmsiz süfəti gözü-
mün qabağına gəldi.  İyləmək istədim Raziyəni. Uşaq-
lıqda bu işi çox görmüşdüm. Onun bədəninin həmişə 
özünəməxsus iyi olardı. Amma aramızdakı  məsafəyə 
görə o iyi hiss edə bilmədim. 
– Seyid, neynirsiz? 
– Heç.. heç... 
Feyzi şübhələnə bilərdi. Axı onun kimilərin burnu 
yaxşı işləyir. Elə onu bura iy çəkməkdən ötrü tullamış-
dılar. Dərindən bir nəfəs alıb, Raziyəyə dedim: 
– Raziyə xanım! Sənin böyüdüyün məhəlləni yaxşı 
tanıyıram. Atanı da yaxşı tanıyıram. Çox mədəni bir 
ailədə böyümüsən. Özün ali təhsilli bir xanımsan. İstə-
diyimizi elə. Biz özümüz də istəmirik sənə hörmətsizlik 
eləyək. 
Raziyənin danışmağa halı yox idi. Başı sinəsinin 
üstünə düşmüşdü. Başını dik tutmağa çalışdı. 
– Məni və ailəmi tanıyırsızsa, deməli bilirsən, mə-
nim heç bir günahım yoxdu. Məni buraxın, insafınız 
olsun. 
Səsinə qurban olum, Raziyə! Elə  sızıldaya-sızıl-
daya bu sözü dedi ki, ürəyim parçalandı.  
Feyzi gedib mizin üstündən kəlbətini gətirib mənə 
dedi: 


 
40
– Yaxşı ki, gəldiz, Seyid. Bir-iki dırnağı  çəkilsə 
ağlı başına gələr. 
Kəlbətini mənə  tərəf uzatdı.  Əslində  mənim  şərə-
fimi sınağa çəkdi. Bilmirəm alın yazısıdı, yoxsa öz elə-
diklərimdi başıma gəlir. Ata-babalarımız adı özləri qa-
zanar, alın yazılarını da özləri yazardılar.  
Əlim  əsirdi. Çalışırdım Feyzi bunu hiss etməsin
amma bilirdim, o bunu hiss eliyəcək. Kəlbətini  əlimə 
aldım,  əlim də  kələfçəyə dönmüşdü sankı. Qurumuş-
dum. Xanım Feyzi Raziyənin ayaqlarını oturacağa bağ-
ladı və baş barmağını iki barmağıyla ayırıb mənə dedi: 
– Yallah, Seyid! Gəl bu bülbülü oxutduraq! 
Həyətimizdəki gilas ağacına həmişə bülbüllər qo-
nardı. Bir dəfə onların birini daşla yerə salmışdım. Elə 
bu işimə görə də Raziyə bir həftə mənimlə danışmadı.  
Raziyəyə tərəf hərəkət elədim. Kəlbətini əlimdə elə 
sıxmışdım ki, az qala ətimə girəcəkdi. Bir tərəfdən 
uşaqlıq sevgilim Raziyə  və  şərəfim, başqa tərəfdənsə 
işim və ailəm. Bilirdim, sonunda hansınısa seçməliyəm. 
– Baş barmağından başla, Seyid! 
Dilimin altında söyə-söyə  kəlbətini Raziyənin baş 
barmağına tərəf apardım. Özümü söyürdüm – “ay şə-
rəfsiz, ay satqın, çək, çək”!  
Gərək kəlbətinlə  dırnağından yapışıb var gücümlə 
çəkib çıxarardım. Birinci dəfəm deyildi bunu edirdim, 
amma bu, tamamiylə fərqli bir şey idi. Dırnağından ya-
pışdım, gözlərinə baxdım. Üzü bağlıydı, amma nəfəs-
nəfəs
1
 vurması hiss olunurdu. Dilinin altında nəsə desə 
                                                            
1
 nəfəs-nəfəs - təngənəfəs olması 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə