Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   2   3   4   5   6   7   8   9   ...   21

 
24
 
 
 
 
 
 
 
 
 
 
xşam gec işdən çıxdım. Hardasa saat səkkiz 
tamam olardı. Evə getməyim gəlmirdi, ona 
görə də yolüstü kafeyə gedərək bir çay içib, sulu qəlyan 
çəkib, fikrimi dağıtmaq qərarına gəldim. “Savalan” 
kafesi şəhərin ən məşhur kafesiydi. Təzədəm çayları və 
Xunsar
1
 qəlyanlarının tərəfdarı çox idi. Gecənin yarısı 
da getsəydin müştərilərin çoxluğu səni təəccübləndirə 
bilərdi. O gün də ora qələbəlik idi. Səssizcə girib bir 
küncdə oturdum. İnsanlardan utanırdım. Onlarla həm-
söhbət olmaqdan qaçırdım. Atam sağ olsaydı, qoymaz-
dı müstəntiq olam. Atasızlıq adamı min yola çəkər. Kaş 
atam sağ olaydı. 
– Salam. Xoş gəlibsən! 
Qəhvəçi Məmmədin səsiydi. 
– Sağ ol, ağa Məmməd.  
Məmməd bir istəkan çay qabağıma qoyub dedi: 
– Qəlyan verim? 
Çayı qabağıma çəkib dedim: 
                                                            
1
 Xunsar - bir növ tənbəki adıdır 



 
25
– Hə, Məmməd ağa. Xunsar olsun. 
Məmməd qəlyanı  gətirməyə getdi. Qəndqabıdan 
bir qənd götürüb, ağzıma qoyub, istəkanı əlimə aldım. 
Çayın gözəl ətri gəlirdi. Gözümü yumub bir qurtum iç-
dim. Beynimdə fikirlər inqilab eləyirdi. Çıxış yolu ax-
tarırdım. Düz bilmədiyin yolu getməsən yaxşıdı, çünki, 
heç bir yolu geriyə qayıtmaq olmur. Zaman heç vaxt 
geriyə işləmir. Vaxtında düz bir fikir və qərara gəlmə-
lisən. Yoxsa elə tez gec olur ki, etiraz eləməyə belə 
imkanın olmur.  
– Bu gün bir xanım yoxa çıxıb. Deyirlər, Ettelaat 
tutub, aparıb, amma mən deyirəm bəlkə kürdlər qaçır-
dıblar. Xəbərin var sənin? 
Məmməd idi. Qəlyanı mizin üstünə qoya-qoya da-
nışırdı. Qəlyanın şlanqını əlimə alıb qəlyanın arxasında 
gizləndim. 
– Yox, ağa Məmmməd. Xəbərim yoxdu. Kimin qı-
zıydı? 
Barmağıyla üzünü qaşıya-qaşıya dedi: 
– Qız ki, demək olmaz... qırxa yaxın yaşı olardı... 
Qəhrəman Vəlipurun qızıdı. Evləri Top Meydanı tərəf-
dədi. Yazıxlar səhərdən min dəfə ölüb-diriliblər. Yeri-
göyü axtarıblar... Deyirlər, qızın birinci dəfəsi deyil yo-
xa çıxır. Allah axırın xeyir eləsin! 
Sanki heç nədən xəbərim yoxdu, dedim: 
–  İnşallah tapılar, Məmməd ağa. Nigaran olmu-
yun... 
Məmməd ağa gedə-gedə dedi: 
– Tapılsın da... nə deyirəm ki! Gündə mini itir, biri 
tapılır. Bəlkə o bir nəfər bu qız oldu! 


 
26
Məmməd çox xoşbəxt adam idi. Sadə  və  səmimi 
bir həyat sürürdü. Ona paxıllığım gəlirdi. Arzu elədim, 
kaş onun yeridə olardım. Öz şəhərdaşlarının içində otu-
rub tülkücəsinə özünü pak göstərmək xoşbəxtlik sayıla 
bilərmi?  
O gün yeddi baş  qəlyan çəkdim. Qəlyanın suyu 
mənim rəngim kimi sapsarı olmuşdu. Ayağa durub pu-
lu mizin üstünə qoydum. Qapıya tərəf getdim, Qapıdan 
çıxanda Məmməd dedi: 
– Darıxma ha... tapılar... hər itiməyin bir tapılması 
da olur. 
Gülümsəyib sallana-sallana evə  tərəf getdim. 
Uşaqlıqda bu küçələrdən keçəndə elə bilərdim bulud-
ların üzərində yeriyirəm. O qədər özümü yüngül və 
xoşbəxt sayırdım ki, elə bilirdim istədiyim zaman göyə 
uça bilərəm, elə bilirdim istəsəm lap uzaqlara tullana 
bilərəm. Oxuya-oxuya, atıla-atıla buralardan keçərdim. 
Amma indi elə bil toprağın altında yeriyirəm. Özümü o 
qədər ağır və yorğun hiss eləyirəm ki, hər addımıma 
sanki bir ilimin enerjisi sərf olunur. Həvəssiz, ümidsiz 
və sevgisiz yaşayıram. Elə bilirəm indi küçələr ağız 
açıb məni udacaq. Küçələrdən qorxuram. Divarlardan 
qorxuram, hər  şeydən qorxuram... Çox qorxaq olmu-
şam! 
 
 


 
27
 
 
 
 
 
 
 
 
 
 
 
ələ on yaşıma çatmamışdım. Atam köhnə sol-
çulardan idi. Onun dediyinə görə, adamı 
uşaqlıqdan 
əziyyət çəkib, işləməyə 
öyrətməlidilər. Ona görə  də  uşaqlıqdan atamın 
mağazasında işləyirdim. Boş vaxtlarımı şəhərin ən gur 
meydanı – “Jandarmeri” meydanında kitab satmaqla 
məşğul olardım. “Jandarmeri” meydanının yuxarı 
hissəsini, yəni Xana
1
  şəhərinə gedən küçələri kürdlər 
vaxtilə  işğal eləmişdilər. Atam mənə kiçik bir qırmızı 
rəngli  əl-arabası düzəltmişdi. Arabanın qabaq 
hissəsində yazılmışdı: “Səyyar kitabxana”. Hər gün 
arabanı min müsibətlə sürərək özümü “Jandarmeri” 
meydanına çatdırıb, kitabları yerə düzərdim. Uşaqlığı-
ma baxmayaraq kitabları yaxşı tanıyırdım.  Şəhərin  ən 
gizli və siyasi kitabları demək olar ki, məndən alınardı. 
Onları kiçik bir qutuya yığıb üstündə oturardım.  İstə-
yən olanda cəld durub kitabı götürər və yenidən qutu-
                                                            
1
 Xana -Sulduza yaxın bir şəhərin adıdır 



 
28
nun ağzını bağlayıb üstündə oturardım. Öz müştərilə-
rimi tanıyırdım. Qıraq adama kitab satmazdim. Ya özü 
tanış, ya da tanış adam göndərmiş müştəri olmalıydı. 
Yoxsa risk eliyib o kitabları satmazdım. Həmin dövrdə 
mənim satdığım kitbları kimin əlində tutsaydılar özünü 
də, ailəsini də məhv eləyərdilər. 
– Marksın “Kapital”ı var? 
Bu, Həjirin səsiydi. O zaman 16 -17 yaşı olardı. 
Kürd idi. Bunu ləhcəsindən və geyindiyi paltarlardan 
da çox rahat bilmək olardı. Hər cürə müştərim var idi. 
Müxtəlif səviyyələrdə olan oxucular mənə müraciət 
edirdilər. Dini kitabların alıcılarından tutmuş siyası və 
kriminal kitabların alıcısına qədər. Uşaqlıq günlərim 
İran inqilabı dövründə olduğu üçün, müştərilərimin ço-
xu dini kitabları almağa üstünlük verirdilər. Çünki sol-
çuların hamısını ya güllələmişdilər, ya zindandaydılar, 
ya da müharibə bölgəsinə göndərmişdilər. Yadıma gəlir 
ki, hardasa 20-25 yaşında bir oğlan gəlib həmişə 
Xomeyninin şəkilini məndən istəyərdi. Mən demək olar 
ki, məhz onun üçün gedib, İmamın  şəkilini tapıb gə-
tirib, satışa qoyardım. Hətta İmam ölən günü həmin oğ-
lanı küçənin ortasında atası ölübmüş kimi zar-zar ağla-
yan gördüm. Az qalırdı özünü öldürsün. Biz ona gülüb, 
doluyardıq. Amma bizim bu işimiz heç nəyi dəyişmir-
di. Həmişə özümdən soruşardım: “Axı niyə türk oxucu-
ları  İmamın
1
  şəkilini və risaləsini
2
 almağa gəlirlər
amma bunlar qadağan olunmuş kitabların alıcısıdılar?” 
Həjir qabaqlar bizim məhəllədə yaşayırdı, ona görə 
də ona etibar eliyə bilirdim. 
                                                            
1
 İmamın - İran inqilabının rəhbəri 
2
 risaləsini - müctəhidlərin şəriətlə bağlı kitabları 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə