Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   2   3   4   5   6   7   8   9   ...   21

 
12
adam eləyən kimi aparıb başqasını göndərirdilər. Bu 
inəyin də on beş gün olmazdı gəlməyi. Yanında bir bi-
zim qadın işçimiz xanım Feyzi, bir də bir məhbus qadın 
var idi. Məhbusun üzünü qara bir parçayla bağlamış-
dılar. Əlinin birisə işçimizin əlinə bağlanmışdı.  
– Sənə deməmişəm adam kimi qapını döy? 
Çıyınlərini oynadıb dedi: 
– Bağışla, Seyid, day eləmərəm. 
– Hə...atovun canı, day eləməzsən. Siz heç vaxt 
adam olmazsız. Aç əllərini görüm! 
Məhbusun qandalını açdı.  
– Oturt səndələ. Əlini də bağla dəstəsinə. 
– Baş üstə! 
Feyzi məhbusun  əllərini açıb, bağladı oturacağın 
dəstəsinə.  
– Nədi məsələ, xanım Feyzi? 
– Pantürkdü elə bil, Seyid.  
– Yaxçı, bildim, sağ olun. Pərvəndəsini qoyun 
mizimin üstünə. 
Başımla əsgərə işarə elədim getsin.  
– Qapını arxanca bağla. 
Məhbusların oturacağının üzü, bizləri görməsinlər 
deyə, divara tərəf olardı. Arıq görünürdü. Oturduğu 
səndəl uca olduğundan ayaqları yerə  dəymirdi. Duru-
şundan hiss elədim, o qədər də yaşlı deyil. Saçlarını 
“məqnəə” deyilən baş örtüyüylə örtmüşdü. Bədəninəsə 
uzun bir qara “manto” geyinmişdi.  
– Gözüyün açım? 
– Yox! 
– Niyə? 
– Onsuz da divardan başqa heç nə yoxdu! 


 
13
– Hmmm. Elə bil təcrübəlisən haaa. Neçənci də-
fəndi? 
– İkinci. 
– Nə üçün, harda və nə zaman? 
– Nə üçünü pərvəndədən oxusaz daha yaxçı olar. 
Urmiyədə tutulmuşam, Təbriz zindanında üç ay qalmı-
şam. Sonra da ev sənədi qoyub çıxmışam. 
Sakit və aram cavab verirdi. Ürəyimdə dedim: 
“Mən belənçik qəhrəmanları çox görmüşəm. Aslan gə-
liblər, pişik yola salmışam! Görək iki gün sonra da belə 
olacaq?” 
– Mən səndən soruşuram. Adam kimi cavab ver. 
Udqunub dedi: 
– Deyirlər ölkənin  ərazi bütövlüyünə qarşı  çıxmı-
şam. Deyirlər casusam. Deyirlər.... 
– Yaxçı, yaxçı. Diluzunluq eləmə görüm! Deyir-
lərsə, deməli elədir. Pərvəndəsinin qalınlığına bax. Yə-
qin yekə qələtlər eliyibsən haa...hmm ... adın nədi? 
– Raziyə! 
– Nədi? 
– Raziyə! 
– Kimin qızısan? 
– Qəhrəmanın. 
– Hansı Qəhrəmanın? 
– Taksi şoferidi. Vəlipur. 
– Eviyiz harda? 
– “Top Meydanı” tərəfdədi. 
Sulduz kiçik bir şəhərdi. Hamı demək olar ki, bir-
birini tanıyır. Elə bil başıma daş düşdü. Bu qız Qəhrə-
man Vəlipurun qızıydı. Raziyə! Mənim uşaqlıq sevgi-
lim. Bir böyüdüyüm, bir söyülüb, döyüldüyüm qız. Də-


 
14
fələrlə mənim üstümdə kötək yemişdi. Mənim əclaflıq-
larımın cavabını vermişdi. Uşaqlıqdan qorxaq idim. 
Həmişə nəsə bir qələt eləyəndə tez Raziyənin boynuna 
atıb, aradan çıxardım. O yazıq da sakit dayanardı. Heç 
vaxt özünü müdafiə eləmədi. Heç vaxt elədiyimi üzü-
mə gətirmədi. Məsumə xanımın acığına dəfələrlə onların 
qapılarına işəmişəm. Raziyəsə anasına demədən,  şlanq 
çəkib, yumuşdu. Məsumə xanımgilin həyətlərinə topu-
muz düşəndə  cırıb tulluyardı küçəyə. Ona görə  də  həm 
qapılarına işəməyi, həm də şüşələrini sındırmağı özümüzə 
borc bilərdik. Bütün uşaqlığım gözlərimin qabağında di-
rildi. Ona olan o uşaqlıq sevgisi ürəyimdə canlandı.  
Deyirlər, insan günah elədikcə  məhəbbət deyilən 
bir həqiqətdən uzaqlaşır, artıq sevə bilmir. Mən günah-
kar adam idim. Çoxdan idi ki, kimsəni sevə bilməmiş-
dim. Uşaqlıqda keçirtdiyin hisslər sənin kökünü ya-
radır. Sənə yön verir. Bütün insanlarsa bir gün öz kök-
lərinə qayıdırlar.  
Uşaqlıq aləmində Raziyəni özümə arvad eləmək 
istəyirdim. Ona qarşı  uşaqfason bir ehtirasım varıydı. 
Bir dəfə Raziyəylə “qonaq bacı” oynayanda dedim: 
– Raziyə! Mənim arvad almağıma neçə yaş qalır? 
Gəlin oyuncağını əlində yırğalayıb dedi: 
– Mənim atam iyirmi yaşında mamamı alıb. Sənin 
8 yaşın var. On iki yaş gözdəməlisən hələ. 
– Raziyə? 
– Hən? 
– Mamayın neçə yaşı var idi? 
– On yeddi yaşı . 
Bu hesab-kitab məni qorxudardı. Axı Raziyə iki 
yaş məndən böyük idi. O hesabnan mənim arvad almaq 


 
15
vaxtım çatanda, Raziyə artıq  ərə getmiş ola bilərdi. 
Xüsusilə də Sulduz kimi kiçik bir şəhərdə qızların iyir-
mi yaşından sonra evdə qalması faciə hesab olunurdu. 
Mənim öz mamamın anası on üç yaşında babama gəl-
mişdi. Mamam deyir, anasının heç sinələri belə  çıx-
mamışdı ərə gələndə. Raziyəni itirmək qorxusu mənim 
uşaqlığımın qorxusuydu. İndisə o burdadı. Gözübağlı 
oturub qarşımda. Pərvəndəni açıb şəkilinə baxdım. Ra-
ziyə, Raziyə! Niyə belə qocalmısan? Gözləri yaman 
çuxura düşmüşdü, çox sınıxmışdı... 
Dəstəyi götürdüm:  
– Haci yerindədi? 
– Həyə, Seyid. 
Dəstəyi yerə qoyub durdum ayağa. Titrəyirdim.  
– Raziyə xanım, siz burda oturun mən indi gələ-
rəm. 
Çalışırdım səsimin titrəməsini hiss eləməsin. Bir-
nəfəsə qapını açıb çıxdım dəhlizə. Dar və uzun dəhlizə. 
Sulduz zindanının ən dəhşətli dəhlizi. Buranı məhbus-
lar “ölüm dəhlizi” adlandırmışdılar. Burada sorğu-sual 
olunanların ən az cəzası ömürlük həbs idi. Ağır cinayət 
törədənlərin saxlanıldığı birnəfərlik kameralar və dəhli-
zin sonundasa mənim otağım. Demək olar ki, cəhənnə-
min tən ortası. Bilmədim necə özümü Hacının otağına 
çatdırdım. Hacının otağı  dəhlizdən aralıydı. Dəhlizin 
sonunda bir dəmir qapıdan keçib, sola dönüb, ikinci 
dəhlizi də keçməliydin. Dəhliz boyu bir pəncərə belə 
yox idi. Ancaq və ancaq nəmişli, soyuq və uca be-
tonlar. Hacının qapısında belə bir yazı yazılmışdı: “İs-
tintaq rəisi” . Qapını tıqqıldadıb içəri keçdim.  


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə