Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   ...   13   14   15   16   17   18   19   20   21

 
92
– Sora? 
Utana-utana dedim: 
– Bir gün Bəhruz zəng eliyib dedi ki, gözəl və 
cavan bir fahişəynən tanış olub. Dedi ki, qonaqlıq qur-
maq lazımdı… biz də vaxt itirmədik… 
– Yəni? 
– Yəni 3-4 dost yığışıb o fahişənin evinə qonaq 
getdik! 
Raziyə gözlərin yumdu. 
– Sora?  
– İlk dəqiqələr çox yaxçı keçirdi… yeyib, içib, əy-
lənirdik… hərə öz pulunu televiziyonun üstünə qoyub 
onun otağına girib, işini görüb, çıxırdı… mən axırıncı 
adam girdim o otağa… 
– Və? 
– Və çıxanda gördüm uşaqların heç biri yoxdu. Hər 
kəs çıxıb öz pulunu götürüb qaçmışdı… Uşaqlar mən-
nən zarafat eliyirmişlər, amma bu mənə çox baha başa 
gəldi… 
– Necə? 
– Qadın bağırmağa başladı. Neynirdim susmur-
du… qonşular bildilər… polis gəldi… mən qaça bilmə-
dim… 
Əllərimlə üzümü tutdum. Ürəyimin acılığı ağzıma 
gəlirdi. Özümün özümə yazığım gəlirdi. 
– Məhkəmə məni məcbur elədi onu alam… mənim 
qolumu ona kəbin qoydu… abırıma sığınıb aldım… o 
pis qız deyil… hicabını qoruyur… pis yoldan uzaqlaş-
dırdım… uşağımız da var… şəhərdə görünməkdən qor-
xurdum… bura gəldim ki, öz təkliyimdə yaşıyım… 
gizlicə öz dərdimi çəkim… 


 
93
Raziyə heç nə demirdi. Susub oturmuşdu.  
– Mənə nifrət eliyirsən, düzdü, Raziyə? 
Başını qaldırıb dedi: 
– Başıva dolanım… Yox… Eləmirəm. Sən bu öl-
kənin, bu durumun yaratdığı bir bədbəxtsən… günah 
səndə deyil… azad ölkədə fahişəynən yatmağın cürmü 
onunla evlənmək deyil ki. Sən kişilik eliyibsən hələ… 
fahişədən ev xanımı düzəldibsən… 
Üzündə bir razılıq əlaməti var idi. Barmağını mənə 
tərəf uzadıb sızıldadı.  
– Qismətimiz belədirsə… qoy olsun… mən… mən 
razıyam… 
– Nəynən razısan? 
– Kəbinsiz və məhkəməsiz sənnən evlənməyə! 
Onun özü bilirdi sabah başına nələr gələcək. Bilir-
di bu, son gecədi. Bilirdi bakirə getməsin deyə, mən 
burdayam. Bilirdi… bilirdi! 
Üzüyü dodağıma tərəf aparıb öpdüm. İkinci dəfə 
Raziyənin barmağına taxdım. Ancaq bu dəfə yekə bar-
mağına yox, nişan barmağına taxdım.  Əlləri buz kimi 
soyuq idi. Gözlərini yummuşdu. Dedi: 
– Oxu siğəni! 
“Bismillah” – deyib siğəni oxumağa başladım. Gö-
zümün yaşı dayanmadan axırdı. “Qurbanın olum, Ra-
ziyə!” 
Xırıldiya-xırıldiya dedim: 
– Mənnən evlənməyə razısan? 
Pəncərəyə göz dikib dedi: 
– Razıyam! 
Raziyəmin göz yaşları dayanmırdı. Ayaqları da, 
əlləri də əsirdi. Nifrət edirdim Xomeyniyə də, Şaha da, 


 
94
azadlığa da! Bütün ideologiyalara nifrət edirəm. Bu, nə 
azadlqdı ki, yolu bu biabırçılıqdan keçir. Bu, nə vətən-
di, nə vətəndaşlıqdı? 
– Sabah bilirsən nə olacaq, Raziyə? 
– Bilirəm! 
– Asacaqlar səni!  
– Bilirəm!  
– Səni qucaqliya bilərəm?! 
Heç nə demədi. Onu qucaqlayıb dəlicəsinə  ağla-
maq istəyirdim. Sevgi istəyirdim, amma gecikmiş sev-
ginin közü alovlanıb ikimizi də yandırırdı. Dedi: 
– Başlaya bilərsən! 
– Nə?! Nəyi?  
– Dedim ki, işini başlaya bilərsən! 
Elə bil başıma daş saldılar. Raziyə, Raziyə, Raziyə, 
nə olar belə eləmə mənnən... 
– Raziyə, mənim işim bu deyil… Kak Murada 
verirdilər səni… 
– Heç nə demə… işini başla… 
Raziyə zülüm-zülüm ağlayırdı. Onu sevirdim. Ya-
nında oturub qucaqlamaq istədim. Etiraz eləmədi. Bağ-
rıma basdım. Saçlarını qoxlayaraq öpürdüm. Sankı min 
illərdi o saçların, o qoxunun həsrətindəydim. Saçlarını 
öpəndə hiss elədim əti ürpəşdi. Ehtiras! Özü də bu qa-
zamat zindanın ortasında! Onu elə möhkən sıxmışdım 
ki, elə bil qorxurdum əlimdən alarlar. Başını qoydu çiy-
nimə. Ağlayırdı.  
– Niyə belə oldu, Raziyə? 
Qəhərdən boğula-boğula dedi: 
– Bilmirəm… bilmirəm… 


 
95
Sonsuz bir titrəyiş oturmuşdu bədəninə.  
– Səni çox sevirəm, Raziyə! 
Bu sözümün müqabilində yalnız ağladı! Başını öp-
düm. Yenə qoxladım, yenə öpdüm! Qanlı  əlini  əlimə 
alıb sızıldadım, öpdüm.  
– Ayağın çox ağrıyır? 
– Artıq nə fərq eliyir… Başla, nə olar? 
– Tək yox… ikimiz də başlayaq… xahiş eliyi-
rəm… bu yalnız mənim günahım deyil axı… mənə də 
yazığın gəlsin... 
Əyilib dırnaqlarını öpdüm. 
– Əlim qırılaydı… 
– Ağrımır! 
– Bizdən bədbəxti var, Raziyə? 
– Mən özümü bədbəxt saymıram! 
– Amma mən çox bədbəxtəm… çox… 
Əlimdən yapışıb özünə tərəf çəkdi. Üzünü az qala 
yapışdırdı üzümə. Gözlərini dikdi gözümə. Dedi: 
– Başla… kişi ol! İndi vaxtıdı… 
Və dodağımı öpdü! O yaralı bədəndən doğan ehti-
rası heç bir xanımdan ala bilməmişdim. Mən də öp-
düm.  İkimiz də  ağlayırdıq. Kədərli bir ehtirası payla-
şırdıq. Gözlərini öpdüm. Yanağını öpdüm. Bədəninin 
hər yeri yaraydı. Yaralarını öpdüm.  
– Raziyə, bura kişi yeri deyil… bu soyuq və 
rəhmsiz betonların ortasında necə kişi olum?! 
– Eybi yox… sən kişi ol… heç kimin ola bilmədiyi 
yerdə kişi ol! 
Gözlərini yummuşdu. Bədəni göz yaşımla yuyu-
lurdu. Əlim yaralı bədənində gəzirdi. Ağlayırdıq. Ehti-


 
96
rasımız qana bürünmüşdü. Uşaqlığım yadıma düşdü. 
“İynə-iynə” oynaya bilməmişdik! Özümə dedim: “Bud 
a sənin iynə-iynən.” Böyüklərin “İynə-iynə” oynaması 
çox fərqliymiş. Bizim kimi böyümək çox ağır və ağrılı 
faciədi. Bu faciəni daşımaq üçün əsl kişi lazimdi. Lap 
Rza kimi kişi olmaq lazimdı! 
Nəfəs-nəfəs vururduq. Bütün bədənim tər idi. Hə-
rəmiz soyuq və dar çarpayının bir tərəfinə uzanmışdıq. 
Hər şey bitmişdi. Raziyə artıq qız deyildi, mənim xanı-
mım idi, namusum idi.  
– Sabah sən də burda olacaqsan? 
– Olum? 
– Ol!  
–  İstəyirəm sən məni dar ağacına tərəf aparasan, 
Halqanı da özün boynuma salasan… 
– Olacam… çox çətindi, amma olacam… kaş bir 
çıxış yolu olaydı… qorxuram, Raziyə! 
– Qorxma… mən qorxmuram! Yolun sonunu bi-
ləndə qorxmursan. Sən də bilməlisən yoluyun sonunu. 
Onda qorxmazsan! 
Üzüyü gözünün qabağına tutub dedi.  
– Üzüyə görə çox sağ ol. İnanırsan, bunu bir gün 
belə özümdən ayırmamışam? Bilmirəm niyə, amma 
çox sevirəm bunu. 
Sonra da üzüyü öpüb dərindən bir nəfəs aldı. 
– Zindan bizim evimiz oldu, Raziyə!  
Özünə dalıb dedi: 
– Azadlıq gözəldi, ev gözəldi, zindanda olsa belə. 
Bura mənim evimdi. Sən də  işini gördün. Sənin üçün 
sevinirəm. Məndən narahat olma… bu zindanlar 


 
97
mənim kimilərini çox görüb… qanım ölənlərdən qır-
mızı deyil ki!  
Raziyəyə paxıllığım gəlirdi. O, çox güclüydü. Te-
leyini bilən və onunla barışmış adam azad insandı. Ra-
ziyə azad insan idi. Raziyə dünyanı öz boyu qədər biç-
mişdi. Azadlığı qədəh dolusu içmişdi. Ona görə də iti-
rəcəyi və çata bilməyəcəyi bir şey yox idi. Quşun balası 
gec, ya tez uçacaq, əsas odur ki, quş olduğunu bilsin və 
başa düşsün. 
Mən Raziyəyə nicat verə bilərdim, amma Razi-
yələrə nicat verə bilməzdim. Zülmün kökü kəsilməlidi. 
O da ki, mümkünsüz görünürdü. Nə  qədər insan var, 
ədalətsizlik var, müharibə var, zindan var. Məncə, əda-
lət ədalətsizlik tək qalmasın deyə yaradılıb, yoxsa özlü-
yündə heç mənası yoxdu. Necə ki, sülhün və azadlığın 
mənası yoxdu!  
– Niyə  və necə döyüşməyin mühümdü, hara ça-
tacağın yox! 
Kinayəylə dedim: 
– Sonu budu da, Raziyə! 
– Yox, sonu bu deyil… hələ sona çox var… bir 
gülnən bahar olmur, amma bahar başlaya bilir! 
Mən də o bir gül ola bilərdim. Mən də ilk gül ol-
maq istərdim. Raziyə kimi olmaq istəyirəm! 
– Sənsiz baharın nə  mənası var, Raziyə? Bahar 
sənsən! 
– Bu millətin baharı hələ evlərdə böyüyür, məktəb-
lərdə böyüyür… bahar millətin birlikdə gülməsi və bir-
likdə ağlamasıdı. Bir dildə dərdləşməsidi! 
Raziyədən ayrılmaq istəmirdim. Heç vaxt almadı-
ğım hissləri mənə verirdi, heç yerdə  eşitmədiyim söz-


 
98
ləri eşidirdim. Saatlarla saçlarında, sinəsində uyumaq 
istəyirdim. Əllərini, ayaqlarını öpüb sığallamaq istəyir-
dim. Onun olmaq istəyirdim. Uşaqcasına onunla yaşa-
maq istəyirdim. Ancaq bu, mümkün deyildi. Doktor in-
di gəlib Raziyəni yoxlayacaqdı.  
– İndi doktor gələcək, Raziyə! 
Yerindən qalxıb çətinliklə paltarlarını geyinməyə 
başladı. Kömək eləmək istədim, amma qoymadı.  
– Namusumu öz millətimdə saxladığın üçün sağ ol!  
– Nə? 
– Kak Murada vermədiyin üçün təşəkkür eliyirəm! 
Haqqı var idi. Namus paltar kimidir. Millət namus 
kimidir. Kim arvadının paltarını qonşu kişiyə verər? 
Yaşadığım bu illər  ərzində birinci dəfəydi ki, özümlə 
fəxr eləyirdim. Sən millətini öz millətindən olan birinə 
sata bilərsən, amma başqasına sata bilməzsən. Bu, əsl 
xəyanətdi. “Vətən” və “Vətəndaş” kəlmələrinə  məna 
verən insandır. O qədər vətəndaşın vətəndaşa xəyanə-
tini görmüşəm ki, artıq bütün insanlara nifrət eləməyim 
gəlir, amma gələ bilmir! 
– Kaş səni neçə il qabaq tanıyardım, Raziyə! 
Ayağa qalxıb geyindim. Bəzən faciə o qədər böyük 
olur ki, sən onu başa düşə bilmirsən. Donub qalırsan. 
Özün də bir kiçik faciəyə çevrilirsən. Beynində yaranan 
suallar səni içdən yeyir. “Niyələr” və “kaşlar” səni da-
ğıdır. Ümidin hər yerdən və hər şeydən üzüləndə özünə 
güvənməyə  məcbur olursan. Yalnış da olsa, nəsə bir 
qərara gəlirsən, bax elə  həmin qərar sənin  əsl taleyin 
olur. Özün öz alın yazını yazırsan! 


 
99
– Olacağa çarə yoxdu. Bu mənim üçün çox gözəl 
bir sondu. 
– Və mənim üçün əzəmətli bir başlanğıc! 
Yaxınlaşıb iki əlimlə çiyinlərindən yapışıb alnını 
öpdüm. Qoxusunu sinəm dolusu içimə çəkdim. Raziyə 
başını qaldırıb gözlərimə baxdı. Gözlərinin küncündən 
sirli bir yaş süzüldü. Əyilib gözlərindən öpüb dedim: 
– Allahına tapşırıram səni! 
Sonarsa qapıya tərəf getdim. Ağzımın suyunu uda 
bilmirdim. Boğazım  şişmişdi. Qapını açanda Raziyə 
asta səslə dedi: 
– Millətimizin Allahı da sənə rəhm eləsin! 
O, düz deyirdi. Mənə gərək öz millətimizin Allahı 
kömək eləsin. Hər millətin öz Allahı olur. Allah insan-
ların düşüncə, həyat tərzi və istəklərindən doğan bir 
məfhumdu. Sənin Allahının gücünü sənin zəifliyinin 
dərəcəsi bəlli edər.  İstəkanın dolu yeri Allah və boş 
tərəfi sənsən. Gözləyirsən kimsə gəlib o boş yeri də dol-
dursun. Hər millətin də özünəməxsus tarixi və yaşam tərzi 
var. Özünəməxsus gücü və zəifliyi var. Amerikalı nə bilir 
mən bu xarabada nə  çəkirəm? Nə bilir ürəyimdən nə 
keçir. Heç onun Allahı da bilə bilməz. Amerikalının 
Allahı amerikalı kimi düşünür. Şərqin İran adlı bir xara-
bası, hələ onun da başıbəlalı Azərbaycanında, kim nə bilir 
biz nə  çəkirik.  Şərqin, ümumiyyətlə, Allahı ölüb. Yerdə 
qalan mənim kimi bəndələrdi…! 
Səhər azanına yaxın olardı. Zindanın arxa həyə-
tində uca bir dar ağacı hazırlamışdılar. Günəş bulud-
ların arxasında gizlənmişdi. Hava sanki işıqlanmaq 
istəmirdi. Raziyənin kamerasında bir molla və bir 


 
100
doktor var idi. Molla guya ona “Quran” oxuyub All-
ahdan bağışlanmasını istəyirdi, doktor da onun sağlam-
lığını yoxlayırdı. Mollaya ürəyimdə dedim: “Allah sə-
nin kimi şərəfsizlərin günahından gərək keçə, ay əclaf! 
Raziyənin  ən böyük günahı onun azad yaşamaq istə-
yiydi. Amma sənin kimi mollaların günahı lap çoxdu, 
çox, çox!” 
Gözümün yaşı sözümə baxmırdı. Hamı  mənə ba-
xırdı. Molla və doktordan xahiş elədim kameradan çıx-
sınlar.  
– Güclü ol, Raziyə!  
Mənə baxmadı. Acı gülümsədi.  
– Dünən yadımdan çıxdı sənə bir söz deyəm! 
– Nə? 
Üzünü mənə  tərəf çevirib düz gözlərimin dərin-
liyinə baxdıb dedi: 
– Azadlığa çatmaya bilərsən, amma onu dadmaq 
da böyük işdi. Mən onu daddım! 
Əllərini ikiəlli tutub sıxdım. 
– Mən də daddım, Raziyə. Mən azadlığı gördüm, 
hiss elədim. 
Gözümə göz dikib dedi: 
– Səndən bir xahişim var! 
– De… 
Üzüyü barmağından çıxarıb mənə tərəf uzatdı.  
– Al… saxla… 
Çox təəccüb elədim! 
– Niyə? Nə oldu ki? Qaytarırsan? 


 
101
– Yox. Qorxma… bilirsən, bir gün bu millət də 
azadlığı görəcək, hiss eliyəcək. Azadlıq gələndə barma-
ğına taxarsan! 
O güldü, mən ağladım! O uddu, mən uduzdum! 
Üzüyü titrək əllərimə alıb yumruğumda sıxdım. Bu is-
təyin müqabilində  nə edəcəyimi bilmirdim. Vaxt yox 
idi. Raziyənin o yaralı əl-ayağını qandalladım. İstəmir-
dim kimsənin əli ona toxunsun. Mən onun əriydim!  
Dedilər Hacı  gəlir. Tələsik gözümü sildim və Ra-
ziyənin başına qara torba keçirtdim. 
– Hazırsan? 
– Hazıram! 
Əlindən yapışıb yavaş-yavaş kameradan dəhlizə 
çıxartdım. Yeriyə bilmirdi. Barmaqları  şişmişdi deyə, 
addım ata bilmirdi. Sağ-solumda iki əsgər gəlirdi.  
Mübarək olsun, Seyid! 
Hacıydı. Dəhlizdə üz-üzə gəldik. Cavab vermədim. 
Gülümsədim. Özümü möhkəm saxladım.  İstəmirdim 
sınmağımı görsün. Bunu Raziyədən öyrənmişdim. Asta 
addımlarla dəhlizdən həyətə  tərəf yola düşdük. Azan 
səsi gəlirdi. Ölüm dəhlizindən kölgə kimi irəliləyirdik. 
Hər addımımız bir uzun yolçuluğa bənzəyirdi. Sanki 
hər bir addımımızda böyük sirlər, dəhşətli keçmişlər, 
ağrılı hadisələr söylənilirdi. Hər addımımız kitabın bir 
vərəqi kimi açılırdı  həyata. Bir-bir, tələsmədən addım 
atırdıq. Ölüm dəhlizini fəth eləyib həyətə çatdıq. Hə-
yətin o başında dar ağacı görünürdü. Raziyəyə baxdım. 
Qoluna girib inamla irəli getdik. İnanmırdım ki, bir 
neçə  dəqiqədən sonra Raziyə bu dünyada olmayacaq. 
Axı Raziyə kimilər olmasa, bu dünyanın nə  mənası 


 
102
var? Şərəfli insanlar olmasa, dünya üstü açılmış bir ya-
lana bənzəyər – nə dadı qalar, nə duzu! 
Dar ağacının yanına çatanda Raziyə dayandı.  
– Olar bu torbanı başımdan çıxarasız?  
Hacıya baxdım. Heç nə demədi. Torbanı Raziyənin 
başından çıxartdım. Dərindən nəfəs aldı. Gözünü dikdi 
göyə. Günəş  hələ  çıxmamışdı. Bəlkə  də Raziyənin 
gözünə baxmaqdan utanırdı. Raziyə günəşin üzünə 
baxmaq istəyirdi, onun bir səhər cağı xalqının üzünə 
doğacağına inanırdı. Mən halqanı onun boynuna sal-
dım. Raziyə dilinin altında nəsə deyirdi. Sözlərindən 
“ana” kəlməsini seçə bildim. Gözü yol çəkirdi. Son 
dəfə qucaqlaşıb vidalaşdıq. Qulağıma dedi: 
– O dünyaya inanırsan? 
Astaca dedim: 
– Hə… 
– Onda orda görüşərik! 
Ağladım, gülümsədi. Gözünü məndən alıb yumdu. 
Hacı başıyla  əsgərə  işarə elədi.  Əsgər Raziyənin aya-
ğına yaxınlaşdı. Ayağının altı boşaldı…  
Hacı salavat çevirib, əlindəki  şirniyyat qutusunun 
ağzını açıb, ordakılara paylamağa başladı. Hamı salavat 
çevirib bir-birini təbrik eləyirdi. Azadlığın ölümü mü-
nasibətiylə  şadyanalıq edirdilər! Yadıma gələndə ki, 
mən də onlardan biri olmuşam, özümə tüpürməyim gə-
lirdi. Raziyəyə baxdım. Alma kimi asılmışdı  ağacdan. 
Dar ağacı bar vermişdi. Özü də Raziyə kimi ağır və də-
yərli bir bar. Gözləri açıq idi. Uzaq bir yerə göz dikmişdi. 
Bilmirəm bu uzaqda nə var ki, hamının gözü ordadı? 
Bəlkə azadlıq həmişə uzaqda olur deyə, insanlar uzağa 
baxırlar! Ölüm halındaydım. Bir azdan Raziyəni yerə 


 
103
endirib, müayinə edib, ölümündən  əmin olandan sonra 
ölüxanaya aparacaqdılar. Mən o səhnəni görə bilməzdim, 
yəni gücüm çatmazdı. Artıq orada qala bilmirdim, ona 
görə də ağır addımlarla otağıma tərəf getdim.  
Bilirdim bundan başqa yolum oxdu. Otağıma qa-
yıtdım. Artıq ağlamırdım. Ürəyim sakit idi. Raziyə  də 
artıq rahat idi. Həqiqətlə üz-üzə gələndə, onun mürdar 
iyini hiss eliyəndə, burnunu dəsmalınla tutma, o mürdar 
iyin hamısını  çək içinə. Başa düş ki, bu iy dünyanın 
pisliyi deyil, ədalətsizliyin iyidir dünyanı götürüb. Kaş 
ki, ölülərin də bir yubiley günü olardı. Mizimin arxa-
sında oturdum. Siyirməmi açıb tapançamı götürdüm, 
Raziyənin üzüyünü öpüb onun yerinə qoydum. Dara-
ğında güllənin olmasını yoxlayıb otaqdan çıxdım. Razi-
yəsiz bu dəhliz məni qəbir kimi sıxırdı. Feyzinin ota-
ğına çatanda qapını döymədən içəri gırdım. Qapısında 
dayanan əsgər bəxtimdən orada deyildi. İmkan tapmadı 
başını qaldırsın.  
Qəzəblə dedim: 
– Öl, fahişə! 
Gülləni sıxdım ürəyinə  və  çıxdım. Fikirləşdim ki, 
indi Feyzinin ərinin ruhu şad olub. Hacının otağına 
tərəf getdim. Güzgüyə baxmayana qədər güzgü güzgü-
lüyünü başa düşməz. Güzgüyə  dəyər verən ona baxan 
insandı. Kifir və səviyyəsiz olsa, güzgü də kifir və sə-
viyyəsiz görünəcək. Qətiyyən həyəcanım yox idi. Qa-
pını ayağımla açıb içəriyə girdim. Doktor və molla da 
ordaydılar. Yəqin Raziyəm barədə danışırdılar. Tapan-
çanı Hacıya tərəf tuşladım. Hacı yaman qorxmuşdu. İlk 
dəfəydi gözlərində belə qorxu görürdüm.  
– Neynirsən, Seyid? Qoy yerə onu! 
Bir addım da irəli gedib dedim: 


 
104
– Yox, Hacı, yox… hara qoyuram?! Hələ təzə ta-
pança tutmağı öyrənirəm! 
Tapançanı çevirib mollanın başına bir güllə  sıx-
dım. Molla o ərəb paltarlarının içində itdi. Sanki bir 
topa  ət çoxlu parçaya bürünüb yerə düşdü. Doktor 
üstümə cumdu, amma nəsə eləməyə imkan tapmadı. 
Bir güllə  də onun sinəsinə  sıxdım. Hacı yerində don-
muşdu. Əlini tülkücəsinə siyirməsinə tərəf aparırdı. Ha-
cıya yaxınlaşdım.  
– Hacı, dünən sən mənə yeni həyat verdin. Mən bu 
gün dünənki Seyid deyiləm. Raziyənin əriyəm! 
Danışmağa macal tapmadı. Gülləni ürəyinə sıxdım. 
Hacı təsbehiylə birlikdə yerə səpələndi. Kimsə gəlmə-
mişdən öncə oradan çıxıb getməliydim. Sürətlə otağıma 
qayıtdım. Dəhlizdən qaçhaqaç səslərii gəlirdi. Bu dün-
yadan dörd alçağı azaltdığım üçün sevinirdim. Ayaq 
səsləri otağıma tərəf yaxınlaşırdı. Günəş çıxmışdı. Xo-
meyninin də şəkilini divardan çıxarıb arxası üstə mizi-
min üstünə atdım. Pəncərənin qabağında dayanıb “Sul-
tan Yaqub” dağına göz dikdim və tapançanı gicgahıma 
tərəf apardım! 
 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə