Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   ...   13   14   15   16   17   18   19   20   21

 
73
dılar. Beləliklə, onu ölmədən öncə ruhi baxımından 
öldürərdilər.  
“Əkinçilik” sahəsi hardasa bir hektara yaxın olardı. 
Bizim iş yerimizdən oraya iyirmi dəqiqəlik yol var idi. 
Adi insanların qəbirlərinə qarışmasınlar deyə, o sahəni 
bir az aralıda götürmüşdülər. Edam olanları orada na-
məlum şəkildə basdırardılar. Cənazəsini ailəsinə təhvil 
vermək istəsəydilər, cəsədin müqabilində muştuluq tə-
ləb edərdilər. Yəni edam olunanın ailəsi gərək övladı-
nın olməsinə görə sevinib, dövlətə  təşəkkür də elə-
yəydi! Gülləylə edam olunanların ailəsindən güllələrin 
pulunu da tələb eləyərdilər. Hayıfları gəlirdi guya gül-
lələrinə. Şərqin durumu budur. Hakimiyyətlərin gözün-
də insanların canı güllələrin qiymətindən daha dəyər-
sizdir.  
Havada qara buludlar hökm sürürdü. Sırtıq bir yel 
əsirdi. Yaxına getməyə  cəsarətim çatmadı. Tanınmaq-
dan it kimi qorxurdum. Raziyəyə  ağ paltar geyindir-
mişdilər. Uzaqdan görürdüm. Feyzi oturub ona baxırdı. 
Bir az uzaqdasa üç əsgər keşik çəkirdi. Raziyə çox çə-
tinliklə külüngü qaldırıb yerə  çırpırdı. Hardasa, yarım 
metr qazmışdı. Görünür, səhər azanından bəri başla-
yıbmış. Bir siqaret yandırıb dərindən içimə  çəkdim. 
Yazıq Raziyə! Günahı nədi axı? Əhh... Ürəyimdən keç-
di ki, gedəm  əsgərlərin  əlindən silahı alaraq hamısını 
öldürüb Raziyəylə birlikdə qaçıb gedəm. Amma hara 
qaça bilərdim. Çox bədbəxt millətik. Solumuz İraq idi, 
sağımız Türkiyə kürdləri. Heç yerə qaça bilməzdik. 
Gec-tez tapıb öldürərdilər bizi. Kimdən-kimə  və har-


 
74
dan-hara qaçmaq çox önəmliydi. Mən özümdən qaçır-
dım, Raziyəni bilmirəm! 
İkinci siqareti yandırdım. Raziyə hələ qazırdı. Yo-
rulub dayanmaq istəyəndə Feyzi bir daş götürüb ona 
tərəf atıb bağırırdı : 
–  İşlə, qəhbə! Dayanma baaa. Burda yatacaqsan 
sabahdan... dərin qaz, dərin qaz görüm!  
Raziyəsə yenidən o ağır külüngü götürüb axsıya-
axsıya, yorğuncasına yerə  çırpırdı. Anam həmişə 
mənimçün dua eləyəndə deyərdi: “Allah səni neyləyim, 
necə eləyimə salmasın, bala.” Mən indi bu duanın yeri-
ni və  qədrini bilirəm. Tam çarəsiz idim. Quşların səsi 
əsəbiləşdirirdi məni. Görəsən, onların da vətəni var? 
Görəsən, onlar da öz milli haqları  uğrunda döyüşüb 
edam və  işgəncəyə  məhkum olurlar? Vətən qaranquş-
larındı, yoxsa sərçələrin? Kaş qaranquş doğulaydı 
adamlar – vətənsiz, dinsiz və azad! 
Sulduzda Eynulla Qırxkot adında dəli yaşayırdı. 
Eynulla harda bir cırıx kot
1
 tapsaydı, əyninə geyinərdi. 
Ona görə də ona Eynulla Qırxkot deyirdilər. Eynulla nə 
qədər də soyunsaydı, yenə də təmizə çıxmazdı. Lay-lay 
çırkaba bulaşmış paltarları geyinmək çox qorxuludu. 
Bəzən başına gələn hadisələr və elədiklərin bu paltarlar 
kimi səni geyinir. Yəni sən paltarı yox, paltar səni ge-
yinir. İnsan istəsə belə özünə çata bilmir. Eynulla Qırx-
kot olmaq çox qorxuludu. Mən qorxurdum.  
Üçüncü siqareti yandırdım. Raziyə qazırdı. Bilir-
dim ki, bu gecə onu özü qazdığı qəbirdə yatırdacaqlar. 
                                                            
1
 kot - qurtka 


 
75
Belə  şeylərdən çox görmüşdüm. Qəbri qazdırıb, sonra 
bir gecə  məhkumu onun içində yatırdırdılar. Yazıq 
məhkum artıq ölü kimi bir şey olurdu. İnsanı diri vaxtı 
qəbirdə, özü də gecə çağında yatırtmaq dünyanın  ən 
dəhşətli işgəncəsidi. Dağın üstündən çobanlarla birlik-
də bir sürü qoyun keçirdi. İtlərin səsi başıma düşürdü. 
Ürəyimdə dedim: “Kaş o çobanın yerinə və ya heç ol-
masa, o qoyunların birinin yerinə mən olardım.” Başım 
ağrıyırdı. Uşaqlıq sevgilimin işgəncəsinə  şahid olur-
dum. Ancaq bu işgəncə ikitərəfliydi. Raziyə əzab çək-
dikcə, mən də ondan betər  əzilirdim. O ağlayırdısa, 
mən batırdım. O ölürdüsə, mən məhv olurdum, yox 
olurdum. 
Dördüncü siqareti yandırmadım. Qayıtdım otağı-
ma. Bu rəzalətə dözə bilmirdim. Üsyan eləmək istəyir-
dim. Nəyisə dəyişmək, nəyisə sındırmaq, nəyisə yarat-
maq istəyirdim. İmamın başımın üstündəki şəklini gö-
türüb arxası üstə mizin üstünə atdım. İçimdə qəzəb və 
məhəbbəti birlikdə yaşadırdım. Hər şeyə nifrət edirdim. 
Raziyənisə sevirdim.  
Xomeyni guya xalqa xidmət eləmək üçün gəlmiş-
di, ancaq həmin xalqı asıb-kəsdi, öldürdü. Çünki onun 
beynindəki xalqın bizim millətimizə heç bir aidiyyatı 
yox idi. Ona xəstə və bəndə bir ümmət lazim idi. Lap 
mənim kimi. Ona Eynulla Qırxkotlar lazım idi. Hərdən 
“xalqa” görə xalqı qurbana çevirirsən. Hərdənsə bir 
sözlə, bir balaca işinlə bir xalqı yaşada bilirsən. Xalqın 
ürəyində yaşamaq asandı, amma onları daşımaq olduq-
ca çətin və  məsuliyyətli bir işdi. Mən kütlənin inqi-
labına inanmıram. Kütlə ehtiyaclarını ödəyə bilməyən 


 
76
zaman etiraz eləməyə başlayır, amma nəyisə dəyişə bil-
mir. İnqilabın bətnində dəyişmək yoxdur, qırmaq, qırıl-
maq və dağıtmaq var. Öldürmək və itirmək var. Zindan 
və edam var. Dəyişmək üçün islahat aparmaq lazımdı. 
Onu da özündən başlamalısan. İslahat gec nəticə verib 
və ya heç nəticə verməyə də bilər. Yalnız o zaman aya-
ğa qalxıb silah ələ almaq olar. Silahli mübarizə və in-
qilab mədəni islahatın nəticə vermədiyi yerdə son və 
tək çarədir.  
 
 


 
77
 
 
 
 
 
 
– Alo! 
– Bəli, Hacı!  
– Qayıdıbsan elə bil, Seyid! 
– Bəli, Hacı. Başım yaman ağrıyırdı. Qala bilmə-
dim. Xanım Feyzi ordaydı, nigaran olmayın. 
– Mən səndən nigaranam, Seyid! 
Hacının sözündə kinayə qaynayırdı. Səsi müstəntiq 
səsi kimi itiydi. Lap adamın içini doğrayırdı. Hacını 
gözəl tanıyırdım. İndi ürəyində məni söyürdü. – “Artıq 
vecimə də deyil, qoy nə qələt eliyəcək, eləsin.”  
Hacı davam elədi: 
– Seyid, gəl otağıma, danışmalıyıq. 
– Baş üstə, Hacı. İndi gələrəm. 
Hacının sifətini görməyə heç halım yox idi. Bilir-
dim, gedəcəm başlayacaq məni danlamağa. Ancaq get-
məkdən başqa çarəm də yox idi. Dəhşətli fikirlər gəlirdi 
beynimə. Lap sümüyümə dirənmişdi bu bıçaq. Razi-
yənin ətin yesəydim də, sümüyünü atmamalıydım. “Bı-
çaq öz dəstəsini kəsməz” – deyərlər, amma mənimlə 
Raziyə arasında bu belə deyildi və  bıçaq öz dəstəsini 
kəsirdi. Bir millətdən olan iki vətəndaş ola-ola düşmən 
idik. Ancaq bu belə olmamalıydı. Hardasa oxumuşdum 
ki, eyni dildə danışan iki adam fərqli ideologiyalara 
qulluq edə bilməzlər. Dil birliyi onlara bu icazəni ver-
məz. Bəs necə olub ki, mənim kimilər və Raziyə ki-
milər yaranıb? 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə