Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   ...   13   14   15   16   17   18   19   20   21

 
78
 
 
 
 
 
 
– Bəli!? 
– Mənəm, Hacı! 
– Gəl… gəl içəriyə. 
Hacı boğaza qədər sinmişdi mizinin arxasına.  İlk 
dəfəydi məni görüb heç yerindən belə tərpənmədi. Ürə-
yim dəlicəsinə  çırpınırdı. Həyəcandan Hacı deməmiş, 
keçib oturdum onun qarşısındakı oturacaqda.  
Nəfəsimi min müsibətlə udub sızıldadım: 
Sözünüz var idi, Hacı? 
Həyəcanımı hiss elədi, amma üzümə vurmadı. 
– Nə var, Seyid, bu qızın məsələsi nə yerdə qaldı? 
Bir iş görə bilmədiz, hə? 
– Yox, vallah, Hacı. Əlimizdən gələni elədik. Mən 
özüm dırnaqlarını çəkdim, amma faydası olmadı… 
– Bəs indi mən yuxarıya nə deyim? Deyim bu qə-
dər təcrübəynən bir qıznan bacarammadıq. 
Sözüm yox idi. Nə cavab verəcəkdim ki?  
– Bilmirəm, vallah, Hacı. Siz necə məsləhət bilsəz! 
– Məsləhəti bildim da, nə faydası oldu. Bir qızı da-
nışdıra bilmədin! 
Hacı yaman əsəbiləşmişdi. Hirsi bağırsaqlarını kə-
sirdi. O pinti sifəti çuğundur kimi qızarmışdı. Təsbehini 
əlində oynada-oynada pəncərənin qırağına tərəf getdi. 
Mən də oturacaqdan durub arxasında dayandım. 
Hacı bir az fikirləşib davam elədi: 


 
79
– Yaxçı… onda məcburuq qızı “hicləyə” yollayaq! 
– Nə.. nə, Hacı? Hiclə? 
Ayaq üstə dura bilmirdim. Ayaqlarım titrəyirdi. 
Aşkara titrəyirdim. Bakirə  qızları edamdan qabaq hic-
ləyə göndərərdilər. Bakirə dünyadan gedib cənnətə düş-
məsinlər deyə, kimsəylə bir gecəlik siğə eləyir, sabahısı 
günüsə edam edirdilər. Raziyəm, mənim Raziyəm! 
Onun bu günlərə düşəcəyini ağlıma belə gətirə bilməz-
dim. Yazıq bir ömür şərəflə, mübarizəylə yaşamışdı, 
amma indi gərək burada, bu mürdarxanada bakirəliyi 
kimsəyə hədiyyə olunaydı. Bu, dəhşət idi. Buna imkan 
verə bilməzdim. 
– Hacı, hardan bilirsiz bakirədi? Bu yaşda da qız 
olar?  
– Qızdı, Seyid, qızdı. Dünən gecə doktor baxıb! 
Deməli, dünən gecə  məndən xəbərsiz onu edama 
hazırlayıblar. Dünya başıma fırlanırdı. Bu dünya həqi-
qətən də ədalətsizliyin məkanıdı. Ədalət ölənlərin xül-
yasıdır. Məncə, ədalətdən gülməli bir şey yoxdu. Mən 
bu zibillikdə  ədalətin uğrunda döyüşənləri də,  ədalətə 
tüpürənləri də yaxından gördüm. Məncə, ədalət yoxdur. 
Bu dünyada yeganə həqiqət – Müharibədir! 
– Sabah bir qutu şirni və bir dəstə gül alıb yolla-
yarsan qızgılə. Qoy ailəsi kürəkənlərini tanısınlar! 
– Mən… mən, Hacı? 
– Hə, sən! Nə oldu? İstəmirsənsə, verim Kak Mu-
rada! 
Kak Murad da mənim kimi müstəntiq idi. Kürd ol-
duğu üçün onu çox üzə çıxartmırdılar, amma belənçik 
işlərdə ilk namizəd olardı. Onun kürd olduğunu kimsə-


 
80
yə bildirmirdilər. Murad həqiqətən bir cəllad idi. 
Qərara gəlməliydim, ya Raziyənin Kak Muradın siğəsi 
olmasına razılaşmalıydım, ya da özüm bakirəliyini poz-
malıydım. Çıxılmaz bir durumdaydım.  
– Yox… yox, Hacı. Kak Murad niyə? Özüm eli-
yərəm… 
Bu cümləni deyib bitirənə  qədər min dəfə ölüb 
dirildim. Özümü güclə saxlamışdım.  
– Yaxcı, onda sabah gecə toyumuz var, get özünü 
hazırla.  
Bütün varlığını uduzanlar kimi, əli-qolu sallaq yola 
düşdüm. 
– Seyid? 
– Bəli, Hacı? 
– Şirniyat və gül yaddan çıxmasın! 
Hacı bu sözü tam bir köpəyoğlu kimi dedi. Acı və 
istehzalı gülüşlə “toy” kəlməsini ağzına gətirdi. Razi-
yəylə evlənmək uşaqlıq arzum idi. O zamanlar hətta 
Raziyənin küləyi mənə  dəyəndə çox sevinərdim. Min 
fırıldaq edərdim ki, ona toxunam. Dəfələrlə onu qucaq-
lamağa çalışmışdım. Raziyə  həmişə  əlimin üstündən 
acılıqla vurub özündən uzaqlaşdırardı. Özü kimi tər-
biyəli qız görməmişdim. Uşaqlıq arzumun bu şəkildə 
gerçəkləşməsi bir faciəydi. Onu gəlinlik paltarında yox, 
zindan paltarında, evimə yox, zindanın yatağına apar-
malıydım! Vətən haradır? Biz kimik? Nələr olur biz-
lərə? 
Bu işi görməyə  məcbur idim. Heç bir çıxış yolu 
ağlıma gəlmirdi. Birinci fikirləşdim özümü öldürüm, 
amma faydasız görünürdü. Raziyəni bu durumda tək 


 
81
qoya bilməzdim. Etiraf eləmək qərarına gəldim. Gedib 
Raziyəyə hər şeyi etiraf eləyəcəm. Kim olduğumu ona 
deyəcəm, məcbur olduğumu deyəcəm. Yəqin məni ba-
şa düşər, yəqin məni bağşılayar. Onun kimi insanların 
ürəyi böyük olar, keçər mənim günahımdan. Günahı 
etiraf eləmək, günahdan pak olmaq deməkdi. Etiraf elə-
yəndən sonra rahatlaşırsan, dərindən nəfəs ala bilirsən. 
Mən də etiraf eləyəcəm. Gülməliydi, sonunda etiraf 
eləyən Raziyə yox, mən olacaqdı. 
 
 


 
82
 
 
 
 
 
 
 
 
 
 
ardasa səkkizinci sinifdə oxuyurdum. Xəbər 
verdilər ki, orta məktbə qızlarını daşıyan av-
tobusu və onun içində olan qızları qaçırıblar. Bu biabır-
çılıq çox tez bir şəkildə bütün şəhərə yayılmışdı. Avto-
busu kürd mücahidləri qaçırmışdılar. Bizim şəhərin 
coğrafi mövqeyi terrorçu quruplara çox asanlıqla bu cür 
faciələr törətməyə imkan verirdi. Bir neçə kilometr o 
tərəf İraq sərhəddiydi və qaçaqçılar yalnız bir neçə də-
qiqəyə özlərini  İraqa çatdırırdılar. Həmin avtobusu da 
oraya qaçırtmışdılar. Bütün küçələr, bütün kafelər bu 
hadisədən danışırdı. Hamı biri-birindən utanırdı. Sanki 
millətin hamısına təcavüz etmişdilər. Sanki şəhərimizin 
namusuna təcavüz etmişdilər. Ailələr artıq qız uşaqla-
rını məktəbə göndərmirdilər, analar qara bağlayırdılar. 
Sükut  şəhərdə  ən çox eşidilən səsiydi. Faciə toz kimi 
oturmuşdu Sulduzun üzünə. Sulduz böyük bir sınaqla 
üz-üzə qalmışdı. Qızların ailələri polis idarəsinin 
qabağından çəkilmirdilər. Gözlərində yalvarışla nifrətin 
birləşməsi dalğalanırdı. “Bizim namusumuzu qaytarın” 
– deyə yalvarırdılar. Sulduz polisinin əlindən heç bir iş 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə