Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   2   3   4   5   6   7   8   9   ...   21

 
8
– Bəs kim tanıyır onları, dayı?  
– Allah, dayı, Allah!  
Sonra bığından bir tük qoparıb, baxıb, puuuu – 
deyə püfləyərdi göyə. Söhbətin axırındasa bu sözü tək-
rarlayardı: 
– “Öz günahımızdı, dayı, öz günahımızdı, özü yı-
xılan ağlamaz axı... hmmm..“  
Kürdlər iki dəfə soyqırım törətdikdən sonra şəhəri-
mizin beş faizə yaxın topraqlarını işğal eləmişdilər. İlk 
dəfə “Noyabr hadisələri” adlanan 1951-ci ildə kürd-
assuri-erməni birləşməsi Sulduz və  ətraf  şəhərlərə hü-
cum edib yetmiş mindən çox azərbaycanlını öldürmüş-
dülər. Həmin dövrdə bir çox Azərbaycan  şəhərlərini 
alıb, kürdləşdirib, adlarını belə dəyişdirmişdilər. İkinci 
dəfəsə 1980-ci ildə iyirmi min silahlıyla şəhərə basqın 
edib  əhalini kütləvi  şəkildə  qırmışdılar. O günü xatır-
layanlar deyirlər ki, iyirmi minə yaxın silahlı kürd şə-
hərin “Top Meydanı” adlı futbol meydançasına yığışıb 
Sulduzu Kürdistan ərazisi kimi adlandırmış, sonrasa şə-
hərə saldırmışdılar. Milləti qorxudub öz ata-baba yur-
dundan qovmaq üçün ananın qarnından uşağı  çıxarıb 
kabab  şişiylə sinəsinə tikmişdilər. Görənlər deyir şə-
hərin  ətrafında olan su quyularının hamısı azərbay-
canlıların cəsədləriylə dolmuşdu. Böyüklü-kiçikli, in-
sanları öldürüb quyulara atırmışlar. O dövrdə  şəhəri-
mizdə olan beş-altı yüz silahlı onların qarşısında da-
yanıb  şəhəri təslim etmirlər. Bir neçə günlük müha-
ribədən sonra kürdlərin orduları dağılaraq məcburən 
İraqa qaçıb gedir və Sulduz ikinci dəfə nicat tapır. Bi-
zim uşaqlıq şeirlərimizin biri də bu idi:  


 
9
Gün çıxdı,  
kürdlər qəbirdən çıxdı. 
Gün batdı,  
kürdlər qəbirdə yatdı!  
 
Mən hələ də bu şeirin mənasını bilmirəm. Hər bir 
sözə  və ya şeirə  bəlkə min məna tapıb qoşmaq olar, 
amma sözün əsl mənasını o günlərdə yaşayan və o fa-
ciələri hiss eliyən insanlardan başqa kimsə bilə bilməz. 
Yaralı  şəhərimizi çox gözəl tanıyırdım. Raziyəni də 
uşaqlıq aləmində sevirdim. 
– Raziyə! Dalı yanmış hardasaaan? Raziyəəə? 
– Bəli, maman! Burdayam. Gəlirəm. 
Yazıq qorxusundan tələsik durub qaçardı. Mənim-
sə  mətbəxdən oğurladığım yeralma, soğan  əlimdə qa-
lardı!  
– İt yetimçəsi! Sənə demədim evdən eşiyə çıxma? 
Hən? Vaveyla! Üstünə-başına bax? Çıxart, çıxart şalva-
rıyın görüm... 
Mən divarımızın üstünə dırmaşardım. Özümə bir ba-
laca pusqu yeri tapıb anasına əsir düşmüş xanımımı izlə-
yərdim. Raziyənin gözüsə  məni axtarardı. Gözlərindəki 
parıltınının nə olduğunu bilmirdim. İçində hər şey tapmaq 
olardı. Heç vaxt onu iynə-iynə oynamağa razı sala bilmə-
dim. Bütün uşaqlar o oyunu oynayırdılar. Gizlin bir yer 
tapıb biri xəstə, birisə həkim rolunu oynayardılar. O bəha-
nəylə də bir-birinin filan yerlərini görərdilər. Bizsə ancaq 
yeralma-soğan oyunuyla keçinirdik! Belənçik vaxtları da 
mən  əldən vermirdim. İynə vura bilmirdim, heç olmasa 
iynənin vurulan yerini ki görürdüm! 


 
10
Otağımda oturmuşdum, çay içirdim. Mənim otur-
duğum otaqdan “Yeddi göz” dağı aydın görünürdü. 
Boş vaxtlarımı onun gözəlliyinə baxıb, çay içməklə 
keçirirdim. Üzü yeddi gözə dayananda, sağ tərəfində də 
“Sultan Yaqub” dağı dayanırdı. Ormanlı, ağac və 
xəzinə dolu bir dağ. Deyilənlərə görə, o dağın başında 
Sultan Yaqub adında bir Türk şahının qəbri var. Sultan 
Yaqub dağının yanındakı dərədən soyuq bir çay axardı. 
Sərçeşməsi də elə o dağın lap zirvəsindəydi. Mən özüm 
dəfələrlə oraya gəzməyə gedib həmin sudan içmişdim. 
Dağın sol tərəfində, İran-İraq müharibəsi şəhidlərindən 
beş-altısının qəbri var idi. O qəbirlərin içindəki şəhidlər 
müharibədə tanınmaz hala düşdükləri üçün “adsız qə-
birlər” adlanırdılar. Heç kim onların kim olduğunu bil-
mirdi, amma bura az qala bir ziyarətgaha çevrilmişdi. 
İran-İraq müharibəsindən kimliyi bəlli olmayan bir çox 
ölülər qalmışdı. Partlayış  nəticəsində insanlardan de-
mək olar heç nə qalmırdı. Müharibə bitdikdən sonrasa 
bir çoxunun cəbhə bölgəsindən olub-qalan sümüklərini 
tapıb gətirib, dəfn eliyərdilər. Həmin sümüklər müha-
ribədən sonra ağır günlədə hakimiyyətin dadına çatırdı. 
Ölkədə bir az narahatçılıq və etiraz şəraiti yaranan 
kimi, bir neçə tabutun içinə bir-iki dənə sümük qoyub, 
cəbhədən yeni şəhid tapmışıq deyə, küçələrdə özləri 
məcburi  şəkildə  çıxartığı adamlarla “təşii cənazə” elə-
yərək millətin fikrini yayındırardılar. Ailələr tanıyırdım 
ki, uşaqlarının cəsədləri əllərinə çatmırdı deyə, onların 
taleyindən xəbərsiz qalırdılar. Yazıqlar elə bilirdilər bir 
gün uşaqları sağ-salamat qayıdacaq!  
Otağım çox sadə  və soyuq idi. Bir kiçik miz, bir 
telefon, bir üzümü bağlamaq üçün qara parça, iki 


 
11
oturacaq, bir kiçik şkaf, bir köhnə pənkə
1
, bir də divar-
dan asılan Xomeyni və Xaməneinin şəkli, mizimin üs-
tündə də bir telfon aparatı, bir az kağız və qələm. Siyir-
məmdəsə həmişə bir tapançam olardı. 
– Alo! 
– Qonağımız var, Seyid.  
– Kimdi, xanım Feyzi? 
– Bir dənə arvad gətiriblər. Tapşırıblar işinə ciddi 
baxaq. Hacı dedi pərvəndəni
2
  sənə verək. Özün gör 
nədi da. 
– Yaxçı. De gətirsinlər! 
Dəstəyi yerə qoydum. Gündəlik işim idi. Qız, oğ-
lan, yaşlı, cavan. Mənim bütün sinifdən, səviyyələrdən 
müştərilərim var idi. Oğrusu, adam öldürəni, siyasisi. 
Mənim üçün onların kim olduğunun heç fərqi yox idi. 
Bura gələn adamlar yalnız bir şeyə görə gəlirdilər: eti-
raf eləməyə! İşimdən razı deyildim. Gecə-gündüz gərək 
avaralarla deyişib, edib-etmədiyi günahları etiraf etdi-
rərdim. “Axı mənim nəyimə lazımdı bu gədəlik”? Hey 
deyirəm “bu işi atacam”, amma alınmır. Boğaza qədər 
batmışam. Bir nəfər lazımdı  mənim özümü dindirib-
danışdırsın.  
– Gəl içəriyə! 
Məlum idi ki, qapını ayağıyla taqqıldadır. İnək oğ-
luna deməkdən dilimə tük çıxıb. Nədənsə, buraya təzə 
əsgərliyə  gələn cavanları göndərirdilər. Onları da tez-
tez dəyişirdilər. Neçə ay bir adamın üstündə  işləyib 
                                                            
1
 pənkə - vintilyator 
2
 pərvəndə- qovluq 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə