Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   2   3   4   5   6   7   8   9   ...   21

 
16
– Salam, Hacı, sənə qurban, bu arvadın məsələsi 
nədi? 
Hacı yerində qurcalanıb dedi: 
– Nə məsələsi? Niyə belə əsəbisən, Seyid? 
– Əsəbi olaram da, Hacı. Arvadı arvad yanına gön-
dərərlər. Mən onu neynəməliyəm axı? Sual soruşsam 
cavab verməsə, neyniyim... döyüm? Arvadı?.. Hmmm. 
Mən əlimi arvada nə cur qaldırım axı?.. Söz yox e, bu 
mənim işimdi, amma mən and içmişəm arvada əl qal-
dırmıyaciyam. Hacı, sən Allah, mən bundan artıq bat-
maq istəmirəm! Ver xanım Feyziyə... 
Hacının təəccüblü gözlərindən, onda yaranan bir 
çox sualları oxudum. Dəfələrlə qadın məhbusları dö-
yüb, işgəncə vermişdim. Hər nə olmasa, ikimiz də bir 
bezin qırağıydıq. Deyirdilər, inqilabın  əvvəllərində 
edam olunanların başına son gülləni sıxanların biri elə 
bizim Hacımız olub. Əsl kopəyoğluydu. Saçını bir 
nömrə maşınkayla qırxdırırdı. Saqqalını  bəlkə beş ay-
dan bir təmizləyərdi. Əlində gəzən yekə dənəli təsbehi 
yerə qoymazdı.  Əynindəki ağ köynəyinin ağ  rəngi, 
demək olar, küsüb qaçmışdı. İkimizin də bir-birimizdən 
zəhləmiz gedirdi. Amma heç vaxt onu bilindirməzdik. 
Hacının arxivi doluydu dırnaq çəkmək, əl-ayaq sındır-
maq, məhbuslara təcavuz etmək, adam satmaq və inək 
kimi salavat çevirib təkbir deməklə. Özü də bilirdi özü-
nün tülkü olmağını. O qədər xayamallıqdan sonra 
gətirib atmışdılar bu zibilliyə.  
– Ağıllı ol, Seyid! Sənə nə olub? Niyə belə özün-
dən çıxmısan? Bu qəhbə də hamı kimi. Birinci dəfəndi 
bəyəm? Yuxarıdan  əmr gəlib, mənlik deyil. Neçənci 


 
17
dəfəsidi tutulur. “Pantürk”dü. Ziddi islamdılar bu şə-
rəfsizlər... Buların hamısın öldürmək lazımdı... 
Hacı yaman qızışmışdı. Var-yoxu xarab, qızışanda 
molla olub çıxırdı minbərə. Təsbehini firrıyıb tulladı 
mizinin üstünə : 
– Seyid! Biz bu inqılaba and içmişik. Kişi, ya 
qadın, nə fərq eləyir... düşmən-düşməndi da. İnqilabın 
düşməni bizim düşmənimizdi.  İmanın azalmasın... 
Bulara aman versən, bizi əlli-ayaqlı aparıb atarlar 
qəbirə. “Rəhm eliyən rəhmə qalar”, Seyid!  
İstədim deyəm – “Axı qurumsaq, sən özün heç 
anana da rəhm eləməzsən və eləməyibsən də, buna bax-
mayaraq axırın bu xarabanın ortası olub”. – Bir az qa-
bağa gedib mizinin yanına çatıb asta və  qəhərli səslə 
dedim: 
– Bura qədər ki, rəhm eləməmişik rəhmə qalaq, 
Hacı... bundan sorasına da Allah kərimdi! 
Hacı ayağa durub gəldi mənim tərəfimə. Bir əlini 
çiynimə qoyub güya mehribanlıqla dedi: 
Bu bizim şəri təklifimizdi, Seyid. Get o qəh-
bədən nə lazimdı qopart. Kimdi, nəçidi, dostları kimdi, 
kimə  işləyir? Başa düşürsən ki? Tapşırıblar eliyib-
eləmədiyi günahları etiraf elətdirib eliyə bilsək, filmin 
çəkək. Dərs olmalıdı dostlarına. O ölüb, Seyid! Ölüyə 
can yandırma... inqilab xətərdədi, özünə yazığın gəlsin! 
Əlini çiynimdən çəkib oturacağına tərəf getdi. Ye-
yib yatmaqdan eşşək boydaydı. Boynu dönmürdü ha-
ramzadənin.  
– Heç olmasa bir nəfər xanım göndərin, mənə kö-
mək eləsin, Hacı. Allaha xoş getməz... 
İkrahla, xırıldıya-xırıldıya dedi: 


 
18
– Yaxşı, get, xanım Feyziyə deyərəm gələr. 
Özümnən acığım gəlirdi. Çarəsiz qalmışdım. Ra-
ziyə, Raziyə, Raziyə! İndi mən başıküllü neynəyim? O 
soyuq dəhliz heç vaxt gözümə bu qədər uzun gəlmə-
mişdi. Titrəyə-titrəyə gedirdim otağıma tərəf. Hansı 
günahımın cavabıydı bu, Allaaah! Ömür boyu gədəlik 
eləmişəm, bilirəm. Ömür boyu vicdansızlıq eləmişəm, 
bilirəm. Amma məni Raziyə imtahanına çəkmə!  
Otuz beş yaşım var. 27 il bundan qabaq bir qızı 
sevmişəm. Adı Raziyəydi. “Qonaq bacı” oynayardıq. 
Oyuncaqdan da olsa, uşaqlarımız var idi. Kiçik də olsa, 
təmiz bir dünyamız var idi. Xoşbəxt idik. Küçənin  ən 
əclaf uşağıydım, amma heç vaxt onunla “İynə-iynə” 
oynaya bilmədim. Heç vaxt işimiz saçyolduya çıxmadı. 
O, gözəl idi, amma özü bunu əhəmiyyətsiz sayırdı.                     
Oturdum mizimin arxasında. Raziyənin ayaqları 
yerə çatmırdı deyə, uşaq kimi ayaqlarını oynadırdı. 
Pərvəndəsini açdım: 
Raziyə  Vəlipur. Doğum ili: 1975. Atasının adı: 
Qəhrəman. Cürmü (günahı – ümumi təhlükəsizliyə qar-
şı  çıxmaq,  ərazi bütövlüyünə qarşı  çıxmaq, nizamın 
əleyhinə olan qruplarla əlaqədə olmaq, Pantürkizmi 
təbliğ etmək, millətə xəyanət. Bir sözlə, “müanid”!
1
)  
Nə deyim, hardan başlayım? Bədənim əsirdi. Razi-
yəsə möhkəm və sakit oturmuşdu. Sanki yerimizi də-
yişmişdilər. Kaş elə dəyişərdilər də! Mən Raziyəyə iş-
gəncə verib, söz ala bilməyəcəkdim, bunu hiss eləyir-
dim! 
                                                            
1
 “müanid”! - dinə qarşı çıxan 


 
19
– Kimə işləyirsən? 
– Nə?  
– Dedim, kimə işləyirsən? 
– Heç kimə. Özümə. 
Dik cavab verirdi. 
– Özündən başqa? 
– Əlimnən gəlsə, millətimə! 
– Pah! Sən millətə işdiyrsənsə, biz kimə işdiyirik? 
– Nə bilim? Ərbablara! 
Heç inanılan deyildi. O sakit Raziyə belə dilli-di-
lavər olmuşdu! Onun belənçik olmağı xoşuma gəlirdi. 
– Deməli, hərə bir ərbaba qulluğ eliyir da, hə? 
Onda sənin ərbabın kimdi? 
– Mənim ərbabım yoxdu! 
– Adam adı de...kimə işliyirsən? 
– Sənə kim lazımdı?  
– Mənə həqiqət lazımdı! Səni bu yola çəkənin adı 
lazımdı. 
– Hansı həqiqət? Mənim kimilərin həqiqəti? Yoxsa 
ərbablarıyın istədiyi həqiqət? 
Bir söz deyə bilmədim! 
– Sən uşaqlıqda da belə hazırcavab idin? Diluzun-
luq eləmə görüm! 
– Məndən nə istiyirsiz axı? Ailəm nigarandı. Mən-
dən xəbərsizdilər. Dostların qoymadı zəng eliyəm ola-
ra. Diluzunluq eləmirəm... özün də bilirsən mənim 
günahım yoxdu... 
Səsi titrədi bir az.  
– Yaxcı, yaxçı! Zırıldama görüm! Bülbül kimi da-
nışacaqsan... Hələ bir az döz.... Bizim səbrimiz çoxdu... 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə