Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   ...   13   14   15   16   17   18   19   20   21

 
88
yara üstünə. Ölümlər, ayrılıqlar görmüşəm. Uşaqlıq 
həsrətlərimlə böyümüşəm. Sən demişkən, – heç bilmə-
mişəm kiməm. Türkəm, kürdəm, farsam, nəyəm? Dır-
naq çəkmişəm, saç yolmuşam,  şallaq vurmuşam… nə 
deyim… min oyundan çıxmışam! Mən işimə nifrət elə-
yirdim, amma nə iş eləyəcəyimi də bilmirdim. Mən pis 
adam deyildim, Raziyə. Mən… mən nə eləyəcəyimi 
bilmirdim… sadəcə, bu… sadəcə… 
Raziyə özünü qucaqlamışdı. Gözlərindən gizli bir 
yaş süzürdü. İstəmirdi ağlamağını görüm, amma mən 
gördüm. Dedi: 
– Bu sözləri mənə niyə deyirsiz? 
– Elə sənə deməliyəm da, Raziyə… yaradanı sən-
sən… Bunların başqa eşidəni yoxdu… olmayacaq da… 
Eşitsələr də, dərdlərinə dəyməyəcək! 
– Sizə nə olub, ağa!? Mən ki, heç nə başa düşmü-
rəm! 
– Mən də heç nə başa düşmürdüm… sən mənə hər 
şeyi başa saldın… 
Demək olar ki, ağlayırdım. Bəlkə gizlətməyinə 
çalışdığım hıqqıltımı hiss eləmişdi.  
– Mən… mən sizə neynəmişəm? 
Sən mənə kim olduğumu öyrətdin, Raziyə… sə-
nə bir sirr açmaq istiyirəm! 
Büt kimi oturmuşdu. Dizlərinin üstünə qoymuş 
əlləri asta-asta titrəyirdi. Ancaq özünü saxlamağa ça-
lışırdı. 
– Buyurun, qulaq asıram! 
Otağın içində yeriməyə başladım. Özümdən asılı 
deyildi. İçimdəki qəhər məni ölücəsinə sarsıtmışdı. 


 
89
– Uşaqlıqda bir qızı sevmişdim… divar bir qon-
şuyduq. Qapılarında qu quşunun  şəkillləri var idi. O 
dövrün  ən gözəl xatirələri elə o qıza aiddi. “Qonaq-
bacı” oynayardıq… o məni sevmirdi… İlk dəfə kişilik 
hissini onun yanında keçirmişəm… Ev qurardıq öz xə-
yalımızda, evimin xanımı olardı… amma əllərinə belə 
əlim toxuna bilməmişdi… gecələr yatanda onu fikirlə-
şirdim... Uşaq idim da… sevirdim… O məni sevmir-
di… Mən söz vermişdim ki, heç vaxt onu tək qoymaya-
cam, amma qoydum… Söz vermişdim ki, kişisi ola-
cam… Deyirdim “arvad kişini sevməsə  də olar.” Təki 
mən onu sevirəm… Mən onu uşaqlıq dünyamda se-
virdim, Raziyə… bilirsən! Nifrət eliyirəm böyüməyə... 
Böyüyəndə çox şeydən uzaqlaşırsan, itirirsən… Sev-
mədiyin adamlarnan yaşamağa məhküm olursan… Öz 
şəhərində  qərib olursan… lap elə yazıq adama çevri-
lirsən… unudursan… unudulursan… Onu da deyim ha, 
çox şeylər var ki, unuda bilmirsən… yara kimi ürəyin-
də qalır, köz kimi gizlənir dərinliyində… vay o günə ki, 
kimsə ona üfürə… kimsə… 
Raziyəyə baxdım. Sakit oturmuşdu. Heç tərpən-
mirdi. Sanki ağrılarını unutmuşdu. Dərin fikirə daldı-
ğını hiss edirdim. Dayandım və Raziyənin üzüyünü 
cibimdən çıxarıb baxdım. Üzüyü yumruğumda var gü-
cümlə sıxdım. 
– Bilirsən, Raziyə! Kim bilir, nə olacaq? Kim bilir, 
başına nə gələcək? Gələcəyi heç kim bilə bilməz… səhv 
elədiyin yerdə dayanıb geriyə getməlisən, yoxsa artıq heç 
vaxt geriyə yolun olmayacaq. Günahlarını yumaq və sev-
diklərinə çatmaq üçün yalnız bir yolun qalır… 


 
90
– Bu sözləri mənə niyə deyirsiz? Siz… siz kimsiz? 
– Çünki, indi səndən sonra heç kimim yoxdu
Raziyə! 
Raziyə başını qaldırıb mənə baxdı. Üzüm bağlıydı, 
amma gözlərim açıq idi deyə, gözlərimin dərinliyinə 
baxmağa çalışdı. Mən də onun gözlərinə baxdım. Ah, 
onun gözləri… ah Raziyənin gözləri… 
– Siz kimsiz? 
Səsi əlləri kimi əsirdi. Mən də əsirdim. Bütün var-
lığım əsirdi. Bu saniyələr mənim həyatımın ən dəyərli 
anıydı. 
– Mən… mən… mən uşaqlıq sevgilisinə zindanda iş-
gəncə verən bir alçaq… mən heç kim olmayan bir türk… 
mən… mən Seyid adıyla tanınan bir qatıl… mən uşaqlıq 
nişanlısıyla zindanda evlənməyə məhkum olan bir rəzil… 
mən… doğrudan, mən kiməm axı… Raziyə…?! 
Artıq ağlamağımın səsi dəhlizin o başına da çata 
bilərdi. Raziyə də ağlayırdı. Həyəcandan ayaqlarım tu-
tulmuşdu. Yavaş-yavaş Raziyəyə yaxınlaşıb qabağında 
diz çökdüm. Raziyə hönkür-hönkür sızıldayırdı. Başım-
dan qara örtüyü çıxarıb bir tərəfə atdım. Yumruğumu 
Raziyəyə tərəf uzadıb Raziyənin gözünü qabağında aç-
dım. Raziyə gözü üzüyə dəyəndə başını qaldırıb mənə 
baxdı. Gözləri parıldayırdı. Gözləri hələ də gözəlliyini 
itirməmişdi. Hələ  də gözəl idi. Bəlkə  də bir dəqiqəyə 
yaxın gözlərimizi ayıra bilmədik. Raziyə qanlı əllərini 
uzadıb üzüyə toxundu. Sonrasa başqa  əlini uzadıb gö-
zünün yaşını sildi. Əlini öpmək istədim, qoymadı.  
– Sən… sən… amma… burda neynirsən sən…? 
İnana bilmirəm! 


 
91
– Hə, bu mənəm, Raziyə, mən! Yaxçı bax, qon-
şunuz… 
Dəhşət, təəccüb və göz yaşı qarışıq dedi: 
– Sən dərs oxuyan idin. Nə oldu bu işə  gəldin? 
Deyirdin müəllim olacaqsan… yadında? 
– Yadımda, Raziyə… olmadı… yəni… məcbur ol-
dum… 
– Niyə axı? Səni nə  məcbur elədi? Məcbur olan 
adam deyildin sən! 
– İstəiyirsən biləsən? 
– Hə, bimək istiyirəm, de… 
Bilmirdim necə və hardan başlayım. Başıma gələn 
hadisə o qədər acı və utandırıcıydı ki, demək olmurdu. 
Özümü toplayıb ayağa qalxdım. Gedib qapıya söykənib 
dedim: 
– Deyirəm… qınasan da diyəcəm… ölsəm də 
diyəcəm… 
Dərindən bir ah çəkib dəvam elədim: 
   –  Urmiyədəki küçəmizin başında bir qonşumuz 
var idi. Adı Bəhruz idi. Çox əyyaş uşağıydı. Başıma nə 
gəldi onun ucbatından oldu! 
– Danış! 
– Onda hələ çox gənc və cahil idim. Qanımın qay-
nıyan vaxtıydı. Qızı görəndə ilk beynimə  gələn fikir 
onunla necə  və harda yatmağım idi. Bilirsən da… ca-
vanlıqdı da! 
Raziyə gülümsədi: 
– Sən elə uşaxlıxdan eləydin!  
Utandım. Başımı aşağı saldım. 
Raziyə dedi: 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə