Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   ...   13   14   15   16   17   18   19   20   21

 
68
– Yaxcı, Hacı. İndi gedərəm. 
Kürd terrorçularının hökmü bəlliydi. Asılacaqdılar. 
Silaha  əl atan hər bir terrorçunun hökmü edam idi. 
Sadəcə, dostlarının yerini və buna oxşar informasiyalar 
almalıydıq. Onlar bəlkə də  mənim gördüyüm yüzüncü 
edamlılar idilər.  
Mirmehdi ordaydı.  Əlində qanlı  şallaqla dustaqla-
rın başında dayanmışdı. Terrorçuların iki əlini bağlayıb 
göydən asmışdılar. Bədənlərində şallaq və söndürülmüş 
sigaret izləri gözə dəyirdi. Köynəklərini çıxartmışdılar, 
amma o gen kürdü şalvarları  əyinlərindəydi. Yaxına 
gedib birinin çənəsini göyə qaldırıb kürdcə dedim: 
– Kəkə, çoni?
1
 
Gözlərini bir balaca açıb, soyuq baxışlarıyla mənə 
dedi: 
– Çak niyəm!
2
  
– Kəkə, niyə silah götürüb düşübsüz bu dağların 
üstünə? Nə istiyirsiz bu dağlardan? 
Hulqumunun tərpəşməsindən bəlliydi ki, tüpürcə-
yini udur. 
– Azadlıq! 
– Özgənin torpağında özünüzə azadlıq axtarırsız? 
Hə, kəkə? 
– Bırar!
3
 Bura bizim torpağımızdı... 
Kurdistann... 
– Kim dedi, sizindi? Bura İrandı. Bu torpaqlar da 
Azərbaycanındı. Kürdlərin özlərinin az torpağı yoxdu 
                                                            
1
 Qardaş necəsən? 
2
 Yaxşı deyiləm. 
3
 Qardaş 


 
69
ki. Gedin yaşıyın da. Gəlib milləti niyə qırırsız? Silahı 
kimdən alırsız? 
Çənəsini buraxıb arxasına keçdim.  
– Silahı hər yerdən aliriq, bırar. Türkiyədən... İraq-
dan... İsrayildən... sizdən! 
– Bizdən? Gözümüzün qabağında özümüzə  şər 
atırsan? Bu qədər işgəncəyə məruz qalıbsan, amma ağ-
lın başına gəlməyib, hə? 
– Vallahi... sizdən də aliriq. Silah olsun, birar... 
Kim satsa aliriq. 
Gücü yox idi mənimlə mübahisə eləməyə. Məncə, 
heç onların özləri də bilmirlər niyə döyüşürlər. Onların 
təbiəti beləydi. Dağda-daşda böyüyüblər və döyüş on-
ların qanlarındadı. Kimsə də tapılıb deyəndə ki, türklər 
sizin düşməninizdi, silah əllərinə alıb fikirləşmədən 
döyüşə gəlirlər. Tüfəng qadın kimi bir şeydi. Əlinə alıb 
oynaşırsan, amma nə qədər təhlükəli olduğunu bilə bil-
mirsən. Bu terrorçular da döyüş üçün döyüşürdülər. 
Böyük Kürdüstan deyilən  şeydən başları  çıxmırdı. 
Kimsə bu məntəqəni gərgin saxlamaqdan ötrü bu oyu-
nu ortaya atmışdı. Milli qarşıdurmalar həm hakimiyyə-
tə, həm də xarici quvvələrə sərf eləyirdi. Kürd və Kür-
düstan vasitəsilə xarici quvvələr həm İran və Türkiyəyə 
təzyiq göstərirdilər, həm də Azərbaycanı təzyiq altında 
saxlıyırdılar.  İran hakimiyyəti isə  həm kürdləri asırdı, 
həm də yeri gələndə, onlardan Azərbaycan və Türki-
yənin əleyhinə istifadə eləyirdi. Əslində, kürd hamının 
əlində bir oyuncağa çevrilib. Böyük Kürdüstan ancaq 
bir xülyaydı. Həqiqətsə başqa  şey idi. Böyük vətən 
anlamı millətlərin narkotikidir. Millətin böyüklüyü yal-
nız toprağın böyüklüyüylə yox, həm də  mədəniyyətin 


 
70
böyüklüyüylə ölçülər. Millətin böyüklüyü həmin millə-
tin həqiqəti qədərdir. Yəni nə  qədər həqiqətin böyük-
dürsə, o qədər də böyük millətsən. Böyümək üçün bö-
yük həqiqətlərə tapınmalısan.  
– Mirmehdi!  
– Bəli, Seyid. 
– Aç bu yazıqları. Onsuz da ölüdülər. Apar ka-
meralarına. Pərvəndələrini göndərərsən otağıma.  
Hacı  məni bunları döyməyə göndərmişdi.  İşgəncə 
verməyə. Amma artıq  əlim döyməyə  gəlmirdi. Raziyə 
məndə çox şeyləri dəyişirdi. Hərdən unudulmuş sev-
ginin közü yaşadığın sevgilərin alovundan daha betər 
olur. Qəfildən hansısa bir yel, hansısa bir külək əsir və 
sən odlanırsan. Bütün vücudunla yanmağa başlayırsan. 
Bilmədiklərini bilməyə başlayırsan. Unutduqların da 
birbəbir yadına düşür... 
 
 


 
71
 
 
 
 
 
 
 
 
 
 
uxudan zəhər kimi oyanmışdım.  İşə getmək 
istəmirdim. Ağzım zifir
1
 dadı verirdi. Dünən 
heç olmasa iki qutu siqaret çəkmişdim. Hərdən elə olur 
ki, hansısa bir acını unutmaq üçün başqa bir acıya 
ehtiyacın olur. Təzə yaralar köhnə yaraları unutdurur. 
Tam silə bilməsə də, üstünə nazik bir xatirə tozu səpir. 
Təzə yaralar köhnə yaraları xatirəyə çevirir.  
Səhər yeməyi yemədən yola düşdüm. Yoldaşım və 
uşaqlarımla sağollaşmamış evdən çıxdım. Nədənsə, o 
gün bütün küçələrə, adamlara, divarlara, quşlara və nə 
bilim hər şeyə diqqət edirdim. Sanki bir daha oralardan 
keçməyəcəm. Sanki bir daha onları görməyəcəm. 
Sallana-sallana sürüşürdüm şəhərin əlindən. Nə edəcə-
yimi bilmirdim. Çox vaxtlar insanın yaşadıqları onun 
istədikləriylə üst-üstə düşmür. Insanın üzündəki özü 
onun daxilindəki özü ilə razilaşmır. Məncə, insanların 
çoxu belədi. Mən də eləydim. Mən daxilən pis adam 
                                                            
1
 zifir - siqaretin bədənə hopmuş iyinə deyirlər 



 
72
deyildim. Siyasət elə  şeydir ki, istənilən insanı  dəyişə 
və istədiyi kimi formalaşdıra bilər. Mən formalaşmış-
dım. Özüm deyildim, məndən düzəldilmiş bir formay-
dım. Özüm olmaq üçün bu formanı soyunmalıydım! 
Ölüm dəhlizinə çatanda əcəl təri oturdu alnıma. 
Fikirləşdim indi Raziyə büzüşüb və dırnaqlarının ağrı-
sından sızıldayır. Hətta onun zindanının qabağından 
keçməyə  də üzüm yox idi. Pişik kimi asta-asta yeri-
məyə başladım. Çalışırdım səsim çıxmasın. Dəhliz çox 
soyuq və qaranlıq idi. Raziyənin kamerasının qabağına 
çatanda dayandım. Yavaşca qapıdakı pəncərəni açdım. 
İçəri baxanda çox təəccübləndim. Raziyə yox idi. Ürə-
yimə acı bir həyəcan doldu. – “Yəni hardadır?”  
– Alo! Salam, Hacı! 
– Bəh-bəəəhh, Seyid? Xoş gəlmisən! 
– Hacı, bağışla, bir az bədənim ağrıyırdı. Elə bil 
soyuqlamışam. 
– Seyid, bu günlər özünü qorumursan haaa. Özünü 
qoru, qardaş! 
– Baş üstə, Hacı. Siz nigaran olmayın. Yaxçıla-
şaram. Hacı, hələ bilmirsiz Raziyə  Qəhrəmanpur har-
dadı? Kamerasında yoxdu. 
– Hə... onu aparıblar  əkinçiliyə! Yerin bilirsən da 
hardadı. Istəyirsən sən də dur get ora, baş vur gör nə 
xəbər var? 
Ürəyim ağzımdan çıxırdı, əsə-əsə dedim: 
– Ora... ora niyə? Yaxcı... yaxcı... indi gedim! 
“Əkinçilik” bizim dilimizdə məhbusun özü öz qəb-
rini qazmağına deyirdilər. Edama məhkum olan və ya 
dövlətə qarşı çıxan məhkumlara öz qəbirlərini qazdırar-


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə