Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

 
41
də, başa düşmürdüm nə deyir. Ürəyim qan ağlayırdı. 
Əclaf idim. Olmasaydım burda neynirdim. Bir əlimlə 
Raziyənin ayağından yapışdım və gözümü yumub çək-
dim. Ayağı titrədi. Uşaqlıqda onun əlinə belə toxun-
mağı özümə  uğur sayardım. Ayağına heç vaxt toxuna 
bilməmişdim. Sonunda toxundum, amma! Raziyə bərk-
dən – “Ana” – deyərək çığırdı. Dırnağın yerindən qan 
axırdı. Bir dırnağa baxdım, bir də cəllad Feyziyə. Fey-
zinin üzündə bir razılıq əlaməti var idi. Raziyə ağlayıb-
sızıldayırdı. Yadıma gəldi ki, uşaqlıqda anası onu döy-
düyünə görə acığımdan evlərinin  şüşələrini daşa bas-
mışdım. İndi biri lazim idi məni daşa bassın. Feyzinin 
bağırtısıyla özümə gəldim: 
– Hə...? Ağrısı var? Hələ bu harasıdı, bütün bar-
maqlarını çəkəcəyik. Danış görüm... danış... 
Raziyənin saçlarından yapışmışdı  və silkələyərək 
hədələyirdi. Raziyə özünə bürünmək istəyirdi, amma 
əl-qolu bağlı olduğundan çox dəhşətli  şəkildə zarılda-
yırdı. 
– Mənim günahım yoxdu... Axı  mən neynəmişəm 
belə eliyirsiiiiz? 
– Pantürklərə gedib qoşulubsan. Hələ deyirsən 
neynəmişən? Olar kafərdilər, baaa, kafər. Sənin kimi 
qəhbələrdən çox gəlib bura gedib. Hələ darıxma!.. 
İçim ağlayırdı. Raziyənin bu gününü görməmə-
liydim. Bu Feyzi də lap yırtıcı heyvan kimi onun üs-
tünə düşmüşdü. Raziyə qırıq-qırıq dedi: 
– Axı türk nədi... pan nədi? Mən... mən türkəm
amma... pan deyiləm. Bəs siz... bəs siz nəsiz? Türk 
deyilsiz? 


 
42
Türküydük! Bu sözlə Feyzininin yaralı yerinə to-
xundu. Raziyə hələ bilmirdi ki, satılmış insanın milliy-
yəti olmaz. Millət anlamını insanın ruhu daşıyar, cismi 
yox. Bunu kitablardan oxumuşdum. 
– Görürsən? Görürsən, Seyid? Hələ bizə  dərs öy-
rədir bu qəhbə! Gəl, Seyid, gəl, ikinci barmağını  çək 
adam olsun! 
İkinci barmağını  çəkəndə Raziyə huşdan getdi. 
Ağrıdan dili və dodağını dişləmişdi, ona görə də doda-
ğından qan süzülürdü. Feyzi özünü Raziyə oturduğu 
oturacağa sökəmişdi ki, Raziyə yerə yıxılmasın, amma 
qəfildən mənə baxıb özünü qırağa çəkdi. Raziyə 
oturacaqla bilikdə yerə yıxıldı. Bağırdım: 
– Neynirsən, Feyzi?  
Əllərini kəmərinə qoyub dedi: 
– Nədi, ürəyin yanır, Seyid?  
– Ürəyim yanmır, bu qız huşdan gedib axı. Qoy 
ağlı başına gəlsin, sora eliyərsən! Əh... 
Artıq dözə bilmədim. Kəlbətini yerə atıb durdum 
ayağa.  Əllərim Raziyənin qanına bələnmişdi. Raziyə 
yerdə titrəyirdi. Bu dəhşətli mənzərənin yaradanı  mən 
idim, Raziyənin uşaqlıq sevgilisi! Otaq başıma fırla-
nırdı. Taleyi baltadan asılan ağac, sonunda torpaqla 
öpüşəcək, başqa heç bir yol yoxdur. Feyziyə dedim onu 
aparsın kamersına. Özüm də uduzmuş adamlar kimi 
Hacının otağına tərəf getdim.  
   
 


 
43
 
 
 
 
 
 
 
 
 
 
apırı fikirləşirdim. Papır Sulduzun qırağından 
keçən Gedər çayının üzərində qurulmuş körpü-
nün altında yaşayırdı. Özünə köhnə taxta və çiy kər-
piclə balaca bir tövləsayağı ev düzəltmişdi. Hər adamla 
danışmazdı. Özünə görə böyük bir sirrə çevrilmişdi. 
Bütün uşaqlar demək olar ki, Papırdan danışanda sanki 
böyük bir sirdən danışırlar kimi, mübahisə eləyərdilər. 
Kimisə ondan qorxur, kimisə onu doluyub gülərdi. 
Evində olmuşdum. Həm Papır olmayanda gizlicə dost-
larımla gedib evinə girmişdik, həm də özü olanda oraya 
yaxınlaşmışdım. Dəli olmağına baxmayaraq çox mehri-
ban və  səmimi insan idi. Doğrusu, mən onu qətiyyən 
“dəli” adlandıra bilməzdim. Uca və kürəkli bir kişiydi. 
Saqqalından və  pərişan saçından bilmək olardı içinin 
halını. Şəhərimizdə nakam sevgilərə “Papır sevgisi” de-
yirdilər. Papır öz əmiqızısına aşiq imiş. Əmisi öz qızını 
Papıra vermir və bir çox hadisələrdən sonra qız ölür. 
Papır bizə bu hadisəni dəlisayağı tərifləmişdi. Deyirdi: 
– Əmiqızımı başqasına ərə verdilər. Mən onu dəli 
kimi sevirdim. O da məni sevirdi. Özü mənə bunu de-



 
44
mişdi. Bax... (Əmiqızısının yazdığı  məktubları göstə-
rərdi). Hələ çoxunu itirmişəm. Görürsən! Burda yazıb 
məni nə qədər sevirdi.  
Həvəslə məktublara baxıb soruşardıq: 
– Səni sevirdisə, başqasına niyə  ərə getdi? Get-
məyəydi də... 
Saqqalını qaşıya-qaşıya cavab verərdi: 
– Hərdən insanın gücü çatmır nəyisə  dəyişməyə. 
Axına qarşı  çıxa bilərsən... amma... amma haqlı olsan 
da... uduzarsan!.. 
– Sora nə oldu, Papır? 
– Toy gecəsi  ərini bıçaqlyıb mənim yanıma qaç-
mışdı... gəlin paltarında gəlmişdi... çox qorxmuşdu.. elə 
bilirdi mən ona arxa dura biləcəyəm... atasıgil də arxa-
sıca bura gəldilər... çox əsəbiləşmişdilər... 
Papır köynəyinin qolyla gözlərinin yaşını silib 
davam elədi: 
– Onu qucağımda öldürdülər...  ərinin qardaşları 
gülləylə vurdular... gözü gözümə baxa-baxa öldü... 
– Sən neynədin, Papır? 
Gözünü uzaqlara dikərdi. Gözünün dibindəki yaş 
astaca süzülüb yanağına axardı. 
– Mən... mən bir iş görə bilmədim. Heç nə eliyə 
bilmədim... mən də onunla bərabər öldüm... adım Piruz 
idi... “Ağa Piruz” deyirdilər mənə... itirdim, oldum Pa-
pır... Papır... 
Həmişə fikirləşirdim ki, mən Papırın yerinə olsay-
dım, özümü öldürərdim. Ya da ki, qızı toydan qabaq 
götürüb qaçardım. Hər halda nəsə bir iş görərdim. Heç 
vaxt yol verə bilmərəm sevgilimi gözümün qabağında 


 
45
öldürələr, mən də sadəcə, oturub baxım. Qızı öldürəni 
öldürərdim heç olmasa. Tək qalıb qüssə yeməkdənsə
ölüb qəhrəman olmaq daha yaxşıdı. Aşiq kimi qəbirdə 
yatmaq, aciz kimi tövlədə yaşamaqdan daha yaxşıdı. 
Atamın sözü yadıma düşdü: “Oğlum, bilirsən niyə bir 
xalq yüz il inqilab edər, amma uğur qazana bilməz? 
Ona görə ki, onun özünə olan sevgisi Papır sevgisi kimi 
olar.” Papır bədbəxt adam idi. Zəif adam mütəhərrik bir 
ölüdür. Nəfəs çəkir, yemək yeyir, su içir, hətta sevə də 
bilər, amma heç vaxt bütöv ola bilmir. Yarımçıq yaşa-
yır və yarımçıq ölür. Papır öləndən bir neçə gün sonra 
bilmişdilər ölümünü. Meyidi iylənmişdi. Deyilənlərə 
görə, evindən həmişə it iyi gəlirdi deyə, kimsə öldüyü-
nə şübhələnməmişdi. Kimsəsiz olduğu üçün aparıb çox 
sakitcəsinə quyladılar. Dəfn mərasimində barmaq sayı 
qədər də adam olmayıbmış. Bir neçə nəfər Allaha xatir 
yığışıb pul qoyub, onu yerdən görürmüşdü. Neçə dəfə 
qəbrinin üstünə getdim, amma nədənsə  qəbrini tapa 
bilmədim. Sonralar həmin yerləri söküb, qəbirləri dağı-
dıb, yerində un zavodu və çoxlu anbarlar tikmişdilər. 
Nə Papırdan əsər qalmışdı, nə də o qəbristandan. 
Hacı namazdan gəlirdi. Əclafın namazı bir dəqiqə 
belə gecikməzdi. Cəlladın namaz qılması fahişənin töv-
bəsinə bənzəyər. Salavat çevirə-çevirə mənə başıyla sa-
lam verib otağına keçdi. Arxasınca otağa girib qapını 
arxamca bağladım. Hacı keçib öz mizinin arxasında 
otura-otura soruşdu: 
– Neyniyə bildiz, Seyid? Nəsə dedizdirə bildiz? 
– Yox hələ, Hacı... iki dırnağını öz əllərimlə  çək-
dim... məndən qabaq da xanım Feyzi işgəncə vermişdi, 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə