Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

 
51
qeyrət yoxdu?” O kürdlərin biri mənim qonşum idi. 
Neçə  dəfə arvadıma baxanda görmüşdüm, amma qon-
şudu deyə, üzünə vurmamışdım.  İndisə  mənim evim-
dəydi. Xanımımı gözümün qabağında döyə-döyə so-
yundurdular. Dörd kişi ona təcavüz etdi. Xanımım hal-
dan getmişdi. Demək olar, onun ölüsünə təcavuz etdi-
lər. Mənimsə artıq nə  səsim çıxır, nə  ağlım işləyirdı. 
Onlara yalvarırdım məni öldürsünlər. Deyirdim məni 
güllələyin. Yaşamaq istəmirdim. Amma onlar nə məni 
öldürdülər, nə xanımımı. Təcavüz elədikdən sonra
bütün qızılları  və  dəyərli  şeyləri evdən yığıb getdilər. 
Cismimiz diri qaldı, amma ruhumuz öldü. Mən o ha-
disədən sonra müharibəyə getdim. Artıq orada qala 
bilmədim. Müharibədə istədiyim qədər adam öldürdüm 
ki, bəlkə içimdəki nifrətdən canım qurtara, amma ol-
madı. Səkkiz il tamam cəbhədən evə gəlmədim. Xanı-
mımı boşamadım. Nə onunla qala bilirdim və nə də onu 
tək qoya bilirdim. Vaxtilə  dəli kimi sevmişdik bir-bi-
rimizi... Sevdiyim insana gözümün qabağında təcavüz 
elədilər... Ölsəydi, bu qədər  əzab çəkməzdim! Ondan 
sonra xanımımı öpəndə belə ürəyimə bir gizilti dolur-
du... Ona yad adamların  əli dəymişdi. Bilirəm günahı 
yox idi, amma həqiqət budur ki, sevginin müqəddəsliyi 
onun yeganəliyindədi. Yeganəliyi pozulmuşsa, o ölər. 
Ölməsə də, bir ömür sürünər. Məndə də belə oldu. Sü-
ründü. Məni də öz arxasınca sürüdü. Müharibədən qa-
yıdandan sonra oğlumu səkkiz yaşında gördüm. Deyir-
dilər, mən gedəndə, ikiaylıq hamilədi. Yalnız bu uşağın 
məhəbbəti məni bir az həyata qaytardı. Artıq o hadi-
sənin üstündən neçə illər keçmişdi. Mən və xanımım 
onu unutmağa çalışırdıq. Sevgi güzgü kimidir, üstünü 


 
52
toz-torpaq ala bilər, amma siləndən sonra yenə də güz-
gülüyünə qayıdar. Biz də qayıtmağa çalışırdıq. Dünən 
gecə xanımım məni öz yanına çağırdı  və  mənə son 
sözlərini demək istədiyini bildirdi. Şahin onu öldürmə-
səydi, elə bir-iki saata özü can verəcəkdi. Gedib xa-
nımımın əlini əlimə aldım və yanında oturdum. Neçə il 
idi ona xəstə olduğu üçün qulluq edirdim. Dedi ki, 
məndən çox razıdı. Ağlaya-ağlaya deyirdi... Mən ona 
dedim ki, o da mənim yerimə olsaydı belə edərdi. Xa-
nımım mənə sön sözünü demək istədi və xahiş elədi 
səbirli olum. Xahiş elədi onu halal edim. Dedi, Şahin 
mənim oğlum deyil. Dedi, o dörd kürdün birinin oğlu-
du... Dedi, çox çalışdı  uşağı götüzdürsün, amma alın-
mamışdı. Dedi, məni çox sevir və bu sirri gizlətməkdən 
başqa çarəsi olmayıb. Halallıq istədi, halal elədim. 
Bizim bu söhbətlərimizi Şahin eşitmişdi. Qapı arxasın-
dan qulaq asırmış. Mən o gecə səhərə kimi həyətdə var-
gəl etmişəm. Nə edəcəyimi bilmirdim. Heç vaxt siqaret 
çəkməyən adam səhərə kimi siqaret çəkdim. Səhər saat 
beş olardı ki, güllə səsi gəldi. Otağımıza tərəf qaçdım. 
Güllə xanımımın sinəsindən dəymişdi. Mən otaqda 
olanda Şahin evdən qaçmışdı. Onun arxasınca qaçdım, 
amma tapa bilmədim. Təcili yardıma zəng eləsəm də, 
gec oldu... Dedilər, Şahin İraqa tərəf qaçıb. İki adamımı 
bir gündə itirdim. Mən kürdlər evimə girən gün bir dəfə 
ölmüşdüm. Dünən gecə də ikinci dəfə öldüm.” 
Şahinin atası özünü həmin gün axşam güllələdi. 
Şahinisə sərhəddən keçəndə sərhədçilər güllələmişdilər. 
 
 


 
53
 
 
 
 
 
 
 
 
 
 
tağımda oturmuşdum. Uca səslə “Quran” 
oxuyurdum. Deyirdim, bəlkə ürəyim rahatlıq 
tapar. Qəlbimə sonsuz bir kədər çökmüşdü. Uşaqlıqdan 
bəri Azan və Quranın səsi mənə rahatlıq verərdi. Ya-
dıma gəlir, Sulduzun Sahibəzzəman məscidindən Azan 
səsi ucalanda, həmişə gedib onun yanındakı  səkidə 
oturub qulaq asardım. Yağ kimi yayılardı ruhuma. 
Bilmirəm niyə, amma o Azanın səsi məni dəlicəsinə 
rahatladardı. İndisə çalışırdım az da olsa o rahatlığı ta-
pım. Gözümü yummuşdum və öz aləmimdə razi-niyaz 
eləyirdim. Allahdan öz günahlarımın bağışlanmasını 
diləyirdim. Sızıldayırdım. Yalvarırdım. 
– Bəsdi... yalvarıram, bəsdi... 
Dəhlizdən asta, amma çox ağrılı bir səs gəldi. 
Əvvəl başa düşmədim, amma təkrar olduqda Raziyənin 
səsinə bənzətdim. Onu mənim dəhlizimdəki birnəfərlik 
kameraya salmışdılar. “Quran”ı öpüb, ayağa durub səsə 
tərəf getdim. Beynim yaman qarışmışdı. Mən Raziyə-
dən qaçıram, onusa gətirib mənim yanıma qoyublar. 
Düz deyiblər ki, insanın günahı onu ölənə kimi izləyər. 



 
54
Kölgə kimi arxasınca sürünər. Raziyə  mənim uşaqlıq 
günahım idi. Qapının dəliyindən içəri baxdım. O, ota-
ğın küncündə özünə bürünüb oturmuşdu. Dırnağı çəki-
lən ayaqlarını qandallı  əlləriylə  sığallayırdı. Çox ağla-
dığından gözləri, demək olar ki, itmişdi.  
– Nədi? Nə olub, ay Raziyə xanım?! 
– Ağrıyıram... qanaxmam var... mənə  dərman la-
zımdı... bə siz insan deyilsiz? 
Feyzi insanların ağrı  çəkməyindən ləzzət alırdı. 
Çox narahat oldum. Hövüşnəylə
1
 dedim: 
– Yaxçı... yaxçı... narahat olma. İndi gətirərəm... 
gözdə... 
Otağıma tərəf getdim. Mizimin siyirməsində  ağrı-
kəsicim var idi. Götürüb Raziyəyə  tərəf qaçdım. Həbi 
qapının balaca pəncərəsindən içəri tulladım: 
– Ala... ala bu həbbi. Ağrını azaldar... axı nə qədər 
sənə dedim istədiklərimizi elə... görürsən? Nəticəsi bu-
du! 
Raziyə həbi götürüb ağzına qoydu. Əlləri titrəyirdi. 
Suyu yox idi deyə, ağzının olub-qalan suyunu yığıb 
həbi uddu.  
– Qoy gedim su gətirim! 
– Yox... yox... lazım deyil... 
Ağrıdan gözləri qıpqırmızı qızarmışdı. Heç işgəncə 
verməsəydik belə, kameranın nəmişliyi çox qısa za-
manda onu heydən salardı. Ürəyim acıyırdı halına. 
Nəsə etməliydim, amma nə?  
                                                            
1
 Hövüşnəylə
1
 - nigaranlıq 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə