Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   96   97   98   99   100   101   102   103   ...   145

 
234
Bu dəfə Cəbi də gülümsədi: 
– Hə... Olur də, görürsən ki, birini Allah kimi tanıyırsan, peyğəmbər bilirsən, 
sonra məlum olur ki, çaqqalın biridi... 
– Bir nəfər olar, amma hamı yox də. Necə bilirsiz? 
– Bir nəfər də adamdı də... 
Maşın rayonun küçələri ilə gedirdi və Gündüz Kərimbəyli  şüşədən baxa-baxa 
heç nə demirdi və belə bir sükut görünür ki, Cəbinin ürəyindən deyildi, hövsələdən 
çıxarırdı onu; nəhayət o özü dilləndi: 
– Bilirəm, – dedi. – Zibadakı saata görə mənimlə yolyoldaşlığı edirsiniz indi... 
Gündüz Kərimbəyli gülümsəyib: 
– Necə deyərlər, – dedi. – Həm ziyarət, həm ticarət... 
Cəbinin isə daha gülümsəməyə halı yox idi. 
– O, tapmayıb saatı, mən tapmışam, vermişəm ona. Belə olmaz? 
– Niyə olmur? Əgər, doğrudan da, belədisə, olar. 
–  Əgər, doğrudan da, belə deyilsə, nə olar bəs? Adamsoyan olaram mən, 
adamöldürən olaram? 
Mühüm işlər müstəntiqi cavab vermədi; güman ki, o, Cəbini daha yaxşı 
tanımışdı: Cəbi özü nəyi lazım bilirdisə, danışacaqdı, qalanlar isə sonranın işi idi. 
Maşın rayondan çıxıb hələ qurumamış asfalt yolla getməyə başladı. Yolboyu 
uzanan elektrik məftillərinə tək-tək, hərdən ikisi bir yerdə, qarğalar qonmuşdu və bu 
saat bu qarğalar da elə bil ki, günün altında qızına-qızına dünyanın işləri barədə 
fikirləşirdi. 
Cəbi sükan arxasında qurcalanıb, guya ki, yerini rahatladı və dedi: 
– Düzdü, əhmədi-biqəmliyim olub, dünyanı vecimə almamağım olub, yeməyi-
içməyi xoşlayıram, bəzən hətərən-pətərən danışmağım da var, at keçməz işlərim də 
var, amma nə adam soya bilərəm mən, nə də ki, adam öldürə bilərəm... 
Mühüm işlər müstəntiqi cavab vermədi. 
– Bilirəm fikirləşirsiz ki, Cəbi bildiklərinin hamısını demir. 
Maşın çayın üstündəki körpüdən keçib, çılpaq budaqları sallanmış söyüdün 
yanında dayandı. 
Cəbi yoldan yüz-yüz on metr aralıdakı köhnə dəyirmanı göstərib dedi: 
– Bu saat gəlirəm. Beş  dəqiqəlik işim var orda. – Sonra mənalı-mənalı 
gülümsədi. – Cəbi təmiz oğlandı... 
O, motoru söndürüb aşağı düşdü və yolun kənarındakı kolluqların arası ilə 
dəyirmana tərəf getdi. 
Mühüm işlər müstəntiqi də maşından düşüb körpüyə  tərəf gəldi və iki əli ilə 
körpünün taxta sürahisindən yapışıb çaya baxdı. 
Çay köpüklənə-köpüklənə axıb meşənin içində çılpaq ağacların, kolların arasında 
yox olurdu. Meşənin yuxarı tərəfindəki dağların ətəkləri bomboz idi və bu saat 
həmin bozluq da elə bil ki, günün şüalarından ləzzət alırdı. Dağların başındakı qar 
isə öz soyuq tənhalığının hündürlüyündən gümüş kimi parıldayırdı. Yolboyu uzanan 
və çayın da üstündən keçən elektrik məftillərinə qonmuş qarğalar da tərpənmir və 
elə bil ki, bu qəfil çıxmış günün şüalarından məst olub mürgü döyürdü. 
Mühüm işlər müstəntiqi körpüdən aralanıb yenə maşına tərəf gəldi və gözlərini 
qıyıb günə baxdı, sonra elə bil ki, yaxşıca bir rahatlığın ləzzətini qabaqcadan hiss 
edirmiş kimi, qollarını geniş açıb ləzzətlə gərnəşdi və bu dəfə Cəbinin getdiyi köhnə 


 
235
dəyirmana tərəf baxdı – köhnə dəyirman elə bil ki, həm köhnəliyindən, həm də daha 
işə-gücə yaramadığından çölün düzündə tək-tənha öz axırını gözləyirdi. 
Və bu zaman elə bil ki, dəyirmanın arxasından bir kölgə ötüb meşəlikdə yox 
oldu.  
Bu kölgə mühüm işlər müstəntiqinin nəzərindən yayınmadı və o, daha artıq bir 
diqqətlə köhnə dəyirmana tərəf baxdı. 
Elə bil ki, bu adi kölgənin beləcə qəflətən görünüb itməsiylə bu yerləri xoflu bir 
intizar bürüdü.  
Gündüz Kərimbəyli açıq-aşkar narahat idi və o, eyni diqqətlə köhnə dəyirmana 
tərəf baxa-baxa əlini qaldırıb kabinkanın qapısını açdı və maşının əvvəlcə qısa, bir 
müddətdən sonra uzun siqnalı çayın  şırıltısını üstələyib bu meşəyə, bu dağlara səs 
saldı.  
Köhnə dəyirmanda nə bir adam göründü, nə də ordan bir səs-səmir gəldi. 
Gündüz Kərimbəyli  əvvəlcə asta addımlarla, sonra daha cəld hərəkətlə kol-
kosun arası ilə köhnə  dəyirmana tərəf gəldi və  dəyirmanın qapısı  ağzında dayanıb 
çağırdı: 
– Cəbi! 
Dəyirmandan səs gəlmədi. Mühüm işlər müstəntiqi ayağı ilə qapını itələyib 
içəri girdi. Qapı cırıldadı və bu qapı cırıltısında bu an bir müdhişlik vardı. Gündüz 
Kərimbəyli keçib dəyirmanın içinə girdi və bir göz qırpımında əlini atıb döşündən 
tapança çıxartdı. 
Cəbi taxta pilləkənin üstünə düşüb qalmışdı. Onun sol kürəyinə sancılmış 
bıçağın dəstəsi dəyirmanın balaca pəncərəsindən düşən işıqda parıldayırdı. Cəbinin 
gözləri elə bil ki, dünyanın işlərinə matı-qutu qurumuş kimi geniş açılmış və beləcə 
də bərələ qalmışdı. Onun ağzı açıq idi və ağzından axan qan sırıqlısının ətəklərini, 
taxta pilləkəni büsbütün qırmızıya boyamışdı. 
Gündüz Kərimbəyli bircə anın içində bu bomboş  dəyirmanı gözdən keçirib 
pilləkənə atıldı, sonra pəncərəyə yaxınlaşdı; taxtası çürümüş bu şüşəsiz pəncərə o 
qədər balaca idi ki, buradan girib-çıxmaq mümkün deyildi. 
Gündüz Kərimbəyli həyətə  çıxdı  və dolanıb bayır tərəfdən pəncərənin yanına 
gəldi, diqqətlə  ətrafa baxdı: dörd tərəfdə  çılpaq ağaclar idi və indi burada adam 
axtarmaq yəqin ki, mənasız idi. 
O, bir neçə an beləcə dayandı və hara gedəcəyini bilmədi, sonra sürətlə maşına 
tərəf qaçıb kabinkaya atıldı və kabinkaya atılmağı ilə də maşını işə salmağı bir oldu.  
Maşın dairə vurub rayona tərəf götürüldü. 
Maşın sürətlə rayonun küçələri ilə getdikcə, orda-burda oynaşan uşaqlar, 
küçədən keçib gedənlər təəccüblə onun arxasınca baxıb yəqin fikirləşdilər ki, nə 
olub belə görəsən, Cəbinin maşınını başqası sürür və elə də sürür ki, elə bil, daldan 
onu cin qovur. 
Kiçik leytenant Həsənzadə  də portfelini yellədə-yellədə gedirdi və o da 
təəccüblə maşının ardınca baxıb addımlarını yeyinlətdi. 
Gündüz Kərimbəyli maşını Imaşgilin həyət qapısı ağzında saxlayıb aşağı atıldı 
və qapını itələyib həyətə girdi.  
Imaş bellə həyətdəki nar ağacının dibini yumşaldırdı və o, əl saxlayıb birdən-
birə bu cür nagah peyda olmuş mühüm işlər müstəntiqinə baxdı, sonra çəpərdən 
görünən maşına nəzər saldı və rişxənd eləməkdən özünü saxlaya bilmədi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə