Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə108/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   104   105   106   107   108   109   110   111   ...   145

 
254
III 
Böyük bəyin bağ-bağatı bütün Qarabağda məşhur idi və  bu bağda armud, 
alma, tut, gavalı ağaclarının arasında böyük bir meydan vardı. 
Güllənin açılmağı ilə Yunis bəyin göyə tolazladığı boşqabın çilik-çilik qırılıb 
yerə tökülməyi bir oldu. 
Fəxrəndə xanım əlindəki tüfəngi aşağı saldı. Yunis bəy: 
– Vallah, xala, – dedi. – Qarabağın çox igidləri gərək atmağı səndən öyrənsin! 
Sonra Yunis bəy əyilib yerdə düzülmüş boşqablardan ikisini götürdü və cəld 
hərəkətlə boşqabları bir-birinin dalınca göyə tolazladı və Fəxrəndə xanım da bir göz 
qırpımında tüfəngi döşünə sıxıb iki güllə ilə göydəki boşqabları dalbadal çilik-çilik 
elədi. 
Yunis bəy özünü saxlaya bilməyib bir uşaq fəxarəti ilə: 
– Afərin, xala, vallah afərin! – dedi. 
Çörəkçi arvad Gözəl də meydana tərəf gələ-gələ  ağacların arasından göydə 
çilik-çilik olan boşqabları gördü və öz-özünə: 
– Allah, sən saxla! – dedi. – Arvad deyil, sifətinə baxırsan, mələkdi, amma özü 
şiri-nərdi!.. – Sonra ağacların arasından çıxdı, çönüb ona tərəf baxan Fəxrəndə 
xanımı him-cimlə çağırdı. 
Fəxrəndə xanım tüfəngi Yunis bəyə verib Gözəl arvada yaxınlaşdı  və Gözəl 
arvad da can-dildən Fəxrəndə xanımın qulağına nəsə pıçıldamağa başladı. 
Yunis bəy arvadlara baxdı, sonra əyilib üst-üstə  yığılmış boşqablardan birini 
götürdü, var gücü ilə göyə vızıldatdı, sol əlində tutduğu tüfəngi elə birəlli də yuxarı 
qaldırıb atdı: boşqab göydə çilik-çilik olub yerə töküldü. 
Fəxrəndə xanım Gözəl arvaddan ayrılıb bacısı  oğluna yaxınlaşdı, iyirmi üç-
iyirmi dörd yaşlarında bu gözəl oğlanı təpədən dırnağacan süzüb: 
– Bax, atmaq buna deyərlər, Yunis! Sənin damarlarından Cəfərqulu xanın qanı 
axır, belə də olsun gərək! – dedi. 
Boşqablar yenə bir-bir göyə tolazlandı və göydə də bir-bir çilik-çilik olub yerə 
töküldü. 
IV 
Böyük bəy qırx yaşlarında, saçı vaxtından əvvəl ağarmış, Avropasayağı və çox 
da zövqlə geyinmiş bir adamdı, indicə oxuyub qurtardığı qəzetləri bir tərəfə qoydu, 
oturduğu kreslodan ayağa qalxıb malikanənin həyətinə  çıxdı  və  həyətdə  Şahnaz 
xanımı görüb bacısına tərəf getdi və qızın əlindən tutub: 
– Mənim əziz bacımın kefi necədi? – soruşdu. 
Böyük bəyin ağayana və  nəzakətli davranışı, üzündəki  şux ifadə  həmişə 
Şahnazın ürəyinə bir sevinc, bir fərəh gətirirdi. 
Şahnaz: 
– Şükür Allaha, qardaş, – dedi. – Yaxşıyam, dünən axşam gəlib-gedən çox idi, 
heç soruşa bilmədim ki, Peterburq səfərin necə keçdi? 
Böyük bəy bacısının qoluna girib həyət boyu addımlamağa başladı  və 
addımlaya-addımlaya da dedi: 


 
255
– Səfərim o qədər də fərəhli olmadı. Peterburq bu saat qazan kimi qaynayır. 
Hər tərəfdə bir inqilab havası var. 
– Bəs, görəsən, əlahəzrət imperator nə fikirdədi? 
– Kim bilir? Hökumətin başı bu saat Cahan müharibəsinə qarışıb, mən bir 
ciddi tədbir hiss eləmədim. Bir də ki... – Böyük bəy bir müddət sözünə ara verdi, 
gözlərini qıyıb batmaqda olan günəşin qırmızı  şəfəqlərinə baxdı, sonra dedi: – 
Deyəsən, ikibaşlı qartalın caynaqları korlaşıbdı, bacı. O cür iğtişaşların kökünü 
birdəfəlik kəsmək üçün Bonapart kimi amansız olmaq lazımdı. Əlahəzrət isə məşhur 
inqilabçıları həbs eləyib üçillik sürgünə göndərir. – Böyük bəy dərindən nəfəs aldı. – 
Rusiyanın taxt-tacı sarsılır, bacı. Bakının özündə  də ali hökumət adamları, 
qubernator cənabları çox narahatdı. 
Şahnaz açıq-aşkar narahat oldu: 
– Bakıda da? 
– Bəli... Qəzetlərdə oxumursan? Orda da tez-tez nümayişlər baş verir. Rus 
erməniyə qarışıb, erməni axmaq müsəlmana qarışıb, aləm dəyib bir-birinə. 
Sahibkarlar güzəştə getməyə  məcbur olur... Yaxşı, siyasətdən danışdıq, bəsdi, 
inşallah, yaxşı olar hər şey, de görüm sən nə fikirdəsən? 
– Nə barədə? 
– Biz Yunis bəyin elçilərinə cavab verməliyik. 
Şahnaz birdən-birə qızardı, özünü naqolay hiss elədi: 
– Mən hələ qəti bir qərara gəlməmişəm, qardaş, – dedi.  
Bu dəm Böyük bəy  Şahnazın böyük qardaşından daha çox qızın atasına 
oxşayırdı: 
– Məncə, Yunis bəy pis cavan deyil. Bilirsən ki, onun atası Qarabağın  ən 
mötəbər bəylərindəndi. Ana babası  Cəfərqulu xan tarixi bir şəxsiyyətdi. Düzdü, 
təhsili mən istədiyim deyil, realnı  məktəbi qurtarmaqla kifayətlənib, amma nəcib 
oğlandı, zirək adamdı. 
Şahnaz belə bir söhbətə görə böyük qardaşının yanında bir az sıxıla-sıxıla: 
– Yunis bəyin ləyaqətli bir cavan olmağına mənim sözüm yoxdu... – dedi. – 
Amma izin versəydin, bir az da fikirləşərdim... 
Böyük bəy gülümsədi: 
– Eybi yoxdu, düşün, bacım... Təki axırı yaxşı olsun. Fəxrəndə xanımın da 
arzusu sizin izdivacınızdı. 
– Bilirəm... 
– Budur, özü də gəlir... 
Fəxrəndə xanım onlara yaxınlaşdı. Görünür, Şahnazın otuz beş yaşında, çox 
yaraşıqlı, təhsil görmüş, təkəbbürlü bu qadından bir o qədər də xoşu gəlmirdi və 
buna görə də cavan xanım onlardan ayrılmaq istədi: 
– Icazənizlə mən gedim. 
Böyük bəy bu gedişin fərqinə varmadı: 
– Buyur, – dedi. – Ancaq dediyim məsələ barədə yaxşı fikirləş. 
Şahnaz qardaşıgildən ayrılıb gedə-gedə: 
– Baş üstə, – dedi. 
Fəxrəndə xanım Şahnazın ardınca baxdı: 
– Yoxsa mane oldum söhbətinizə?  
Böyük bəy mehriban-mehriban gülümsədi: 


 
256
–  Əsla. Biz Yunis bəy barədə danışırdıq. Gedək o dikdirdəki kürsülərdə 
əyləşək, Fəxrəndə xanım. Görürsən günəş necə qürub eləyir? Altı il Parisdə  təhsil 
aldım, amma elə bir gün olmadı ki, Şuşadan ötrü burnumun ucu göynəməsin. Hara 
gedirəm, gedim, Peterburqa, Cenevrəyə, Istanbula, xəyalım həmişə bu yerləri gəzir. 
Banklara girib-çıxıram, alış-veriş danışıqları aparıram, yüksək rütbəli dövlət 
adamları ilə görüşürəm, ancaq ürəyim həmişə burdadı, burda, sizin yanınızda...  
Həyətdəki dikdirdən, böyük tut ağacının altından alışıb-yanan üfüq lap aydın, 
maneəsiz görünürdü, sıx meşəli uca dağlar, Cıdır düzünün sıldırım qayaları da 
buradan aydın görünürdü və bu dəm elə bil ki, təkcə günəş batmırdı, bu sıx meşələr, 
bu uca dağlar, sıldırım qayalar da yuxuya hazırlaşırdı. 
Böyük bəy tut ağacının altındakı kürsüdə oturub ayağını ayağının üstündən 
aşırmışdı, Fəxrəndə xanım  ərinin yanındakı kürsüdə  əyləşmişdi və Böyük bəydən 
fərqli olaraq bu qadının fikri-zikri bu saat bu qürubdan, bu yerlərin qəribə 
sakitliyindən uzaqlarda idi. 
Fəxrəndə xanım soruşdu: 
– Şahnaz nə deyir?  
Böyük bəy gülümsədi: 
– Bir az da fikirləşmək istəyir... 
– Neynək, qoy fikirləşsin... Amma bu gün qəribə bir söz eşitmişəm. 
Böyük bəy gözünü üfüqdən çəkib Fəxrəndə xanıma baxdı.  
Fəxrəndə xanım dedi: 
– Deyir, Şahnaz bizim ovçu oğlanla tez-tez görüşür, dayanıb saatlarla söhbət 
eləyir. 
– Kim deyir? 
– Çörəkçi arvadın sözüdü. 
Böyük bəy açıq-aşkar hirslənib yerində qurcalandı: 
– Qələt eləyir, deyir. Şahnaz təhsil görmüş açıq təbiətli bir qızdı. Onun 
Solaxay Həsənalının oğlu ilə başqa nə haqq-hesabı ola bilər? 
– Ovçu çox gözəl oğlandı... 
Böyük bəy ayağa qalxıb yanpörtü arvadına baxdı: 
– Nə olsun? 
– O, hər bir qızın, xanımın xoşuna gələ bilər... 
– Yəni, Bəhmənmirzənin nəvəsi, Böyük bəyin bacısı o günə qalıb ki, gədənin 
birinə aşiq olsun? 
– Atalar məsəlidi, Böyük, deyir qızı öz başına buraxsan, ya zurnaçıya gedər, 
ya halvaçıya. – Fəxrəndə xanım da ayağa qalxdı. – Üşüdüm, gedək. – Və 
malikanəyə tərəf gedə-gedə də xəbər verdi: – Səhər darğa gəlmişdi... 
– Nə deyirdi? 
– Kəndlilərdən bir neçəsi bizim hissəmizi verməkdən boyun qaçırır... 
– Nə deyib boyun qaçırırlar? 
– Deyirlər ki, məhsul yaxşı olmayıb... 
– Bəhanədir! Havadan iy çəkiblər, Rusiyadakı, Bakıdakı  iğtişaşın təsiridi, 
gəlib çıxır buralara da yavaş-yavaş... 
Fəxrəndə xanım ürəkdən ah çəkdi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə