Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə116/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   112   113   114   115   116   117   118   119   ...   145

 
276
Kəriş bəy yenə də var-gəl edə-edə: 
Vaxt itirmək olmaz, bəy, – dedi. – Qırmızıların on birinci ordusu Bakını alıb, 
ordadı, yeriyəcək ağzı bu tərəfə. 
Böyük bəy əlindəki papirosu hirslə yerə çırpdı: 
– Bəs siz onları necə qarşılayacaqsınız? Siz, Müsavat naçalnikləri? 
Kəriş bəyin sifəti sərt bir görkəm aldı və yerində dayanıb sərt də dedi: 
– Böyük bəy, boş mübahisənin yeri deyil. Mən sizinlə bir süfrədə duz-çörək 
kəsmişəm, bununçün da özümə borc bildim ki, sizi şəxsən xəbərdar edim! 
Böyük bəy özünü ələ aldı: 
– Bağışlayın, bəy, – dedi. – Bəs, siz özünüz nə eləmək fikrindəsiz? 
– Atlılarım sizin həyətdə gözləyir məni. Yarım saatdan sonra gedirəm Araz 
qırağına – öz kəndimiz Hacımahmudluya. 
– Sonra? 
– Sonra da baxarıq işin gedişatına... Lazım gəlsə, keçərəm Arazın o tayına. 
Rus ordusu sərhədi pozub Arazı keçməz. Iran, hər halda, Irandı... 
– Demək qaçırsınız? 
Kəriş bəyin sifəti yenə də sərt bir görkəm aldı: 
Başqa nə etmək olar, bəy? Rusiyanın hırnan-zırı qanmayanları ayaq açıb 
üstümüzə yeriyir. Bizim millətin satqınları da onlara bələdçilik edir!.. 
– Hökuməti şəxsən kimlərə təhvil veriblər? 
– Hökuməti Müsavatdan təhvil alanlardan mənə ikisi məlumdu: Həmid 
Sultanov, Çingiz Ildırım. 
Böyük bə, az qala, qəhqəhə çəkib güldü: 
– Qubadlı Ildırım bəyin oğlu Çingiz Ildırım?! – dedi. – Kommunist imiş 
demək! Öz xadimlərinin kim olduğunu bilməyən hökumətin aqibəti,  əlbəttə, belə 
olar! – Və Böyük bəy qəfildən  əlini iri yazı mizinin ortasına çırpdı. – Yox, mən 
qaçmayacağam. 
Kəriş bəy istehza ilə dedi: 
– Kəhrizli Əhməd bəyin qızı Ayna xanım da beş yüz atlı ilə Bərdənin yolunu 
kəsib, gözləyir ki, bolşevikləri Qarabağa buraxmasın... 
Bu xəbər, bu istehza ilə deyilmiş sözlər, elə bil, bir dirək oldu Böyük bəy 
üçün, yapışdı ondan: 
– Afərin, Ayna xanım! Kişi qızıdır! Siz müsavatçılarsa qaçın gizlənin, aralıq 
sakitləşəndən sonra hərəniz qolunuza bir qırmızı bağlayıb çıxarsınız ortalığa! 
Kəriş bəy acıqlı-acıqlı: 
– Mən belə sözlərə dözmərəm, bəy! – dedi. – Inciklik düşər araya! Vaxtı deyil! 
Əgər bir su səni aparırsa, ona sel deməyi bacarmaq lazımdı! 
Böyük bəy qışqıra-qışqıra: 
– Yox, Kəriş  bəy! – dedi. – Yox! Bolşevik hökuməti axıra qədər davam 
gətirməyəcək! Rusiya camaatı acından qırılır! Xaricdən heç kim kömək eləmir. 
Təkcə lütlərlə dövlət yaratmaq olmaz! Ona görə  də bizim müqavimətimiz 
məqsədəuyğundur. Biz, imkan düşdükcə, bolşeviklərin qabağını kəsib onları içimizə 
buraxmamalıyıq. Biz Bakı neftinin Rusiyaya daşınmasına mane olmalıyıq. Bu saat 
Rusiyaya neft hava, su kimi lazımdı! Mən bilirəm ki, siz deyən selin    qabağında 
dayanmaq çətindi. Ona görə də əl-ələ vermək lazımdı!.. 
– Mənasız işdi, bəy! 


 
277
– Niyə? Niyə? Nə üçün? 
– Çünki Lenin deyir: torpaq kəndlinin olmalıdı! Bilirsiniz bu nə deməkdi? 
Bəy, ac – qılınca çapar! Min illərdən bəri həsrətində olduğu torpağı kəndliyə boyun 
olandan sonra, onun qabağında da durmaq olmaz! Mən gedirəm, bəy, qoy Allah özü 
sizə kömək olsun!.. 
...Kəriş bəy başda olmaqla atlılar çapıb həyətdən çıxdı... 
...Fəxrəndə xanım başıalovlu Böyük bəyin otağına girdi: 
– Bu nə xəbərdi, Böyük? 
Böyük bəy arvadını qorxutmasın deyə özünü ələ aldı, imkan daxilində
mülayim və sakit danışmağa çalışdı: 
– Düzdü, Fəxrəndə, bolşeviklər hökuməti yıxıblar Bakıda. Naçalnik Kəriş bəy 
buna görə gəlmişdi. Başımıza çarə qılmağımızı təklif edirdi. 
– Bəs sən nə qərara gəldin? 
Böyük bəy daha özünü saxlaya bilmədi qışqıra-qışqıra: 
– Vuruşacağam! – dedi. – Axır nəfəsimə kimi vuruşacağam! Bolşevikləri 
buraxmayacağam Qarabağa! Hümmət! Hümmət!  
Hümmət tələsik içəri girdi: 
– Bəli, ağa, nə buyurursunuz? 
– Gədələrdən üç-dörd nəfərini götürüb çaparsan Şahsevən Vəli bəyin evinə. 
Mənim adımdan deyərsən ki, Araz qırağındakı bəylərin hər biri yüz atlı ilə birigün 
səhər tezdən Bərdədə hazır olsun. Nə qədər patron ehtiyatları var, nə qədər yaraq-
yasaq var, götürsünlər! Di tərpən! 
Hümmət otaqdan çıxa-çıxa: 
– Baş üstə, – dedi... 
...Hümmət başının üç-dörd atlısı ilə birlikdə çapıb bəyin həyətindən çıxdı... 
...Rəngi-ruhu qaçmış Fəxrəndə xanım soruşdu: 
– Atlıları Bərdəyə niyə çağırırsan? 
Böyük bəy, elə bil ki, daha bu dəqiqənin özündən vuruşda idi, ehtirasdan və 
hirsdən yana-yana qızdırmalı-qızdırmalı dedi: 
– Kəhrizli Əhməd bəyin qızı Ayna xanım beş yüz atlı ilə Bərdədədi. Fikrim 
budu ki, onun atlıları ilə birləşib Yevlaxa gedək. Orda Gəncə,  Şəmşir bəyləri ilə 
birləşək. Mən bu saat Kürdüstana çapıb Soltan bəylə görüşəcəyəm. Soltan bəy min 
beş yüz atlı  çıxara bilər. Sonra Qazağa, o tərəfdən Qubaya, Lənkəran tərəfə, 
Şamaxıda Mehdi bəyə çapar göndərmək lazımdı. Gürcü menşevikləri ilə  əlaqəyə 
girməyə çalışacağam, belə bir gün onları da gözləyir! Daşnaklardan kar aşmaz! Hə, 
başımıza çarə  qılmalıyıq, düzdü! Nə  qədər ki, Rusiyada bolşevik hökuməti hələ 
yerini möhkəmləndirməyib, başımıza çarə  qılmalıyıq! Sonra gec olacaq! Bakıda 
düzəlmiş bolşevik hökumətinin bütün üzvlərini divara dirəyib bir-bir 
güllələyəcəyəm!.. 
Fəxrəndə xanım Böyük bəyə yaxınlaşıb iki əli ilə də ərinin güclü qollarından 
yapışdı: 
– Böyük bəy! Mən sənin o vuruşlarına indidən xeyir-dua verirəm! 
Böyük bəyin gözləri doldu və o, Fəxrəndə xanımı bərk-bərk bağrına basıb: 
– Sağ ol, Fəxrəndə! – dedi. – Başqa cürə ola da bilməzdi. Sənin damarlarından 
gəncəli Cavad xanın qanı axır... 
... Böyük bəy başının on-on beş atlısı ilə çapıb darvazadan çıxdı. 


 
278
Fəxrəndə xanım da, Şahnaz xanım da, evin bütün qulluqçu-qaravaşı, hamı 
Böyük bəyin ardınca su atdı... 
...Böyük bəyin atlıları Şuşadan çıxıb Laçın yoluna düşdü və çapa-çapa Turşsu 
dağları arasında gözdən itdi. 
II 
Qırmızı bayraq dalğalanırdı  və bu bayrağı  əlində tutmuş döyüşçü çapdıqca 
qırmızı bayraq qalan atlıların arasından keçib irəli çıxdı; qırmızı bayraq yol 
göstərirdi və bu yol indi Şuşa qalasına idi. 
Qırmızılar hücuma keçmişdi və bu dəm  Əsgəran qalasının həndəvərində at 
kişnərtisi, səs-küy, güllə-boran ərşə qalxmışdı. 
Böyük bəyin atlıları davam gətirə bilmirdi. 
Atının ayaqları qırılan kim, bir gülləyə hədəf olub yerə sərilən kim, vuran kim, 
vurulan kim... 
Böyük bəy atırdı, Yunis bəy atırdı, Hümmət atırdı.  
Mirzə  bəy bir qaya dibinə  qısılıb atın cilovunu bərk-bərk  əlində tutub 
saxlamışdı  və özünü güllə qabağına verməyib bütün bu həngamənin, bu qanlı 
vuruşun nə ilə qurtaracağını gözləyirdi. 
Qırmızıları saxlamaq mümkün deyildi. 
Nicat Ovçuoğlu çapa-çapa əlini yuxarı qaldırıb qışqırdı: 
– Irəli! Irəli! 
Və bu çağırışdan sonra, elə bil, qırmızıların atları daha yeyin getdi, güllələri 
daha sərrast oldu. 
Birdən-birə Nicat Ovçuoğlunun altındakı atın qabaq ayaqları büküldü və düz 
alnından dəyən güllə atı yerə  sərdi və Nicat Ovçuoğlu da bir göz qırpımında atın 
belindən yerə sıçrayıb: 
– Irəli! Irəli! – qışqırdı. 
Başına «Budyonnı papağı» qoymuş əsgərlərdən biri komandirin yanında atının 
cilovunu çəkdi və ağzından köpük tökülən at şahə qalxdı. Əsgər atın belindən atılıb: 
– Min, komandir. – dedi. – Atalar üçdən deyib, üçüncü atdı dəyişirsən! 
Nicat Ovçuoğlu atın belinə sıçradı və yenə də çapa-çapa: 
– Irəli! Irəli! – qışqırdı... 
...Böyük bəy gülləsi qurtarmış «Mauzeri» yerə çırpdı: 
– Qıracaqlar hamımızı... – dedi. – Qıracaqlar... – Sonra ayaqlarını üzəngiyə 
basıb atın belində dikəldi və qışqırdı: – Çəkilin. Qurtarın canınızı! Salamat qalanlar 
Turşsu meşəsinə gəlsin!.. 
Və Böyük bəy başının bir dəstə atlısı ilə sıldırım qayalar arası, daş-kəsək arası 
kəsə yolla Şuşaya tərəf çapmağa başladı. 
Bir dəstə qırmızı atlı onların ardınca düşdü. 
Bayaq öz atını komandirə verən cavan əsgər indi başqa bir atda Böyük bəyi 
qovurdu və Böyük bəy də, bu «Budyonnı papaq»lı cavan əsgər də güllələrdən 
yayına-yayına bir-birinə atırdı. 
Böyük bəy yenə  də arxaya qanrılıb  əlindəki tüfəngin tətiyini bir çəkdi, iki 
çəkdi, tüfəng açılmadı, bu dəfə də güllə qurtarmışdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə