Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə112/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   108   109   110   111   112   113   114   115   ...   145

 
266
– Böyük bəy! – dedi. – Ağa Məhəmməd şah Qacar Qarabağa hücum eləyəndə 
mənim babam Güzdəkli Bayandur sənin babanı bütün əhli-əyalı ilə birlikdə ölümdən 
qurtarıb. Bunu bütün Qarabağda bilməyən yoxdu. 
Böyük bəy: 
– Bunu mən də bilirəm. – dedi. – Sən də   yaxşı bil ki, Həsənalı kişi, ikinci 
dəfə belə bir hadisə baş versə, Güzdəkli Bayandurun nəvəsinə öz borcumu 
qaytarram! Oğlunu buraxsam, bütün mahalda biabır ollam, tay-tuşlarım mənə  tənə 
eləyib gülər. Oğlun mənim ad-sanıma,  əsil-nəcabətimə toxunub! Oğlun cəzasına 
yetməlidi! 
Solaxay Həsənalı daha qəzəbini boğa bilmədi, kişinin ağzı-gözü əyildi: 
–  Əsil-nəcabət böyük sözdü, bəy! – dedi. – Mənim babalarım üstündə 
durduğumuz bu torpağın yolunda canlarından keçib! Amma sənin babaların bu 
torpağı qəsb eləməyə gələnlərin qabağına düşüb bələdçilik eləyib! 
Bu sözlər Böyük bəyi sarsıtdı  və  bəy bir müddət donuq nəzərlərlə Solaxay 
Həsənalıya baxdı, sonra boğuq səslə: 
– Bir də ayağın mənim evimə dəyməsin! – dedi. 
Solaxay Həsənalı əlini qapıya atdı: 
– Mənim oğlum bir stəkan bulaq suyu deyil, birnəfəsə başına çəkəsən! 
– Əlindən gələni əsirgəmə, Solaxay Həsənalı! 
– Baxarıq! 
– Baxarıq! 
Solaxay Həsənalı bəyin qapısını ardınca çırpıb iri addımlarla birinci mərtəbəyə 
düşdü, həyətə çıxdı və yaşına yaraşmayan bir çevikliklə həyətdə yiyəsini gözləyən 
kəhər atın belinə sıçrayıb, çapıb getdi... 
...Fəxrəndə xanım yataq otağının pəncərəsindən çapıb gedən atlını gördü və 
çiyninə, döşünə tökülmüş uzun saçlarını  yığmadan başını darayan qulluqçu qızı 
kənara itələyib yataq otağından çıxdı, uzun yataq libasının ətəkləri ayağına dolaşa-
dolaşa Böyük bəyin otağına girdi və hiddətindən alışıb yana-yana: 
– Niyə buraxdın onu? – soruşdu. – Evdəki qulluqçu-nökərin hərəsinə bir qızıl 
onluq bağışlamışam ki, ağızlarını mumlasınlar, amma bütün Şuşa  əhli bu saat 
Şahnazın ovçuya qoşulub qaçmasından danışır. Sənin bacın Yunis bəyi də tay-tuş 
yanında xar elədi! Niyə salamat buraxdın bu quzğunu, it atasını?! 
Böyük bəy arvadına yaxınlaşıb əllərindən tutdu: 
– Sakit ol, Fəxrəndə xanım, – dedi. – Solaxay Həsənalı  mənim qapıma 
təvəqqəyə gəlmişdi. Qapıya gələn adamı yola salmağı da bacarmaq lazımdı. 
Fəxrəndə xanım sakitləşə bilmirdi: 
–  Ərəbzənki kimi yaraq-yasağın içində idi, demirdin vurar səni, bizi başsız 
qoyar? 
Böyük bəy gülümsədi: 
– Vurmadı ki!.. 
Fəxrəndə xanım: 
– Yumşaqsan, Böyük, çox yumşaqsan, – dedi. – O gədə ölməlidi! Eşitdinmi? 
Bu ləkə qanla yuyulmalıdı. Yoxsa bəylər, ağalar bir tərəfə, heç nökər-qulluqçunun 
da gözünə baxa bilmərik, camaatın üzünə  çıxa bilmərik. Qoy görsünlər ki, Böyük 
bəyə sataşmaq nə deməkdi! 


 
267
– Sakit ol, Fəxrəndə.  Sənin sözündə bir həqiqət var. Mən kəndləri gəzib əlsiz-
ayaqsızlara kömək edirəm. Kəndlilərin zəhmətini asanlaşdırmaq üçün maşınlar 
gətirdirəm. Mil düzünə su çəkdirmək istəyirəm. Ancaq, görünür, biz bir əlimizdə 
kitab, digərində qılınc tutmalıyıq. 
– Allaha çox şükür, – dedi. – Nəhayət, qəti bir fikrə gəlib çıxdın. 
– Fəxrəndə, mən hiss eləyirəm ki, hər tərəfi inqilab əhvali-ruhiyyəsi bürüyüb. 
Qəzetlərdən də bunu hiss eləyirəm, Bakıdan, Peterburqdan aldığım xəbərlərdə  də 
bunu görürəm, lap elə bu – Solaxayın danışığında da bunu hiss elədim. Bu, dəhşətli 
işdi, Fəxrəndə. Böyük-kiçik olmayandan sonra, hörmət də götürüləcək, aləm qarışıb 
məzhəb itəcək. Bu gün mənim bacımı götürüb qaçmağa cəsarət eləyən rəiyyət, 
sabah bütün zadəgan sinfinin üstünə çomaq qaldıracaq. Bunun qarşısını almaq 
lazımdı.  
 Fəxrəndə xanımın gözləri mehribanlaşdı, bir az doluxsundu: 
– Allaha çox şükür, Böyük, – dedi. – Çox şükür Allaha!.. 
... Kəhər at isə Şuşadan çıxıb Topxana meşəsinə girdi, kol-kosların, ağacların 
arasından çapdı, dərə keçdi, təpə aşdı... 
...Qaçaq Bahadırın gözətçilərindən biri qaya arxasından çıxıb onlara tərəf 
çapan atlını gördü, beşaçılan tüfəngi belindən aşırıb fit çaldı. Bir neçə gözətçi qaçaq 
qayaların arxasından başını qaldırıb atlıya tərəf baxdı  və birdən qaçaqlardan biri 
ayağa qalxdı, əlini gözünün üstünə qoyub atlıya bir də baxdı, sonra: 
–  Əyə, Solaxay Həsənalıdı! – dedi. – Biriniz düşün aşağı, kişiyə  bələdçilik 
eləyin. Biriniz də Bahadıra xəbər verin, qonağı gəlib. 
Solaxay Həsənalı kəhər atın yalına yatıb çapırdı. 
IX 
Şuşa yatmışdı.  Şuşanın dağları-daşları da, sıldırım qayaları da, dərə-təpələri 
də, hündür ağacları, bağ-bağatı da yatmışdı və həmin aydın gecədə, ay işığında bağ-
bağat arasından görünən Şuşa evlərinin kirəmit damları da bu dəm lal sükut içində 
idi. 
Və bu lal sükutu Şuşanın sal daş küçələri ilə çapan atların nal səsi pozdu. 
Qaçaqlar Böyük bəyin imarətini dövrəyə aldı... 
Və elə bil, bu qəfil nal səslərini, at fınxırtısını gözləyirmiş kimi, zirzəminin bir 
küncündə oturub belini divara söykəmiş Nicat yerindən sıçradı, qulağını zirzəminin 
qapısına söykədi, qulaq asdı... 
...Qaçaqlardan biri atın üstündən Böyük bəyin həyət hasarına atıldı, hasardan 
həyətə tullandı, darvazanın lomunu çəkib çıxartdı, darvazanın enli qapıları taybatay 
açıldı  və çiyninə yapıncı salmış, yaraqlı-yasaqlı Qaçaq Bahadır içəri birinci çapdı; 
qalan atlılar da başçılarının dalınca Böyük bəyin həyətinə çapdı... 
...Və bu dəm Qüdrət özünü hövlnak zirzəminin üstündən yerə atdı: 
– Qaçaqlardı! – qışqırdı. – Qaçaqlar gəlib! – Sonra əlindəki beşatılan tüfənglə 
həyətə dolmuş qaçaqların qaraltısına dalbadal atəş açdı. 
Ara qarışıb, məzhəb itdi. 
Böyük bəyin adamları kimisi zirzəminin damından, kimisi birinci, ikinci 
mərtəbənin aynabəndindən, kimisi də pəncərələrdən qaçaqları gülləyə tutdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə