Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə113/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   109   110   111   112   113   114   115   116   ...   145

 
268
Atlar kişnədi, qaçaqlar tüfəng oynatdı, kimi ikinci mərtəbənin aynabəndindən, 
pəncərələrindən başı üstə yerə gəldi, kimi atdan yıxıldı. 
Böyük bəyin imarətinə vurnuxma düşmüşdü, qulluqçular çığırışa-çığırışa ora-
bura qaçdı, nökərlər əlinə tüfəng aldı. Böyük bəy özü təpiklə vurub yataq otağının 
qapısını açdı, elə gecə paltarında da ikinci mərtəbənin həyət pəncərəsinə tərəf atıldı, 
əlindəki tüfəngin qundağı ilə pəncərə şüşəsini vurub sındırdı və tüfəngi döşünə sıxıb 
dalbadal atmağa başladı. 
Çörəkçi Gözəl arvad çarpayısının üstündə oturub dili-dodağı  əsə-əsə 
pıçıldayırdı: 
– Allah, sən saxla!.. Allah, sən saxla!.. 
Fəxrəndə xanım  əynindəki gecə köynəyində, uzun saçları döşünə-başına 
tökülmüş halda özünü o pəncərəyə, bu pəncərəyə vururdu, səsi gəldikcə qışqırırdı: 
– Qüdrət! Qüdrət! O gədəni vur! Öldür ovçunu, Qüdrət! Qoyma diri qala onu! 
Öldür onu, Qüdrət! Qüdrət!.. 
Fəxrəndə xanım özünə yer tapa bilmirdi, elə bil, qəfəsə salınmış heyvan idi, 
bütün gözəlliyini, qadınlığını, xanımlığını yadından çıxarmışdı,  əl-ayağına dolaşan 
nökər-qulluqçuların arasından özünü o pəncərəyə, bu pəncərəyə atırdı, səsi 
boğulanacan qışqırırdı: 
– Qüdrət! Qüdrət! Öldür ovçunu! Öldür!.. 
Qüdrət isə,  əlbəttə, xanımın sözlərini eşidirdi, amma böyük tut ağacının enli 
gövdəsi yanında yerə sinib zirzəminin qapısına tərəf atılmağa macal tapmırdı – 
qaçaqların gülləsi, elə bil, dolu idi, zirzəminin həndəvərini dəlik-deşik edirdi. 
Böyük bəy gülləsi qurtarmış tüfəngi hiddətlə yerə çırpdı. 
Güllə səsləri yavaş-yavaş seyrəldi və bu zaman Nicatın var gücü ilə zirzəminin 
qapısını   döyəcləməyi aydınca eşidildi. 
Qaçaq Bahadır zirzəmiyə tərəf çapdı, atdan sıçrayıb qapının qıfılına iki güllə 
sıxdı, sonra iki güclü təpiklə qapını açdı, var səsilə: 
– At çəkin bura! – bağırdı, sonra zirzəmidən özünü çölə atan Nicata: – Atlan! 
– dedi və özü də atının belinə sıçradı. 
Nicat zirzəminin qabağına at çəkib gətirən qaçağa məhəl qoymadı, yüyürüb 
özünü Böyük bəyin imarətinə saldı,  əlini çırpa-çırpa, təpiklə qapıları bir-bir açdı: 
bütün otaqlar bomboş idi və nəhayət, Nicat çarpayıda oturub öz-özünə: 
– Allah, sən saxla!.. Allah, sən saxla!.. – pıçıldayan çörəkçi Gözəl arvadı 
gördü. 
– Şahnaz hardadı? 
Qorxudan gözləri bərələ qalmış Gözəl arvad: 
Burda yoxdu, qadan alım, – dedi. – Kəndistana göndəriblər onu, dərdin 
ürəyimə! Dünən axşam yola saldılar onu! 
Və bu zaman at nallarının səsi aləmi ağzına götürdü. Qaçaqlardan biri 
darvazadan həyətə çapdı: 
– Kazaklar! 
Qaçaq Bahadır atı birbaşa Böyük bəyin imarətinə çapdı, atlı-atlı da pilləkənləri 
qalxıb dəhlizə girdi, ona tərəf yüyürən Nicata: 
– Tez elə! – qışqırdı və yenə də çapıb dəhlizdən həyətə düşdü.  
Nicat imarətdən çıxıb yəhərli atın belinə atıldı, yüyəni qaçaqdan aldı və Qaçaq 
Bahadırın ardınca çapdı. 


 
269
Bahadır darvazadan birinci çıxdı, sonra Nicat, sonra da o biri qaçaqlar çapıb 
darvazadan çıxdı. 
Otuz-qırx kazak atlısı qaçaqların ardınca düşdü və atışma təzədən qızışdı, 
qaçaqlardan, kazaklardan bir neçəsi Şuşanın küçələrinə sərilib qaldı... 
Böyük bəy özünü Qüdrətin çəkib gətirdiyi atın üstünə atdı: 
– Atlanın! Kim salamatdısa atlanın! – dedi. – Hamısını  qırmaq lazımdı! 
Yurdlarını kor qoymaq lazımdı! 
Qaçaqlar isə onları qovan kazakları bir-bir yerə  sərə-sərə Topxana meşəsinə 
tərəf üz qoymuşdu... 
...Böyük bəyin seçmə atları özlərini kazaklara çatdırdı  və atışma daha da 
şiddətləndi, daha da qızışdı.  
Böyük bəy ayağını üzəngiyə basıb, atın belində dikəldi: 
– Qüdrət! – qışqırdı. – Qüdrət, min qızıldı ovçunun başı! Min qızıldı qiyməti!. 
...Ehtirasdan və hiddətindən bığlarını  gəmirən Qüdrətin xallı atı, axır ki, 
kazaklardan və Böyük bəyin atlılarından ayrıla bildi, irəli çıxdı, dalbadal çapan 
Qaçaq Bahadırla Nicata yaxınlaşmağa başladı.  
Qaçaq Bahadır hərdən arxaya güllə atırdı, amma Qüdrət gah sola, gah sağa 
burulub bu güllələrdən yayınırdı: Nicat silahsız idi. 
Bu dəfə Qüdrət qabaqdakı atlıları gülləyə basdı  və birdən-birə  də Qaçaq 
Bahadırın çapdığı atın qabaq ayaqları büküldü və at boynu üstə çevrilib yerə sərildi
ağzından qan açıldı. Qüdrətin gülləsi ciyərini deşib keçmişdi, amma Qaçaq 
Bahadırın belə işlərdə, görünür, səriştəsi çox idi, bir göz qırpımında sıçrayıb ayağa 
qalxdı, sol əli ilə yapıncını boynundan qoparıb yerə atdı, sağ əli ilə tüfəngi qaldırdı, 
gözünün birini qıyıb tələsmədən, arxayın nişan aldı  və Qaçaq Bahadırın tətiyi 
çəkməyi ilə az qala çapıb ona çatmış Qüdrətin başının geri getməyi bir oldu: Qaçaq 
Bahadırın gülləsi Qüdrətin düz alnının ortasını deşib, beynini göyə sovurdu. 
Qüdrət bir motal tuluğu kimi yerə düşüb qaldı. Xallı at bu vurhavurdan baş 
götürüb çapdı.  
Kazaklar Qaçaq Bahadırı atsız gördü; atsız gördü, yəni köməksiz gördü, 
«qolu-qanadı  sınmış» gördü, quzğun kimi üstünə çapdı  və Qaçaq Bahadır da eyni 
təmkinlə, eyni arxayınlıqda ayaq üstə dayanıb təkəlli tutduğu tüfəngi atırdı.  
Kazaklardan biri yerə sərildi, ikincisi, üçüncüsü yerə sərildi, amma kazaklar da 
çox idi və indicə Qaçaq Bahadıra yetişəcəkdilər. 
Yasavul: 
– Jivım! – bağırdı. – Jivım yeqo! 
Və bu dəm Nicatın atı şahə qalxdı və Nicatın dartdığı yüyənin tarımlığından 
iki dal ayağı üstə geri döndü və atın geri dönməsi ilə  də Nicatın geriyə, Bahadıra 
tərəf çapmağı bir oldu. 
Qaçaq Bahadır  əvvəlcə  əlindəki tüfəngi Nicata atdı, sonra özü Nicatın 
qabağına yüyürə-yüyürə bir göz qırpımında atın  tərkinə atıldı  və bu müddətdə 
Nicatın əlindəki tüfəng iki dəfə dalbadal açıldı və az qala, onlara çatan iki kazak da 
bir-birinin ardınca yerə sərildi... 
...Qaçaqlar özlərini Topxana meşəsinə verdilər və  sıx, uca ağaclar arasında 
görünməz oldular... 
Yasavul: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə