Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   97   98   99   100   101   102   103   104   ...   145

 
236
– Bəs, Ziba hanı? – deyib gülümsədi. – Cəbi yoxdu maşında, heç olmasa, Ziba 
oturaydı də... 
Əlbəttə, bu saat hiss olunurdu ki, mühüm işlər müstəntiqi Imaşın beləcə rişxənd 
edə-edə həyətdə işdə-gücdə olacağına bir o qədər də əmin deyildi. 
Və elə bil birdən-birə  hər  şey onun üçün aydın oldu. O, heç nə deməyib geri 
döndü və yenidən kabinkaya sıçrayıb maşını yerindən tərpətdi. 
Imaş bu məsələdən bir mətləb qanmayıb işinə davam etdi. 
Maşın sürətlə gedib vağzalın qabağında dayananda daha aşağı düşməyə bir 
ehtiyac yox idi. – Zibanın peraşki köşkü kimsəsiz idi və sobadan da isti peraşkinin 
buxarı qalxmırdı. 
Maşın yenə  də yerindən götürüldü və bu dəfə rayonun küçələrindən ötüb 
Zibanın evinin qabağında dayandı. Gündüz Kərimbəyli aşağı atıldı, darvazanı 
itələyib açmaq istədi, amma darvaza bağlı idi. Gündüz Kərimbəyli yuxarı boylanıb 
evin pəncərəsinə tərəf baxdı, sonra qapını bir neçə dəfə döyəclədi. 
Yoldan ötənlər ayaq saxlayıb gah Cəbinin maşınına, gah da tanımadıqları bu 
adama baxırdılar və onun tələsik hərəkətlərindən yəqin başa düşürdülər ki, nə isə bir 
iş var bu işin içində. 
Mühüm işlər müstəntiqi qapını bu dəfə daha artıq bir təkidlə döyəclədi. 
Əlində içi dolu zənbil tutub, güman ki, bazardan qayıdan yaşlı bir arvad: 
– Yoxdu Ziba evdə! – dedi. – Indicə aşağı düşürdü, çay qırağına tərəf. 
Gündüz Kərimbəyli bu sözləri deyən arvada baxdı və əvvəlcə elə bil ki, arvadın 
dediklərinin mənasını yaxşı başa düşmədi, sonra daha da tələsik kabinkaya sıçradı; 
maşın yerindən götürüldü. 
Maşın rayondan çıxıb torpaq yolla çaya tərəf getdi və meşənin kənarında 
dayandı. 
Bu o yerlər idi ki, mühüm işlər müstəntiqi, Fazil müəllimlə və Səadətlə burada 
rastlaşmışdı. 
O, maşından atılıb çılpaq ağacların arası ilə çay boyu irəlilədi və bu saat 
Gündüz Kərimbəyliyə baxan bir kəs heç şübhə etməzdi ki, dörd bir tərəfdə quş da 
uçsa onun gözündən yayınmayacaqdı. 
Və nəhayət, o, böyük bir palıd ağacının yanında dayanmış Zibanı gördü. Ziba 
qəribə bir kədərlə başı qarlı dağlara tərəf baxırdı və bu saat günün şüaları altında o 
başı qarlı dağlar elə bil ki, bu arvadın gözlərindəki kədərə biganə deyildi. 
Mühüm işlər müstəntiqi kolların, quru budaqların arası ilə daha sürətlə 
irəliləyərək qəflətən nəsə görüb bərkdən qışqırdı: 
– Ziba! 
Zibanın gözlərini dağlardan çəkib bu gözlənilməz qışqırığa tərəf dönməsi ilə iri 
bir bıçağın bir göz qırpımında palıdın yoğun gövdəsinə sancılması bir oldu; Ziba 
qışqırığa tərəf bircə an gec dönsəydi, iş işdən keçəcəkdi. 
Arvad bu dəfə dəhşət dolu nəzərlərlə palıdın gövdəsində hələ də dəstəyi titrəyən 
bıçağa baxdı. 
Gündüz Kərimbəyli isə artıq özünü kolların, ağacların arasına atıb bıçaqatanın 
ardınca qaçırdı. 
Bıçaqatan adamın ağaclar arasında hərdən kürəyi, hərdən başı görünürdü və bu 
saat onu beləcə qovan, təbii ki, mühüm işlər müstəntiqinin səsi idi. 
Gündüz Kərimbəyli qışqırdı: 


 
237
– Dayan! Dayan deyirəm sənə! 
O, sağ əlində tapança tutmuşdu, sol əli ilə quru budaqlar gözünə girməsin deyə 
özünə yol açırdı. 
– Dayan! 
Sonra o, qaçan adamın başı üstən dalbadal iki güllə atdı və daha artıq bir inadla 
caniyə yaxınlaşmağa başladı. 
Bıçaqatan adamın sürəti yavaş-yavaş azalırdı və onun tez-tez nəfəs almasından, 
tövşüməsindən hiss olunurdu ki, bir atımlıq barıtı qalıb. Birdən o, qəflətən ayaq 
saxladı  və bir anın içində  əyilib haçansa qalanmış köhnə ocaq yerindən tutarlı bir 
kösöv götürdü, geri çevrildi və geri çevrilməyi ilə kösövü Gündüz Kərimbəyliyə 
tərəf vıyıldatmağı bir oldu. 
Və biz də, ancaq indi onu görüb tanıdıq. 
Bu adam Fəttah dayı idi. 
Kösöv zərblə Gündüz Kərimbəylinin sağ əlinə dəyib tapançanı ağacların dibinə 
saldı  və elə bil ki, Fəttaha təzədən güc gəldi. O, ağ saqqalına yaraşmayan bir 
sıçrayışla Gündüz Kərimbəylinin üzərinə atılıb: 
– Boğacağam səni, köpəkoğlu! – dedi. – It kimi gəbərdəcəyəm səni! 
Və o, doğrudan da, iki əli ilə mühüm işlər müstəntiqinin boğazından yapışıb 
bütün ağırlığını onun üstünə saldı; Gündüz Kərimbəyli arxası üstdə yerə yıxıldı və 
onun sifətinin damarları şişdi, gözləri qızarıb qanla doldu. 
Fəttahın gözlərindən od, alov tökülürdü, kin-küdurət, qəzəb tökülürdü, elə bil 
ki, neçə illərdən bəri ürəyində gizlincə saxladığı, gizlincə onu yandırıb-yaxan adam 
boğmaq ehtirası birdən-birə üzə  çıxmışdı  və bu alışıb-yanan ehtiras dolu gözlərdə 
indi bir təntənə şovqü oynayırdı. 
Lakin, Gündüz Kərimbəyli bütün gücünü toplayıb ayağı ilə  Fəttahı öz 
üzərindən ata bildi; bu dəfə  Fəttah arxası üstə yerə  sərildi, amma Gündüz 
Kərimbəyli onun üzərinə atıla bilmədi. Fəttah tez üzü üstə çevrilib ayağa qalxdı və 
iki əlini birləşdirib, balta ilə odun yarırmış kimi, var gücü ilə Gündüz Kərimbəylinin 
boynuna vurdu. Bu zərbə Gündüz Kərimbəylini sarsıtdı, o, arxasını  vələs ağacının 
gövdəsinə söykəyib qaldı  və  Fəttah başını  bədəninə  qısıb bir az yanpörtü irəli 
sıçradı, bu dəfə də var gücü ilə Gündüz Kərimbəylinin qabırğalarının arasına kəllə 
vurdu. Gündüz Kərimbəylinin sinəsindən bir inilti qopdu və o, əlləri ilə  mədəsini 
tutub aşağı əyildi. Fəttah: 
– It balası! – deyib onun boynunun ardına güclü bir zərbə ilişdirdi; Gündüz 
Kərimbəyli dizləri üstə yerə çökdü; Fəttah üçüncü dəfə zərbə vurmağa hazırlaşırdı, 
amma gözü beş-on metr aralıdakı palıdın dibinə düşmüş tapançaya sataşanda bir an 
əl saxlayıb tapançaya tərəf atıldı  və bu zaman mühüm işlər müstəntiqi cəld bir 
sıçrayışla onun ayaqlarından yapışdı, Fəttah üzü üstə yerə  sərildi. Gündüz 
Kərimbəyli eyni cəldliklə onun üstünə atılıb sağ qolunun dirsəyi ilə ilan boğurmuş 
kimi onun boynundan basdı: sol əli ilə Fəttahın çəkməsindən yapışıb yana gərdi və 
Fəttah üstünü xəzəl basmış palçığın içində çapalamağa başladı. 
Dalbadal atılan üç güllə  səsi eşidildi və elə bil ki, bu güllə  səsləri ilə  Fəttaha 
təzədən güc gəldi; o, bir həmlə ilə Gündüz Kərimbəylinin əlindən buraxılıb özünü 
irəli atdı  və  əvvəlcə palçığın içi ilə bir-iki addım iməkləyib sonra ayağa qalxdı  və 
qaçmağa başladı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə