Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə138/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   134   135   136   137   138   139   140   141   ...   145

 
341
Ibrahim xan bir-neçə an susdu, sonra dedi: 
– Mən dünya görmüşəm, cənab mayor… Sizin gözlərinizdən görürəm ki, 
həqiqətən alicənab və xeyirxah adamsınız. 
– Təşəkkür edirəm, xan həzrətləri. Siz bunu birgə  fəaliyyətimizdə  də 
görəcəksiniz! 
 
8. 
 
Şuşa bazarında şıdırğı alış-veriş gedirdi. 
… Bir nəfər müştəri: 
– Məşədi Abış, mənə yarım girvənkə döyməlik ət ver,– dedi. 
Qəssab Məşədi Abış  əlində tutduğu bıçağın bir həmləsi ilə dükanın qabağında 
qarmaqdan asılmış qoç budundan bir tikə ət kəsib ona uzatdı: 
– Al. 
Adam: 
– Bəs tərəzidə çəkmirsən?– soruşdu. 
Qəssab Məşədi Abış az qala heyrətlə: 
– Ba–a–a!..– dedi.– Mənə inanmırsan?– Sonra əti tərəzinin gözünə qoydu.– Düz 
yarım girvənkədi, ya yox? 
– Bravo!.. Bravo!..– Bu sözləri də mayor Lisaneviç dedi. 
Mayor Lisaneviç rus zabitləri ilə birlikdə  şəhəri gəzə-gəzə  Şuşa bazarına 
gəlmişdi. Onlara Vanya yüzbaşı bələdçilik edirdi. 
Vanya yüzbaşı: 
– Bəli!.. Bəli!..– deyə,– elə bil, bir bıçaq vurmaqla əti qram dəqiqliyi ilə  kəsən 
Qəssab Məşədi Abış yox, elə Vanya yüzbaşının özü idi – mayorun «bravo"larını 
təsdiq etdi, sonra da fəxrlə: – Sağ ol, Məşədi Abış, ara, əlin var olsun!– dedi. – 
Sonra qonaqları bazarın o biri başına tərəf çəkdi.– Gəlin, gəlin, hələ sizi nalbənd 
Muxtarın yanına aparım bir!.. Ara, usta odu e!.. 
 
9. 
 
10 iyun 1804-cü il. Tehran. Şah sarayı. 
 
Fətəli şah məşvərət çağırmışdı.  
Uzun mizin üstündə Qafqazın xəritəsi açılmışdı  və  Fətəli  şah da, əsabələri də 
mizin arxasında dayanmışdı. 
Fətəli şah dedi: 
– Mən daha dözə bilmərəm. Mən gözlədikcə, kafir ruslar bizim şimalımızda 
möhkəmlənirlər. Rusiya Şimali Qafqazla kifayətlənmir, Cənubi Qafqazı da götürür! 
–  Şah sağ  əlinin barmaqlarının beşini də  xəritəyə dirədi.– Ingiltərə Rusiyanın 
əleyhinə bizimlə müqavilə bağladı, ancaq heç bir iş görmədi. Bizi kafir ruslarların 
əleyhinə qızışdırırlar, ancaq özləri Napoleonun əleyhinə Rusiya ilə saziş bağlayırlar. 
Çünki ingilislərin özləri də elə ruslar kimi kafirdir. Mən taxt-tacımızın varisi Abbas 
Mirzənin sərkərdəliyi ilə əlli minlik ordumuzu Cənubi Qafqaza göndərirəm. 
Abbas Mirzə baş əydi: 
– Bə-çeşm, qibleyi-aləm! Mənə şərəf verdiniz! 


 
342
Fətəli şah Pirqulu xana müraciət etdi: 
– Ağayi-Pirverdi xan, ermənilərin yığılması bitdimi? 
Pirverdi xan: 
– Bəli, qibleyi-aləm!– dedi.– Yeddi minə yaxın erməni ailəsi yığmışıq. Əmrinizə 
müntəzirdir! 
– Yeddi minə yaxın, yəni, nə deməkdir? 
– Düz 6582 erməni ailəsidir, qibleyi–aləm. 
Fətəli şah: 
– Çox gözəl! – dedi. – Biz Azərbaycan xanlıqlarını  zəiflətmək üçün, mütləq 
ermənilərdən istifadə etməliyik. Mənim əmrimlə əhli-əyalı ilə ağayi-Pirverdi xanın 
dediyi qədər erməni yığılıb. Onlar Abbas Mirzənin  arxasınca gedəcək. Bu, birinci 
mərhələdi, inşallah, Allahın köməkliyi ilə bu işi gərək davam etdirək. 
Qoşunlarımızın Cənubi Qafqazda, xüsusən Azərbaycanda və xüsusən də Irəvan və 
Qarabağ xanlıqlarında fəth etdiyi torpaqlarda Iran ermənilərini məskun edəcəyik. 
Belə edəndə, gələcəkdə  də o tərəflərdə bizim üçün xətircamlıq olacaq. O yerlərin 
türkləri isə Irana gətirilməlidir, onları burada səpələmək lazımdı. Bu işi səliqə-
səhmanla yerinə yetirməliyik. Ağayi-Pirverdi xan, bu işi sizə  həvalə edirəm və 
ümidvaram ki, sizdən narazı qalmayacağam.  
Pirverdi xan: 
– Canımla, başımla, qibleyi-aləm!– dedi.–  Heç bir şübhəniz olmasın! 
Şah davam etdi: 
– Abbas Mirzə ilk növbədə Qarabağı ram etməlidir! Özüm də  əsas qüvvələrlə, 
Allah qoysa, ora gedəcəyəm. Qarabağ səfəri rəhmətlik əmim Ağa Məhəmməd şaha 
düşmədi, bizə düşər, inşallah!.. Firəngistanın səfiri ağayi-Fransua Sebastiani ilə 
söhbətim olub. Napoleon məktub yazıb mənə qardaşlıq təklif edir. Osmanlıdan, 
bizdən, bir də özündən ibarət böyük bir ittifaq arzusundadır… Belə bir ittifaq 
haqqında hələ ki, bir şey deyə bilmərəm… Osmanlı ilə ittifaq?.. Bilmirəm… 
Bilmirəm, belə bir ittifaqdan bir şey çıxar, ya yox?.. Ancaq Napoleona məktub 
göndərib Firəngistan ilə saziş imzalamaq fikrindəyəm. Kafirlərlə, kafirlərin özlərinin 
hiylə dili ilə danışmaq gərək!.. 
10. 
 
Ibrahim xanın gözləri uzaqlara baxırdı  və elə bil, o, qarşısında  əmrə müntəzir 
dayanmış Vanya yüzbaşını heç görmürdü. 
Ibrahim xan: 
– Mən bu işi başqa heç kimə etibar edə bilmərəm,– dedi.– Sən təcrübəli adamsan, 
bu işi ehtiyatla və gizlin görməlisən. 
– Xan sağ olsun, başını  cəlladın dəhrəsinin altına qoy de, qoyaram, uf da 
eləmərəm!  
Ibrahim xan: 
– Başın hələ ki, mənə lazımdı… Hələ ki!..– dedi və bu sözlər açıq-aşkar ikibaşlı 
səsləndi. 
Vanya yüzbaşı bu sözlərdəki gizli hədəni, gizli xəbərdarlığı hiss etdi və: 
– Xan, tapşırığınızı verin!– dedi. 


 
343
– Sən  Əbülfət ağanın yanına getməlisən… Belə bir məqamda oğul ilə atanın 
savaşını tarix bizə bağışlamaz, Vanya yüzbaşı!.. Onunla məxfi görüşmək istəyirəm. 
Bunu gərək nə Baba xan, nə də ruslar bilsin. Bu, tamam pünhan bir görüş olmalıdı…  
– Nə vaxt yola düşməliyəm? 
– Elə bu gecə. 
 
11. 
 
Fətəli  şah və  Ağabəyim Ağa üstünə cürbəcür meyvələrlə dolu qab qoyulmuş 
kiçik mizin arxasında üzbəüz oturmuşdular. 
Ağabəyim Ağa: 
– Ibrahim xan sənin qaynatandır,– dedi.– Onun yurdunu kor qoymaq olarmı?  
Bir Allah şahiddir ki, mənim onunla heç bir qərəzim yoxdur! Ancaq onun 
əməlləri Iranın əleyhinə çevriləndə, mən buna dözə bilmərəm! Sən mənim üçün çox 
əzizsən, Banu! Bunu bütün Iranda bilməyən yoxdu. Mən öz canımı sənə qurban edə 
bilərəm, ancaq Iranın maraqları mənim üçün öz canımdan artıqdır! 
– Ibrahim xan Qarabağı qorumaq istəyir. O hər vasitə ilə çalışır ki, Azərbaycan 
vahid bir dövlət olsun. Axı, sən də azəri türküsən… 
– Bəli, mən azəri türküyəm. Ancaq mən Şahənşaham! Iran kimi bir məmləkətin 
başında duran adamam! Mənim bu məmləkət qarşısında məsuliyyətim var! Iranın 
yarısından çoxu azəri türküdü. Indi mən nə etməliyəm, deməliyəm ki, gedin, 
şimaldakı xanlarla birləşin, ayrıca bir Azərbaycan dövləti yaradın? Belə  şey ola 
bilməz, Banu! Mən imkan verə bilmərəm ki, azəri xanlıqları ikişaf etsin, böyüsün, 
sonra da birləşib məmləkətimizi parçalasın, vahid bir dövlət olsun! Biz heç zaman 
belə  şeylə barışa bilmərik. Indi də, yüz illərdən sonra da! Mənim möhtərəm 
qaynatam isə xam xəyallara düşüb ruslarla dil tapmaq istəyir. Ruslarla ha!.. Bu təkcə 
Irana yox, bütün Islama xəyanətdir!– Fətəli  şah ayağa qalxdı.– Mənim işlərim 
çoxdu, Banu.– Və otaqdan çıxdı. 
 
12. 
 
Sakit bir qaranlıq içində çathaçat yanan ocağın işığı  Əbülfət ağanın da, Vanya 
yüzbaşının da sifətinə düşmüşdü və onlardan bir az aralıdakı çadırın qapısı ağzında 
dayanmış iki silahlı yavər də aydınca görünürdü. 
Əbülfət ağa: 
– Sən tək başına, gecənin yarısı bu Dizaxa necə  gəlib çıxmısan, ay Vanya 
yüzbaşı?– soruşdu. 
– Əbülfət ağa, indiyədək olub ki, xan atan mənə iş buyura, mən də onu etməyim? 
Nəyimdi? Bir canımdı, bir də Haykanuş xalandı, vəssalam!.. Bu fani dünyada 
yaşadığımı, yaşamışam. Nədən qorxacağam? O boyda şəxs mənə iş tapşırıb! 
Əbülfət ağa bir müddət susdu, sonra: 
– Xan necədir?– soruşdu. 
– Maşallah! Yaxşıdı! Allah bədnəzərdən saxlasın!– Vanya yüzbaşı dedi. 
Yenə sükut çökdü və  əlindəki çubuqla ocağı qurdalayan Əbülfət ağa bir 
müddətdən sonra o sükutu pozdu. 
– Eşidirəm səni? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə