Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə141/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   137   138   139   140   141   142   143   144   145

 
350
– Tüpürüm sizin kimi türklərə! 
Sərbaz kişinin belinə bir qamçı çəkdi: 
Həpənd oğlu, həpənd! 
Bir qamçı da… Bir qamçı da… 
 
21. 
 
Güllə səsinin gəlməyi ilə göydə boşqabın çiling-çiling sınmağı bir oldu.  
Göyə atılan daha bir boşqab vurulub çiling-çiling oldu. 
Sonra üçüncü boşqab… 
Mayor Lisaneviç qarşısındakı mizə düzülmüş tapancaları bir-bir götürüb zabitin 
göyə tulladığı boşqabları vura-vura Cıdır düzündə nişan atırdı. 
Mayor daha bir-neçə boşqab vurub, tapancanı mizin üstünə atdı və: 
– Bəsdir, poruçik!– deyib, yaxındakı qayanın başına tərəf addımladı, qarşıda – 
yarğanın qarşı tərəfindəki Topxana meşəsinə baxdı, sonra yarğanın dibində qıjıltıyla 
axan Daşaltı çayına baxdı.– Mən heç vaxt heç kimə paxıllıq etməmişəm,– dedi.– 
Ancaq indi şairlərə paxıllıq edirəm, poruçik! 
 
22. 
 
Cənubi Qafqazın xəritəsində cürbəcür xətlər çəkilmiş, işarələr qoyulmuşdu. 
… Fətəli  şah hündür qamətini  əyib diqqətlə mizin üstündə açılmış  xəritəyə 
baxırdı. 
Xidmətçi qapını açıb: 
Qibleyi-aləm,–dedi.–Ağayi-Əbülfət ağa hüzurunuza buyurmağa gəlib. 
Fətəli şah qamətini düzəltmədən başını qaldırıb qəzəb və kinayə dolu gözləri ilə 
xidmətçiyə baxdı: 
– Bizi aləmdə xar eləyən fərsiz qayınım nə istəyr? Özünü də biabır elədi, 
bacısının da adına xəcalət gətirdi.. Rədd olsun! 
Xidmətçi baş əyib otaqdan çıxdı. 
Fətəli şah yenə diqqətini toplayıb xəritəyə baxdı. 
 
23. 
 
 Dörd-beş rus soldatının, deyəsən, kefi kök idi, gözəl bir rus mahnısı oxuya-
oxuya Şuşanın küçələrini gəzirdilər. 
… Və onlar eləcə gəlib bazara çıxdılar. 
… Şuşa bazarında əvvəlki alış-veriş, əvvəlki səs-küy, əvvəlki ovqat yox idi. 
Şuşa bazarı, elə bil, sınıxmışdı. 
… Qəssab Məşədi Abışın da müştərisi yox idi. 
Soldatlar gəlib onun dükanının qabağında dayanıb, qarmaqdan asılı düzülmüş 
təzə-tər ətlərə baxdılar və soldatlardan biri əlini uzadıb: 
– Myaso xoçu!– dedi. 
Qəssab Məşədi Abış: 
– Köpək uşağı!– dedi.– Ermənilərin arağını dümləyib yenə gəliblər! 
Soldat: 


 
351
– Çto on qovorit?– soruşdu. 
O birisi: 
– A çert yeqo znayet?– dedi, sonra: – Day nam myaso!– qışqırdı. 
Qəssab Məşədi Abış dükanın yuxarıdan açılıb-örtülən qapısını soldatların 
burnunun ucundan aşağı salıb dükanı bağladı. 
Soldat: 
– Day nam myaso, svoloç!– bağırdı  və çiynindəki tüfəngi çıxarıb dükanın 
qapısına atmaq istədi. 
O biri soldat: 
– Ne nado! – deyə ona imkan vermədi.– Çort s nim! Poşli!.. 
… Və soldatlar yenə o gözəl rus mahnısını oxuya-oxuya, keflə Şuşanın küçələrini 
gəzirdi… 
 
24. 
 
Vanya yüzbaşı  Şuşa qarnizonunun yerləşdiyi binaya gələndə rus gözətçilər onu 
tanıyıb heç nə soruşmadılar: 
– Proxodite. 
Yüzbaşı içəri girdi və onu görən rus zabiti: 
– Yenə nə olub, Vanya yüzbaşı?– soruşdu. 
Vanya yüzbaşı şikayət etdi: 
– Ara, nə olacaq? Ara, mən söküldüm daha! Məzhəb haqqı, mən lümlüt 
olmuşam! Hardadı cənab mayor? 
– Öz kabinetində! 
Vanya yüzbaşı arakəsmə ilə gedib qapılardan birini açdı. 
Mayor Lisaneviç iş masasının arxasında  əyləşmişdi və Vanya yüzbaşını görən 
kimi, ayağa qalxıb gülümsədi: 
– Xoş gəlmisiz, cənab yüzbaşı! 
– Sağ olun… 
– Necəsiz? 
– Çox pisəm! 
Mayor təəccüb etdi: 
– Niyə? 
Vanya yüzbaşı: 
– Siz Ibrahim xanla müqavilə bağladız,– dedi.– Belədi? 
– Bəli. 
– Orada birinci yazdız ki, Ibrahim xan bütün dövlətlərlə  əlaqəsini qəti kəsib, 
tamam dünya miqyasında təkcə rus dövlətinə tabe olsun. Belədi? 
– Belədi. 
– Indi Ibrahim xan kiminlə hansı  əlaqəni kəsib-kəsməyib, bilmirəm. Bu sizin 
işinizdi! Ikinci, yazdız ki, xan qonşu ölkələrlə, ancaq rus sərdarının icazəsi ilə 
münasibət saxlaya bilər. Onların məktublarına ancaq rus sərdarının icazəsi ilə cavab 
verə bilər. Indi Ibrahim xan gündə  Ağabəyim Ağa ilə  məktublaşır-məktublaşmır, 
bilmirəm. Bu sizin işinizdi. Üçüncü, yazdız ki, Qarabağda olan rus qoşunu üçün xan 
ucuz qiymətə buğda almalıdı. Belədi? 
Mayor Lisaneviç səbr və açıq-aydın hiss olunan bir maraqla qulaq asa-asa yenə: 


 
352
– Bəli, elədir!– dedi. 
– Ara, təkcə ucuz qiymətə buğdayla 500 əsgər saxlayarlar?! Ara, vallah-billah, 
mən söküldüm! Araq ver, donuz ver, yağ ver, pendir ver!..  
Mayor güldü: 
– Nə olar? Siz bizim varlı dostumuzsuz! 
– Ara, hansı türkün həyətinə girsən, məndən on dəfə varlıdı!  
– Özünüzü kasıb göstərməyin, cənab yüzbaşı! Darıxmayın! 
– Ara, darıxmayım, bəs nə edim? Kimdi Qarabağın sahibi? Türklərdi, ruslardı? 
– Türklərin gözəl bir  atalar misalı var. 
Vanya yüzbaşı: 
– Türklərin bütün atalar misalı gözəldi,– dedi.– Hansını deyirsiz? 
– Xəstə tələsər, armud vaxtında dəyər. 
Vanya yüzbaşı yenə şikayət etdi: 
– Ara, bu armud bəs nə zaman dəyəcək? Bizim ömrümüz çatacaq buna? 
 
25. 
 
Əmiraslan bəy Xan sarayının həyətində onlara tərəf gələndə Ibrahim xan Gövhər 
ağanı yelləncəkdə yelləyirdi. 
Gövhər ağa: 
– Bərk itələ!– dedi.– Bərk yellə! 
Ibrahim xan Əmiraslan bəyi görüb: 
– Bəsdi,– dedi.– Düş, qaç. 
Gövhər ağa da Əmiraslan bəyi gördü və başa düşdü ki, getmək lazımdı, 
yelləncəkdən düşüb, könülsüz-könülsüz uzaqlaşdı. 
Ibrahim xan qızın ardınca baxdı, sonra Əmiraslan bəydən soruşdu: 
– Nədi? Neçə vaxtdı görürəm, özünə yer tapa bilmirsən.– Bir az hirsli təkrar 
etdi:– Nədi? 
Əmiraslan bəy: 
– Xan sağ olsun, üzr istəyirəm ki, cəsarət edib sizdən izn istəyirəm. 
– Nə izn? 
Izn verin, mən bir günün içində o rus qarnizonunu dağıdıb, onları Qarabağdan 
qovum! O 500 soldata sizdən bircə gün vaxt istəyirəm, bacarmasam, vurdurun 
boynumu! 
– Sonra? 
– Sonra da Allah kərimdi! 
Ibrahim xan yanıb-töküldü: 
– A kişilər!– dedi.– Ay mənim qardaşlarım! Ay bəylər! Ay qəhrəmanlar! Təkcə 
Allaha ümidin axırını Cavad xan göstərmədi sizə? Nə üçün sizin gözünüz bu qədər 
bağlıdı? Bu qədər avamlıq olmaz axı!.. Nə üçün siz elə bilirsiz ki, mən bu torpağı 
sizdən az istəyirəm?! Nə üçün siz elə bilirsiz ki, mənim ruslardan sizdən az zəhləm 
gedir?! Sən qovdun qarnizonu, başa düşdüm! Bəs, Sisianov gəlib bütün bu eli-obanı 
topa tutanda nə edəcəksiz?! Nə elədi səndən əvvəlki qoşunbaşı? Saday bəy ki, bütün 
Qarabağ igidləri onun başına and içirdi! Nə elədi? Getdi Cavad bəyə kömək 
eləməyə, üç nəfər-beş nəfər əsgər öldürdü, özünü də məhv elədi! 
Ibrahim xan susdu və araya sükut çökdü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə