Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə143/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   137   138   139   140   141   142   143   144   145

 
356
– Cavad xanın danışdığı dildə. 
– Bəs, o dilin axırı nə oldu? Ibrahim xan müdrik adamdı, nə qədər dedi, Cavad 
xan rəhmətlik qulaq asmadı, özü də qurban getdi, şir kimi oğlunu da qurban verdi! 
Bəs, Gəncə  nə oldu? Tarmar oldu Gəncə! Yoxdur Gəncə! Yeli… Yelizavetta… 
Yelizavettapol var! Tfu!.. – Hüseynqulu xan atın belindən yerə tüpürdü. – It 
uşağının sözləri də dilimə yatmır!.. Heç adını da deyə bilmirəm!.. Indi sən istəyirsən 
ki, Bakı da Aleksandrapol olsun? Yaxşı, bəsdir,  əmi – oğlu!.. Vallah, cavan 
olmasaydın, cəzalandırardım səni.–Sonra Hüseynqulu xan acıqla əlavə etdi.–Ancaq 
sən də hər dəfə cavanlığına salma! 
Uzaqdan atlılar göründü. 
Ibrahim bəy: 
– Cəmisi iki nəfərdi…– dedi. 
Hüseynqulu xan tənə ilə: 
– Görürsən?– dedi.– Bunun mənası odu ki, mənim arxamda div boyda nəhəng bir 
məmləkət durur. 
– Yox, bunun mənası odur ki, mən sizi adam hesab etmirəm!.. 
Hüseynqulu xan bu dəfə əməlli-başlı hirsləndi: 
– Bəsdir, Ibrahim bəy! Qurtar bu uşaq-muşaq söhbətini! Özün də atdan düş, get, 
onları qarşıla, hörmət-izzətlə hüzurumuza gətir. Mən o gələndən sonra atdan 
düşəcəyəm. 
Ibrahim bəy atdan düşüb o iki atlıya tərəf getdi. 
… Knyaz Sisianov atın belindən yerə sıçradı və ətrafa baxıb: 
– Gəncənin çinarlarından, Qarabağın meşələrindən sonra, o dağlardan sonra 
buralar çox misgin görünür, polkovnik…  
Polkovnik Eristavi də atdan düşdü və: 
– Ancaq Qafqazda belə misginlik, bəzən, aldadıcı olur, zat-aliləri… – dedi. 
Knyaz Sisianov yenə  güldü: 
– Siz belə müdrik kəlamlar söyləməkdənsə, məşhur Bakı qalasının qoca 
divarlarına baxın… – dedi və əlavə etdi: – Bakı kimindirsə, Xəzər də onundur!  
Ibrahim bəy onlara yaxınlaşdı. 
Knyaz Sisianov onu başdan ayağa süzüb: 
– Sən kimsən?– soruşdu. 
Polkovnik Eristavi sualı tərcümə etdi. 
Ibrahim bəy: 
– Mən Hüseynqulu xanın əmisi oğlu Ibrahim bəyəm. 
Polkovnik Eristavi tərcümə etdi. 
– Bəy?– Knyaz Sisianov gülümsədi.– Bundan sonra kimin bəy olub, olmadığını 
biz müəyyən edəcəyik! 
Polkovnik Eristavi bu sözləri tərcümə etmək istəmədi: 
– Knyaz… 
Ibrahim bəy də, elə bil, nəsə hiss etdi və: 
– O nə deyir?– soruşdu. 
Eristavi: 
– Heç… Sənə aid deyil…– dedi. 
Knyaz Sisianov narazılıqla: 


 
357
– Siz mənim sözlərimi tərcümə edirsiz, yoxsa özünüz bu adamla söhbət edirsiz?– 
dedi. – Sonra atlılara tərəf baxıb:– Hüseynqulu bəy o boz atın belindəkidi?– soruşdu. 
Eristavi tərcümə etdi. 
Ibrahim bəy: 
– Bəli,– dedi. 
Və bu zaman knyaz Sisianov gülümsədi: 
– Qorxusundan başına o qədər atlı yığıb? 
Polkovnik Eristavi: 
– Zat-aliləri, bu sizə hörmət əlamətidi… 
Knyaz əsəbiləşdi: 
– Həddinizi aşmayın, polkovnik!– dedi.– Mən sizinlə söhbət etmirəm. 
Dediklərimi bu adama tərcümə edin! 
Ibrahim bəyin görkəmi, dik duruşu, baxışı, gözlərinin ifadəsi açıq-aşkar knyaz 
Sisianovun xoşuna gəlmirdi. 
Ibrahim bəy yenə: 
– O nə dedi?– soruşdu. 
Eristavi tərcümə etdi. 
Ibrahim bəy bu dəfə də: 
– Bəs, siz necə, heç kimdən qorxmursuz ki, görüşə ancaq tərcüməçi ilə 
gəlmisiz?– soruşdu. 
Knyaz sözləri xüsusi olaraq aramla tələffüz etdi ki, Eristavi olduğu kimi tərcümə 
etsin: 
– Mən kimdən qorxacağam? – Sisianov Ibrahim bəyin qarşısına gəldi.– Səndən?– 
Sonra lap yaxınlaşıb gözlərini cavan oğlanın düz gözlərinin içinə zillədi.– Mən heç 
kimdən, birinci növbədə də səndən qorxmuram! 
Ibrahim bəy: 
– Nahaq yerə!– dedi və bu sözləri deməyi ilə belindən asılmış xəncəri qınından 
sıyırıb knyaz Sisianovun ürəyinə soxmağı bir oldu. 
Bir anın içində heyrətdən gözləri bərəlmiş knyaz bir söz deməyə macal tapmadı 
və üzü üstə torpağa sərildi. 
Polkovnik Eristavi: 
– Knyaz!– qışqırdı və özünü Sisianovun üstünə atdı. 
…At belində dayandığı yerdən bütün bunları görən Hüseynqulu xan: 
Sən neylədin, ay köpək oğlu?!–qışqırdı.–Bizi bəlaya saldın!.. 
                  
31. 
 
Axşamçağı yüngül bir külək əsirdi və Xəzərin sularını yüngülcə bir dalğa kimi də 
sahilə çıxarıb, geri qaytarırdı… 
Bakıya axşam düşmüşdü. 
Hüseynqulu xan Xan sarayında yaxın ətrafını bir yerə cəm etmişdi. 
– Bu əclaf oğlu, əclaf Ibrahim bəy bizi zibilin içinə soxub! Fikirləşdikcə, dəhşət 
məni basır! – Bir neçə anlıq sükutdan sonra Hüseynqulu xan sözünə davam etdi:– 
Elə bilirəm ki, Ibrahim bəyi tutub qəfəsə salmaq lazımdı. Molla Fərəculla başda 
olmaqla bizim ağsaqqallar mənim oğlanlarımla bilikdə Sisianov gorbagorun nəşini 
götürüb hörmət-izzət ilə ruslara qaytarmalıdı. Necə ki, Ağa Məhəmməd şah Şuşada 


 
358
qətlə yetiriləndən sonra, Ibrahim xan onun cəsədini böyük hörmət-ehtiramla Tehrana 
göndərdi. Biz də elə etməliyik. Ibrahim bəyi də  qəfəsin içində ruslara təslim 
etməliyik…– Yenə bir neçə anlıq sükutdan sonra, üzünü ağsaqqala tutdu.– Nə 
deyirsən, Molla Fərəculla? 
Molla Fərəculla: 
– Çox ağır məqamdı…–dedi.–Amma bir çıxış yolu tapmalıyıq... Hüseynqulu xan, 
sən mənim gözlərimin qabağında böyümüsən. Bakı taxtı  uğrunda apardığın bütün 
mübarizələrdə  mən sənin yanında olmuşam. Indi də, Allah qoysa, sənin yanında 
olacağam… Ona görə də, mən fikrimi deyirəm, amma mənim fikrim tamam fərqlidi. 
Rus bizimlə daha heç vaxt barışmaz və heç vaxt da bizi bağışlamaz. Onun böyük 
generalını biz öldürmüşük. Özü də davada öldürməmişik, təkcanına danışığa 
gələndə öldürmüşük. Indi nə qədər boğazımızı yırtsaq ki, and-aman etsək ki, biz onu 
öldürmək istəmirdik, kim bizə inanacaq? Heç kim! Rus ilə bizimki ömür-billah 
qurtardı! O biri  tərəfdən, Ibrahim bəyi ruslara təslim etsən, millət ayağa qalxacaq. 
Bu saat Bakı camaatı toy-bayram içindədi ki, rusun böyük generalı öldürülüb. 
Ibrahim bəy bu saat qəhrəmandı, onu ruslara təslim etsən, Bakı camaatının 
qabağında dura biməyəcəksən…– Molla Fərəculla susdu. 
Hüseynqulu xan: 
– Bəs, sən nə təklif edirsən? – soruşdu. 
Molla Fərəculla: 
– Rusların təbəəliyini qəbul etdiyin üçün, Fətəli şah səndən çox incikdi. Onunla 
barışmaq və ona sığınmaq lazımdı…– dedi. 
– Mən bu iki daşın arasında Fətəli şahla necə barışım ki, ruslarla xosunlaşmağa 
başlamışdım?.. 
– Ibrahim xanın adını  çəkdin… O Ağa Məhəmməd  şahın nəşini Irana qaytardı. 
Sən də belə bir iş gör… 
Hüseynqulu xan darıxdı: 
Molla Fərəculla, mən səni başa düşmürəm. De, görək, fikrin nədi? 
– Sən də Sisianovun başını Fətəli şaha hədiyyə göndər!  
Molla Fərəcullanın bu sözləri çox gözlənilməz səsləndi və bunu, elə bil, özü də 
hiss edib: 
– Onsuz da, rus ilə bizimki qurtardı! – dedi.– Nə qədər ki, sən Hüseynqulu xan 
varsan, nə edirsən, et, rus sənin  ən qəddar düşmənin olacaq! Belə olan təqdirdə 
axıracan getmək lazımdı. Divin biri getdi, o birisindən yapışaq! 
Hüseynqulu xan Molla Fərəcullaya baxıb  əvvəlcə bir söz demədi, sonra 
qarşısında oturanları bir-bir gözdən keçirib: 
– Nə deyirsiniz?– soruşdu. 
Heç kim cavab vermədi. 
Hüseynqulu xan: 
– Allah baiskarın cəzasını versin!– dedi və  dərindən köks ötürdü:– Molla 
Fərəculla ağsaqqalın dediyi olsun! 
Məclis iştirakçıları razılıq əlaməti olaraq başlarını tərpətdilər. 
Hüseynqulu xan ayağa qalxdı: 
– Cəllad Ibadullaya deyin, işini səliqəli görsün! 
 
32. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə