Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə139/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   135   136   137   138   139   140   141   142   ...   145

 
344
Vanya yüzbaşı ehtiyatla o tərəf-bu tərəfə baxdı, çadırın qabağındakı yavərlərə 
sarı boylandı və səsini yavaşıdıb: 
– Xan səninlə məxfi görüşmək istəyir,– dedi. 
Əbülfət ağa: 
– Nə üçün məxfi?– soruşdu.– Mən Fətəli  şahdan xəbərsiz onunla necə görüşə 
bilərəm?  
– Vallah, nə deyim, Əbülfət ağa? Atadı… Ürək dözmür də… 
– Ürəkdən-zaddan keçib daha, Vanya yüzbaşı!.. 
– Allah bu dünyanın üzünü qara eləsin!.. Yəqin xanın öyüdü-nəsihəti var… 
– Nə öyüd-nəsihət? Fətəli  şahın mənə etibar elədiyi qızılbaş atlılarını başsız 
buraxıb, gedib, rusun ayağına düşməliyəm?  
– Nə deyim, vallah… Mən bu fani dünyada az yaşamamışam, ancaq, Əbülfət ağa, 
məzhəb haqqı, ömrümdə bu gecəki kimi çətin söhbətim olmayıb… Sən bir tikə 
vaxtından mənim gözümün qabağında böyümüsən… Ibrahim xanın da buyruğu 
mənimçün qanundu! Ancaq mən nə edim? Vallah, Axund Mirmöhsün ağaya da çox 
hayıfım gəldi… 
– Mirmöhsün ağaya? O ki, mömin bir adamdı, ona nə oldu? 
– Xanın qəzəbinə düçar oldu. 
– Niyə? 
Vanya yüzbaşı ayağa qalxmaq istədi. 
– Mən xanın ismarıcını sənə yetirdim, Əbülfət ağa, məni dara çəkmə…  
Əbülfət ağa hirslə: 
– Mən atamın oğluyam ha, Vanya yüzbaşı!.. – dedi.– Məni cin atına mindirmə. 
Otur!.. 
– Baş üstə. 
– Axunda nə olub? 
–  Əlahəzrət Axundu arana, Qarabulağın Saracıq obasına sürgün etdi, orada ev 
dustağıdı… 
– Niyə axı? 
– Əbülfət ağa, sən Həzrət Abbas, məni məhşər ayağına çəkmə… 
Əbülfət ağa səsini qaldırıb yüzbaşının üzünə çımxırdı: 
– Vanya yüzbaşı!.. 
Vanya yüzbaşı əlacı kəsilmiş, köks ötürdü və: 
– Axund Mirmöhsün ağa səni müdafiə edirdi…– dedi. 
Əbülfət ağa ayağa qalxdı: 
Bir sözlə, bu iki daşın arasında atam ehtiyat edir ki, mən gəlib onun yerində 
oturaram, hə? 
– Nə deyim, vallah… Mən o kişinin çörəyini yeyirəm… 
Əbülfət ağa: 
– Olsun!– dedi.– Qoy olsun! Bir halda ki, belədi, mən nə üçün Qarabağ taxtında 
əyləşməyim?! Hə, yüzbaşı, nə üçün?! 
 
13. 
 
… Dizax yaxınlığında ata ilə oğulun savaşı gedirdi. 
Hər iki tərəfin atlıları bir-birinə aman vermirdi. 


 
345
Aydın görünürdü ki, Qarabağ atlıları qızılbaş sərbazlara üstün gəlir. 
… Ibrahim xan at belində irəlidəki döyüş meydanına nəzarət edirdi. 
Xan yavərinə: 
– Çap, Əmiraslan bəyə çatdır ki, Əbülfət ağaya bir şey olmasın!– qışqırdı. 
Yavər döyüş meydanına çapdı. 
… Qarabağ atlıları qızılbaşları qovurdu və çatanda da qılıncdan keçirirdi. 
… Əmiraslan bəy: 
– Qovun bu namərdləri!– qışqırırdı.– Qovun! 
Yavər çapa-çapa ona yetişdi: 
Xan əmr etdi ki, Əbülfət ağaya əl dəyməyəsiz! Ona gərək xəsarət toxunmasın! 
Əmiraslan bəy: 
– Onsuz da, Əbülfət ağa arvad kimi qaçıb getdi!..– deyə qışqırdı. 
 
14. 
 
14 may 1805-ci il. Gəncə yaxınlığındakı Kürək çayının 
 
sahili. Çadır.  
 
Nəhayət ki, Ibrahim xanla knyaz Sisianovun görüşü baş tutmuşdu. 
Knyazdan və xandan başqa, onları müşayiət edən əsabələr, o cümlədən polkovnik 
Eristavi, mayor Lisaneviç, Əmiraslan bəy və başqaları da çadırda idi. 
Söhbət ayaq üstündə gedirdi və söhbəti polkovnik Eristavi tərcümə edirdi. 
Knyaz Sisianov: 
– Cənab Ibrahim xan!– dedi.– Sizin böyük Rusiya imperiyasına olan ixlasınız 
əlahəzrət imperatoru xeyli məmnun etmişdir. Sizin müharibəsiz, qan tökmədən 
Rusiya təbəəliyini qəbul etmənizi biz həmişə yüksək qiymətləndirəcəyik. Əlahəzrət 
imperator I Aleksandr mənə böyük iltifat göstərərək tapşırıb ki, onun adından sizə 
təşəkkürümüzü bildirim. Siz Dizaxda oğlunuz Əbülfət xanın 500 atlısının – seçmə 
qızılbaş atlılarının qarşısına qəhrəmanlıqla çıxdınız. Onu qaçmağa məcbur etdiniz. 
Bilirəm, Qafqazda məni tamamilə soyuqqanlı bir varlıq kimi qələmə verirlər, ancaq 
mən atanın oğulun qabağına getməyinin hansı iztirablar gətirdiyini başa düşürəm… 
Buna görə  də  əlahəzrət imperator sizə inanır. Siz başqa xanlar kimi bir söz deyib, 
başqa iş görmürsünüz. 
Ibrahim xan: 
– Mənim üçün ən əsas Qarabağın əmin-amanlığıdır,– dedi. 
–  Əlbəttə!  Əmin-amanlıq bizim üçün də  əsas  şərtdir. Cəllad belə, öz istəyinə 
qalsa, baş  kəsməz! Bizim imzalayacağımız bu müqavilənin də amacı  məhz  əmin-
amanlıqdır. Sənədin türkcəsi ilə mayor Lisaneviç sizi tanış edib. 
Mayor: 
– Elədir, cənab Baş komandan!– dedi. 
Ibrahim xan da başını tərpədib təsdiq etdi. 
Knyaz Sisianov davam etdi: 
– Müqaviləyə əsasən Qarabağ xanı, onun varisləri, xanlığın bütün əhalisi Rusiya 
təbəəliyinə qəbul olunur. Eyni zamanda, sizin Qarabağdakı xanlıq hüququnuz bütün 
zamanlar üçün təsdiq olunur. Əslində, bu, iki dövlət arasında dostluq və qardaşlıq 


 
346
müqaviləsidir. Rusiya həmişə sizə dayaq olacaq. Iran da, Osmanlı padşahlığı da 
bundan sonra sizi tək görməyəcək, sizin torpağınızı tapdaq altına salmayacaq. Buna 
görə də siz… 
Ibrahim xan knyazın sözünü kəsdi: 
– Buna görə də mən Rusiya xəzinəsinə hər il səkkiz min çervon ödəməliyəm… 
Xanın sözlərində açıqca bir tənə hiss olunsa da, knyaz Sisianov gülümsədi: 
– Bu sizin üçün elə də böyük bir məbləğ deyil, hörmətli xan… 
– Ancaq biz dostluqdan, qardaşlıqdan danışırdıq… 
Knyaz qaşlarını çatdı və soyuq bir səslə: 
– Təzədən danışıqlara başlamalıyıq?– soruşdu. 
Ibrahim xan: 
– Yox…– dedi.– Bunun bir mənası yoxdur. Mən öz mövqeyimi 
müəyyənləşdirmişəm… Artıq geriyə yol yoxdur. 
Knyaz Sisianov: 
– Bravo!.. Bravo!..– dedi.– Ibrahim xan, siz əsil siyasət adamısız, həqiqətin 
gözünə dik baxa bilirsiniz!– Sonra əlinin işarəsi ilə çadırın yuxarı başında qoyulmuş 
mizi göstərdi.– Indi isə, buyurun!  
Onlar mizə yaxınlaşdılar. Müqavilənin mətni mizin üstündə idi. 
Knyaz Sisianov Ibrahim xanı mizin arxasındakı kürsüyə dəvət etdi: 
– Buyurun, cənab Ibrahim xan!  
Ibrahim xan mizin arxasına keçdi, kürsüdə oturmayıb,  əyilərək, müqaviləyə 
tələsik imza atdı. 
Sonra knyaz Sisianov mizin arxasına keçdi, kürsüdə  əyləşdi və müqaviləni 
imzalamazdan əvvəl: 
– Cənablar!– dedi.– Bu, tarixi bir məqamdır! Bu gün – 1805-ci ilin 14 may günü 
həmişəlik qoca tarixin yaddaşında qalacaq. Böyük Rusiya immperiyasının Qarabağ 
xanlığı ilə bağladığı Kürək müqaviləsini gələcək nəsillər də daima xatırlayacaq!  
Və knyaz Sisianov, elə bil, hər anın möhlətini uzatmaq istəyirdi – aramla 
müqaviləni imzaladı, sonra ayağa qalxıb əlini Ibrahim xana uzatdı: 
– Təbrik edirəm!– dedi. 
Onlar əl tutuşdular. 
Knyaz Sisianov əlində qovluq tutmuş rus zabitinə başı ilə işarə etdi və dedi: 
– Indi isə, cənab Ibrahim xan, böyük məmnuniyyətlə bildirirəm ki, əlahəzrət 
imperator I Aleksandrın Fərmanı ilə sizə general rütbəsi verilir. 
Rus zabiti irəli çıxıb qovluğu uzatdı və knyaz Fərmanı polkovnik Eristavidən alıb 
Ibrahim xana təqdim etdi. 
Ibrahim xan: 
– Təşəkkür edirəm, zat-aliləri…– dedi.– Xahiş edirəm mənim minnətdarlığımı 
əlahəzrət imperatora çatdırasınız. 
Knyaz: 
– Mütləq!– dedi.– Mütləq çatdıracağam, cənab Ibrahim xan! Arxayın ola 
bilərsiniz! – Sisianovun kefi açıq-aşkar kökəlmişdi və o, polkovnik Eristaviyə işarə 
eldərək,– hörmətli Ibrahim xan, bizim tərcüməçi dostumuzun türkcəsi necədir?– 
soruşdu. 
Ibrahim xan: 
– Əladır!– dedi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə