Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə140/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   137   138   139   140   141   142   143   144   145

 
347
Knyaz Sisianov qürurla: 
Görürsünüz,– dedi.– Bu, sizə və sizin xalqınıza bizim hörmətimizin ifadəsidir. 
Rus polkovniki sizin dilinizi bu cür öyrənib! 
Bütün bu sözləri tərcümə edən polkovnik Eristavi tərifdən özünü bir az naqolay 
hiss etdi və: 
– Fransız dili Avropada nədirsə, zat-aliləri, türk dili də bütün Qafqazda odur!– 
dedi. 
Görünür, polkovnikin bu sözləri knyazın o qədər də xoşuna gəlmədi və o yenə 
siyasətə qayıtdı: 
– Razılaşdığımız kimi, mən Şuşaya qarnizon göndərməliyəm. Düzdü, qarnizonun 
komandirini hələ təyin etməmişəm, ancaq güman edirəm ki, bu gün-sabah bu məsələ 
həllini tapacaq.  
Ibrahim xan mayor Lisaneviçə baxdı və dedi: 
– Zat-aliləri, mən xahiş edirəm Şuşaya mayor Lisaneviçi təyin edəsiniz.  
Knyaz Sisianov: 
– O-o-o!.. Siz adam tanıyansınız, cənab Ibrahim xan!– deyib güldü.– Siz deyən 
olsun! Qoy, mayor Lisaneviç orada öz generalından muğayat olsun! 
 
15. 
 
Axşam düşürdü və göz işlədikcə uzanan dümdüz çöllük yavaş-yavaş qaranlıq 
içində itirdi. 
Irəlidə bir kareta, arxasıyca bir dəstə atlı Kürək görüşündən sonra Tiflisə  tərəf 
çapırdı. 
Knyaz Sisianov karetada tək gedirdi. 
Sonra knyaz karetanın pəncərəsindən at belində onu müşayiət edən yavərə dedi: 
– Mayor Lisaneviçi çağırın. 
Yavər dərhal atın ağzını çevirib, arxadan gələn atlılara tərəf çapdı  və mayorla 
birlikdə geri qayıtdı. 
Mayor Lisaneviç kareta ilə yanaşı gedirdi. 
Knyaz Sisianov dedi: 
– Mən sizi yaxşı tanıyıram, mayor, bilirəm ki, məsuliyyəti hiss edirsiniz! 
Mayor: 
– Təşəkkür edirəm, zat-aliləri!– dedi. 
–  Şuşa qarnizonunun komandiri, əslində,  Şuşanın və bütün Qarabağın sahibi 
olmalıdır. Ibrahim xan mənim heç xoşuma gəlmədi. Elə bil, yatıb, indi yuxudan 
oyanıb… Mən ondan hər  şey gözləyirəm… Gördünüz, müqaviləyə imzanı necə 
atdı? Heç olmasa, nəzakət xətrinə də, oturmadı. Generallıq fərmanını necə qarşıladı? 
Elə bil, ona generallıq rütbəsi verilmirdi, ölüm hökmü oxunurdu… Rusiya 
imperiyasının generallığını öz şəninə sığışdırmır, axmaq qoca… Siz çox diqqətli və 
ehtiyatlı olmalısınız! 
Mayor: 
– Zat-aliləri,– dedi.– Mənim üçün anamız Rusiyaya şərəflə xidmət etməkdən 
müqəddəs bir şey yoxdur! 
– Mən bu xanların heç birinə ianmıram. Naxçıvan hakimi Kəlbəli xan, Irəvan 
hakimi Məhəmməd xan bizimlə  əhdnaməni pozub, indi Abbas Mirzəyə kömək 


 
348
edirlər. Düzdü, Ibrahim xanın nümunəsi yaxşı oldu, Şəki xanı da indi bizimlə 
müqaviləyə imza atır, ancaq mən onlara da inanmıram! Inanmıram, mayor, 
inanmıram! Siz də inanmayın və lazım gələndə amansız olmağı bacarın! 
… Kareta da, atlılar da uzaqlaşıb axşamın ala-toranında gözdən itdi… 
 
 
16. 
 
Axşam düşürdü və yavaş-yavaş Şuşa dağlarının ancaq qaraltısı görünürdü… 
Bir dəstə atlı Şuşa qalasına tərəf qalxırdı. 
Irəlidə at belində Ibrahim xan Əmiraslan bəylə qoşa addımlayırdı.  
Bir az arxada bir dəstə atlı gəlirdi. 
Ibrahim xan Əmiraslan bəyə baxdı və soruşdu: 
– Nə fikirləşirsən, qoşunbaşı? 
Əmiraslan bəy cavab vermədi. 
Ibrahim xan bir də təkrar etdi: 
– Nə fikirləşirsən? De! 
Əmirsalan bəy yenə bir müddət susub, sonra dedi: 
– Görəsən, səhv etmirik ki, xan? 
Ibrahim xan gözlərini qarşı dağlara zillədi və handan-hana: 
– Bilmirəm…– dedi. 
 
17. 
 
Qarnizon dağ yolu ilə Şuşaya tərəf qalxırdı. 
Başı qarlı Şuşa dağları o ucalıqdan, elə bil, qarnizona baxırdı. 
At belində irəlidə gedən mayor Lisaneviç yanındakı zabitə: 
– Baxın, necə əzəmətli dağlardı!..– dedi.– Elə bil, bu dağlar bizi salamlayır!.. Elə 
bil, bu dağlar bizi çoxdan gözləyirdi… 
 
18. 
 
12 iyun 1805-ci il. Araz sahili. Abbas Mirzənin çadırı. 
 
Iran qoşununun sərkərdələri Abbas Mirzənin çadırına yığışmışdı. 
Abbas Mirzə: 
– Pirqulu xan!– dedi.– Sən qəhrəmanlıq göstərib, rəşadətli qoşunlarımızla 
Əsgəran qalasını ram etdin! Mən şərəfli bir tapşırığı yerinə yetirərək şah babamızın 
hədiyyəsini sənə təqdim edirəm! 
Abbas Mirzə qulamın gətirdiyi böyük xəncərin daş-qaşlı dəstəyindən tutub, eləcə 
də daş-qaşlı qınından sivirdi və: 
– Qoy bu qılınc həmişə sənə yar olsun!– dedi. 
Pirqulu xan qılıncı  vəliəhddən aldı, sıyırıb ülgücündən  öpüb gözünün üstünə 
tutdu, sonra qıllıncı qınına soxub dedi: 
– Mən  şah babamızın böyük iltifatla verdiyi bu hədiyyəni alıb hüzurunuzda bir 
daha bidirirəm ki, son nəfəsimə  qədər canımla, qanımla anamız səltənəti-Irana 


 
349
xidmət edəcəyəm! Qibleyi-aləm əmin olsun ki, onun əmri mənim üçün Quran ayəsi 
kimi bir şeydir! 
Abbas Mirzə: 
– Indi isə erməniləri Əsgəranda yerləşdirmək lazımdır!– dedi. 
 
19. 
 
Ibrahim xan hirsli gözləri ilə baxırdı. 
Onun gözlərinin qarası böyümüşdü, az qalırdı hədəqəsindən çıxsın. 
Ibrahim xan güzgüdə özü özünə baxırdı. 
Və Ibrahim xan qarası böyüyüb, az qala, hədəqəsindən çıxacaq o gözləri  ilə 
gözlərinə baxa-baxa: 
– Indi sən kimsən?– soruşdu.–Yalançı rus generalı, yoxsa Qarabağın yalançı 
xanı? 
 
20. 
 
Əsgəranın küçələrində aləm bir-birinə qarışmışdı. 
Qızılbaş  sərbazları azərbaycanlı ailələri evlərindən çıxarıb, at və  eşşək 
arabalarında özləri  ilə  gətirdikləri erməni ailələrini həmin evlərdə yerləşdirirdilər. 
Azərbaycanlı ailələr isə boşalmış arabalara doldurulurdu. 
…  Əsgəranın küçələrini çığır-bağır bürümüşdü… Uşağını çağıran kim, atasını-
anasını  səsləyən kim, söyən kim, döyən kim, qarğış eləyən,  əlacsızlıqdan başına-
gözünə döyən kim… 
– Ay zalımlar, ev-eşiyimizi burda qoyub hara aparırsız bizi? 
– Bəs heyvanlar? 
– Ay aman!.. 
– Ata!.. 
– Ay insafsızlar, heç olmasa, qoyun evin kişisi gəlsin! 
– Çıxın! Oturun arabalara!– Qızılbaş sərbazları ağına-bozuna baxmadan ev-eşik 
sahiblərini qamçılaya-qamçılaya, yaxasından yapışıb itələyə-itələyə, qolundan tutub 
sürükləyə-sürükləyə arabalara doldururdu. 
… Ağız deyəni qulaq eşitmirdi. Uşaqların çığırtısı, arvadların ah-naləsi, qarğışı, 
kişilərin söyüşü bir-birinə qarışmışdı. 
… Sərbazlardan biri əlindəki qamçını havada oynada-oynada? 
– Haydı, çıxın!– qışqırırdı.– Haydı, arabalara!.. 
Yaşlı bir kişi: 
– Sən türksən?– soruşdu. 
Sərbaz: 
– Bə nəyəm, baba?– dedi.– Əlbəttə, türkəm!.. 
– Bəs, sən necə türksən ki, bizi evimizdən, elimizdən-obamızdan qoparıb Irana 
sürürsən? – kişi soruşdu. 
– Pirqulu xanın əmridi, baba!– sərbaz dedi. 
– Pirqulu xan da türkdü? 
– Əlbəttə, baba! Bə nədi? Abbas  Mirzə də türkdü! Qibleyi-aləmin özü də türkdü! 
Kişi sərbazın üzünə bir lomba tüpürdü: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə