Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   75   76   77   78   79   80   81   82   ...   145

 
176
danışa-danışa sınıq-salxaq bir skamyada öləcək və Abşeronun çöllü-biyabanında 
torpağa tapşırılacaq.  
XX 
... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın 
eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş 
Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 
elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi 
və yüngül bir titrəyiş də hiss olundu... 
... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz 
həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin 
altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; 
Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü 
arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; 
əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər  ən tez duran o idi, heç kimi 
narahat etmədən qapını açıb eşiyə  çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü 
arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, 
amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi... 
... və  həmin gecə o elektrik qatarının çarxlarının tukkatuku hələ tamam keçib 
getməmiş Səyyarə bərkdən: 
– Aparma!.. Aparma!.. – qışqırıb yuxudan ayıldı və o saat da qalxıb çarpayıda 
oturdu... 
– Noluf az, yuxu görürdün?– Bunu mizin üstünə salınmış döşəyində qurcalanan 
Güllü arvad yuxulu-yuxulu soruşdu. 
Səyyarə: 
– Hə... – pıçıldadı. – Görürəm, vaqon Əbilini dartıf güjlə mənnən alır, özüylə bir 
qaranlığa aparır... Görürəm, ora quyunun dibi kimi, zülmət bir yerdi... – Bir az susub 
təzədən pıçıldadı. – Qorxuram... 
Güllü arvad eləcə yuxulu-yuxulu: 
– Az, kiri... – dedi. – Niyyətin hara, mənzilin ora... 
Səyyarə yenə: 
– Nağayrım... – pıçıldadı. – Hələ yaxşı ki, Bakıdadı... Bir də gördün, aparıflar 
Amerikaya, nə bilim, hara... Başına bir iş gəlsə, nəğayrajıyıq?.. 
Güllü arvad sinədolusu əsnəyib: 
– Az, yat... – dedi. – Bədniyyət olma... 
... və o Amerika sözü nə ayıq kimi ayıq, nə  də yatmış kimi yatmış olan 
Bayraqdarı get-gedə uzaqlaşan o tukkatuk altında gözəl bir mürgü aləminə apardı...  
... böyük bir stadion idi və bütün stadion ayağa qalxıb bağırırdı... 
... Əbili qol vurmuşdu... 
... bütün stadion – hamısı da qalstuklu, şlyapalı adamlar idi – ayaq üstə 
qışqırırdı: 
– Ey-se-bi-o!.. 
– Ey-se-bi-o!.. 
– Ey-se-bi-o!.. 


 
177
...  Əbiliyə görə Surxayı da o stadiona buraxmışdılar və Surxay iki əlilə  də 
müstəqil Azərbaycanın üçrəngli bayrağının dəstəyindən tutub, başının üstündə 
fırlada-fırlada dalğalandırırdı... 
... sonra elektrik qatarınının çarxlarının tukkatuku tamam eşidilməz oldu...  
XXI
 
O axşam Cümü hələ  gəlməmişdi və Cümü evə (otağa) gəlməmiş,  əvvəlcə 
həyətdən tırtırın səsi gəlirdi, tırtırın o səsi həyətdə axırıncı dəfə zilə qalxıb, susurdu, 
bir-iki dəqiqədən – Cümü Yataqxananın beşinci mərtəbəsinə qalxırdı – sonra, hələ 
otağın qapısı açılmamış, arağın iyi içəri dolurdu və o arağın iyi daha əvvəlkitək 
Sonanın ürəyini bulandırmırdı, çünki o günə ki, Şuşadan sonra Cümü düşmüşdü – 
Şuşanın bir nömrəli taksi sürücüsü Qızıl Diş Cümşüd ki, plov yemirdi, bığım yağa 
batar, indi hər dəfə tırıltısı dünyanın xəcalətini gətirib bu beşinci mərtəbədəki otağa 
pərçim edən köhnə motorollerin (tırtırın) lafetində Abşeron kəndlərinə yem satan 
Cümü olmuşdu – o günü, Sona fikrindən keçirirdi ki, Allah ermənidən başqa, heç 
kimə göstərməsin və  Şuşada ildə-ayda, toyda-düyündə bir az təmiz tut arağından 
başqa heç nə içməyən Cümü, indi gündə nöyüt kimi arağı dümləyib ürəyini o araq 
stəkanına boşaldırdısa, nə eləmək olardı, Sona fikirləşirdi ki, qoy içsin və Cümünün 
arağa verdiyi o pula ki, 300 qram ət almaq olardı, o 300 qram ət də heç lazım 
deyildi. 
O axşam Cümü hələ  gəlməmişdi, Sona pəncərənin qabağında dayanıb eşiyin 
qaranlığına baxırdı, Güllü arvad plastmas siniyə (gözəl mis sini Şuşada qalmışdı) 
düyü töküb (humanitar yardım idi) Cəmiləyə vermişdi ki, arıtlasın və  Cəmilə  də 
otaqdakı yeganə çarpayının üstündə oturub, o plastmas sinini də dizlərinin üstünə 
qoyub haçan qurtaracağını səbrsizliklə gözləyə-gözləyə düyü arıtlayırdı. 
...və düyü axırı ki, qurtardı, Cəmilə sinini nənəsinə verdi və otağın küncündə 
yerdən bir-birinin üstünə  yığılmış  dəftər-kitabın arasından səhər dərsə aparacağını 
dartıb çıxartdı və bu vaxt Cəmilənin dəftərinin arasından bir şəkil sürüşüb döşəmədə 
linoliumun üstünə düşdü. 
Bu, bir zənci oğlanın rəngli şəkli idi və o zənci oğlan şəkildən baxa-baxa sidq-
ürəkdən gülürdü. 
– Bu neqr kimdi az, belə?– Sona dəftərin arasından sürüşüb düşən o şəkilə baxdı 
və yaxşı ki, elektrik lampasının işığı eləcə zəif idi – Sona qızının bircə anın içində 
qıpqırmızı qızardığını görmədi. 
Cəmilə ağızucu: 
– Heç... – dedi və şəkli tələsik dəftərinin arasına qoydu. 
Əlbəttə, Buzovna Fəhlə Yataqxanasının beşinci mərtəbəsindəki o mənzildə 
(otaqda) heç kim bilmədi ki, o şəkildə eləcə gülən o zənci balası Portuqaliya 
futbolçusu Eysebio idi. 
O rəngli fotoşəkli Cəmilə köhnə bir «Oqonyok» jurnalından kəsib götürmüşdü. 
Və heç kim orasını da bilmirdi ki, Cəmilə tez-tez o şəkilə baxır və o şəkili öpür.  
 
XXII 
 
Əhməd Ağayeviçin özü də, ailəsi də Bilgəhdəki bağlarında bircə gün də 
yaşamamışdılar və altı il idi ki, bu ikimərtəbəli mülkü tikdirib hazır eləmişdi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə