Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   78   79   80   81   82   83   84   85   ...   145
    Bu səhifədəki naviqasiya:
  • XXIX

 
182
Surxay Gözlə-Gəlirəm Məmməd kişinin dəfnindən sonra o kiçik 
qəbiristanlıqdan qayıdanda Kolxoz kişinin qəbrinin yanında ayaq saxladı və Kolxoz 
kişinin kubik başdaşına baxa-baxa: 
– Nətərsən, ay ağsaqqal?– soruşdu və elə bil, hiss etdi ki, o «ağsaqqal» sözü 
qəbrin içində də Kolxoz kişinin xoşuna gəldi. 
XXV  
Gülzar arvad otağın açıq pəncərəsindən uzaqlara baxa-baxa sızıldayırdı  və elə 
sızıldaya-sızıldaya da, elə bil, özü özündən soruşdu: 
– Hardadı, görən, indi o profesır? 
Səyyarə: 
– Hankı professor, ay nənə?– soruşdu. 
– O bizim evdə qalan də... 
Səyyarə təəccüblə qaynanasına baxdı: 
– Bizim evdə qalan? 
– Hə  də... Onda sən hələ bizə  gəlməmişdin... Yayda Bakıdan gəlmişdi arvad-
uşağıynan. Ikinci mərtəbəni onlara kirayə vermişdik... Deyirdi ki, Şuşa Isveçrədir... 
Deyirdi ki, gərək Şuşanın qədrin biləsiz... 
Səyyarə: 
– Sən də, ay nənə... – dedi. – Indi neynirsən o kişini? 
Gülzar arvad: 
– Yapışajam yaxasınnan, – dedi. – Deyəjəm, yaxşı, biz bilmədik Şuşanın qədrin, 
bə, sən niyə bilmədin Şuşanın qədrin, a köpəy oğlu?! Hıy?! 
Səyyarə, sulanmış gözləri də  səsi, nəfəsi kimi sızıldayan qaynanasının hərdən 
beləcə yaddaşı ilə qabaq-qabağa durmağına öyrənmişdi: 
– Eh, ay nənə... Indi hərə öz hayındadı... – Sonra göz görəti Səyyarənin 
gözlərinə  işıq gəldi (Əbilinin gələcək futbol məşhurluğunu xatırlayanda həmişə  də 
belə olurdu, arvadın gözlərinə beləcə  işıq gəlirdi). – Qoy bir, Əbili başlasın 
oynamağa, nə var ki, səni aparajam Isveçrəyə!.. 
Səyyarənin bu sözləri arvada elə  təsir elədi ki, az qaldı, hansısa professorun 
əvəzinə gəlininin yaxasından yapışsın, gəlinini söyüb biabır eləsin: 
– Isveçrəni neynirəm, az, mən? – Sonra qışqırdı: – Şuşanı ver mənə!.. Şuşanı!.. 
Elə bil, Şuşanı ermənilər yox, Səyyarə tutub saxlamışdı  və heç kimi də ora 
buraxmırdı...  
XXVI  
O dəhşətli, o ağlasığmaz, inanılmaz hadisə iyunun 1-də baş verdi – birdən-birə, 
qəflətən baş verdi və o xəbərin həqiqiliyinə inanmaq mümkün deyildi. 
Buzovna Fəhlə Yataqxanasının həyətindən cənazəsi qaldırılan 17-ci şuşalı, belə 
bir aqibəti sidq-ürəkdən arzulayan Cümü (Qızıl Diş Cümşüd) yox, Eysebio oldu. 
O dəhşətli hadisə təkcə yataqxana camaatını, orda-burda məskunlaşmış və o 
tükqabardan xəbəri eşidən başqa şuşalıları yox, təkcə Yataqxananın qonşuluğundakı 
Buzovna sakinlərini, Eysebionun futbolçu yoldaşlarını, məşqçilərini də yox, elə bil, 
bu həyəti, bu həyətdəki o beşmərtəbəli binanı, o iydə ağaclarını, o qoca zeytunu, o 
kranı, elə o qazanxananın özünü də canlı bir varlıq kimi sarsıtmışdı, elə bil, Fəhlə 


 
183
Yataqxanasının o həyəti birdən-birə titrəyişlərinin arası kəsilməyən gözəgörünməz 
bir zəlzələyə düşmüşdü – o həyət də bu bəd xəbərdən uçunurdu. 
Mayın 28-i – bayram günü keçdi, 29-u, 30-u, 31-i də keçdi, Surxay Bayraqdarın 
o üçrəngli bayrağı Yataqxananın həyətindəki qazanxananın damında eləcə 
dalğalandı, iyunun 1-də Surxay saat 10 radələrində yenə tut ağacı ilə qazanxananın 
damına dırmaşıb bayrağı çıxardı və aşağı düşürüb, əvvəlcə evə aparmaq istədi, sonra 
fikirləşdi ki, günü günə satmasın, bayrağın təmirini elə indidən başlamaq lazımdır və 
ucluqdan başladı – dəmir ucluğu dartıb çıxartdı, bayrağı qəzetə, sonra da səliqə ilə 
sellofana büküb, qazanxananın divarının dibində yerə uzatdı, ucluğu təzədən nikel 
vurdurmaq üçün, avtobusa minib Mərdəkana getdi – qalayçı Mərdəkanda idi.  
Və o dəhşətli hadisə  də  həmin iyunun 1-də, günorta saat 12 radələrində baş 
verdi. 
Həmin gün Əbülfət məşq bazasında səhər idmanından sonra elektrik qatarına 
minib Buzovnaya gəldi və o saat onun başına toplanmış yeniyetmələr Əbülfətə heç 
otaqlarına qalxmağa da imkan vermədilər (sonralar Kamança Tanrıverdi deyirdi: «O 
yazığı əcəl girləyirmiş...»), həyətdə yenə gözəl bir futbol başladı.  
Cəmilə beşinci mərtəbədəki pəncərədən həyətə baxırdı. 
Əbülfətə elə gəlirdi ki, hansı simsiz teleqrafsa, onun gəlməyini o saat Cəmiləyə 
xəbər verir, çünki elə həyətə girəndə – hələ futbol hay-küyü (və sevinci) başlamamış 
– görürdü ki, Cəmilə o pəncərədən baxır və yüz faiz – buna heç bir şəkk-şübhə yox 
idi – Əbülfətin yolunu gözləyir. 
Cəmilənin o pəncərədən eləcə onun yolunu gözləməyi  Əbülfət üçün futbol 
oynamağında məşqlərdən, səhər idmanlarından, baxdığı futbol videolarından qat-qat 
artıq bir şey olmuşdu – Cəmilənin onun yolunu gözləməsi Əbülfətin içində elə bir 
hissiyyat yaratmışdı ki, onu futbol meydanında eləcə oynadan, hər oyunda gözəl 
qollar vurduran da, bax, həmin o hissiyyat idi. 
O gün də – 2003-cü il iyunun 1-i – o cür adi (və qeyri-adi) gözəl bir gün idi, 
həyətdə futbol başladı, adamlar yavaş-yavaş yığışdı və zərbələrin birindən sonra top 
qazanxananın damına düşdü.  Əbülfət özü qaçıb bir göz qırpımında tut ağacı ilə 
yuxarı  dırmaşdı – elə bil, o baxışların altında hər  şeyi özü eləmək istəyirdi – 
qazanxananın damına atıldı və diyirlənib damın küncündə dayanmış topu götürmək 
istəyəndə ayağının altındakı daş qopdu və  Əbülfət o daşla bir yerdə qazanxananın 
damından yerə yıxıldı. 
Əbülfət uzuqoylu o bayrağın üstünə düşdü. 
Bayrağın dəstəyinin ucundakı zubul Əbülfətin sinəsini deşib düz ürəyinə 
girmişdi...  
 
XXVII  
Eysebionun ölüm xəbəri gəlib Bolelşik Bufetçi Ibadullaya çatanda, bu nəhəng 
kişi kövrəlib az qaldı, uşaq kimi ağlasın. Həmişə əlində olan böyük əl-üz dəsmalı ilə 
peysərinin, sinəsinin tərini silə-silə:  


 
184
– Alə, – dedi. – Allah, elə bil, seçib aparır bir-bir!.. Alə, bilirsən necə futbolist 
olaceydi o bədbəxt?! – Sonra şalvarının dal cibinin düyməsini açdı və həmişə xüsusi 
xərclər üçün ehtiyatda saxladığı  əzik-üzük və  tərdən nəm çəkmiş  zərfi çıxarıb 
içindəki dörd əllilik dollardan birini çıxardaraq oğlu Ağasəlimə uzatdı. – Alaginən. 
Get, bir dənə toğlu alginən, apar ver onlara, qoy Eysebio üçün ehsan versinlər... 
Ağasəlim  əyninə  ağ xalat geyib bufetdə müştəriləri yola salmaqda atasına 
kömək edirdi və indi, bu istidə təzədən paltarını dəyişməliydi, Zabratla Maştağanın 
arasındakı qoyun bazarına gedib heyvan almalıydı, sonra da o heyvanı Buzovnadakı 
Fəhlə Yataqxanasına aparmalıydı...  
Bolelşik Bufetçi Ibadulla Ağasəlimin narazı sifətinə baxıb təkrar etdi:  
– Get, oğlum, get... Qoy, bir savabı da sənə düşsün...  
Və Ağasəlim əllilik dolları götürüb bufetdən çıxanda Bolelşik Bufetçi Ibadulla 
oğlunun ardınca qışqırdı:  
– Alə, alver elə, qoyun böyük olsun!.. 
Ağasəlim yenə narazı-narazı atasının puçur-puçur tər süzülən sifətinə baxdı, 
yəni ki, mən nə vaxtdan bəri pulu göyə sovuran olmuşam?  
XXVIII  
Əbülfəti iyunun 2-də dəfn etdilər. 
Əbülfətin cənazəsini otaqdan götürüb həyətə aparanda, elə bil, dibinə qum 
tökmüsən, torba kimi sallanan ətsiz döşlərinin üstündən açıq sinəsini, üzünü cırmaq-
cırmaq etmiş  Səyyarə, Yataqxananın dəhlizində onu tutmuş arvadların  əlindən 
buraxılıb Surxayın üstünə cummaq istəyirdi və batmış səsi ilə qışqırırdı: 
– Sən girməliydin o bayrağınla bir yerdə qara qəbirə, sən!..  
Arvadlar Səyyarəni güclə saxlayırdılar. 
– Səni görüm bayrağınla bir yerdə gorbagor olasan, Surxay!.. Sənə gəldiyim gün 
başıma bir qara daş düşəydi mənim!.. Gorbagor olasan səni, Surxay, bayrağınla bir 
yerdə!..  
XXIX 
 
Molla Fərzəli (Fərzəli müəllim) həyətdə «Fatihə» verdi və Buzovna Fəhlə 
Yataqxanasının sakinləri, bu acı  xəbəri eşidib gəlmiş başqa  Şuşa qaçqınları, 
komanda yoldaşları, məşqçilər  Əbülfətin cənazəsini qaldırıb  Şuşalılar 
qəbiristanlığına tərəf üz tutdu.  
Cəmilə uçuna-uçuna pəncərənin qabağında dayanıb həyətə baxırdı  və uçuna-
uçuna da pıçıldayırdı: 
– Əbülfət... Əbülfət... Əbülfət... 
Qəbiristanlığa ancaq kişilər gedirdi. Səhərin gözü açılandan Səyyarənin yanında 
olan Sona ilə Güllü arvad, heç olmasa, bir stəkan çay içməkdən ötrü otağa girdi və 
Sona qızının uçuna-uçuna pəncərənin qabağında dayanıb həyətə baxa-baxa yazıq 
Əbülfətin adını  pıçıldadığını görüb əməlli-başlı özünü itirdi, səhərdən bəri 
Səyyarənin dərdinə ağlamaqdan qızarmış gözləri bərəldi: 
– Az, Cəmilə?.. 
Cəmilənin, elə bil, nə anası ilə nənəsinin otağa girməyindən xəbəri var idi, nə bir 
söz eşidirdi, elə o cür uçuna-uçuna pıçıldayırdı: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə