172
«Milan»ın, yaxud Istanbulda «Qalatasaray»ın oyunu olsun, fərq etməz, – Şuşadakı o
məktəb həyətində baxdığı futbol oyunlarına çatanı olmayacaq.
Imran Əbülfətgilin hasar qonşusu və məhəllə komandasının qapıçısı idi və
Imranın top tutmağı uşaqların arasında bir əfsanə idi, kim hardan top vurursa-
vursun, Imran quş kimi atılıb o topu tuturdu və elə buna görə də Imrana «Qartal»
deyirdilər. Ermənilər Şuşanı götürəndə, qaça-qaç düşəndə, Imranı güllə ilə
vurmuşdular və onun cəsədi «Ərimgəldi»nin altındakı qayalıqda düşüb qalmışdı və
sonralar uşaqlar belə danışırdı ki, guya, qartallar Imranın gözlərini dimdikləyib
yeyiblər.
Imranın qəribə bir işıqla işıldayan yaşıl gözləri var idi və sən demə, o işım-işım
işıldayan yaşıl gözlər əməlli-başlı Əbülfətin yaddaşında imiş və həmin məqamda ki,
Əbülfət əlindəki o məktuba – Cəmilənin məktubuna – baxırdı, elə bil, Imranın qartal
dimdikləməsindən pırtlamış gözlərinin yaşılımtıl rəngi o «Əbülfət»lərin qırmızısına
qarışdı, elə bil, dama-dama şagird dəftərindən qoparılmış o vərəqə bulanıq bir rəng
yayıldı...
Əbülfət məktubu qatlayıb şalvarının cibinə qoydu.
Doğrudan da, qəribə idi, o məktub, qırmızı karandaşla və gözəl hərflərlə
yazılmış o «Əbülfət»lər birdən-birə Imranın yaşıl gözlərini tamam alatoran içində
olan uşaqlıq xatirələrindən dartıb, çıxarıb, Əbülfətin yadına saldı.
Nə üçün?
Bu, bir sirri-xuda idi.
Əbülfət həmin gecə Bakıda, məşq bazasında, çarpayıda uzanıb o tərəfə-bu tərəfə
vurnuxurdu və heç cürə yuxuya gedə bilmirdi, axırda yerindən qalxdı, heç özü də
bilmədi ki, şalvarının cibindən o məktubu necə götürdü və kortecdən eşiyə çıxıb
qapının ağzındakı taxta pilləkənin üstündə oturdu, qapının başında yanan elektrik
lampasının zəif işığında o məktubu təzədən bir də oxudu.
O məktuba qədər o qız – Cəmilə – Əbülfət yatsaydı, heç yuxusuna da girməzdi.
Əbülfət bilirdi ki, o qız Cümünün qızıdı və Buzovna Fəhlə Yataqxanasında yaşayan
bütün şuşalılar kimi o qız da qaçqındı, amma sonra, elə o zəif elektrik lampasının
altındaca Əbülfətin fikrindən keçməyə başladı ki, hər dəfə Buzovnadakı evlərinə
(otaqlarına) gedib-gələndə, həmişə o qız beşinci mərtəbədəki o pəncərənin
qırağından baxırdı (demə, ona – Əbülfətə baxırmış...), elə bil, o qız – Cəmilə –
üçüncü mərtəbədəki o bayraq rəngli qapının açılıb-örtülməsindən və indicə oradan
Əbülfətin çıxacağından o saat xəbər tuturdu...
Və Əbülfət o zəif elektrik lampasının işığında o məktubu üçüncü dəfə oxudu.
O günə qədər heç bir qız Əbülfətə məktub yazmamışdı və ümumiyyətlə,
Əbülfətin heç bir qızla yaxınlığı olmamışdı. Onlar bazanın meydanında məşq
edəndə, futbol azarkeşləri, idman müxbirləri, təsadüfi tamaşaçılar yığışıb baxırdı və
o tamaşaçıların arasında Bayıl tərəfdən gələn rus qızları da olurdu. O qızlar cavan
futbolçularla tanış olmaq üçün gəlirdilər və futbolçular da onlarla xəlvəti əlaqə
yaradırdı, amma Əbülfət o qızlara yaxın durmurdu – təkcə ona görə yox ki, rus dilini
pis bilirdi, ona görə də yox ki, məşqçilər o sırtıq qızlarla gəzməyi qəti qadağan
etmişdilər; ona görə ki, Əbülfət meydanda, topla özünü necə hiss edirdisə, o qızlarla
özünü heç vəchlə elə hiss edə bilmirdi, həmin qızlarla olanda, ona elə gəlirdi ki,
ayağı top saxlaya bilmir, hamı da ona gülür.
173
O zəif elektrik işığının altında əlində tutduğu o məktub birdən-birə Əbülfət üçün
futbol topu kimi doğma bir şeyə çevrildi və o gecədən sonra məşqçilər mat
qalmışdılar ki, necə oldu ki, bu yeniyetmə oğlan ikiqat bir həvəslə, ehtirasla
oynamağa başlamışdı və meydanda, həqiqətən, möcüzə göstərirdi.
Bir dəfə məşq zamanı yenə Əbülfətin oyununa baxan Karlos Alberto Torres
özünü saxlaya bilməyib əlini əlinə vurdu:
– Allaha and olsun, bunun yaşında Pele də belə oynaya bilmirdi!..
Əbülfətin ayaqları topu özünə necə çəkirdisə, Buzovna Fəhlə Yataqxanasının
həyəti də indi onu eləcə özünə çəkirdi. Əbülfət imkan tapan kimi, elektrik qatarına
minib Buzovnaya gedirdi və həyətdə futbol oynaya-oynaya tez-tez gözlərini topdan
çəkib yuxarı – beşinci mərtəbəyə – pencərənin küncündən gözlərini ona zilləmiş o
qıza baxırdı və o qızı görmək, o qızın baxışları ilə öz baxışlarının eləcə toqquşması
topdan sonra Ələkbər üçün ən əziz bir şey olmuşdu, amma bu bir ildə onlar bir dəfə
də olsun görüşüb-danışa bilməmişdilər, təkcə iki dəfə məktublaşmışdılar.
Birinci məktubu (əslində ikinci məktubu) yenə də Yataqxananın pilləkənində
Cəmilə ona verməyə macal tapmışdı və o məktubu da Əbülfət xlor iyi burnuna dola-
dola elə pilləkəndə oxumuşdu:
«Şanlı məktub ¹ 2.
Qurban olum sənə, Əbülfət... Əbülfət, mən həmişə ürəyimdə səninlə danışıram...
Əbülfət... Əbülfət... Əbülfət... Mən ürəyimdə səninlə əl-ələ tutub dəniz qırağında
gəzirəm, Əbülfət... Mən istəyirəm biz Şuşada bir yerdə gəzək, amma Şuşanı yadıma
gətirə bilmirəm, Əbülfət... Amma istəyirəm orada əl-ələ gəzək. Belə sözlər
yazdığıma görə məni qınama, Əbülfət... Sən ki, mənim birinci məktubumu heç kimə
deməmisən, mən sənə çox minnətdaram, Əbülfət. Sənə bir sualım var, Əbülfət: sən
mənə görə gəlib həyətdə futbol oynayırsan? Qurban olum sənə, Əbülfət, mənə cavab
yaz, yoxsa ürəyim gedir, Əbülfət...
Cəmilə».
O məktub yenə göy mürəkkəblə və o «Əbülfət»lər də qırmızı karandaşla
yazılmışdı. Əbülfətin oturub yazı yazmaqla qəti arası yox idi, amma bu dəfə
ürəyindəkilərin hamısını yazmaq istədi, gecə yenə kotecin taxta pilləkənində oturub
o zəif elektrik işığında gözlərini dizinin üstünə qoyduğu dəftərçənin ağ kağızına
zillədi və iki saatdan çox bir müddətdə nə qədər çalışdısa, nə qədər hıqqandı-
zıqqandısa da, heç nə yaza bilmədi, kağızın ortasında iri hərflərlə təkcə elə bunu
yazdı:
«HƏ.»
Bu, Əbülfətin həyatında yazdığı birinci və sonuncu məktub oldu.
Və Əbülfət bilirdi ki, Cəmilə elə eləyəcək ki, Yataqxananın pilləkənində onun
rastına çıxacaq və doğrudan da, belə oldu və Əbülfət də o bir kəlmədən ibarət
məktubu Cəmiləyə verə bildi.
XVI
Gözlə-Gəlirəm Məmməd kişi səhər tezdən Yataqxananın ikinci mərtəbəsindəki
evindən (otaqdan) çıxıb həmişəki kimi, Məşədi Ağarəhim Mir Abdulla oğlunun o
gözəl bağından yadigar qalmış (kimə? Şuşa qaçqınlarına?) o zeytun ağacının
altındakı sınıq-salxaq skamyada oturdu, göyə baxıb, həmişəki kimi, əvvəlcə yavaş-
Dostları ilə paylaş: |