Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   72   73   74   75   76   77   78   79   ...   145

 
170
müştərilər – kimin həvəsi varıydısa, həyətə doluşub oyunçuları dövrəyə alırdı və 
Eysebionun futbol oynamağına tamaşa edirdi.  
Səhər-səhər tırtırını (lafetli motorollerini) sürüb, Bolelşik Bufetçi Ibadullanın 
bufetində 150 (ya da 200) qram nisyə araq (üstündən də bir stəkan soyuq kampot) 
içib, sonra da Yataqxananın həyətində Əbülfətin futbol oynamağına tamaşa eləyən 
Cümü deyirdi: 
– Ə, sən ölmiyəsən, bu, Şuşada oynasaydı, indi SSRI-nin çempiyonuyduq!.. 
Guya ki, SSRI hələ tar-mar olmamışdı... 
Cümü, adətən, Bolelşik Bufetçi Ibadullanın bufetində o 150 (200) qram arağı 
(üstündən də bir stəkan soyuq kampotu) içəndən sonra, tırtırı Maştağaya, yem 
satılan dükanlara sürüb, ot, quru çörək, arpa alıb lafeti doldururdu və Nardaranda, 
Bilgəhdə, Zuğulbada mal, qoyun, toyuq saxlanılan həyətlərə aparıb, nə qədər imkan 
olurdusa, o qədər də aldığından baha qiymətə satmağa çalışırdı, amma elə ki, 
eşidirdi, Eysebio gəlib həyətdə futbol oynayacaq, alveri yadından çıxırdı, tırtırı 
bufetdən birbaşa geriyə – təzədən Yataqxananın həyətinə sürürdü. 
Əlbəttə, Cümünün (və Cəmilə ilə Əbülfətdən başqa, ümumiyyətlə, dünyada heç 
kimin) xəbəri yox idi ki, Əbülfət Bakıdan bura, bu həyətdə oynamağa beşinci 
mərtəbədəki pəncərədən oğrun-oğrun aşağı baxan o qıza – Cəmiləyə – Cümünün 
qızına görə gəlir.  
Əbülfətin gənclərdən ibarət yığma komandada oyununa tamaşa edən braziliyalı 
Karlos Alberto Torres – Azərbaycanın böyüklərdən ibarət yığma komandasının yeni 
baş məşqçisi – günləri sayırdı ki, Əbülfətin, heç olmasa, 17 yaşı tamam olsun ki, onu 
yığmaya götürsün.  
Karlos Alberto Torres portuqal dilində deyirdi və onun dediklərini də tərcüməçi 
ləzzətlə azərbaycancaya çevirirdi: 
– Bu oğlan futbolun kralı olacaq! 
Ondan soruşurdular: 
– Bəs Pele? Kral Pele deyil? 
Karlos Alberto Torres həmyerlisinin və dostunun tərəfini vermirdi: 
– Yox, Pele futbolun kralı deyil... Pele futbolun Allahıdı... – deyirdi və 
gülümsəyirdi, amma elə gülümsəyirdi ki, elə bil, açıq-aşkar Pelenin tərəfkeşliyini 
etdiyi üçün, özünə gülür, sonra uzun, qara barmağını meydanda oynayan, ya məşq 
edən Əbülfətə tuşlayırdı: – O çox böyük futbolçu olacaq! Bunu sizə Karlos Alberto 
Torres deyir! Yadınızda saxlayın! 
Əbülfət çoxdan daha həyət oyunçusu deyildi, Azərbaycan futbolunun şərəfini 
xarici ölkələrdə  də qorumuşdu, gənclərin yığması ilə Macarıstana, Pakistana və 
Estoniyaya getmişdi (Macarıstanda 2, Pakistanda 1, Estoniyada da 1 qol vurmuşdu) 
və  Əbülfət son bir ildə Buzovnadakı o Yataqxananın həyətində, ancaq o qıza – 
Cəmiləyə görə  gəlib futbol oynayırdı  və  məşqçiləri bundan xəbər tutsaydılar ki, 
Əbülfət gedib Buzovnada haçansa basılmış asfaltı çoxdan çala-çuxur olmuş bir 
həyətdə futbol oynayır,  əlbəttə, bunu qadağan edərdilər – ayağı  sına bilərdi, 
zədələnərdi; məşqçilər elə bilirdi ki, Əbülfət, sadəcə, gedib evlərinə baş çəkir. 
Düz bir il bundan əvvəl – onda da mayın axırı idi və Bayraqdar yenə də bayram 
ərəfəsində o üçrəngli bayrağı beşinci mərtəbədəki pəncərədən eşiyə  çıxarmışdı – 
Əbülfət evdən (otaqdan) çıxıb Bakıya qayıtmaq istəyəndə o qız – Cəmilə, – elə bil, 
Əbülfəti güdürdü, pilləkəndə tələsik ona bir zərf verdi və qaça-qaça yuxarı qalxdı. 


 
171
Əbülfət elə pilləkəndəcə xlor iyindən burnu tutula-tutula o zərfi açıb məktubu 
oxudu: 
 «Şanlı məktub.  
Gözümün işığı  Əbülfət!.. Sənə  məktub yazıram... Amma istədiklərimi 
yazmıram...  Əbülfət!...  Əbülfət!..  Əbülfət!.. Amma, Əbülfət, mən fikirləşəndə ki, 
hamımız  Şuşaya qayıdacağıq, amma sən başqa ölkələrdə futbol oynayacaqsan, 
Şuşaya qayıtmayacaqsan, onda Əbülfət, az qalıram dəli olum... Çünki, Allah qoysa, 
hamımız Şuşaya qayıdacağıq, amma mən səni görə bilməyəcəyəm, Əbülfət... Eybi 
yox,  Əbülfət, amma mən istəyirəm ki, bütün dünya səndən danışsın.  Əbülfət!.. 
Əbülfət!..  Əbülfət!.. Bəlkə elə doğrudan da, dəliyəm mən? Gecə  səhərə  qədər 
ürəyimdə  sənin adını  çəkirəm... Sən həyətdə futbol oynayanda, Əbülfət, bizim 
həyətdə hər tərəf adamın üzünə gülür... Mənə acığın tutmasın, Əbülfət, sənə qurban 
olum... Heç kim də bilməsin ki, sənə məktub yazmışam... 
Cəmilə.» 
Qız məktubu göy mürəkkəblə, amma onun adını, yəni «Əbülfət»i hər dəfə 
qırmızı karandaşla yazmışdı  və  Əbülfət bu qırmızı  rəngli «Əbülfət»lərə baxıb, 
əvvəlcə bilmədi ki, nə eləsin, – bu məktubu cırsın, cırmasın?– amma o qırmızı 
«Əbülfət»lərdə, bir də, o «istəyirəm ki, bütün dünya səndən danışsın»da nəsə elə bir 
şey var idi ki, – qəribədir, – birdən-birə  Əbülfəti çəkib lap uşaqlıq illərinə apardı, 
Şuşada uşaqlarla futbol oynadığı vaxtlara. 
Əbülfət Şuşanı çox dumanlı xatırlayırdı, Şuşa onun üçün, əslində, nəsə... nəsə, 
içində, ürəyində olan gözəgörünməz, amma çox əziz və çox doğma bir... bir... nə 
idi? doğma bir... doğma bir varlıq idi... Misal üçün, anası Səyyarə Əbülfətin içində, 
ürəyində nə idisə, Şuşa da onun üçün elə bir şey idi, intəhası, anası yadına düşəndə 
Səyyarənin sifəti o saat gəlib dururdu Əbülfətin gözlərinin qabağında, amma 
Şuşanın simasını, şəklini görə bilmirdi, çünki Əbülfət Şuşadan çıxanda (Surxayın 
qucağında qaçanda) – 12 il bundan qabaq – 4 yaşı var idi və «Şuşa» deyəndə də 
onun gözlərinin qabağına futbol topu gəlirdi, Allahın hər verən günü, üzü şəhər 
hamamının daş divarına baxan – yadında qalan elə bu idi – darvazalarının ağzında 
uşaqlarla futbol oynadığı qara rezin top. Bir də ki, böyük məhəllə uşaqlarının 
küçənin axırındakı orta məktəbin həyətində səksəkə içində (birdən dərs hissə müdiri 
Məleykə müəllimə xəbər tutub gəlib onları qovalayar) futbol oynadıqları yekə top 
onun yaddaşına hopub qalmışdı və o zamanlarda Imranın velosipedinin tərkində 
gəzdirdiyi nasosla o yekə topu doldurmağına baxmaq Əbülfətin ən sevimli uşaqlıq 
xatirələrindən biri idi. 
Yayda, məktəblərdə tətil vaxtı məhəllənin böyük uşaqları Şuşanın yuxarı 
hissəsində, Yazıçılar Evinin arxasındakı düzənlikdə başqa məhəllələrin uşaqları ilə 
məhəllələrarası futbol oynayırdılar və Əbülfət də məhəllənin balacalarıyla birlikdə o 
düzənliyə doluşub böyüklərin oyununa baxırdı, uşaqlarla bir yerdə cani-dildən öz 
komandalarına, xüsusən də quş kimi hoppanıb topu tutan qapıçı Imrana azarkeşlik 
edirdi və aradan bu qədər il keçmişdi, Əbülfət əsl stadionlarda gözəl futbol oyunları 
görmüşdü, televizorun qabağında oturub Dünya birinciliyinə, Avropa birinciliyinə 
baxmışdı (sonra da məşqçilər o oyunların videosunu göstərə-göstərə təhlil 
etmişdilər), amma Şuşadakı o düzənlikdə gördüyü futbola dünyanın heç bir futbolu 
çatmazdı və Əbülfət bilirdi ki, ömrünün axırına kimi də belə olacaq, bilirdi ki, 
dünyanın hansı stadionunda hansı komandanın oyununa baxır-baxsın, – lap Milanda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə