Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   71   72   73   74   75   76   77   78   ...   145

 
168
Və Arsen Allahverdiyan ayağı çuxura düşməsin deyə, eləcə ehtiyatla addımlaya-
addımlaya o qəzet-jurnal köşkündən uzaqlaşdı və qaranlıq içində itməzdən əvvəl bir 
dəfə də ayaq saxlayıb yenə öz-özünə danışıb azərbaycanca: 
– Köpay oğlu, Vova!.. – dedi. 
Vova  Şuşada deyildi, Yerevanda yaşayırdı  və özü də böyük adam olmuşdu, 
Ermənistanda Daxili Işlər Nazirinin birinci müavini idi. Vova Qarabağı Ermənistana 
birləşdirmək tələbi ilə odlu-alovlu nitq söyləyəndə, onun qabağında durmaq 
mümkün deyildi. 
XIII
 
Əvvəllər – Buzovna Fəhlə Yataqxanasında təzəcə  məskunlaşdıqları vaxtlar – 
onda hələ məktəbə getmirdi – Əbülfət fəhlə yataqxanasının həyətinə düşüb uşaqlarla 
futbol oynayanda bu qıvrımsaç, qarabuğdayı, amma göy gözlərindən cin yağan 
uşağın oyunu hamını  məəttəl qoymuşdu və illər keçdikcə, onun şöhrəti bütün 
Buzovnaya yayıldı. Buzovnalı cavanlar, ümumiyyətlə, futbol həvəskarları 
Yataqxananın həyətinə yığışıb onun oyununa tamaşa edirdi. 
Yataqxananın həyətinin bir böyrü gedib Buzovnadakı Beynəlxalq «Gənclik» 
Düşərgəsinin hasarına dirənirdi və orada dincələn xaricilər də hərdən gəlib Əbülfətin 
futbol oynamağına tamaşa edirdilər və deyirdilər bu uşaq böyüyəndə, Fransa, 
Ingiltərə, lap elə Amerika onun üstündə bir-biri ilə dava edəcək, o deyəcək ki, 
mənim komandamda oynasın, bu deyəcək ki, yox, mənim komandamda oynasın, 
özü də milyonçu olacaq və bu «milyonçuluq» söhbəti gedib Səyyarəyə çatanda
arvadın içinə bir şəst dolurdu ki, elə bil, elə indi, Buzovnadakı bu Fəhlə 
Yataqxanasındaca milyonçu olublar və elə o zaman da xüsusi gəlib Yataqxananın 
həyətində bu şuşalı balasının futbol oynamağına baxan Bolelşik Bufetçi Ibadulla 
onun adını «Eysebio» qoydu və o vaxtdan da Əbülfət bütün bu tərəflərdə Eysebio 
kimi məşhurlaşdı, onun sorağı gedib Bakıya çıxdı  və  Əbülfəti Bakıya apardılar, 
futbol təmayüllü internat məktəbdə oxudu və çox çəkmədi ki, onu Azərbaycanın 
gənclərdən ibarət yığma komandasına daxil etdilər. 
 Əbülfətin işım-işım işıldayan qara saçları  qıpqıvrım idi və Abşeronun günəşi 
də, elə bil, Bolelşik Bufetçi Ibadullanın bu uşağa qoyduğu adı daha da görümlü 
eləməkdən ötrü, onun qarabuğdayı dərisini bir az da qaraltmışdı (gözləri isə gömgöy 
idi) və Əbülfətin futbol oynamağı, həqiqətən, möcüzə kimi bir şey idi, elə bil, hansı 
top olur-olsun, Əbülfətin ayaqlarını tanıyırdı, uşaq anasının qucağından əl çəkməyən 
kimi, top da gəlib yapışırdı onun ayaqlarına və Əbülfət nə oyun deyirdin, o topun 
başına açırdı və o topla da bir yerdə rəqib tərəfin başına oyun açırdı. 
Cümünün (Qızıl Diş Cümşüdün) anası Güllü arvad çirkli pal-paltarı 
Yataqxananın beşinci mərtəbəsindən aşağı düşürüb həyətdəki krantın altında 
sabunlayıb yuya-yuya Səyyarəyə deyirdi: 
– Az, sənə nə var e... Əbili («Eysebio» adını tələffüz eləyə bilməyən Güllü arvad 
Əbülfətə, çağa çağlarındakı kimi elə «Əbili» deyirdi), Allah qoysa, milyaner olajağ, 
dərd bizim dərdimizdi, bizi aparıb o ilan mələyən qəbiristanlığda basdırajağlar. 
Səyyarə, əlbəttə, içində bir qürur hissi keçirirdi, amma nə qədər edirdisə də, o 
qürur hissinə  həmişə bir kədər də qarışırdı  və özündən asılı olmayaraq, bir «ah» 
çəkib deyirdi: 


 
169
– Helə demə, Güllü xala... Allah qoysa, öz elimizə - obamıza qayıdıf dədəmizin, 
nənəmizin yanındaja öz torpağımızda öləjəyik... 
Güllü xala: 
– Ba?– deyirdi və kiriyirdi. 
Güllü nənə bir də haçansa Şuşaya qayıdacaqlarına daha heç cürə özünü inandıra 
bilmirdi. 
XIV
 
Şuşadakı o mitinqlər – çox vaxt yaxın kəndlərdən – Malıbəylidən, Zarıslıdan 
gəlmiş camaatın da qoşulduğu o izdihamlı mitinqlər və Bayraqdarın ön cərgədə 
dayanıb o mitinqlərdə üçrəngli bayrağı qaldırması, o bayrağın mitinqlərdəki 
həyəcanın, sarsıntının, qəzəbin müqabilində bir təsginliyə, bir ümid mənbəyinə 
çevrilməsi – bütün bunlar keçmişdə qalmışdı və Bayraqdara elə gəlirdi ki, o keçmiş 
– çox uzaq bir keçmişdir, hətta onun yaşından da uzaq, qədim, tamam qocalmış bir 
keçmişdir və bəzən o uzaq keçmişdə o bayrağı qaldıran adamın Surxay olmağı da 
indi onun özünə qəribə görünürdü.  
Neçə il idi ki, daha o bayraq, ancaq Respublika günündə – 28 Mayda Buzovna 
Fəhlə Yataqxanasının beşinci mərtəbəsindəki o pəncərədən uzanıb dalğalanırdı, bir 
də xüsusi günlərdə – misal üçün, Türkiyə futbolçularının dünya çempionatında 
üçüncü yerə  çıxdıqları gecə, yaxud «Türk ulduzları»nın sürdüyü reaktiv qırıcı 
təyyarələr Abşeronun üstündən uçanda, yaxud Namiq Abdullayev Sidneydə 
Olimpiya çempionu olanda və orada Azərbaycanın himni çalınıb, bayrağı 
qaldırılanda – Surxay o bayrağı götürüb yataqxananın həyətinə düşürdü, o saat 
ətrafına yığılan uşaqların, cavanların  əhatəsində başının üstündə yelləyə-yelləyə 
dalğalandırırdı. 
Bir də ki, Ermənistanın işğal etdiyi ərazilərdə  sərhəd boyu güllə ilə vurulan, 
yaxud minaya düşən şəhidlərin cənazəsini Bakıya, Abşeron kəndlərinə gətirəndə (bu 
yerlərdən  əsgərliyə getmiş  uşaqlar idi) Bayraqdar həmin gün Buzovna dairəsində 
qəzet satmırdı, özünə borc bilirdi ki, bayrağı götürsün və o şəhidlərin yas yerinə 
getsin və o üçrəngli bayraq, Şuşada olduğu kimi, şəhidin cənazəsi qarşısında baş 
əysin.  
XV
 
 Əbülfətin hərdən gəlib Buzovnadakı  Fəhlə Yataqxanasının həyətində  təkcə 
şuşalı qaçqın uşaqlarıyla yox, ümumiyyətlə, bu həndəvərdəki kənd yeniyetmələri ilə 
bir yerdə futbol oynamağı, təkcə onunla oynayanların yox, bütün Yataqxana 
camaatının həyatında (gündəlik güzəranında) iki-üç saatlıq gözəl bir hadisə olurdu 
və bu hadisə, elə bil, o həyətə bir hərarət gətirirdi, daimi bir yeknəsəqlik, kəsafət, 
kasıbçılıq, ümidsizlik içində mürgü döyən o həyət (boz rəngli həyət) birdən-birə 
canlanırdı.  
– Eysebio gəlib!.. 
– Eysebio oynayır!.. 
Böyük-kiçik – hamı – yaxınlıqda yaşayan buzovnalılar, Buzovnada bağı olanlar, 
«Gənclik»də dincələnlər, Yataqxanadan bir az o tərəfdəki bazarda alver edənlər və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə