Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   43   44   45   46   47   48   49   50   ...   145

 
107
qaça-qaça gəlib çatmasını gözləyirdi və elə ki, Dolça yaxınlaşırdı, təzədən havaya 
qalxıb yarımdairə vurub iyirmi-otuz addım qabaqda sahilə qonurdu və bu minval ilə 
Dolça çimərliyin boş çətirlərini, bütün görkəmləri ilə adam, uşaq həsrətində olan 
alıcısız-satıcısız, səssiz-küysüz, iysiz-ətirsiz qutab köşklərini ötüb-keçdi, 
yelləncəklər tərəfdə cüllütlə siçan-pişik oyununu qurtarıb dövrə vurdu, bu dəfə də 
yuxarı tərəflə qaça-qaça qayalığa tərəf gəldi. 
Düzdü, bura Bakıdan uzaq idi və Bakının  əksər camaatı  Şıx çimərliyinə 
gedirdi, amma şənbə  və bazar günləri hava yaxşı olanda, yəni ki, bu cür günlü-
günəşli olanda bu yerlərdə adam əlindən tərpənmək olmurdu; gələnlərin çoxu xüsusi 
maşınlarda gəlirdi, xüsusi maşını olmayanlar avtobuslara doluşub gəlirdi və həmin 
vaxtlar kəndin camaatı da iti açıb buraxırdı, itlər də öz işini yaxşı bilirmiş kimi, 
birbaşa çimərliyə qaçıb gəlirdi, kolbasa falı, qutab qırığı, toyuq sümüyü, dondurma 
artığı yeyirdi, ağızları dada gəlirdi, axşamacan çimərlikdə sülənirdi, axşam da 
çimənlər günün altında xoruz pipiyi kimi qıpqırmızı yanıb, maşına minib çıxıb 
gedəndən sonra, itlər xeyli müddət sahili gəzib-dolaşırdı, qumun üstünə atılıb qalmış 
qəzet bağlamalarını, boş  şüşələrin, konserv qablarının arasını  eşələyirdi. Sonra da 
kəndin uşaqları sahili daramağa başlayırdı, boş  şüşələri yığıb, aparıb Vartan 
Nersesoviçin dükanına təhvil verirdilər, kağız-kuğuzu yığıb, aparıb təhvil verib, 
talon alırdılar və bu talonlara gedib Bakıdan kitab alırdılar, sonra da həmin kitabları 
satıb göyərçinsaxlayan özü üçün göyərçin alırdı, balıqsaxlayan özü üçün balıq alırdı, 
hind, ərəb kinosu olanda kinoya getmək istəyən gedib kinoya baxırdı. 
Şənbə  və bazar günləri kəndin itləri səhər tezdən bütün günü çimərlikdə 
olurdu. Bütün itlər, təkcə Dolçadan başqa. Dolçanın  şənbə  və bazar günləri bu 
çimərlikdəki kolbasa falından, qutab qırığından, toyuq sümuyündən, dondurma 
artığından xəbəri olmurdu, çünki Dolçanın yiyəsi Ağababa belə  şeylərə çox pis 
baxırdı. Ağababanın  əqidəsinə görə kişi gərək kişi kimi yaşayaydı  və kişinin 
evindəkilər də gərək bu kişiyə layiq olaydı və Ağababanın bu əqidəsi elə möhkəm 
əqidə idi ki, Dolçanın da taleyinə  təsir eləmişdi və ümumiyyətlə,  əslində 
Ağababanın evində on bir ağız yox, on iki ağız var idi – böyüklər, uşaqlar, bir də 
Dolça. 
Dolça kolbasanın dadını bəlkə də heç bilmirdi, bilmirdi ki, dünyada belə dadlı 
bir təam var, çünki Ağababagil kolbasa yemirdi və təbii ki, heç kim gedib Dolça 
üçün xüsusi kolbasa alıb gətirmirdi (Ağababa deyirdi ki, guya, loğman deyib ki, get 
bazardan can al, yəni ki, ət al; can olmasa, yarımcan al, yəni ki, yumurta al; o da 
olmasa, zəhrimar al, yəni qatıq al). 
Adətən, Dolçaya gündə üç dəfə yemək verirdilər, səhər, günorta, axşam və 
Dolçanın yeməyini Ağabacı özü düzəldirdi: arpa ununu xəmir kimi yoğurub 
girdələyib küt düzəldirdi, hərdən arpa unu, su və duzdan ibarət yal çalırdı, bir də ki, 
süfrədən xörək qalırdısa, xörək qalığını Dolçaya verirdilər. Ət sümüyü hərdən 
olurdu. Ət bişirəndə, Ağabacı, adətən, döyməlik alırdı, çünki döyməlik ətin bərəkəti 
çox olurdu, ya dolma bişirirdi, ya küftə-bozbaş bişirirdi, ya uşaqların hərəsinə bir 
kotlet bişirirdi, amma əksərən xəmir xörəyi bişirirdi – düşbərə, qutab, gürzə, xəngəl. 
Düzdür, xəmir xörəyinin əziyyəti çox olurdu, amma xəmir xörəyinin doydurmağı da 
yaxşı olurdu və burası da təbiidir ki, döyməlik ətdən Dolçaya bir şey düşmürdü. 
Bəzən Ağababa səhər durub işə getməzdən əvvəl, lap sübh tezdən, hindən iki dənə 
yumurtlamayan toyuq, ya da xoruz çıxarıb kəsirdi və o gün Dolçanın kefi kök 


 
108
olurdu, çünki təbii ki, bütün sümüklər Dolçaya qismət olurdu və xüsusən qış günləri 
olanda, hər tərəfi qar bürüyəndə, Dolça həyətdəki damının içində bir küncə qısılıb 
toyuq sümüklərini xırçıldada-xırçıldada yeyəndə itin qara gözlərində elə işıqlı, elə 
ilıq bir ifadə olurdu ki, həmin ilıqlıq qışın soyuğu, çovğunu ilə heç cür uyuşmurdu. 
Belə vaxtlarda hərdən Ağababa əlinə bel alıb damın həndəvərini qardan 
təmizləyəndə Dolça ağzındakı toyuq sümüyünü ehmallıca yerə qoyub damdan 
çıxırdı, qardan seçilməyən ağ başını Ağababanın qılçalarına, ayaqlarına elə sürtürdü 
ki, heyvanın bu minnətdarlığı Ağababa kimi ömrünü Abşeronun yollarında yaşamış, 
qara-borana düşmüş, bərkə-boşa düşmüş bir kişini də açıq-aşkar kövrəldirdi... 
...Onda yazın axırları idi və həmin sonuncu yaz gecələrindən birində, düz dörd 
il bundan əvvəl birdən-birə göy guruldadı, şimşək çaxdı, bir payız yağışı yağmağa 
başladı ki, gəl görəsən, bir külək qalxdı ki, belə külək ancaq Abşeronda əsə bilərdi 
və  həmin sonuncu yaz gecələrindən birində  Ağababa da, Ağabacı da qorxdu ki, 
həyətdəki meynələr,  əncir, nar, tut əldən getsin, amma yağış birdən-birə başladığı 
kimi, birdən-birə də kəsdi; külək isə əsirdi. 
Həmin sonuncu yaz günü Ağababa  şüşəbənddə oturub çay içə-içə qaranlıq 
həyətə tamaşa eləyirdi. Ağacların təzə yarpaqlamış budaqları yağışdan islanıb, 
qaranlıqda işıldayırdı və yayqabağı birdən-birə aləmi bürümüş bu payız özü ilə bir 
qəmginlik, bir hüzn gətirmişdi. Birdən-birə  Ağababanın ürəyini bir xof bürüdü və 
Ağababa başa düşdü ki, bu xof doqquz uşağın xofudu; Ağababa birdən-birə 
uşaqlarını fikirləşdi, Baladadaş, Ağagül, Nuhbala, Nailə, Firuzə, Kəmalə, Amalə, 
Dilşad, Böyükxanım bir-bir gəlib Ağababanın gözünün qabağından keçdi: bunlar nə 
vaxt böyüyəcək, kim olacaq, qızlar kimə qismət olacaq, yaşayışları, güzəranları necə 
olacaq, oğlanların axırı gedib hara çıxacaq? Birdən-birə Ağababa bunu da fikirləşdi 
ki, gün keçəcək, il keçəcək, bu dünyada elə bir vaxt gəlib çatacaq ki, onda yer 
üzündə nəinki Ağababa, nəinki Ağabacı, bu uşaqların da heç biri olmayacaq, bir gün 
gələcək ki, indi ağzını açıb çörək istəyən, deyən-gülən, səs-küy salan bu uşaqlar qara 
torpağa qismət olacaq, yəni böyüyəcəklər, qocalacaqlar və öləcəklər. Bu qəfil fikir 
bircə anın içində  Ağababanın bütün vücuduna soyuq tər gətirdi, kişinin gözləri 
qaraldı, ürəyi uçundu və Ağababa əlindəki armudu stəkanın çayını yarımçıq qoyub 
dizləri titrəyə-titrəyə eşiyə çıxdı, heç özü də bilmədi ki, həmin küləkli son yaz gecəsi 
dəniz kənarına necə düşdü, qayalığın yanına necə gəlib çıxdı. 
Aydın məsələdir ki, birdən-birə Ağababanın başına girən bu fikirdə elə təzə bir 
şey yox idi, bir gün dünyaya gələn, bir gün dünyadan köçməlidi, burası məlum idi, 
amma burası da məlum oldu ki, bunu fikirləşəndə, doqquz uşağın doqquzunu da bir-
bir gözünün qabağına gətirəndə və yadına salanda ki, haçansa bir-birindən aralı 
doqquz da gün olacaq gələcəkdə və o doqquz gün bu doqquz uşağı bir-bir aparacaq 
qara torpağa, az qalır adamın başına hava gəlsin, hər şey qiymətdən düşür, bu dəniz 
də, bu qayalıq da, bu qum da, necə ki, həmin küləkli son yaz gecəsi dünya-aləm 
Ağababanın gözündə bir qara qəpiyə dəyməzdi. 
Sonra Ağababa dənizin kənarı ilə gəzə-gəzə insanlar barədə, dünya barədə çox 
fikirləşdi, fikirləşdi ki, bu dünya ki, bu qədər fanidir, onda niyə qaraj müdiri 
Kamalov o cür əclafdı, adam, ayıb olmasın, yanını qaşımaq istəyəndə də əlini 
uzadır, elə bilir ki, bu saat cibindən pul çıxarıb rüşvət verəcəksən ona və 
ümumiyyətlə, bu dünya ki, belə fanidir, axırı ki, qara torpaqdı, niyə adamlar bir-
biriylə dalaşır, söyüşür, yola getmir, bir-birindən ərizə yazır, imzasız məktub yazır 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə