Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   39   40   41   42   43   44   45   46   ...   145

 
97
Əlbəttə, Zübeydə təəccüb eləmişdi ki, bu nə sözlərdi belə, danışır Şirinxanım, 
çünki bu sözlər  Şirinxanıma yaraşmırdı  və heç kimin ağlına da gəlməzdi ki, 
Şirinxanımın dilindən belə sözlər eşitmək olar, amma, sən demə, Şirinxanım da belə 
Şirinxanım imiş. Dürdanə demişdi: « – Elələrinə – yəni ki, Zakir kimilərinə – biz 
lazım deyilik daha. Bizlə  gəzəcəklər, kef çəkəcəklər, sonra gedib ev qızı tapıb 
alacaqlar. Elələrinin analarının, bacılarının zəhləsi gedir bizdən!..». Roza demişdi: 
«– Zəhlələri özlərindən getsin, bizdən niyə? Neyləmişik onlara? Kimə neyləmişik e, 
biz? Kimin ərini əlindən almışıq? Ər öz arvadını aldadıb başqasının yanına gedirsə, 
onda kül onun o arvadının başına!». 
Və birdən-birə Zübeydənin yadına düşdü ki, keçən qış Bakının kolxoz 
bazarında ondan sirkə-badımcan alan o şubalı xanım kim idi elə... Birinci gün idi 
bazara sirkə-badımcan çıxarmışdı Zübeydə, həmin  şubalı xanım gəlib ondan xeyli 
sirkə-badımcan aldı və bu xanım Zübeydəyə çox tanış gəldi, amma ha fikirləşdi ki, 
kimdi bu belə, tapa bilmədi, köhnə  rəfiqələrindən deyildi, o tanış-bilişlərindən 
deyildi, amma heç cürə tapa bilmədi ki, kimdi. Şubalı xanım sirkə-badımcanın 
pulunu verib gedə-getdə soruşdu: 
– Tanımadın məni? 
– Yox... – dedi Zübeydə. 
– Amma mən səni tanıdım, – deyib çıxıb getdi həmin şubalı xanım. 
Indi tanıdı onu Zübeydə, bu isti yay gecəsində, bu külafirəngidə oturub dənizə 
baxanda tanıdı onu: Zakirin bacısı idi o şubalı xanım, ortancıl bacısıydı deyəsən, 
Ədiləydi adı gərək ki... 
Kiminin əvvəli, kiminin axırı... 
Üç bacısı vardı Zakirin, bir anası, bir də özü. Bacılarının üçünü də oxutdurdu 
Zakir və bu üç bacının üçü də Zübeydə ilə qanlı-bıçaq idi. Aralarında bir kəlmə 
söhbət də olmamışdı, hərdən küçədən gedib-gələndə o qızların baxışlarından, kinli-
küdurətli, acıqlı  və bir balaca də  həsədli baxışlarından oxuyurdu bunu Zübeydə. 
Dürdanə deyirdi: « – Səni qardaşlarına qısqanırlar, istəmirlər ki, onlardan başqa bir 
başqa qızı da istəsin qardaşları». Ya doğrudan da Dürdanə düz deyirdi, ya da o 
bacılar Zübeydəni Zakirə layiq bilmirdi, həsədlə Zübeydənin sir-sifətinə, geyim-
keciminə baxırdılar, amma onu qardaşlarına layiq bilmirdilər; bu, indi Zübeydənin 
ağlına gəlirdi. O vaxtlar belə şeylər ağlına gəlməzdi, o vaxtlar bu qızlara heç salam 
da verməzdilər ki, xəncərinin qaşı düşər... 
Böyüyü Dilarə idi, sonra Ədilə idi, sonra da Həlimə idi. Zakir əsgər gedəndən 
bir az sonra Həlimə  xəstələndi, öldü. Sonra nə oldu, Zübeydə bilmədi, çünki 
günlərin bir günündə  Şirinxanım evini üçotaqlı bir mənzilə  dəyişdi, indi yaşadığı 
mənzilə: mətbəxsiz-zadsız o iki otağının üstündə lap az pul verib bir əsgər ailəsi ilə 
dəmdəsgahlı üçotaqlı mənzilə dəyişdi. 
Və Ədilə bazarda onu tanımışdı. 
Və bir az keçəcəkdi, dan yeri tamam söküləcəkdi, yaşlı bir arvad gecə 
köynəyini çıxarıb paltarını əyninə geyəcəkdi, guya ki, yuxudan durubmuş kimi, 
quyunun suyunda əl-üzünü yuyacaqdı, həyət-bacaya əl gəzdirəcəkdi, sonra Abdulla 
kişinin bekarçılıqdan düzəltdiyi süpürgələri qoltuğuna vurub milisioner Səfər 
görməsin deyə ora-bura baxa-baxa kəndin bazarına gedəcəkdi, bu süpürgələri yayda 
kəndin həndəvərindəki bağlara köçüb dincələn şəhər adamlarına satmağa 
çalışacaqdı, sonra yenə evə qayıdacaqdı, həyət-bacaya əl gəzdirəcəkdi, gündən-günə 


 
98
daha artıq yorula-yorula ağacları, gülləri, göy-göyərtini sulayacaqdı, güc-bəla ilə 
meynə talvarına dırmaşıb üzüm yığacaqdı, üzümlərin doşablığını, sirkəliyini, 
yeməliliyini ayıracaqdı sonra bir az külafirəngidə oturacaqdı, bir az dənizə 
baxacaqdı, bir az dünyanın işlərini fikirləşəcəkdi, sonra gedib artırmadakı 
miçətkənin altına girəcəkdi, gözlərini yumacaqdı ki, yatsın... 
 
VII 
 
Ağagül əvvəlcə elə bildi ki, bu toyuq səsini yuxuda eşidir, çünki bütün gecəni 
qatmaqarışıq yuxular görmüşdü və qırmızı çil toyuq da Nisənin gözlərindən süzülən 
yaş gilələri kimi yuxudan-yuxuya keçmişdi, amma Ağagül gözünü açanda və 
külafirəngidən başını qaldırıb həyətə baxanda gördü ki, qırmızı çil toyuq, doğrudan 
da, həyətdədi, hasarın dibinə düşüb qalıb, bərkdən də qaqqıldayır; sonra qırmızı çil 
toyuq çırpınıb ayağa qalxdı  və hirslə qaqqıldaya-qaqqıldaya ki, bu nə gecə 
macərasıdı belə mən düşmüşəm, o tərəf-bu tərəfə yeriməyə başladı. 
Sonra hasarın o biri tərəfindən torbanı da qırmızı çil toyuğun dalınca həyətə 
atdılar. 
Ağabacı qaqqıltıya hövlnak yuxudan oyandı, əvvəlcə elə bildi ki, həyətə tülkü 
gəlib, istədi bütün günü Bakıyla kənd arasında işləyən avtobusu sürə-sürə  bərk 
yorulub gecə top atılsa da yuxudan oyanmaq bilməyən  əri Ağababanı yuxudan 
oyatsın, amma artırmadakı yerindən həyətə boylanıb gördü ki, hində sakitlikdi, təkcə 
qırmızı çil toyuq hasarın dibində qaqqıldaya-qaqqıldaya o baş-bu başa yeriyir və 
arvad buna təəccüb elədi, elə başa düşdü ki, qırmızı çil toyuğu yaddan çıxarıb hinə 
salmayıb, sonra yenə xorultusu aləmi başına götürmüş  Ağababanın yanında yerinə 
uzandı və təzədən yuxuya getdi. 
Dan yerinin şəfəqləri isə qızarırdı. 
Fevral, 1977. 
Dubultı. 
 
 
 
 
 
 
 
 
 
 


 
99
 
DOLÇA
 
 
(Bir itin aqibəti haqqında povest) 
 
 
 
 
 
 
 
 
 
 
 


 
100

 
– Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu 
saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen 
olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, 
özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə  nə var, hay-hayım 
gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq 
bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə 
belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı  həmin 
Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar 
içəri girməsin deyə, qapını da açarlayıb on-on beş  dəqiqə sir-sifətinə  sığal verirdi, 
xınasının vaxtını bir gün də keçməyə qoymurdu və  kəndin  ən birinci sözgəzdirəni 
Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – 
Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, 
çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə 
deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının 
yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. 
Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə 
burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də 
özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da 
tamam birinci dəfə idi ki, ailə  məsələlərində, ev-eşik işlərində  Ağabacı ilə 
Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də  uşaqlar, ay Ağababa, böyük uşaqlar 
olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, 
qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz 
bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz 
adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, 
bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə 
olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu 
yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını 
deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, 
elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də 
yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül 
hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs 
Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə 
bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? 
Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də...  – Ağabacı nəlbəki, 
bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə 
başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu 
nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.  
– Nolar, ay Ağababa, sənsən, mənəm, Nuhbaladı, bir də qızlardı də (guya ki, bunlar 
çox az adam idi), düşərik aşağı, qırx gündü qalıb sentyabra də, nə var ki, qalarıq 
aşağıda, xəncərimizin qaşı düşməyəcək ki, nolar, verərik evləri bir mərifətli ailəyə, 
vəssalam də, nə var axı burda ki, pis gəlir sənə e, başuva dönüm sənin? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə