Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   47   48   49   50   51   52   53   54   ...   145

 
115
ki, radio ilə Hacıbaba Hüseynovun muğamat konsertini verirdilər, kəndin ayrı-ayrı 
evlərindən Hacıbaba Hüseynovun səsi gəlirdi və bu dəm adama da elə gəlirdi ki, 
kənddə bir neçə müğənni pəsdən xor oxuyur. 
Hacıbaba Hüseynov indi də Füzulinin sözlərinə təsnif oxuyurdu və bu təsnif 
bu dəm Nuhbalanın ürəyindən xəbər verirdi, amma bu boyda kənddə heç kimin 
xəbəri yox idi ki, bu sözləri Hacıbaba Hüseynov Nuhbalaya deyir: 
 
Dil vermə qəmi-eşqə ki, eşq afəti-candır, 
Eşq afəti-can olduğu məşhuri cahandır.  
 
Əlbəttə, bütün kənd camaatı kimi, Ağababanın da bu işdən xəbəri yox idi və 
Ağababa bu dəm həyətdə də qərar tuta bilmədi, darvazanın bala qapısını açıb küçəyə 
çıxdı ki, bəlkə kəndin kişilərindən çöldə-bayırda olanı var, bir az dərd-dur eləsinlər, 
fikri dağılsın, amma o gecə elə bil ki, Ağababanın üstünə pişik asqırmışdı, kişi 
küçəyə  çıxan kimi, əvvəlcə burnuna spirt iyi gəldi, sonra Əmirqulu tini burulub 
yellənə-yellənə  çıxdı qabağına və  Ağababanı görüb dayandı, dayandığı yerdə bir 
balaca yelləndi, sonra dedi: 
– Yerin məlum, Ağababa, bu saat dəvə qutabı yemişəm bəs deyənəcən, 
durmuşam ayağa, mən ölüm! 
Ağababa: 
 – Əcəb eləmisən, – dedi. – Nuş can! 
Və Ağababa bu sözləri deyib təzədən həyətə girdi. 
Aydın məsələdir ki, Əmirqulu özündən toqquşdururdu, bu kənddə  və 
ümumiyyətlə, bu tərəflərdə axırıncı  dəvəni bütün kəndi gəzdirib müştəri yığıb  ən 
tezi iyirmi-iyirmi beş il bundan əvvəl kəsmişdilər və Əmirqulu dəvə qutabını, ancaq 
yatıb yuxusunda yeyə bilərdi – burası tamam doğru idi, amam burası məlum deyildi 
ki, Ağababaya nə olub, Ağagülün məktubundakı o gözəl sözlərdən sonra sevinib şad 
olmaqdansa, elə bil ki, birdən-birə bu böyük külfətin xofu yenə kişini basmışdı; 
oğlanlar kişi idilər, onlar heç, amma qızlar yenə bir-bir gəlib Ağababanın gözlərinin 
qabağından keçdi, Nailə  də, Firuzə  də, Kəmalə  də, Amalə  də, Dilşad da, 
Böyükxanım da Ağababanın düz gözlərinin içinə baxdı və bu qədər qız azmış kimi, 
biri də dünyaya təpik ata-ata gəlhagəldədi; amma nə bilir ki, qız olacaq bu da; qız ya 
oğlan, Ağababa üçün fərqi yox idi, övlad övlad idi, məsələ bunda deyildi. Bəs nədə 
idi? 
Kəndin pəncərələri yavaş-yavaş yatmağa başladı. 
Radionun, televizorun səsi kəsildi. Yarasalar ova çıxdı. Yüngül gilavar əsməyə 
başladı və bu yüngül külək əncir, meynə yarpaqlarını dənizə tərəf əsdirdi. 
Və  həmin gecə  Ağababa Ağabacının yanında yerinə girməzdən  əvvəl ağ çit 
tumanının bağlarını aça-aça: 
– Yaxşı, – dedi. – Necə bilirsən, elə də elə, amma fərli adamlar olsun. 
Ağababa bu sözləri dedi və ürəyində də fikirləşdi ki, hardadı indi fərli adam, 
sonra yerinə girdi, Ağabacının qılçı qılçına toxundu və bu dəfə fikirləşdi ki, nə fərli 
adam, fərsiz adam söhbətidi bu, nə olub axı, nə xəbərdi? 
Ağabacının üzü güldü və arvad rahat bir nəfəs alıb, elə bil ki, öz şəxsi nəfi 
üçün evi kirayə verirdi, dedi: 
– Sənə qurban olum, ay Ağababa, çox sağ ol! 


 
116
Bir azdan Ağababanın xorultusu bütün həyətə yayıldı. Ağababanın 
xoruldamağı  kənddə  məşhur idi və bu kəndin heç bir kişisi xoruldamaqda 
Ağababaya çata bilməzdi. (Bir dəfə qonşuları Xeyransa kəndin arvadlarına  şikayət 
eləmişdi ki, gecələr Ağababanın xorultusunun səsindən yata bilmirəm və Ağabacı da 
bu sözü eşidib Xeyransa ilə dava eləmişdi ki, səni külbaş  Əmirqulunun dərdi 
qoymasın yatmağa, mənim  ərimin xorultusunda nə  işin? Amma bu çoxdanın 
söhbətidi, indi Xeyransa da, Ağabacı da qonşuluqda bir-birlərindən xeyli razı idilər.) 
Uşaqlar da, Ağabacının özü də  Ağababanın xorultusuna elə öyrəşmişdilər ki, 
Ağababa hərdən gecələr evdə olmayanda, rayona avtobus sürəndə, yəni ki, 
Ağababanın xorultusu gəlməyəndə yuxuya gedə bilmirdilər; Ağababanın xorultusu 
gəlməyəndə elə bil ki, bütün bu ev, bu həyət başsız idi, yiyəsiz idi, baxımsız idi. 
Yay vaxtı Ağababa ilə Ağabacı evin kəllə tərəfindəki balaca artırmada yatırdı 
və yatmaq vaxtı  gələndə  uşaqlar həyətin bu tərəfinə ayaq basmazdı. Qızların yeri 
şüşəbənddəki palazın üstündə salınırdı. Oğlanlar yazın axırlarından həyətdəki 
talvara qalxırdı və o talvarda indi təkcə Nuhbala qalmışdı və Nuhbala da dünyanın 
eşq-məhəbbət məsələlərini fikirləşib, fikirləşib bu dəm  şirin-şirin yatmaqda idi. 
Qızlar da hamısı yan-yana uzanıb, üstlərinə də soruq salıb yuxuya getmişdi. Ağabacı 
gələcək kirayənişinlərini fikirləşirdi və elə bu fikirlərlə də arvadı yuxu apardı... 
Dolça tut ağacının yanında dayanıb qulaqlarını  şəklədi və diqqətlə  həyətin 
aşağı başındakı hasarın dibinə baxdı, sonra yerindən sıçrayıb hasara tərəf qaçdı, 
amma dovşan Dolçadan tez atılıb yuvasına girdi. 
Son vaxtlar bir tərəfdən xır salanlar, bir tərəfdən də göy alverçiləri, gül 
alverçiləri öz xüsusi sahələrinə, üzümlüyə, zeytunluğa və ümumiyyətlə, bütün bu 
tərəfin torpağına o qədər cürbəcür dərmanlar səpmişdi, gübrə vurmuşdu, zəhərli 
maddələr tökmüşdülər ki, dovşanlar çöllərdən həyətlərə köçmüşdü. Elə bil dovşanlar 
başa düşmüşdü ki, bu həyətin sahibi, yəni ki, Ağababa halal zəhmətnən dolanan 
adamdı, dərmanla, zəhərli maddələrlə işi yoxdu, çünki Ağababa nə bazara kisə-kisə 
göy aparıb satırdı, nə  də  qış ayları Moskva, Leninqrad vağzallarının qabağında 
dayanıb qızılgül satırdı. Ağababa dədə-baba qaydasıyla, halallıqla həyətinin 
torpağını becərirdi və tərəvəzi də, əncir-üzümü də, narı, əriyi, tutu, heyvası, badamı 
da öz külfətini ancaq görürdü, o ki qaldı qızılgülə, qışda xəşil ilə yemək üçün doşab 
olanda, səhər-səhər çay-çörəklə yeməyə  əncir mürəbbəsi olanda, bir sözlə, 
Ağabacının bu həyətin barından düzəltdiyi və sairə tədarüklər olanda, qızılgülsüz də 
keçinmək mümkün idi. Nə isə, dovşanlar elə bil Ağababagili tanımışdı, həyətin aşağı 
başı başdan-başa dovşan yuvası idi. Əlbəttə, dovşanların ağlı kəsmədiyi bir cəhət də 
var idi: əvvəla, Ağabacı dovşan ətindən iyrənirdi, deyirdi ki, dovşanın ayaqları pişik 
ayağına oxşayır və dovşan  əti yeməkdənsə, kartof qızardıb yemək yaxşıdı, o biri 
tərəfdən də Ağababaya belə gəlirdi ki, bu dovşanları öldürüb yuvasını dağıtmaq bu 
xartutu və yaxud da o heyva ağacını dibindən doğramaq kimi bir şeydi. 
Dolça isə öz işini bilirdi, dovşanları evin dalındakı bostana yaxın buraxmırdı 
və dovşanlar da daha Dolçanı tanıyırdı; dovşanlar bilirdi ki, gecə, sakitlik çökəndə, 
adamlar yox olanda bu ağ it buralarda gəzişməyə başlayacaq və bu ağ it hirsli deyil, 
qorxulu deyil, hər halda bu ağ it ilə bir həyətdə yaşamaq mümkündü. 
Milisioner Səfər deyirdi ki, it sahibinin xasiyyəti necədisə, itin də xasiyyəti elə 
eləcə olur. Milisioner Səfər deyirdi ki, bax, misal üçün, quşvuran Fazilin tulası (bu 
gün günorta bağban Əsədullanın qudurmuş itinin qapdığı və quşvuran Fazilin vurub 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə