Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   44   45   46   47   48   49   50   51   ...   145

 
109
(Qışda Rayon Icraiyyə Komitəsindən iki nəfər gəlib Ağababanın həyətini 
yoxlamışdı, çünki Rayon Icraiyyə Komitəsinə imzasız məktub gedibmiş ki, guya, 
Ağababa həyətində «parnik» düzəldib, qızılgül becərir və aparıb Moskvada vağzal 
qabağında satır). Ağababa bütün bunları fikirləşdi, «lənət şeytana!»– dedi, sonra 
kitabxanaçı Nəcəfin yasda, toyda əzbərdən dediyi şerlərdən iki misra: 
 
Qoca cadugardı, aldadar səni,  
Cavanlıq donunda qalan bu dünya 
 
– yadına düşdü və  Ağababa bir də baxıb gördü ki, yekə ayaqlarının bərabərində 
yanınca ağ bir küçük gedir. 
Ağababanın heç xəbəri olmamışdı ki, bu küçük yanına necə düşüb. Kişi ayaq 
saxladı. Küçük də dayandı. Tükləri tamam islanmış, ayaqları qumlu, küləkdən 
üşüm-üşüm üşüyən bu küçük dəniz qırağının bu çöllü-biyabanlığında, bu 
kimsəsizlikdə  tək-tənha idi və  Ağababa da lap uşaq kimi fikirləşdi ki, ay Allahın 
yazıq heyvanı, sənin nə günahın var ki, dünyaya gəlirsən və dünyaya gələn kimi də 
tək-tənha qalırsan, yağışa, küləyə düşürsən və küçük də elə bil ki, bu küləkli 
qaranlıq gecədə bu dəniz böyüklüyünün, bu yer-göy böyüklüyünün müqabilində 
özündən başqa yeganə  məxluqun ürəyindəki bu mərhəməti hiss elədi, bu dəfə 
Ağababanın lap ayaqlarına dolaşmağa başladı. Bir müddət beləcə  gəzişdilər, sonra 
Ağababa evə qayıtmaq istədi, böyüklü-kiçikli doqquz balasının yanına qayıtmaq 
istədi, amma küçük ondan ayrılmadı  və  əlbəttə, Ağababa o vaxt bilmirdi ki, bu 
küçük daha öz ömrunü həmişəlik bağlayıb Ağababagilə, bu küçük onların həyətində 
böyüyəcək, onların iti olacaq, özü də ağıllı it olacaq, adı da Dolça olacaq. 
Ağababa kəndə qalxanda küçüyü azdırmaq istədi, amma mümkün olmadı, 
küçük bir qarış da uzaq durmurdu, kişi hara gedirdisə, küçük də onun şalvarının 
balaqlarına dolaşa-dolaşa yanınca gedirdi. 
Bu küçük gülməli küçük idi və  ən qəribəsi bu oldu ki, küçük, Ağababanın 
başındakı  bəd fikirləri tamam dağıtdı, özünün balacalığıyla, inadıyla Ağababanın 
kefini açdı. 
Ağababa şüşəbəndə girəndə küçük də onunla birlikdə içəri girdi, qızlar küçüyü 
görüb hay-küy saldı, kimin əlinə nə keçdi gətirib qoydu küçüyün qabağına. Ağagül 
qaçdı qarovulçu Həsənullanı çağırsın ki, gəlib bu küçüyə baxsın və küçük də 
dünyanın bu istisindən, dünyanın bu yağışsızlığından, küləksizliyindən ləzzət aldı, 
hamının xoşuna gəldi və o gündən də oldu bu evin iti... 
...Qayaların arxasından əvvəlcə Əmirqulunun səsi gəldi: 
– Tapacıyıq onu! Tapacıyıq onu! 
Sonra  Əmirqulunun özü göründü – elə bil bu sakit gündə, günün bu 
cırhacırında səssiz-səmirsiz, gözəgörünməz bir külək  əsirdi və bu külək ancaq 
Əmirquluya təsir edirdi: Əmirqulu zivəyə  sərilmiş paltar kimi yellənirdi, sonra 
əlində tüfəng tutmuş quşvuran Fazil, sonra da bağban Əsədulla göründü, sonra çığır-
bağırla, hay-küylə onların ardınca gələn bir dəstə uşaq göründü. 
Əmirqulu əlini yuxarı qaldırıb: 


 
110
– Tapacıyıq onu! Tapacıyıq onu! – deyirdi, özü də bu sözləri deyə-deyə, 
yavaş-yavaş, yellənə-yellənə ayaqlarının altına baxırdı, elə bil Alabaş yox
Xeyransanın nişan üzüyü itmişdi və  Əmirqulu da bu üzüyü qumda axtarırdı 
(Xeyransa hərdən Əmirquluya deyirdi: «– Sənin nişan üzüyünü barmağıma taxdığım 
gün başıma bir qara daş düşəydi, necə ki, düşüb də elə»). 
Quşvuran Fazil və butün bu adamların hamısı həmin sakit yay günü Alabaşı 
axtarırdı. 
Kəndə  xəbər yayılmışdı ki, Alabaş qayalıq tərəfdədi və bu gün səhər az 
qalıbmış milisioner Səfəri qapsın, milisioner Səfərin də belindəki qoburunda tapança 
yox, həmişəki kimi, günorta yemək üçün yaxmac var imiş, ona görə  də iti vura 
bilməyib (Gizlində xırda alverçiliklə məşğul olan və kənddə milisioner Səfərdən ən 
birinci zəhləsi gedən Zübeydə bu xəbəri eşidəndə: «–Ay nə olardı! – dedi.  – 
Əsədullanın qudurmuş iti milisioner Səfərin yumşaq yerindən, – Zübeydə  həmin 
yeri adıyla dedi, – bir tikə qoparaydı gərək!»). 
Bağban Əsədulla öz tüfəngini götürmədi: 
– Alabaşı vurmağa  əlim gəlməz! – dedi və  həmişə belə bir şey axtaran 
quşvuran Fazilgilə getdi və indi də hamı bir yerdə qayalığa qalxıb Alabaşı 
axtarmağa başlamışdı. 
Dolça diqqətlə bu adamlara baxdı. Dolça bu adamların hamısını tanıyırdı  və 
quşvuran Fazilin əlində tutduğu bu uzun şeyin də nə olduğunu bilirdi. 
Dolça bu adamlara baxdı, sonra sakit və gömgöy dənizə baxdı, tərtəmiz göyə 
baxdı, sarı qumluğa baxdı, təzədən adamlara baxdı və Dolça elə bil ki, bu sakitlik 
müqabilindəki bu hay-küyə  təəccüb elədi, elə bil, adamları başa düşmədi, başa 
düşmədi ki, niyə bu adamlar bu dənizdə çimmək  əvəzinə, bu qumda uzanmaq 
əvəzinə, bu gündə  qızınmaq  əvəzinə o uzun şeyi  əllərinə alıb beləcə hay-küylə 
düşüblər qayalığın canına. 
Sonra Dolça nə fikirləşdisə qaça-qaça qayalığa qalxdı, bu adamların dalına 
düşdü. Əmirqulu əlini yuxarı qaldırıb elə hey: 
– Tapacıyıq onu! Tapacıyıq onu! – deyirdi, amma hələ ki, Alabaşdan bir əsər-
əlamət yox idi. 
Çılpaq qayalar günün altında elə qızmışdı ki, Dolça bir yerdə dayana bilmirdi, 
tez-tez ayağının birini götürüb o birini qoyurdu. Bir neçə gün bundan qabaq elə-
beləcə istidə birdən-birə hava tutulmuşdu– havanın birdən-birə  dəyişməyinə qaldı, 
Abşerona qaldı! – yağış yağmışdı və qayaların çuxurlarında, ovuqlarında hələ də su 
qalmışdı və Dolça da belə sucuqlar görən kimi, ora atılırdı, ayaqlarını yaş eləyirdi, 
bir müddət sucuqda dayanırdı, adamlar qayaların arasını axtara-axtara hay-küylə 
uzaqlaşanda təzədən onların ardınca qaçırdı. 
– Tapacıyıq onu! Tapacıyıq onu! 
Quşvuran Fazil tüfəngi qaldırıb göyə bir güllə buraxdı  və  dəniz kənarındakı 
həmin isti yay gününün hər tərəfi bürümüş sakitliyi birinci dəfə belə pozuldu. 
Bu qəfil güllə səsindən o tək cüllüt də səksənib havaya qalxdı. 
Dolça ayağının birini götürüb o birini qoya-qoya qara gözlərini qıyıb göyə 
baxdı və elə bil təəccüb elədi ki, bir halda ki, göydən heç nə düşmədi, deməli, göydə 
heç nə yoxdu və hərgah göydə heç nə yoxdusa, onda bu uzun şeyi niyə bu təmiz, bu 
sakit göyə tuşlayıb partlatdılar? 
Quşvuran Fazil dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə