Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə21/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   17   18   19   20   21   22   23   24   ...   184

 

50

Əvvəlcə C.Səlimov hiss etdi ki, perronda nə isə bir çaxnaşma əmələ gəlib, sonra 



hay-küy qalxdı, sonra camaat bir-birini itələyərək o tərəf-bu tərəfə qısılmağa başladı. 

C. Səlimov təəccüblə çevrilib arxaya baxdı və yerində donub qaldı. 

Qırmızı ayı balası tövşüyə-tövşüyə düz onun üstünə gəldi. 

C. Səlimov ətrafındakı adamlara baxdı, sonra nə isə etmək istədi, amma heç nə 

edə bilmədi; qırmızı ayı balası ona çatıb iki ayağı üstə qalxdı, C. Səlimovun əllərini 

yalamağa başladı. 

Perrondakı bütün adamlar onları dövrəyə almışdılar və hamı da bu ayı balasının 

qırmızı rənginə heyrət edirdi.  

C. Səlimov isə bilirdi ki, ayı balası qırmızı olar. 

Qırmızı ayı balası öz yöndəmsiz pəncələri ilə C.Səlimovun qolundan yapışıb 

çıxış qapısına tərəf çəkirdi, qabağında dombalaq aşırdı, dilini çıxarıb onun əllərini 

yalayırdı, zingildəyirdi, sonra yenə də ehmallıca onun qolundan yapışıb qapıya tərəf 

çəkirdi. 

Onları dövrəyə alan adamlar qatarı tamam yaddan çıxarmışdılar, bu əcaib rəngli 

yekə ayı balasının canbazlığına heyrət edirdilər. 

Bu canbazlığa heyrət etməyən yeganə adam C.Səlimov idi; o bu qırmızı ayı 

balasını tanıyırdı; o bilirdi ki, bu qırmızı ayı balası nə istəyir; o nə heyrət edirdi, nə 

təəccüblənirdi, nə  də başını itirmişdi, təkcə  qəlbinin lap dərinliklərində  nə isə 

anlaşılmaz bir hiss keçirirdi; onun həmin ehtiraslı  qətiyyəti də tamam yox olub 

getmişdi; əslində bu qətiyyət indi gülünc bir keçmişə çevrilmişdi; o elə sakit idi ki, 

elə bil bir belə camaatın arasında vağzalda ayı ilə görüşmək çox adi bir iş idi; elə bil 

qırmızı ayı balası həmişə beləcə onun əllərini yalayıb, bu ayı balasının isti nəfəsini 

həmişə beləcə yaxından hiss edib. 

Küçədəki adamlar dayanıb dördayaq, atıla-atıla qabaqda gedən qırmızı  rəngli 

ayı balasına və gülə-gülə bu ayının ardınca gedən C. Səlimova baxırdılar; hamını 

heyrət bürüyürdü: bu rəngdə də ayı olar? Onlar bilmirdi ki, ayı balası qırmızı olar. 

Pillələri yuxarı qalxdılar və Səlimov qapını açdı və onlar içəri girdilər, sonra C. 

Səlimov dəhlizin işığını yandırdı, sonra yenə axırıncı  dəfə özü öz zəngini basdı, 

amma nə bu qalın divarlar heyrət etdi, nə də otaqlar donub qaldı; sonra otağın işığını 

yandırdı: qırmızı ayı balası yenə  də öz yerində – kreslonun üstündə oturmuşdu, 

şifonerin qapısı isə açıq idi. 

Divar saatının səsi də daha ölgün deyildi, azad və  sərbəst idi, hərçənd cəmi-

cümlətanı yeddiyə işləyirdi, yəni saat on ikiyə qalırdı. 

Sonra C. Səlimov telefonun dəstəyini götürdü: 22-76-84. 

... Səhəri gün bütün Bakının uşaqları danışırdı ki, dünən gecə qırmızı rəngli bir 

ayı balası şəhəri dolaşırmış: möcüzədir!  

Amma uşaqlar bilmirdi ki, möcüzə təkcə nağıllarda olmur. 

 

 Sentyabr, 1969. 

 

  

 




 

51

ON ILDƏN SONRA 

 

Sonra çiskinlənməyə başladı  və o, kürəyini köhnə  məscidin hasarına söykəyib 



pencəyinin boynunu qaldırdı; birdən-birə ürəyi, doğrudan da, siqaret istədi, amma 

cibindən çıxarıb yandırmadı – cəmi iki siqareti var idi – iki dənə «Pamir» – onları da 

orada çəkəcəkdi; pencəyin altından qayışa keçirib yarısını şalvarının içinə soxduğu 

kitablar – əslində bir dənə kitab: «Coğrafiya», iki dənə də ümumi dəftər – qarnını elə 

sıxırdı ki, nəfəs ala bilmirdi; yenə qayışını bir balaca boşaltdı. 

Külək yaman bərkidi,  əslində burada dayanmaq adamın lap atasını yandırır; 

sonra ona elə  gəldi ki, bu saat bığlı kişi yenə başını  məscid minarəsinin darısqal 

pəncərəsindən çıxarıb qışqıracaq: «– Hə, yenə  gəlib veyllənirsən burda?!», o da 

cavabını verəcək: « – Sənə  nə var, atovun məhləsidir?», bığlı kişi də onu 

hədələyəcək ki, düşürəm aşağı, ananı  ağlar qoyaram sənin, o isə yenə deyəcək ki, 

kişisən düş; əlbəttə, bığlı kişi aşağı düşməyəcək, çünki ayaqlarının ikisi də yoxdur. 

Bir dəfə  təsadüfən küçədə görüb onu dördçarxlı sankada gedəndə – bığlı kişinin 

bundan xəbəri yoxdur, qoy heç bundan xəbəri olmasın da, qoy kefinə  xələl 

toxunmasın, hərçənd zırramanın biridir. 

Amma bu dəfə  bığlı kişi başını  məscid minarəsinin pəncərəsindən çıxarıb 

boylanmadı. 

Üç ay var idi ki, məscidi çəkmə fabriki eləmişdilər; qabaq yaxşı idi – səssiz-

səmirsiz, lal-karlar idarəsi idi; indi lal-karlar təzə binaya köçüblər yəqin, bunlar 

gəlib əvəzinə, bu bığlı kişini də Allah kimi qaldırıb qoyublar göyün yeddinci qatına 

– minarənin kəlləsinə. 

Əcəb soyuqdur, heç belə soyuq olmamışdı bu il, deyəsən, qar yağacaq

paltosunu Vovagildə qoymuşdu; paltosu dəblə tikilmiş palto idi, atası iki ay bundan 

əvvəl Moskvadan gətirmişdi, amma istəmirdi o palto ilə  Sənubərin yanına getsin, 

hətta bir dəfə  ağlına gəlmişdi ki, pul yığıb sırıqlı alsın, həmişə  Sənubərin yanına 

gələndə bu sırıqlını geysin, amma sonra vaz keçdi bu fikirdən – lap uşaqlıq olardı 

bu.  


Qışın qaranlığından olmaz – hələ axşam saat beş yoxdur, amma indidən qaranlıq 

çökür hər tərəfə, bığlı kişi də minarədə  işığı yandırıb – darısqal pəncərə bu 

minarənin tək gözü idi elə bil, dünyaya baxırdı. Sənubərgil də işığı yandırıb yəqin, 

buradan görünmür – həm pəncərələrindəki pərdə qalındır, həm də  işıqları  zəifdir. 

Sinifdə  də  işığı yandırıblar yəqin, uşaqlar indi coğrafiya dərsi keçir: Izrail 

Solomonoviç dayanıb arxası  xəritəyə, üzü uşaqlara tərəf, çağırır bir-bir dərsi 

soruşur, kim də haranı göstərirsə xəritədə – bu, Kosta-Rikadır, bu, Dardanel boğazı, 

bu da mən nə bilim hara – o saat görür, elə bil zalımın başının dalında da gözü var.  

Izrail Solomonoviç, şübhəsiz ki, onun da belinə bir dənə «iki» yapışdıracaqdı – 

sonra gəl düzəlt görüm necə düzəldirsən?! – amma «iki»nin qorxusundan 

qaçmamışdı  dərsdən, kitab indi də qayışının altındadır, başqa dərslərdə oxuyub 

hazırlaşa bilərdi – Izrail Solomonoviçin dərsi dördüncü dərs idi, özü də kitabı bircə 

dəfə oxuyan kimi yadında qalırdı – Sənubərə görə qaçmışdı dərsdən, Sənubərə görə.  

Birinci dərsdən sonra Vovayla birlikdə qaçdılar – Izrail Solomonoviçin dərsi 

gələndə Vovanın canına üşütmə düşür,  Əzrailin biridir də bu Izrail Solomonoviç, 

Vova neyləsin? – əvvəlcə getdilər Vovagilə, onlarda bu vaxt heç kim olmur, sonra 

paltosunu çıxarıb gəzə-gəzə gəldi bura; Sənubərin anası da çıxıb getmək bilmir ki, 

bilmir. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə