Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə29/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   25   26   27   28   29   30   31   32   ...   184

 

66

Qara Kepka isə  həmin günü mehmanxanadan çölə  çıxmadı, istəkli zövcəsi 



Çadra xanımla oturub xeyli məsləhətləşdi və düz üçcə gündən sonra şəhər qəzetində 

Qara Kepkanın böyük bir oçerki çap olundu. Oçerkin adı «Adımızı  nəhəng dağlar 

qədər ucaldanlar» idi, özü də bəhs edirdi Çal Papaqlardan, Çal Papaqların arasındakı 

dostluqdan, sirdaşlıqdan, özü də elə bəhs edirdi ki, adam oxuyub qurtarandan sonra 

deyirdi ki, bir də oxuyum, bir də oxuyandan sonra deyirdi ki, bir də oxuyum, axırda 

da deyirdi ki, bərəkallah və mərhaba!  

Çal Papaqlar da bu böyük oçerki oxuyub qurtarandan sonra xeyli feyziyab 

oldular, gözləri yaşardı və bir-birinə baxıb dedilər ki, aya, nə gözəl baş geyimiymiş 

bu Qara Kepka! Biz tilsimdəyikmiş, ya nə imiş ki, bunu görə bilmirmişik?! 

Axşam Çal Papaqlar restorana üç nəfər girdilər: Birinci Çal Papaq, Ikinci Çal 

Papaq və bir də ki, Qara Kepka. Yedilər, içdilər və xeyli nuş oldu və kefləri də 

dupduru. 

Qara Kepka əvvəlcə qalxıb Çal Papaqların ikisinin də  şərəfinə birdən sağlıq 

dedi, sonra da əlifba sırası ilə əvvəlcə Birinci Çal Papağın şərəfinə, bir dəfə də Ikinci 

Çal Papağın şərəfinə sağlıq dedi. 

Axırda son dərəcə mütəəssir olub gözləri yaşarmış Çal Papaqlar ikisi də birdən 

qalxıb Qara Kepkanın sağlığına: 

– Yaşasın təmiz qəlbli, mərd ürəkli, obyektiv fikirli Qara Kepka! – dedilər. – 

xörəkpaylayan Silindrlə haqq-hesablaşıb restorandan çıxdılar və o gündən də Qara 

Kepka oldu Çal Papaqların ikisinin də canbir sirdaşı. 

Qara Kepka hər dəfə Çal Papaqlardan ayrılıb mehmanxanaya gələndə sədaqətli 

həyat yoldaşı Çadra xanım ondan soruşurdu: 

– Əziz ərim Qara Kepka, işlər necə gedir? 

Qara Kepka da cavab verirdi ki: 

– Işlər pis getmir, mehriban sevgilim Çadra xanım. 

Çadra xanım gülürdü, amma elə gülürdü ki, əziz əri Qara Kepkadan başqa heç 

kim eşitməsin: 

– Hi-hi-hi. 

Qara Kepka da qoşulurdu ona: 

– Ha-ha-ha... – Amma o da, elə gülürdü ki, mehriban sevgilisi Çadra xanımdan 

başqa heç kim eşitmirdi. 

Bu minval ilə  dəqiqələr saat olurdu, saatlar gün, günlərin də ay olmağına az 

qalmışdı ki, Çadra xanım ərinin baxmaqdan doymadığı qara gözlərinə bir də baxıb 

bir balaca təşvişlə dedi: 

– Ezamiyyətin qurtarmağına az qalıb ha... 

Qara Kepka tən ortasındakı düyməni qaşıyıb dedi: 

– Doğrudur, vaxtdır daha! 

Qara Kepka axşamçağı mehmanxanadan çıxanda Çadra xanım ərinin ardınca bir 

stəkan su atdı və Qara Kepka da birbaş gəldi Birinci Çal Papaqgilə. 

Birinci Çal Papağın kefi kök idi yaman, Seyid Əzim  Şirvaninin qəzəllərini 

«Segah» üstündə dodaqaltı zümzümə edirdi, Qara Kepkanı görən kimi lap kökəldi 

kefi, keçdi «Çahargah»a. Sonra bir xeyli hal-əhval tutdular, bir-birilərinə «maşallah» 

dedilər ki, göz dəyməsin və nəhayətdə Qara Kepka gəldi mətləbə: 

– Möhtərəm Çal Papaq! Güman edirəm ki, siz mənim sədaqətimi və sizə qarşı 

hədsiz hörmətimi hiss etməmiş deyilsiniz. 

– Biz sənin dostluğunu düşmənlərimizə verdiyin cavablardan görmüşük, səni 

bərkdə-boşda sınamışıq, əziz Qara Kepka, belə sözlər nəyə lazım? 



 

67

– Bilirsinizmi, məsələ bir az başqa cürdür... – Qara Kepka tən ortasındakı 



düyməni qaşıyıb bütün təcrübəsini səfərbərliyə aldı. – Möhtərəm və möhtəşəm Çal 

Papaq, mən son əsərimi sizdən, sizin dərinizin əla keyfiyyətindən, sizin tükünüzün 

ipək incəliyindən, zərif qıvrımlarından yazmağı  qərara almışam, sizi tikən 

papaqçının mahir sənətkarlığını  tədqiq etmək istəyirəm. Otuz beş çap vərəqi 

həcmində olacaq bu əsər. Lakin... 

– Lakin? 

– Bəli. 

– Nə lakin? 

– Bilirsinizmi, möhtərəm və möhtəşəm... 

– Qısa elə, Qara Kepka! 

– Məni qoymurlar bu istəyimə nail olum. 

– Necə?! Kim buna cürət edir? 

Çal Papağın nəriltisində elə bir zəhm var idi ki, gözlərini elə bərəltmişdi ki, gəl 

görəsən, amma zalım Qara Kepkanın nə dili dolaşdı, nə də canına üşütmə düşdü. 

– Sizin dostunuz Çal Papaq! 

– Nə?!! 


– Bəli. Lakin bu, hələlik öz aramızda qalmalıdır, möhtərəm və... 

Çal Papaq Qara Kepkanın sözünü kəsib dimdiyindən yapışdı ki, yapışdı, sıxdı, 

sıxdı: 

– Yalan dediyini təsdiq et, vicdansız, təsdiq et!!! 



–  Əfsuslar olsun ki, bu yalan deyil, möhtərəm və möhtəşəm və mötəbər Çal 

Papaq, acı həqiqətdir. Mən sizə demək istəmirdim, lakin... 

Çal Papağın  əlləri süstəldi, dağ qaməti büzüşdü – şair yaxşı deyib: «Döydü 

yağış məni, döydü qar məni, bir qarışqa minsəm, aparar məni». 

– Yox! Yox! Bu ola bilməz! Bu mümkün olan şey deyil. Düzünü de, Qara 

Kepka, vicdanına and verirəm, düzünü de! 

Qara Kepka sidq-ürəkdən vicdanına and içdi ki, düzünü deyir, otuz beş çap 

vərəqi həcmindəki kitabının qarşısına çıxan maneə budur ki, var. 

Çal Papaq inildədi, yəni sizə güvəndiyim dağlar, sizə  də qar yağarmış, sizi də 

çən basarmış, ay dad, ay bidad, sizin də üstünüzü duman alarmış... 

Qanadları qırılmış Çal Papaq inildəməkdə olsun, sizə kimdən xəbər verim, Qara 

Kepkadan. Qara Kepka eləmədi tənbəllik, Birinci Çal Papaqgildən çıxıb gəldi Ikinci 

Çal Papaqgilə, yenə Birincigilə, təzədən Ikincigilə və nə etdi, nə etmədisə – zalımın 

qorxusu yox idi! – yavaş-yavaş Birinci Çal Papaq durub-oturub Ikinci Çal Papağı 

ifşa etməyə başladı, Ikinci Çal Papaq da Birinci Çal Papağı, amma Qara Kepka bu 

Çal Papaqgildən o Çal Papaqgilə, o Çal Papaqgildən bu Çal Papaqgilə gedib-

gəlməkdən yorulmadı ki, yorulmadı  və bu təşriflərin sayəsindəydi ki, bazarda 

Birinci Çal Papağın qızı  Kəlağayıya rast gələn Ikinci Çal Papağın oğlu Araqçın 

arxadan qıza bir kəllə vurdu ki, biçarə  qız üzüqoylu sərildi yerə  və yaxındakı 

aptekdə burnuna naşatır spirti tutmasaydılar ayılan deyildi. Araqçın da dabanına 

tüpürüb qaçdı evə. 

Amma bununla qurtarsaydı, yenə abırdan idi – Çal Papaqlar özləri evdən çıxıb 

düşdülər küçənin ortasına: o buna yumruq, bu ona şillə, o buna təpik, bu ona 

badalaq. Cəmi-aləm də ki, çıxmışdı tamaşaya. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə