SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə17/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   13   14   15   16   17   18   19   20   ...   62

«FirstGlobalization» 
o f  
theVIIth-IVlhmillennium 
B.C. 
Berlin-Baku, 2009, p.  82-87.
7.  HapHMaHOB 
H.T.
KyjibTypaapeBHeHUieroaeMJieaejiFjMecKocKOTOBOflHec
KoroHacejıeHHaA3ep6aHA*aHa.  -  BaKy,  1 987.
8.  Seyidov  A.Q.,  Baxşəliyev  V.B.  Ərəbycngicə.  Bakı:  Nurlan, 
2009,  160  s.
9.  Seyidov  A.Q.,  Baxşəliyev  V.B.,  Mahmudov  V.Ə.  Xələc.  Bakı 
“Elm” ,  2010,  220  s.
10.  Seyidov  A.Q.,  Baxşəliyev  V.B.  Sədərək.  Bakı,  “ Elm”,  2011, 
184  s.
l l . S e y i d o v   A.Q.,  Baxşəliyev  V.B.,Şortəpo  (İbadulla),  Bakı,
2013.
12. 
CeH^OB A.r.  PaHHe
6
p
0
H
30
BaHKyjibTypaHaxqMBaHa.,
BopoHe*, 2002.
13.  CeH^oB 
A.I'.riaMHTHHKHKypo-
apaKccKOHKyjibTypbiHaxHMeBaHH.  BaKy:  B
hjihk

1993,  164 
c.
14.  Seyidov  A.,BaxşəliyevV.,Məmmədov  S.,  Aşurov  S.  Qədim 
Şərur., Bakı, “Nurlan” ,  2012.
N əcəf Müseyibli 
necef_museibli@mail.ru 
(AMEA  Arxeoligiya  və  Etnoqrafiya  İnstitutu)
QƏDİM  SƏDƏRƏK  ABİDƏLƏRİ
Sədərək  eneolit  -  ilk  tunc  dövrü  yaşayış  yeri  (2;8).  Sədərək 
düzən-  liyinin  təbii-coğrafi  mövqeyi,  münbit  torpaqları  ən  qədim 
əkinçi-maldar  əhalinin  bu  ərazilərdə  məskunlaşması  üçün  əlverişli 
şərait  yaratmışdır.  Erkən  əkinçi-maldar  tayfaların  Sədərək  rayonu 
ərazisindəki  ən  qədim  yaşayış  yeri  eneolit  və  ilk  tunc  dövrünə  aiddir. 
Bu  abidə  eyni  zamanda,  Sədərək  rayonu  ərazisində  bu  vaxta  qədər 
aşkar  edilmiş  ən  qədim  insan  məskənidir.  Bölgənin  təbii-coğrafı 
şəraiti  gələcəkdə  bu  ərazidə daha  qədim  dövrlərə  aid  abidələrin  aşkar 
ediləcəyinə ümidləri  artırır (8,  17).
Sədərək  eneolit-ilk  tunc  dövrü  yaşayış  yeri 
1978-ci  ildə 
V.H.Əliyev  tərəflndən  qeydə  alınmışdır.  Həmin  ildə  o,  burada 
kəşfıyyat  xarakterli  tədqiqat  işləri  aparmışdır.  Təsərrüfat  işləri 
zamanı  abidənin  bütün  sahəsi  dağı-  dılmış  və  maddi  mədəniyyət 
nümunələri 
ətrafa 
səpələnmişdir. 
Bu 
ərazi 
əkin 
sahəsinə 
çevrildiyindən  hazırda  abidədən  əsər-əlamət  qalmamışdır.  Abidədən 
toplanan  maddi  mədəniyyət  nümunələrinin  bir  qismi  hal-hazırda 
Sədərək  rayon  Tarix  Diyarşünaslıq  Muzeyində  saxlanılır.  Sədərək 
düzənliyinin  cənubunda  ımövcud  olmuş  bu  qədim  yaşayış  ycrindən 
eneolit  və  ilk  tunc  dövrlərinə  aid  daş  alətlər  və  saxsı  qab  qalıqları 
aşkar edilmişdir (2).
Daş  məmulatı  dən  daşları,  sürtgəclər,  həvənglər  (1  tablo)  və 
müxtəlif formalı  kəsici  alətlərdən  ibarətdir.  Dən  daşları  alt  və  üst dən 
daşlarından  ibarət  olub,  əsasən  bazaltdan  və  tufdan  hazırlanmışdır. 
Boz  rəngli  bazaltdan  hazırlanmış  alt  dən  daşları  iri  ölçülüdür.  Onlar 
uzunsov-oval  formada  olub,  bəzisinin  ucları  nisbətən  enli  və 
hündürdür.  Hər  iki  üzü  dişənərək  hamarlan-  mış,  oturacağı  yastıdır. 
Üzəri  işlənmə  nəticəsində orta  hissədə  bir qədər çi-  çəklənmişdir.  Üst 
dən  daşları  -  sürtgəclər  boz  rəngli,  uzunsov  formalı,  yastı  məsaməli


tufdan  daha  diqqətlə  dişənib  hazırlanmışdır.  Onların  üst  hissosi  azca 
qabarıq,  işlək  üzü  yastıdır.  Həvənglər  bərk,  bazalt  cinsli  daşdan  və 
tufdan  hazırlanmışdır.  Bu  alətlərin  bir qrupu  üzərində  əlavə  dişənmə, 
hamarlanma  işi  aparılmamışdır.  Tufdan  hazırlanmış  boz  rəngli, 
dairəvi 
formalı 
həvənglərin 
üzəri 
və 
oturaeağı 
dişənərək 
hamarlanmışdır.  Onların  içərisi  dərin  olub,  səliqə  ilə  oyulmuş,  ağız 
hissəsi  geniş,  dibə doğru  getdikcə  daralır (2).
Abidədən  əldə  edilmiş  eneolit  dövrünə  aid  daş  əmək  alətlərinin 
böyük  bir  hissəsi  obsidian  (dəvəgözü)  lövhələrindən  lıazırlanmışdır 
(II  tablo).  Bıçaqvari  obsidian  lövhələrin  bir  qrupu  qəhvəyi,  qara  və 
qonur  rəngdədir.  Onlar  dördkünc,  uzunsov,  trapcsiya,  üçbucaq 
formalara  malikdirlər.  Bəzilərinin  qırıqları  əldə  edilmişdir.  Bütün 
alətlərdən  kəsmək,  deşmək  məqsədilə  və  qaşov  kimi  istifadə 
olunmuşdur.  Bu  abidədən  tapılmış  daş  əmək  alətləri  Babək  rayonu 
ərazisindəki  I  Kültəpə  abidəsinin  daş  məmulatı  ilə  cyniyyət  təşkil 
edir.  Obsidian  alətlər  isə  həm  də  Şərur  rayonunıın  Dizə  kəndi 
ərazisindəki  Ovçular  təpəsi  eneolit  dövrü  abidəsinin  analoji 
materialları  ilə yaxınlıq  təşkil  edir.
Sədərək  qədim  yaşayış  yerinin  daş  əmək  alətləri  bölgənin  eneolit 
dövrü  sakinlərinin  təsərrüfat  həyatı  barədə  zəruri  məlumatlara  nıalik 
olmağa  imkan  verir.  Dən  daşları  eneolit  dövründə  Sədərək 
düzənliyində  əkinçilik  mə-  dəniyyətinin  yüksək  inkişaf səviyyəsində 
olduğunu,  əkinçilikdə  taxılın  gcniş  yer  tutduğunu  siibul  edən  ırıaddi 
dəlillərdir.  Biçin  zamanı  obsidiandan  kəsici  dişləri  olan  oraqlardan 
istifadə  edir,  əldə  etdikləri  taxılı  dən  daşlarında  üyii-  dərək  una 
çevirirdilər.  Obsidiandan  hazırlanmış  alətlər  məişətdə  geniş  tətbiq 
edilir,  onlardan  heyvanlann  dərilərinin  təınizlənməsində,  ağacdan  və 
sü-  mükdən  müxtəlif  alətlərin  düzəldilınosində  istifado  edilirdi. 
Bütün  bunlar  həm  do  hcyvandarlığın  və  soııətkarlığın  qədim 
sədərəklilərin  həyatında  müluim  ycr  tutduğunu  söyləməyə  imkan 
vcrir.
Abidədən  aşkar  cdilıniş  eneolit  dövriinə  aid  saxsı  momulatı  hələ 
6000  il  bundan  əvvəl  burada  dulusçuluq  sənətinin  inkişaf  etdiyini 
göstərir.  Həmin  saxsı  ınəmulatı  badya,  çölmək,  küpə  tipli  qabların
ağız,  gövdə  və  oturaeaq  hissələridir.  Qədim  yaşayış  yerinin  keramika 
məmulatının  (III  və  IV  tablolar)  əksəriyyəti  qalın,  bir qismi  isə  nazik 
divarh  olub,  gilinin  tərkibinə  saman  qatılmışdır.  Bəzi  qab  qmqlannın 
gilində  isə  qum  və  tuf  daşı  ovuntusu  var.  Qablar  əldə  hazırlanmış, 
divarları  kələ-kötür  olsa  da,  hər  iki  üzdən  ha-  marlanmış,  yaxşı 
bişirilmişdir.  Onlar  bəzən  bir  tərəfdən,  bəzi  hallarda  isə  hər  iki 
tərəfdən  anqobla  örtülmüşdür.  Yaşayış  yerindən  dairəvi  formalı  man- 
qallann  qırıqları  da  tapılmışdır.  Belə  oeaq  qurğularından  birinin 
divarı  qalın,  ağız  kənarı  qablarda  olduğu  kimi  nazikdir.  Açıq  çəhrayı 
rəngli  gilinə  saman  qatılmış  və  yaxşı  yoğrulmuşdur.  Divarının  orta 
layı  qara  və  boz  rəngdə  olub  tam  bişməmişdir.  Hər  iki  üzdən 
sığallanmış,  açıq  rəngli  anqobla  örtülmüşdür.  Sədərək  abidəsinin 
eneolit  dövrü  keramika  məmulatı  Naxçıvanın  həmdövr  abidələrinin 
analoji  materialları  ilə eyniyyət təşkil  edir.
Eneolitdən  sonrakı  tunc  dövrü  (e.ə.  IV  minilliyin  ikinci  yarısı  -  II 
minillik)  cəmiyyətin,  məhsuldar  qüvvələrin  intensiv  inkişafı  ilə 
səciyyələnir.  Bu  dövrdə  qədim  Sədərəkdə  əkinçilik,  heyvandarlıq, 
müxtəlif  sənətkarlıq  sahələri  yüksək  inkişaf  səviyyəsinə  çatmışdı. 
Sədərək  qədim  yaşayış  yerin-  dən  əldə  edilmiş  tunc  dövrünə  aid 
arxeoloji  tapıntılar əsasən  saxsı  və  daş  məmulatı  ilə  təmsil  olunurlar. 
Saxsı  məmulatı  məişətdə  ən  müxtəlif  məqsədlərdə  istifadə  olunan 
qab  qalıqlarından  ibarətdir.  Bu  qablar  əvvəlki  eneolit  dövrü 
dulusçuluq  məmulatından  gilinin  daha  yaxşı  bişirilməsi,  daha 
mükəmməl  formaları,  zəngin  ornamenti  və  başqa  keyfıyyətləri  ilo 
seçilirlər.  Sədərək  qədim  yaşayış  yerinin  ilk  tunc  dövrü  -  Kür-Araz 
mədəniyyəti  (e.ə.  IV  minilliyin  ikinei  yarısı  -  III  minillik)  keramikası 
Naxçıvan  MR  ərazisindəki  digər  həmdövr  abidələrin  -  I  və  II 
Kültəpələrin,  Aşağı  Daşarxın,  I  və  II  Maxta,  Ərəbyengicə,  Şortəpə  və 
başqa abidələrin  saxsı  məmulatı  ilə eyniyyət təşkil  edir(8,  21).
Sədərək  qədim  yaşayış  yerindən  əldə  edilən  ilk  tunc  dövrü  daş 
əmək  alətləri  alt  və  üst  dən  daşlarından  ibarətdir.  Abidənin  aşkar 
edilmiş  ilk  tunc  dövrünə  aid  daş baltalar və  asmalar rayon  muzeyində 
saxlanılır.  Abidənin  əhatə  etdiyi  sahədə  bu  dövrə  aid  maddi 
mədəniyyət  nümunələrinə  daha  çox  rast  gəlinir.  Burada  eneolit


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə