SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə4/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   2   3   4   5   6   7   8   9   ...   62

Ordubad  bölgəsi  üç  günlük  döyüşlərdən  sonra  əlo  kcçirildi. 
Düşmənin  Vedidə  möhkəmlənmək  cəhdi  də  baş  tutmadı,  crmənilər 
burada 4  min canlı  q ü w ə   itirdi.
Naxçıvan  bölgəsində  ingilislərin  “himayəsi”  altında  silah  gücünə 
yaradılmış  erməni  “idarəçiliyi”  iflasa  uğradı  və  biabırçılıqla  başa 
çatdı.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  baş  naziri  N.Yusifbəyli
1919-cu  il  avqustun  18-də  parlamentdəki  çıxışında  bu  barədə 
demişdi  ki,  İrəvan  qubemiyasının  bütün  türk  rayonu,  o  ciimlədən  də 
Naxçıvan  öz qüvvələri  ilə  istilaçıları  devirərək  təbii  orqanizm  saydığı 
Azərbaycanla birləşməyə  hazır olduğunu  bildirmişdi  [32,  s.  155].
Ermənilərin 
Naxçıvan 
bölgəsindən 
qovulması 
regionun 
Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  əlaqələrini  möhkəmlətdi.  Bundan 
istifadə  edən  respublika  hökuməti  öz  nümayəndəsi  Səməd  b ə y  
Cəmillinskini  buramn  müvəqqəti  general-qubematoru  təyin  etdi  [32, 
s.  159].
Erməni  işğalına  son  qoyulduqdan  sonra  bölgənin  idarə 
edilməsində  çox  mürəkkəb  vəziyyət  yaranmışdı.  Əslində  hakimiyyət 
üç  qüw ənin:  Azərbaycan  hökumətinin  bölgədəki  nümayəndəsi  — 
general-qubemator  S.Cəmillinskinin,  Türkiyənin  hərbi  niimayəndəsi 
Xəlil  bəyin  və  Kalbalı  xan  və  onun  tərəfdarlarmın  əlində  idi. 
Bölgənin  ermənilərdən  azad  edilməsində  onlar  birgə  mübarizə 
aparsalar da hakimiyyət bölgüsündə,  diyarın  idarə  edilməsində, xarici 
oriyentasiya  və  s.  məsələlərdə  onlar  arasında  kəskin  fıkir  ayrılıqları 
var idi.
General-qubemator  S.Cəmillinski  Naxçıvanda  Azərbaycan  Xalq 
Cümhuriyyəti  hökumətinin  xəttini  yeridir  və  diyarın  Azərbaycanla 
əlaqələrini  daha  da  möhkəmləndirməyə  çalışırdı. 
Naxçıvan 
bölgəsində  öz  mütləq  hakimiyyətini  qurmağa  və  müstəqil  fəaliyyət 
göstərməyə  çalışan  Kalbalı  xan  və  1919-cu  ilin  yayında  yenidən 
Naxçıvana  qayıtmış,  bölgəni  Türkiyənin  nüfuz  dairəsinə  qatmağa 
çalışan  Xəlil  bəy  arasında  münasibətlər  kəskinləşmiş,  onlar  arasında 
ziddiyətlər  yaranmışdı.  Bu  ziddiyətləri  aradan  qaldırmaq  məqsədi  ilə 
S.Cəmillinski  Xəlil  bəyi  Naxçıvan  qoşunlarımn  baş  komandanı, 
rütbəsi  artırılmış  Kalbalı  xanı  isə  onun  köməkçisi,  eyni  zamanda,
Naxçıvan  qoşun  dəstəsinin  koırıandiri  təyin  etmişdi  [28,  s.  85].
S.Cəmillinski 
Naxçıvanda 
Azərbaycan 
hökumətinin 
nüfuzunu 
yüksəltmək  və  çoxhakimiyyətliliyə  son  qoymaq  üçün  bölgəyə  nizami 
qoşun  hissələrinin  göndərilməsini,  yerli  xəzinənin  pul  vəsaiti  ilə 
təmin  edilməsini  və  s.  kimi  addımların  atılmasını  hökumətdən  xahiş 
edirdi.
Naxçıvan  diyarımn  idarə  edilməsini  yaxşılaşdırmaq  və  onun 
sosial-iqtisadi  problemlərini  həll  etmək  üçün  dövlət  orqanları 
fəaliyyətə  başlamışdı.  Bu  problemlər  içərisində  qaçqınlar  problemi 
xüsusi 
yer  tuturdu. 
Erməni  hökumətinin  təcavüzkar  siyasəti 
nəticəsində  İrəvan  quberniyasından  Naxçıvan  ərazisinə  pənah 
gətirmiş  qaçqınların  sayı  70  mindən  artıq  idi  [9,  v.4].  Bölgədəki 
qaçqınların 
yerləşdirilməsi 
və 
təmin 
olunması 
üçün 
B.Şahtaxtinskinin  başçılığı  ilə  Qaçqınlar  Komitəsi  yaradıldı  [29,  s. 
37-39].
1919-cu 
ilin 
yayında 
Naxçıvan 
bölgəsində 
ingilislərin 
mövqelərinin  zəiflədiyini  görən  ABŞ  burada  daha  fəal  siyasət 
yeritməyə  başladı.  Qafqazda  nüfuz  dairəsini  qazanmaq  uğrunda 
İngiltərə  ilə  rəqabətə  girən  Birləşmiş  Ştatlar  Şimali  Azərbaycanın, 
xüsusi  ilə  də  Naxçıvan  bölgəsinin  strateji  mövqeyinə  mühüm 
əhəmiyyət verir,  ermənilərin  bu  diyarı  ələ  keçirmək niyyətlərindən öz 
məqsədləri  üçün  istifadə  edərək,  müxtəlif vasitə  və  üsullarla  bölgədə 
möhkəınlənməyə  çalışırdı  [31,  s.  228].  ABŞ  əsasən,  daşnakpərəst 
mövqedən  çıxış  etsə  də,  bölgəyə  kifayət  qədər  hərbi  qüvvə  gətirə 
bilməməsi,  yerli  azərbaycanlı  əhalinin  çox  güclü  müqaviməti,  AXC 
hökumətinin  prinsipial  mövqeyi  və  s.  görə  ikili  siyasət  ycridirdi.  Bclə 
ki,  1919-cu  il  avqustun  22-də  Paris  konfransının  Ermənistana  Ali 
komissar  təyin  etdiyi  polkovnik  V.Haskel  Ermənistandakı  çıxışında 
daşnakların  bu  qəzalara  qarşı  irəli  sürdükləri  ərazi  iddialarını 
müdafıə  etdiyini  bildirmişdi.  Avqustun  29-da  Bakıda  Baş  nazir 
N.Yusifbəyli,  Xarici  İşlər  naziri  M.Cəfərov  və  b.  ilə  görüşiində 
bölgənin  Azərbaycanın  idarəçiliyində  saxlanacağını  clan  ctmişdi  [31, 
s.  228].


1919-cu  ilin  sentyabrında  V.Haskel  Naxçıvan  vo  Şorur-Doroloyəz 
torpaqlarını  ohatə  edən  “bitərof  zona”  yaradılması  layihəsini 
Azərbaycan  hökumətinə təqdim  etdi.  Bu  layihəyə  göro  “bitorof z o n a ”  
polkovnik  V.Haskelin  təyin  etdiyi  amerikalı  qubernatorun  idarəsində 
olmalı  idi.  “Bitərəf,  yaxud  neytral  zona”  yaradılması  h a q q ın d a 
Haskelin  birinci  layihəsi  yerli  hakimiyyət  orqanlarının  ta m a m ilə  
Amerika  qubematoruna  tabeliyini  nəzərdə  tuturdu.  Bu  layihəyə  g ö r ə  
Şərur  və  Naxçıvan  qəzaları  amerikalı  qubernatorun  başçılığı  i l ə  
müttəfıqlərin idarəsi  altmda olan zonanı təşkil  etməli  idi.
Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  V.Haskelin  layihəsini 
qəbul  edə  bilməzdi.  Hələ  1919-cu  il  28  fevral  tarixli  qərarı  ilə  A X C  
hökuməti  Naxçıvan  general-qubematom  yaratmış  və  Bəhram  x a n  
Naxçıvanskini  oraya  qubernator  təyin  etmişdi  [7,  v.2].  Xarici  İş lə r 
naziri  M.Cəfərovun  V.Haskelə  göndərdiyi  teleqramda  “bitərəf z o n a ” 
yaradılmasına  qəti  etiraz  olunur,  bölgənin  yalnız  Azorbaycanm 
ayrılmaz  tərkib  hissəsi  kimi  Amerika  general-qubernatorluğu 
tərəfındən idarə edilməsinə razılıq  verilirdi.
V.Haskelin layihəsi  əsasında Naxçıvanda general-qubernatorluğun 
yaradılması  yerli  azərbaycanlı  əhalinin  də  kəskin  etirazına  səbəb 
oldu.  Onlarm  nümayəndələrinin  1919-cu  il  sentyabrın  9-da  Haskelə 
təqdim  etdiyi  tələbnamədə,  eləcə  də  həmin  ilin  oktyabrın  1-də 
Naxçıvanda 
S.Cəmillinskinin, 
Xəlil  bəyin 
və 
Kalbalı  x an m  
V.Haskelin  nümayəndəsi  A.Robenzonla  görüşündə  Naxçıvan,  Şərur, 
Dərələyəz, 
Vedibasar 
və 
Milistan 
əhalisinin 
əksoriyyətinin 
Azərbaycan  türkləri  olduğunu,  bu  ərazilərin  iqtisadi,  siyasi,  mədəni 
və  strateji  cəhətdən  Azərbaycamn  ayrılmaz  tərkib  hissəsi  olduğunu 
və öz qanları  ilə azadlıq  qazandıqlarını  nəzərə  çatdırmışdı  [19,  v.73].
Müttəfqilərin Ali  komissarının  Azərbaycan  üzrə  müvəkkili  Ceyms 
Rey  1919-cu  il  oktyabrın  16-da  Müsəlman  Milli  Şurasına  vo  Kalbalı 
xana  göndərdiyi  məktubunda  Naxçıvan  və  Şərur  rayonlarının 
müttəfiq  idarəçiliyndə  saxlanıldığını,  orada  Amerika  general- 
qubernatorluğunun 
yaradıldığını, 
ABŞ 
ordusunun 
mühəndisi, 
polkovnik  Edmond  L.Dellinin  ona başçı  təyin edildiyini  və  oktyabrın
23-do  Naxçıvana  gəlib  vəzifolərinin  icrasına  başlayacağını  çatdırırdı 
[45,  1919,  23  oktyabr].
1919-cu  il  oktyabrın  24-də  Naxçıvana  gələn  C.Rey  S.Cəmillinski, 
Kalbalı  xan  və  Xəlil  bəylə  görüşündo  V.Haskelin  Naxçıvanda 
general-qubernatorluq  yaradılması  haqqında  bəyanatını  elan  etdi. 
Bəyanatda,  həmçinin  bölgədə  yaşayan  xalqların  sayına  görə  erməni 
və  azərbaycanlılardan  ibarət  Mərkəzi  Şuranın  yaradılması,  bölgodən 
Azərbaycan  və  Ermənistan  qoşunlarının  çıxarılması,  dəmiryolun  və 
teleqrafın 
qubernatorun 
nəzarəti 
altında 
qalacağı, 
idarəetmə 
xərclərinin  yerli  büdcə  hesabına  ödənilməsi  bildirilirdi  [18,  v.  76]. 
Lakin  Naxçıvan  rəhbərləri  öz  mövqelərində  qalaraq  C.Reyin 
təkliflərini  qətiyyətlə  rədd  etdi.  Ertəsi  gün  ictimaiyyətin  geniş 
nümayəndələri  amerikalı  nümayəndələr  ilə  görüşündə  də  əhalinin 
yalnız  Azərbaycan  hökumətini  tanıdığı  amerikah  nümayəndələrin 
nəzərinə 
çatdırıldı. 
Bölgənin 
azərbaycanlı 
əhalisinin 
güclü 
müqaviməti  ilə  rastlaşan  C.Rey  Delinin  burada  general-qubernator 
kimi  deyil,  müttəfqilərin  Ali  komissarlığının  nümayəndəsi  kimi 
qalması  ilə  razılaşdı.
Beləliklə,  Naxçıvan  əhalisinin  inadlı  mübarizəsi  və  Azərbaycan 
hökumətinin  ciddi  səyləri  nəticəsində  ermənilərin  bölgəni  “bitərəf 
zona”ya  çevirmək 
və 
orada  Amerika  general-qubernatorluğu 
yaratmaq  yolu  ilə  Naxçıvanı  Azərbaycandan  ayırmaq  cəhdləri  boşa 
çıxdı.  Məqsədlərinə  nail  ola  bilməyən  Amerika  nümayəndələri  1919- 
cu  ilin  sonu  -   1920-ci  ilin  əvvəllərində  Naxçıvanr birdəfəlik  tərk 
etdilər [14,  s.  121].
Bu  dövrdə  Naxçıvan  bölgəsində  hərbi-siyasi  vəziyyət  yenidən 
gərginləşməyə  başladı.  Erınəni  daşnakları  tərəfindən  bütün  sorhəd 
boyu  Naxçıvan  mahalının  Vedibasardan  Ordubada  qədər  bölgəyo 
hücum 
üçün 
hazırhqlar 
görülür, 
nizami 
silahlı 
qüvvolər 
cəmləşdirilirdi.  1920-ci  ilin  yanvarında  Naxçıvanı  işğal  etmək  üçün 
daşnak  Ermənistanı  yeni  cəhd  göstərdi.  Naxçıvan  rəhborləri  arasında 
birliyin  olmaması  vəziyyəti  çotinləşdirirdi.  1920-ci  ilin  martmda 
Cavid  bəyin  xahişi  ilə  Kazım  Qarabəkir paşanın  qərarı  ilə  Naxçıvana 
Əli  Tcymur  bəyin  komandanlığı  altında  50  nəfərdən  ibarot  ycni  türk


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə