Plovdağın orta tunc dövrü kurqanlarınin kompleks tədqiqi və
yaxınlıqdakı son tunc və ilk dəmir dövrü nekropollarının (22, s. 7-
47) öyrənilməsi nəticəsində qurbangahların təyinatını dəqiqləşdirmək
müınkün olmuş və onların kremasiya ilə heç bir əlaqəsinin olmadığı
sübut edilmişdir. Lakin qurbangahlarm dəfn pıosesində yeri, onların
qəbir kamerası ilə qarşılıqlı əlaqəsi, kurqanlarla eyni vaxtda və ya bir
müddət sonra-başqa bir mərasim zamanı qurulduğu hələlik tam
dəqiqləşdirilməmişdir. Əsas məsələ nə üçün dəfn üçün nəzərdə
tutulan gil qablann hamısmın ölünün yanına deyil, çox hissəsinin
ayrıca kamera qurularaq oraya yığılmasıdır. E.ə. II minilliyin
əvvəllərinə aid olan kuranların qurbangahlarına yalnız süfrə qabları
qoyulurdusa,
həmin
minilliyin
sonlarına
aid
kurqanlann
qurbangahlarına artıq mətbəx qabları da qoyulurdu (15, s. 104 ).
Böyük kurqanlarda qurbangahların qəbrin qarşısında deyil,
nisbətən cənuba və şimala tərəf yerləşməsi onların dəfndən bir
müddət sonra qurulması ehtimalını irəli sürməyə əsas verir. Lakin
bəzi kurqanlarda qəbrin kamerasınm, dromosun və qurbangahın bir
xətt üzrə yerləşməsi, dromosdan qəbrə və qurbangaha yol qoyulması
onların eyni vaxtda qurulmasını göstərir. Hələlik bu ehtimalların heç
birindən imtina etmək olmaz. Belə ki, bu ehtimallann hər birinin
təsdiqi üçün kifayət qədər dəlil-sübut vardır. Ola bilər ki, qurbangahı
olan torpaq qəbirli kurqanların ətraflı tədqiqi bu məsələyə aydınlıq
gətirsin.
Qeyd etmək lazımdir ki, Plovdağ nekropollarında Naxçıvanın
başqa abidələrində (23, s.42). olduğu kimi kollektiv dəfn adətinə
hələlik rast gəlinməmişdir. Gilan çay vadisində bu adət e.ə. I
minilliyin əvvəllərindən yayılmağa başlayır.
Keramikanın müqayisəli təhlili, bəzi gil qab formalarının və bəzək
motivlərinin yayılma arealı mədəni təsirin Urmiya gölü hövzəsi və
ona yaxın Araz çayı ətrafından başlandığını ehtimal etməyə əsas
verir.
Dini kitablarda və bəzi tədqiqatçıların əsərloı ində Nuhdan sonrakı
sivilizasiyanm məhz Cənubi Azorbaycan orazisindən yayıldığı
göstərilir və bunun sübutu üçün arxeoloji faktlara da istinad olunur
(24, s. 445-463).
Göy-təpənin
K-2,
K-3
mərhələlərində geniş yayılmış və
Plovdağda da tez-tez rast gəlinən gil qabların üzərindəki dairəvi və
oval formalı batıqlara Trialeti və Ağrı dağı vadisi abidələrində nadir
hallarda tosadüf olunur. Plovdağ kurqanlarının qurbangahlarında bir
qayda olaraq kameranın cənub-qərb küncünə qoyulan, lentvari ağzı
qatlanaraq gövdəsinə yapışdırılmış, şar gövdəli küplərə də həmin
abidələrdə az təsadüf olunur. Halbuki bu ənənəyə Gilan çay
vadisinin
İlk dəmir dövrü nekropollarında da past gəlinir.
Qəbirlərdo aşkar edilmiş maddi-mədəniyyət nümunələri, eləco də
qəbrin forma və ölçüləri mərhumun sosial vəziyyətini və cəmiyyətin
iqtisadi inkişaf səviyyəsini xarakterizo etməyə imkan verir (25, s. 6).
Qeyd etmək Iazımdır ki, Plovdağın orta tunc dövrü kurqanlarında
qəbrə boyalı və lüləli qab qoymaq adəti olmamışdır. 25N-1İ kurqan
bu cəhətdən istisnalıq toşkil edir. Bəzi tədqiqatçılar lüləli qabların
Naxçıvan ərazisinə cənubdan gəldiyi fıkrini irəli sürürlər (26, s. 52).
Plovdağ nekropolunda əldə edilən boyalı qabların ornamentləri
Naxçıvanın
həmdövr
abidələrinin
boyalı
qablarındakı
ornamentlərdən qismən fərqlənirlər. Belə ki, əgər Plovdağ boyalı
qablarında üçbucaq təsvirlərinin iti ucu bir qayda olaraq qabın
boğazına tə rə f istiqamətlənibsə, Əznəbürd kurqanlarından əldo cdilən
boyalı qablarda üçbucaqların iti ucu qabın oturacağına tərəf
istiqamətləndirilmişdir (12,
s.
72).
Maraqlıdır
ki,
Plovdağ
nekropolunun kurqanaıtı qəbirlərində boyalı qablara çox az təsadüf
olunduğu halda (aşkar edilən qabların da üzərindoki boya qaşınaraq
pozulmuşdur), plitəli qəbirlordə onlar gil qabların əksoriyyətini təşkil
edirlər. Naxçıvan ərazisində boyalı qab istehsalının ilk dəınir
dövrünü əvvollərində tənəzzülə uğradığı haqda, boyalı
qablar
mədəniyyotinin genezisi, yayılma arealı və dövrləşmosi ınosololori ilo
uzun illər məşğul olan
V.Əliyevin fikri Mordan gölü və
Muncuqlutəpo nckropollarının materiallarında da öz təsdiqini tapır.