SəDNİk paşa pirsultanli 80


FOLKLORUMUZUN MÜDRİK AĞSAQQALI



Yüklə 1,75 Mb.
səhifə2/5
tarix08.07.2018
ölçüsü1,75 Mb.
#53839
1   2   3   4   5

FOLKLORUMUZUN MÜDRİK AĞSAQQALI

Yığın-yığın kitabı var masamın üstündə bir müəllifin. Bəzən elə olub ki, onların hamısını ani baxışnan oxuyub sona yetirmək istəmişəm. Bilmirəm, bəlkə də bu mənim folklora bağlılığımdan irəli gələn amildi?

Əslində isə bu son bərabərliyin cavabı deyil. Azdımı məgər folklor mövzulu yazılar arasında ilk cümləsindəncə adamı geri itələyəni?!

Amma mənim qeyd etdiyim bu dərgilər onlardan deyil. “Azərbaycan folkloru və Aşıq yaradıcılığı” (1989), “XIX əsr Azərbaycan Aşıq yaradıcılığı” (1990), “Ozan-aşıq sənətinin nəzəri məsələləri” (2002), “Ozan-aşıq yaradıcılığına dair araşdırmalar” – I və II hissə (2002)…

Yox, mən bir-birindən dəyərli olan bu kitabların hamısını indi qeyd eləsəm, onda folklorumuzun sevimli ağsaqqalı, böyük alim, kamil pedaqoq, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının mübarək səksən (80) illiyiynən bağlı mənim fikirlərimə ayrılan guşədə yer çatmaz…

Və əlbəttə, mən bir yazıda onların hamısından söz açmaq iqtidarında da deyiləm. Sədnik müəllim özü bu tutumlu əsərlərini necə başlayıbsa, mən də eləcə mərhələ-mərhələ təhlilinə varmışam ayrı-ayrı yazılarımda onların.

Həmişə də iri həcmli bu kitabları böyük maraqla vərəqləyirəm. Hər sətrindən dağ çiçəyinin ətri duyulan, hər misrasından sazlı-sözlü dünyamızın sehrli sədası gələn bu dərgahların hamısı maraqlıdı, oxunaqlıdı.

Burada bir yandan bayatıların göz yaşları içindəki nikbinliyi, bir tərəfdən Vətən, yurd, yuva və bir də onların ideya mündəricəsini təmsil edən bəşəri ideyaların folklor dilindəki poetik tərənnümü var…

Bütün bunlar professor Sədnik Paşayevin müdrik alim təhliliynən daha da şirinləşir, folklor duyumlu hər kəsi onların məzmun dərinliklərinə varmağa yenidən təhrik edir…

Alim olan kəs gərək aşiqlər içrə də çox sınaqlardan keçsin ki, peşə yollarında dəyanəti, sədaqəti gərək olsun. Və bu minvalnan müdrik alim qələmi sınaqlardan çıxdıqca həyat və sənət meydanında yenidən püxtələşsin. Uca göylərin mehrabı eşq olduğu kimi, yer üzünün əşrəfi olan kainatın baş ucalığı da alimlik istedadıdır.

Bax bu mənada Sədnik Paşa Pirsultanlının əsərləri də beləcə səsinə səs verir, qoşmalarımızın, gəraylılarımızın, dastan, əsatir və rəvayətlərimizin dünənini oyadıb bu gününə örnək etmiş olur…

Əgər alimin fərdi ideyaları onun təhlili imkanlarında öz həllini tapırsa, deməli o, öz sənət sonluğuna nail olur. Sədnik müəllim bu yaradıcılıq imkanlarından xali deyil. Və burada şəxsi keyfiyyətin bir neçə amilləri cəmləşmiş olur.


SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
Müdriklik, fitri istedadın bəhrəsi, alimlik, yorulmazlıq axtarışı. Deməli, S.P.Pirsultanlının bütün bu fərdi qabiliyyətindəki özünəməxsusluq onun elmi axtarışlarının, yaradıcılıq uğurlarının başlıca amilləridir.

Bəli, istəklilər, sənət də, sənətkar da həmişə qayğıya möhtac olub bizim dünyamızda. Bəzən kimsə bu qayğıdan uzaq düşəndə unudulur, gözdən, könüldən uzaqlaşır, ümidsizliyə qapılır.

Əksinə, əgər o, vaxtında qayğı görsə, qeydinə qalındıqca ümidi artar, həvəsi üstə həvəs gələr, özünün fərdi imkanlarını elə, obaya çatdırar, ömrü birə-beş uzanar…

Sədnik müəllimin də yolları başlandığı gündən hamar olmayıb. Ürəkdən, candan sevib bağlandığı alimlik sənətini böyük auditoriyalara nə zamansa öz istədiyi kimi çatdıra bilmədiyi vaxtlar da olub. Lakin Pünhan qeydləriynən yaşadıb onu. Amma ruhdan düşməyib, gecəli-gündüzlü gələcək arzularıynan pərvazlanıb. O səbəbdən də bu gününə, güzəranına “Min şükür” deyir qədirbilən alim…

Hər kəs doğulub boya-başa çatdığı torpağın övladıdı. Axı Sədnik müəllim də xalqımızın saz-söz beşiyi olan doğma Gəncəmizdə dünyaya gəlib. İlhamını, qidasını o yerlərin abu-havasından alıb. Bu gün ərsəyə gətirdiyi əsərləri də ana yurdun örnəyindən gələn bəhrələrdi. Və sən demə ozanlarımıza, aşıqlarımıza qulaq asdıqca onun alim xəyalı ulu Göyçədən üzü Gəncəyə uzanan gözəllikləri gəzib, dolaşıb, bir daha zövqünü rövnəqləndiribmiş…Çünki bu böyük alim telli sazın səsini ömrün bütün anlarında dinləyərkən özünü səadət gölündə üzmüş kimi sanıb. O səbəbdən ki, onun zövqündə təbiilik, millilik, soya-kökə bağlılıq yerindəndi, əzəlidi…

Sənət dünyamızın zəngin xəzinəsində hər incinin öz yeri, öz xanəsi var. Ona keşik çəkən, qoruyub yaşadan sənət yolçularımız da belədir. Müxtəlif zövqlərin təmənnasında vaxtaşırı arzulanan alimlərimizin qədirbilən dinləyicilərimizlə, tamaşaçılarımızla görüşü də beləcə pərvəriş tapır öz növbəsində. Təkcə bir şərtlə ki, bu sənət adamlarının daim axtarışında olaq, onların efir görüşlərinə daim qayğı göstərək.

Bax bu mənada Sədnik müəllim ömrünün ən müdrik, ən kamil çağlarında da əsil gənclik qaynarlığıynan folklorumuzun təbliği və təhlili naminə verdiyi müsahibələr, söylədiyi çıxışlar müdrik kamalının bəhrəsi olan cild-cild kitablarıynan yarışa girmiş kimidi. O yorulmur, bir paraları kimi yeri gəldi-gəlmədi dünən gördüyü işlərə baxıb öyünmür (buna haqqı olsa da), zərrəcə geri çəkilmir.

Və bütün bunları gördükcə istər-istəməz qəlbimin tam səmimiyyətiynən dilimdə bir ifadə tələffüz edilir: - “Sədnik müəllim, sizin kimi bir alim ömrünə səksən il nədir ki?!..”

Onu da deyim ki, sevimli müəllimimizin ilk kitabının dərcindən illər keçir. Və bu müddətdən sonra onun hər cildliyinin ikinci nəfəslə dünyaya gəlişinin başlanması milli folklorumuzun dəyərli tövhəsi, əbədiyaşar sənət nümunəsi kimi yüksək qiymətə layiq olur…

Onun bütün tədqiqatlarını oxuduqca bir daha yəqinlik hasil edirəm ki, istər təhlilləri, istər də fərdi fikirləri və deyimləri özünüdərkdən irəli gəlir və özünə inam deməkdir. Öz müvəffəqiyyəti ilə folklorumuzun zaman-zaman yetişən korifeylərindən




SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR


biri sayılmağa haqqı var. Özünü dərk edən insan öyünən zamanlarda da olanı deyir. Lovğalıq isə özündən bədgümanlıqdan doğur və bu zaman olanlar neçə qat şişirdilərək təqdim edilir və aydındır ki, o qəbul edilə bilməz. Və ümidvaram ki, Sədnik müəllim mənim bu səmimi qeydlərimə “Yox!” deməz. Sözümün əvvəlindəki fikrimdə adını çəkmədiyim bir kitab da var: - “Aşıq Şəmşirin poetik aləminə səyahət” Diqqətlə sərfi-nəzər edirəm onu. Sən demə ömrünün səksəninci baharında ərsəyə gətirdiyi bu kitab onun 50 il bundan əvvəl yazdığı əsərlərindən də daha böyük gənclik həvəsi ilə qələmə alınıbmış.

Bax, budur Ulu Gəncənin alim oğlu S.P.Pirsultanlının yeni nəfəslə yaradıcılıq aləminə gəlişi. Və onun sənət meydanına hər yeni qayıdışının barı-bəhrəsi artıq minlərin, milyonların mənəvi qidasına dönməkdədir. Və o səbəbdəndir ki, onun alim kamalı dağlara boy verəndir, bənövşə qoxulu, lalə ətirlidir…

O, təkcə özünə yox, həm də sözünə güvənəndi…Bu özünəməxsusluq isə fitri istedadın fəhmindən, bir də yorulmazlıq güvəncindən irəli gəlir. O, yaxşı dərk edib ki, beləcə gərək olub bizlərə uludan-ulu ellərimizin yetirdiyi müdriklərin söz məlhəmi. Alim təfəkkürü ilə ömrün hər macalında ovqatlaşmışıq, onlarla öyüdləşmişik, təsəlli tapmışıq. Hər qaya parçası bir Misri qılınc nişanəsi, hər uca zirvəsi Koroğlu əlyetməzliyi olan Vətən folklorumuzun qəhrəmanlıq dünyası da müdriklərimizin söz mülkünə güvənib, ondan bac alıb, gücü, qüvvəti onunla ölməzliyə qovuşub, şöhrətlənib. Hər biri tarixi həqiqətlərin ölməzlik nişanəsi olan qoşmalarımızdan tutmuş böyük həcmli dastanlarımıza, rəvayətlərimizə qədər qəhrəmanlıq və məhəbbət səlnamələriynən dolu deyimlərimiz zaman-zaman gərəyimiz olub, dilimizin əzbərinə, ürəyimizin təpərinə dönüb.

Ana yurdumuzun ər oğullarının, aslan qızlarının döyüş meydanlarındakı hünərini vəsf eləyən söz-söhbətlərin heç biri təsadüfən deyilməyib. Əslində onların hamısı ünvanlıdır, tarixi hadisələrin həyat həqiqətlərinin təzahürüdür. Bu mənada xalqımızın zəngin ənənəsi olmuş, illər boyu özündə yaşatdığı bu mənəvi dəyəri nəsildən-nəsilə yetirmişdir ki, bu sarıdan Sədnik müəllimin də özünəməxsus xidmətləri olmuşdur və olacaqdır...

Əziz oxucular, bütün anlarda hər folklor nümunəsi yol yoldaşımız, qiymətli söz həyanımızdı bizim. Onun qanadlarında zirvələrə yüksələr, eldən-elə, obadan-obaya xəyallarımız səfər edər, pərvazlanar…Onun qoşması da belədi, gəraylısı da, təcnisi də belədi, müxəmməsi də, rəvayəti, söyləməsi, gülməcəsi, bilməcəsi, əsatiri də…

Deyirlər söz xəstəni də sağaldır, dar macalda təbiblərin güclü məlhəmi olur. Bu nə əfsanədir, nə də mübaliğə. Bu təcrübə dəfələrlə həyatın sınağından çıxmış, tarixin qanun kitablarına silinməz xətlərlə yazılmışdır.

Hər folklor nümunəsi insanlara gərək olduğu kimi, təbiətin də qüdrətdən yaranmış laylasına dönür, onları cana gətirir. Təsadüfi deyil ki, dünya görmüş bağbanlar öz bağçasının nazını təsirli söznən çəkirlər.

Belə halda bağ tez bəhrələnir, yaşıl yarpaqlar açıq yaşıllaşır.

Sənət dünyamızın meydanı genişdir, hüdudsuzdur. Ulu bir xalqın fəxri keçmişini, öz qaynaqlarında yaşadıb dünənimizi sabahımıza qovuşduran, ülvi gələcəyin arzuları naminə xalqımızın başını uca edən sənət fədailərimizlə ellərimiz, obalarımız həmişə
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
öyünmüşlər. Azərbaycan saz-söz sənətinin şərəfli, məsuliyyət yükünü öz çiynində daşıyan belə cəfakeşlərimiz onun şöhrətini eldən-elə yayır, mədəniyyət tariximizin şöhrətinə yeni şöhrət gətirir. Bizə elə gəlir ki, qədim Gəncəmizin gözəl alimi S.P.Pirsultanlının da özünü bu cərgələrdə saymağa mənəvi haqqı var.

Axı, qoşmasında ağ saçlı nənələrin gümültüsü, babaların gəraylısında qərinələrin dərinliyindən gələn alovu, sazında tarixin gözəgörünməz ənginlikləri yaşar bu yurdun. Hər sözündə birliyin, bölünməzliyin vəhdəti, hər kəlamında kövrək duyumlu folklorumuzun ağlartısı, ruha qanad verən təcnislərində ülvi bir sevginin ilhamı! Sayımlı bir nəslin yetirməsi olan və indi təmsil etdiyi ocağın adını doğruldan Sədnik müəllimin də hər vəsfi onların dilində beləcə öyülər, belə sevilər. O, sənəti yaşadar, sənət də onu böyüdər.

Bu minvalnan qayalardan damcı-damcı süzülüb onun varlığı. Ömür yollarında nə qədər axtarışlarla üzləşdisə, əhdi-iradəsi qoynundan süzülüb gəldiyi qayalar kimi dönməz oldu. Qədəm-qədəm telli sazın ahənginə qarışdığı dünyadan ən böyük güvənci olan saz-söz üstə də beləcə kökləndi Sədnik müəllim. Elə o səbəbdən də Azərbaycan adlı azman Vətən mülkünün Gəncə adlı bircə parça yurdundan aldığı həyat örnəkləri onu belə yetirdi bu cahana.

Bu kamil insanın zahiri nə qədər mülayimdi, sakitdirsə, daxili dünyası o qədər də coşğundu, təlatümlüdü. Hərdən adama elə gəlir ki, onun zərrəcə şəxsi qayğısı yoxdu. Elə nə varsa el-oba fikri, Vətən narahatlığı, torpaq diləyi, bir də sazdan-sözdən sarı həmişə ayıq-sayıq olmağıdı. Əslində belə deyil. Bu çılğın təbiətli alimin də hamımız kimi özünəməxsus qayğısı var. Di gəl sinəsində el-oba, yurd-yuva sevgisi o qədərdir ki, bütün bunlar onun özünü-özünə unutdurub.

Bir zamanlar ulu Kəlbəcərin qoynunda Dədə Şəmşirin sazının qaibanə sədasında uyuduğu, dadlı-duzlu söhbətlərində əriyib getdiyi günlər aybaay, ilbəil onun sənət dünyasında xatirata döndü. S.P.Pirsultanlı elə ölməz ustadlara ötərgi qulaq asmadı. Onlardan özünə yük tutdu. Nə zaman ki sözdən sarı korluq çəkdiyi vaxt oldu, bax onda telli sazı sinəsinə sıxan kimi inciləri qeybdən sarı yağ kimi könlünə axıb gəldi. Sonrasa – “Allah sizə rəhmət eləsin, ustadlar, ruhunuz şad olsun”- dedi öz-özünə. Ulu Gəncənin alim oğlu Sədnik müəllim eyliyinizi itirməz. Ad-sanınızı həmişə uca tutar…”

Toxunduğu bütün mövzularda olduğu kimi Vətən istəkli təhlillərində də sözləri tutarlıdı onun. Elə bu baxımdan da torpaqlarımızın bu dar günündə o, bir vətəndaş alim kimi özünün mənəvi borcunu ləyaqətlə yerinə yetirir.

Vətənpərvər alimin folklor dünyamızdan seçdiyi hər misrası bir mərmiyə, hər qafiyəsi bir qəlpəyə dönür. Doğma Qarabağımızın, Göyçəmizin timsalında ana yurdun sıxıntısını çəkməsini ta uşaqlıqdan özünə xiffət eləyən bu əsil el adamı anamız Azərbaycanın parça-parça dilimlənən torpağıynan bahəm ürək ağrıları çəkir. Və sözünün, sənətinin gücünə bu yaman gündə ellərimizin axşam-sabahından əksik olmur. Və yüz il bundan sonra da el-obamızın xoş günlü-güzəranlı axşam-sabahından əysik olmayasınız, çox hörmətli Sədnik müəllim…


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə