SəDNİk paşa pirsultanli 80


SƏDNİK PAŞAYA HƏSR OLUNMUŞ ŞEİRLƏR



Yüklə 1,75 Mb.
səhifə5/5
tarix08.07.2018
ölçüsü1,75 Mb.
#53839
1   2   3   4   5

SƏDNİK PAŞAYA HƏSR OLUNMUŞ ŞEİRLƏR
Sədnik Paşa Pirsultanlı
Qopuzdan, sazdan sıyrılıb,

Sədnik Paşa Pirsultanlı.

Söz-söz arınıb, durulub,

Sədnik Paşa Pirsultanlı.


Sazdan süzülən sənələr,

boşalıb-dolan sinələr,

əsatirlər, əfsanələr –

Sədnik Paşa Pirsultanlı.


Soraqlaşdı, suallaşdı,

Yunuslaşdı, Abdallaşdı.

Yerlə, göylə dualaşdı,

Sədnik Paşa Pirsultanlı.


Yanardağ odu sönmədi,

yetmişində diksinmədi.

Səksənində səksənmədi,

Sədnik Paşa Pirsultanlı.


Adı yüz illər aşası,

əfsanə yaşı yaşasın.

Folklorşünaslar Paşası,

Sədnik Paşa Pirsultanlı.


Məmməd Alim

  1. may 2009-cu il.

Gəncə.

SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR



80 ili yaşamağa hünər gərək
Sözlərində ildırımın çaxışı var,

Gözlərində Dədə Qorqud baxışı var,

80 ilin enişi var, yoxuşu var,

80 ili yaşamağa hünər gərək.
Ürkütmədən ayna gölün sonasını,

Qoxuyasan ləpələrin xanasını,

Babaların sazlı-sözlü dünyasını,

Yaşayaraq yaşatmağa hünər gərək,

80 ili yaşamağa hünər gərək.
Sözlərinə cavab verə o dağ, bu dağ,

Yadigarı ilmə-ilmə , qalaq-qalaq,

Ozan adlı bir ümmana baş vuraraq,

Yazıları yaşatmağa hünər gərək

80 ili yaşamağa hünər gərək.
Yığışmışıq 80 ilin işığına,

Doxsanına, yüzünədir bu astana,

Sədnik Paşa yaşayıbdı, yana-yana

Bu illəri yaşamağa hünər gərək,

80 ili yaşamağa hünər gərək.
Sədnik müəllim, bu ad günün mübarək,

Böyük ustad 80 yaşın mübarək,

Fəridəyəm sözdən hördün bir çələng,

80 ili yaşamağa hünər gərək.

80 ili yaşamağa hünər gərək.
Fəridə Əbülfəz qızı

Şairə, jurnalist

SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR



AĞA
(Sədnik Paşa Pirsultanlıya)
Olubdur ah-naləm göyə yol açan,

Olmaz olduğum tək duyanım, ağa.

Oduma isinib, tüstümdəm qaçan,

Dar gündə olarmı həyanım, ağa.


Düşüb diyar-diyar qaçam bu yaşda,

Bir söylə dərd ağıl qoyarmı başda,

O qədər ağladım tükənib yaş da,

Axır gözlərimdən al-qanım ağa.


Ey qibləm, ey pirim sənədir yönüm,

Qoy sənin başına dolanım, dönüm,

Ayağın dəydiyi torpağa yönüm,

Sadiq nökərinəm, Sultanım ağa.


Sədniksən, qalansan dostun halına,

De başmı çəkməyə gəldin quluna,

Üzümü sərərdim vallah yoluna,

Qoy olsun qurbanın bu canım, ağa.


Bu fələk nə hasil eylədi əldə,

Tənhalıq, ah-nalə bitirdi dildə.

Qorxuram sinəmə çökə yad eldə,

Ruhumu bədəndən soyanım, ağa.


Əhmədəm bilirsən qəlbi dağlıyam,

Qurbani vətəni Diridağlıyam,

Hər zaman torpağa yurda bağlıyam,

Olmaz Şamaxıda xoş anım, ağa.


ƏHMƏD FƏRHAD,

Şamaxı, şair

SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR



M Ü S A H İ B Ə
S.P.Pirsultanlı: Millətin soykökünə, böyüklüyünə inanmadan alim kimi uğur qazanmaq mümkünsüzdür.

Tanınmış folklorşünas-alim Sədnik Paşa Pirsultanlının 20 may 2009-cu ildə 80 yaşı tamam olur. Sədnik Paşa Pirsultanlı aprel ayının 22-də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Gəncədə yaşayan S.P.Pirsultanlı indiyə kimi nəinki Azərbaycanda, həmçinin Türk Dünyasında türk ellərinin zəngin mənəvi sərvətlərini-folklorunu toplayıb. Orta Asiyadakı türklərin elə mənəvi sərvətləri var ki, onları ilk dəfə xalqdan toplayıb təqdim edən Sədnik Paşa Pirsultanlı olub. Azərbaycan əfsanələrinin ilk dəfə geniş miqyasda toplanılması, kitablaşdırılması, tədqiqi də məhz Sədnik Paşa Pirsultanlının adı ilə bağlıdır. Məşhur Pirsultanlı soyundandır. Haqqında Azərbaycan televiziyasında film çəkilib. Yaradıcılığında şeirin də xüsusi çəkisi var. 5 ilə yaxındır ki, Sədnik Paşa Pirsultanlı ilə çox yaxın münasibətimiz var. Ustad şagird yaxınlığımız var. “Ustad” deyə müraciət etdiyim bu insanla həmsöhbət olmaq, nəsihətlərini və məsləhətlərini dinləmək onu tanıyanlar üçün mənəvi ehtiyac kimidir. Söhbətləri hər zaman maraqlı və doyumsuzdur. Yubiley ərəfəsi ustadımla söhbətləşmək qərarına gəldim.


Ustad, Prezidentimizin sərəncamı ilə “Tərəqqi” medalıyla təltif olunmusunuz. Dövlətimizin elmə, yaradıcı insanlara göstərdiyi qayğı bir alim kimi sizi qane edirmi?

Cənab prezidentimiz İlham Əliyevin ziyalılarımıza, elmə, elm adamlarına olan diqqət və qayğısı hər zaman elm adamları tərəfindən layiqincə qiymətləndirilir. Bir alim olaraq mən prezidentimizin diqqət və qayğısından çox razıyam. İlham Əliyev cənablarının bütün təltifləri mənim üçün sevinc müjdəçisi olub. “ÇEŞMƏ” folklor teatrının fəaliyyəti ilə bağlı “Əməkdar mədəniyyət işçisi”, Gəncə Dövlət Universitetində göstərdiyim fəaliyyətin müqabilində dövlətimiz məni “Əməkdar müəllim” fəxri adıyla təltif etdi. “Tərəqqi” medalı isə Azərbaycan folklorunun inkişafındakı xidmətlərimin müqabilində mənə verilən yüksək bir mükafatdır. Bu medalla təltif olunan hər kəs çalışdığı sahədə nail olduğu tərəqqiyə görə bu medalla təltif edilir. Hesab edirəm ki, Azərbaycan folklorunun toplanmasında və tədqiqində nail olduğum tərəqqi dövlətimizi qane etdiyindən məni bu yüksək mükafatla təltif edib. Bu mükafat 54 illik folklorçu zəhmətinə verilən qiymətdir. Sevinirəm ki, elm yolunda, folklorumuzun



SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR

toplanması üçün çəkdiyim əziyyətlər hədər getməyib. 1952-ci ildən bəri folklor toplamaqla məşğulam. İlk növbədə aşıq yaradıcılığı ilə məşğul olmuşam. Aşıq yaradıcılığını, onun zənginliyini öyrənmişəm, tədqiq etmişəm. Folklor toplamağa tez başladım, artıq 30 yaşlarıma doğru məşğul olduğum sahənin bütün incəliklərinə bələd idim. Kəlbəcərə, Göyçəyə səfər etdim, bu türk məskənlərini qarış-qarış gəzib-dolaşdım. Gədəbəyə qayıtdım, oradan yol aldım Dağıstana, Dəmirqapı Dərbəndə... Bunun ardınca yol aldım Orta Asiyaya, buradakı türk ellərini gəzdim-dolandım. Qazaxıstanı ayrıca gəzdim, qayıtdım yenə Dağıstana, Qabarda-bolqara, Qaraçaya...

Dövlətimizin, xüsusilə mərhum ümummilli liderimiz Heydər Əliyevin qayğısını hər zaman öz üzərimdə hiss etmişəm. “91-lər” Heydər Əliyevə müraciət edən ərəfədə mən də mətbuatda Heydər Əliyevin hakimiyyətə gəlişini fərdi olaraq dəstəkləmişdim. O vaxt respublika mətbuatında işıq üzü görən aşağıdakı kiçik şeiri şəxsən Heydər Əliyevin özü də oxumuşdu.
Millətin tacısan, adın Milləttac,

Bir nurlu günəşsən göz ona möhtac,

Torpağım yaralı, elim yaralı,

Heydərim, loğmanım səndədir əlac.
Ümumiyyətlə dövlətimiz mənə alim kimi daim yüksək qiymət verib. Mən də dövlətimə və millətimə daim sadiq olmuşam. Mərhum ümummilli liderimizdən də, cənab İlham Əliyevdən də çox razıyam.
Folklorumuzun ən mahir bilicilərindən birisiniz. Sizin iş prinsipiniz, rastlaşdığınız hadisələr alimliyə, ustadlığa aparan yollar barədə danışardınız.
SSRİ vaxtı 30 illik ömrüm sərasər yollarda, səfərlərdə keçib. O qədər xatirələrim var ki... İnsanları, müxtəlif bölgələrdə yaşayan türk xalqlarının adət-ənənələrini, mədəniyyətlərini öyrəndim, özüm də daxilən zənginləşdim. Gördüklərimi vərəqlərə, lentə köçürdüm, imkanım çatanları çap etdirdim, yüzlərlə məqalə yazdım. Türkiyədə də çox olmuşam, tədqiqatlarımın əsasında müqayisəli şəkildə məqalələr də yazmışam. Bunları bircə-bircə yığmışam, çoxcildlikdə cəmləşdirmişəm. Azərbaycanda ilk dəfə əsatir və əfsanələri mən toplamışam. Mənə qədər bu sahədə toplu kitablar yox idi. Bu barədə tədqiqatçılar mənə qədər çox az yazmışdılar. Bütün əfsanələri, əsatirləri xalqın sinəsindən toplamışam, minlərlə kənd gəzmişəm. Azərbaycanın bütün bölgələrində olmuşam. Aram-aram, pillə-pillə qalxmışam bu zirvəyə. Azərbaycan folklorunun tədqiqi getdikcə mənim həyat tərzimə çevrilib. Folklorumuz o qədər zəngindir ki, bu gündə işimdən yorulmuram. Onlarla davamçım yetişib. Azərbaycanın hər yerində tələbələrim var. Bu işlə məşğul
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR

olmaq millətə qarşı sevgi tələb edir. Millətimə və onun soykökünə olan sevgim mənim daimi yardımçım olub. Mən millətimi və onun folklorunu sevə-sevə ucalmışam. Millətin soykökünə, böyüklüyünə inanmadan alim kimi uğur qazanmaq mümkünsüzdür.


Hərdən şeir də yazırsınız...
Mən demək olar ki, şeirlərimlə bərabər doğulmuşam. Bu mənim qanımdan, soyumdan gəlir. Nəslimizin şair oğlu Abdulkərim 1931-ci ildə sovet dövründə güllələnib. Doğmalarımdan eşitdiyim bu qəmli hadisə ürəyimdə indi də qövr eləyir. İtirilən yurd yerlərimiz, o cümlədən də son dövrlərin itkisi olan Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Göyçənin əldən getməsi acılı-ağrılı şeirlərimin mövzusuna çevrilib. Yaradıcılığımı şeirsiz təsəvvür etmirəm.
Sədnik Paşa Pirsultanlı üçün paytaxtdan uzaqda, əyalətdə elmlə məşğul olmaq çətin deyilki? Ümumiyyətlə əyalətdə alim olmaq, elmlə məşğul olmaq sizi yormur ki?
Qətiyyən yorulmuram. Paytaxtda elm adamı olmaq, elmlə məşğul olmaq mənim üçün çətin olardı. Bu daha çox riyaziyyatçılara, kimyaçılara, fiziklərə lazımdır. Mənim sahəm isə paytaxtda o qədər də nəticə verməz. Qoy folklorla məşğul olan, ancaq Bakıda yaşayan həmkarlarım inciməsin. Onların işi toplananları tədqiq edib kitabdan kitaba köçürməkdir. Mən isə özüm toplayıb özüm də tədqiq etmişəm. Buna daha çox Gəncədə yaşadığım üçün nail ola bilmişəm. Bakıda yaşayan tədqiqatçı-folklorşünaslarla müqayisədə özümün daha çox üstünlüyümü hiss edirəm. İnsanlar da, elm adamları da əyalətdə daha millidirlər. Mən Gəncədən bir gün də ayrı qala bilmərəm. Ancaq bir alim kimi tez-tez Bakıda televiziyalardan, ali məktəblərdən dəvət alıram və öz vəzifəmi Bakıda da yerinə yetirirəm. 14 namizədlik, 6 doktorluq işinin apponenti olmuşam. Gəncədə yaşasam da dünya ilə əlaqələrim çox genişdir. Türkiyədə, Almaniyada, Avstriyada əsərlərim, tədqiqatlarım tədris olunur. Harada yaşamasından asılı olmayaraq alimin bir vəzifəsi var- millətinə və elmə xidmət etmək! Çox xoşbəxtəm ki, elm sahəsindəki fəaliyyətim həm xalq tərəfindən, həm elm adamları tərəfindən, həm də dövlətimiz tərəfindən qiymətləndirilir. Gəncədə yaşamağım, Ulu Nizami torpağıyla, onun Gəncəni dolaşan ruhuyla olan irtibatım mənim hər zaman mənəvi stimulum olub.
Ustad, bir az da öz soykökünüz barədə, nəsil-nəcabətiniz barədə oxuculara məlumat verərdiniz.

Babam Pirsultan Abdalı Sultan Səlimin göstərişi ilə Xızır Paşa Şah İsmayılı müdafiə etdiyi üçün Sivasda 1515-ci ildə asdırıb. Babam öz dövrünün tanınmış şairi olub. Türkiyədə "Pirsultan Abdal" imzası məşhurdur. Toylarda, mağarlarda


SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
babamın şeirlərini oxuyurlar. Hazırda Türkiyədə "Pirsultanlı" soyundan olan xeyli adam yaşayır.

Pirsultan babamız asılandan sonra nəslin bir qolu indiki İrana gəlib, Təbrizin 78 kilometrliyində Pirsultan kəndi salıb. Neçə illərdən sonra həmin nəslin bir qolu da Gəncəyə gəlib, indiki Pirsultan dağının ətəyində bizim tayfa Pirsultan kəndi salıb. 30-cu illərdə ruslar həmin kəndi yerlə yeksan ediblər, kişilərini də güllələyiblər. Salamat qalanlar Qazağın Kosalar kəndinə, Şəmkirin İrmaşlı kəndinə dağılışıblar. Amma bütün əzab-əziyyətə baxmayaraq nəslimiz biri-birindən xəbər tutub, itib-batmayıb. Sovet hökuməti süqut edəndə mən "Pirsultanlı" soyadını götürdüm, artıq təhlükə sovuşmuşdu. İndi “Pirsultanlı” soyundan olmaq cinayət sayılmır. Nəvələrimin hamısı soyadlarının Pirsultanlı olduğunu bilməsi üçün təxəllüsümü soyumun adına uyğun olaraq “Pirsultanlı” götürdüm. Hər halda soyu yaşatmaq, nəcabəti ilə fəxr eləmək gözəl əlamətdir. Tarix boyunca millətimizi məhv etmək üçün onun ilk növbədə adını, soyadını özgələşdiriblər. Mən özümüzə qayıdışın qürurunu, gözəl tərəflərini saysam qurtarmaz. Çox-çox sevilən bir nəsil olduğumuz üçün nəslimizin bizlərə qoyub getdiyi qüruru, onuru bu gün mən yaşadıram. Bizim “Pirsultanlı” soyunun bir şüarı var: “Əlini, dilini, belini halal saxla, o zaman sənə ölüm yoxdur. Əks təqdirdə soyu yaşatmaq çətindir”.


Ömrün 80-ci baharındasınız, özünüzü bu yaşda necə hiss edirsiniz? Yeni kitablarınızın çapı, yeni tədqiqatlarınız bu yaşda da davam edirmi?
Təbii ki, 80 yaşın müdrikliyi ilə bərabər kədəri də var. Bizim nəslimiz uzunömürlü və zəhmətkeş nəsildir. Hər şeyə rəğmən elmi araşdırmalarım, tədqiqatlarım, elmi işlərim davam edir. 80 il yaşamaq və 54 il elmlə məşğul olmaq hər insana nəsib olan xoşbəxtlik deyil. Bu xoşbəxtliyi mənə yaşadan, məni bu yaşda da gümrah saxlayan Allahıma çox minnətdaram. Nə arzu etmişəmsə, Allahdan nə istəmişəmsə mənə verib. Mərhum ömür-gün yoldaşım Səfurə xanım mənim uğurlarımda, yüksəlişimdə əsil çiyindaşım olub. Əksər əsərlərimi makinada yazan, korrektə və redaktə edən o olub. O həm də gözəl ədəbiyyat adamı idi. Hisslərə, şeirə qiymət verə bilirdi. Məni anlaması, başa düşməsi, mənə qol-qanad olması, uğurlarıma sevinməsi elm adamı kimi mənə

böyük stimul olub. Bəlkə də 80 il yaşamağıma səbəb gözəl ailəmin olmasıdır. Övladlarım da, nəvələrim də, nəticəm də mənim qol-qanadım, yaşamağa sevgimdir.

Bir gündə olsun elmdən ayrı qalmıram. Demək olar ki, hər gün elmlə məşğulam. Bu yaxınlarda “Aşıq Şəmşirin poetik aləminə səyahət”, “Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi” adlı kitablarım çap olunub. “Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi” adlı əsərim Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi
SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR

ilə Anadolu türkcəsinə uyğulanıb və nəşr olunub. Ümumiyyətlə 54 ildə bir alimi xoşbəxt edə biləcək 50 kitabım, o cümlədən 20 monoqrafiyam çap olunub.


Yubiley ərəfəsində hansı qurumlardan bəkləntiləriniz var? Yubiley tədbirləri gözlənilirmi?
Azərbaycan Yazıçılar Birliyinin, Mədəniyyət və Turizm Nazirliyin, GDU-nun diqqətini gözləyirəm. Tanıyanlar bilir ki, mən yubiley həvəskarı deyiləm. Bir dəstə gül, bir təbrik məktubu mənə yetərlidir.
Sədnik Paşa Pirsultanlı bir folklorşünas kimi geriyə boylananda hansı yarımçıq qalmış işlərə təəssüflənir?
1961-ci ildə Aşıq Bəstinin şeirlərini toplamaq üçün at belində Kəlbəcəri kənd-kənd gəzirdim. Nadirxanlı kəndində Aşıq Hüseyn Qılınclının qonağıydım. Aşıq mənə dedi ki, əzbərimdə “Vaqif” adlı dastan var. Gəl danışım yaz maqintafon lentinə. Əsil sərvət budur. Sən tez kitab çıxarıb məhşurlaşmaq istəyirsən ancaq belə gözəl bir dastan itib gedə bilər. Aşığın sözünə qulaq asmayıb Aşıq Bəstinin şeirlərini toplamağa davam elədim. Bir il sonra Nadirxanlıya qayıdanda Aşıq Hüseyn tanrı rəhmətinə qovuşmuşdu. Təəssüf ki, belə gözəl bir inci yazıya alınmadı.

Bir də Göyçənin Qoşabulaq kəndində, Daşkəndli şair Məmmədhüseynin nəvəsi Mirvari Əsəd qızının çox gözəl şeirləri vardı. Təəssüf ki, işimin çoxluğundan yalnız onun üç şeirini yazıya ala bildim.



Ümumilikdə isə bir vətəndaş kimi itirilən yurd yerlərimiz məni daha çox təəssüfləndirdi. Dərbənd, Təbriz, Göyçə, Qarabağ kimi gözəl yerlərin itirilməsi məni çox təəssüfləndirir.
Müsahibə verdiyiniz üçün təşəkür edirik.
Söhbətləşdi: Cəlil Cavanşir
Müsahibə may ayında Sədnik Paşa Pirsultanlının yubileyi münasibətilə “Mərkəz” qəzetində, www.celilyurdseven.tk internet saytında, “Turan Eli” qəzetində, “Molla Nəsrəddin dünyası” jurnalında dərc olunub.


SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR
Sədnik Paşa Pirsultanlı (Paşayev Sədnik Xəlil oğlu)



  1. Paşayev Sədnik Xəlil oğlu




  1. Pirsultanlı




  1. Şair




  1. Filologiya elmlər doktoru, professor




  1. 1988-ci ilin dekabr ayının 30-da “Əmək veteranı”, 1992-ci ilin may ayının 4-də Əməkdar Mədəniyyət işçisi, 2007-ci ilin yanvar ayında Qabaqcıl Təhsil işçisi, Türkiyə Cumhuriyyəti Kültür Bakanlığının “Teşekkür belgesi”-ni almışdır.




  1. 20 may 1929-cu il tarixdə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub.




  1. 1946-cı ildə “Daşkəsən” qəzetində “Zəfər bayramı” adlı ilk şeiri çap olunub.




  1. Natamam orta təhsilini Qazaxyolçular kəndində, orta təhsilini Dəstəfur internat məktəbində alıb. 1950-ci ildə H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) birinci kursuna qəbul olunub, 1954-cü ildə Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib.




  1. 2004-cü ildən AYB-nin üzvüdür.




  1. 1955-ci ildən 1970-ci ilə qədər “Yeni Daşkəsən” (Daşkəsən), “Mübariz” (Goranboy) və “Yenilik” (Kəlbəcər) rayon qəzetlərində redaktor, “Kirovabad kommunisti” qəzetinin məsul katibi işləyib. 1970-ci ilin oktyabr ayında H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna müsabiqə yolu ilə müəllim qəbul olunub, baş müəllim, dosent vəzifələrində işləyib. Hal-hazırda Gəncə Dövlət Universitetinin professorudur.




  1. 1993-cü ildən Ankarada keçirilən “İpək yolu uluslararası xalq ədəbiyyatı simpoziumu”nda və Nev şəhərində keçirilən “Hacı Veli Bektaşi” törənində məruzəçi kimi çıxış edib.




  1. 1955-ci ilin iyul ayından “Bilik” cəmiyyətinin, 1960-ci ilin iyun ayından Jurnalistlər Birliyinin, 1989-cu ilin aprel ayından Aşıqlar Birliyinin, 1998-ci ilin oktyabr ayından Azərbaycan Vətən Müharibəsi Veteranlar


SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR

Birliyinin (fəxri), 2003-cü ilin iyun ayından Yeni Azərbaycan Partiyasının, 2004-cü ilin aprel ayından Yazıçılar Birliyinin üzvüdür.




  1. Almaniya Avropa Türk-İslam Birliyinin dəvəti ilə “Yunus İmrəyə sevgi ili” kutlamalarında məruzəçi kimi çıxış edib, Türkiyədə, elmi konfraslarda və simpoziumlarda iştirak edib, ali məktəblərdə dərs deyib, İranda yaradıcılıq səfərində olub.




  1. 2007-ci ildə “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub




  1. Kitablarının siyahisi



  1. Лалə, Ашыг Бəсти. Эəнълик, Бакı, 1969, 55 səh, 10.000 nüsxə

  2. Йашайан əфсанəлəр, Эəнълик, Bakı, 1973, 78 səh, 4.000 nüsxə

  3. Xəstə Гасым, Эəнълик, Bakı, 1975, 64 səh, 2.200 nüsxə

  4. Йурdумузун əфсанəлəри, Бакı, 1976, 45 səh, 30.000 nüsxə

  5. Низами вə фолклор, Билик, Бакı, 1976, 65 səh, 2.500 nüsxə

  6. Йанардаь əфсанəлəри, Эəнълик, Бакı, 1978, 160 səh, 20.000 nüsxə

  7. Азəрбайъан xалq йараdыъылыьынын inkişafı, Билик, Бакı, 1981, 40 səh, 1000 nüsxə

  8. Низами və xalq əfsanələri, Эəнълик, Бакı, 1983, 128 səh, 4.000 nüsxə

  9. Байатылар (топлайанлар: В. Вəлийев, С. Пашайев), Йазыçы, Бакı, 1985, 200 səh, 40.000 nüsxə

  10. Azərbaycan əfsanələrinin öyrənilməsi, Билик, Бакı, 1985, 70 səh, 500 nüsxə

  11. Азəрбайъан xalq əфсанəлəри, Йазычы, Бакı, 1985, 285 səh, 50.000 nüsxə

  12. Азəрбайъан mifoloji мəтнлəри, Елм, Бакı, 1988, (топлайанлар Сəдник Пашайев, Маqбет Əщмəдов, Ариф Ращимов, Ариф Аъаlov), 180 səh, 25.000 nüsxə

  13. Азəрбайъан Фолклору вə ашыq йарадыъылыьы (дəрс китабы), Азəрбайъан Дöвлəт Университеtи Нəшрийyаты, Бакı, 1989, 88 səh, 500 nüsxə

  14. Azərbaycan xalq dastanlarının tədrisinə dair (metodik göstəriş), Bakı, 1989, səh 48, nüsxə 500

  15. ХЫХ əsr Азəрбайъан ашыq йараdыъылыьы (дəрс vəsaiti), Азəрбайъан ДПИ- нин нəшрийyаты, Бакı, 1990, 98 səh, 500 nüsxə

  16. Öz səsim (şeirlər), İdeya nəşriyyatı, Gəncə, 1990, 72 səh, 500 nüsxə


SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR



  1. Азəрбайъан xalq сюйлəмəлəри, Йазыçы, Бакı, 1992, 211 səh, 10.000 nüsxə

  2. Пирсултан булаьы (шeирлəр), Елм, Бакı, 1994, 110 səh, 1000 nüsxə

  3. Инъичичəyим (шeирлəр), Эəнъə, 1996, 100 səh, 500 nüsxə

  4. Караьан Усубун lətifələri, Gəncə, 1997, тəкрар 2000, 2001, 37 səh, 1000 nüsxə

  5. Xalqın söz mirvariləri, Азəрнəшр, 1999, 110 səh, 500 nüsxə

  6. Илащи бир сəс (шeирлəр), Эəнъə, 1999, 110 səh, 500 nüsxə

  7. Унну Аьъанын lətifələri, Еколоgiya nəşriyyatı, Эəнъə, 1999, 60 səh, 500 nüsxə

  8. Ağdabanlı şair Qurban, Эəнълик, Бакı, 2000, 177 səh, 500 nüsxə

  9. Дабровол Qасымын lətifələri, «Əsgəroğlu»,Gəncə, 2001, 62 səh, 200 nüsxə

  10. Йəщйа бəй Дилгəмə el-oba məhəbbəti, Бакı, Аэащ 2001, 105 səh, 600 nüsxə

  11. Ашыq Бəсти “Bənövşələr” “Əсэəроьлу”, Gəncə, 2001, 80 səh, 300 nüsxə

  12. Heca vəznli şeir və mənzum atalar sözləri, Эəнъə, Аэащ, 2001, 110 səh, 200 nüsxə

  13. Heca vəznli tapmacaların inkişafı, AGAH nəşriyyatı, Gəncə, 2001, 110 səh, 300 nüsxə

  14. Азəрбайъан епосунуn əфсанə qaynaqları, Азəрнəшр, Бакı, 2002, 102 səh, 500 nüsxə

  15. Qaraxanlı Künə Dəmirin lətifələri, Эəнъə, «Pirsultan», 2002, 51 səh, 200 nüsxə

  16. Qамышлы шаир Рцстəм, «Laçın qaya, çal yadıma düşəndə», Gəncə, «Pirsultan», 2002, 80 səh, 300 nüsxə

  17. Yuxular олмасайды, «Pirsultan», 2002, 60 səh, 150 nüsxə

  18. Озан-Ашыq сəнəтинин nəzəri мəсəлəлəри, Бакı, Озан, 2002, 208 səh, 250 nüsxə

  19. Озан-Ашыq йарадыъылыьынa dair арашdıрмалар, Ы ъилd, Эəнъə, «Pirsultan», 2002, 203 səh, 150 nüsxə

  20. Озан-Ашыq йарадыъылыьынa dair арашdырмалар, ЫЫ ъилd, Эəнъə, «Pirsultan», 2002, 230 səh, 100 nüsxə

  21. Бир ичим нəьмə (шeирлəр), Эəнъə, «Pirsultan», 2003, 70 səh, 100 nüsxə

  22. Щeъа вəзнли байаты ве qошма мöъüзəлərи, Эəncə, «Pirsultan», 2003, 80 səh, 100 nüsxə

  23. Эəнъəбасар lətifələri, Эəнъə, «Аgah», 2005, 201 səh, 300 nüsxə

  24. Бир чичəк дə Вəтəндi, Эəнъə, 2005, 127 səh, 200 nüsxə

SƏDNİK PAŞA PİRSULTANLI -80 TƏBRİKLƏR



  1. Əsatirlər, əfsanələr, rəvayətlər( S.P.Pirsultanlı və digər müəlliflər), “Şərq-Qərb”, 2005, 304 səh, 2500 nüsxə

  2. Мир Ъəфəр Баьыров йаddашларда, «Pirsultan», Gəncə, 2005, 80 səh, 100 nüsxə

  3. Елдəн-обадан eşitdiklərim, Эəнъə, «Аgah», 2005, 170 səh, 200 nüsxə

  4. Yıldızdağdan əsən külək, Gəncə, 2006, 100 səh, 200 nüsxə

  5. Azərbaycan Folkloruna dair tədqiqlər, Gəncə, 2006, 402 səh, 200 nüsxə

  6. Publisistika və folklor, Gəncə, 330 səh, 200 nüsxə.

  7. Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi, Elm, 2007, 310 səh, 500 nüsxə

  8. Pirsultan Pinarı, ( Şeirlər), «Pirsultan», Gəncə, 2007, 666 səh, 100 nüsxə

  9. Saz nəfəsli şeirlərim, «Pirsultan», Gəncə, 2008, 121 səh, 200 nüsxə

  10. Aşıq Şəmşirin poetik aləminə səyahət, “Təknur”, Bakı, 2008, 295 səh, 500 nüsxə

  11. Azərbaycan türklərinin xalq əfsanələri, Azərnəşr 2009, 427 səh, 200 nüsxə






Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə