Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə14/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   10   11   12   13   14   15   16   17   ...   78

 
62
Bu sənət yolunda yollar nahamar
sən məni nahaqdan yorma, a sarban. 
Hər misra üstündə ürəyim qabar, 
qısqanıb qəsdimə durma, a sarban. 
 
Mən kiməm? – bu yolda milyondan biri, 
qəvvaslar yanında bir naşı fəhlə. 
Ancaq şeirə könül verəndən bəri 
gedirəm ümidlə, səylə, fərəhlə. 
 
Şeirimdir möhnətim, bəxtiyarlığım, 
şeirim idrakımdan, qəlbimdən keçər. 
Mənim yazdıqlarım, mənim varlığım, 
hələ ki, kağızdan kağıza köçər. 
 
 
 
ŞAİRLƏR ÇOXALIR 
 
Haçandır ortada gəzir söz-söhbət, 
susur xiridarlar, meyar hardadır? 
Şairlər çoxalır, söyləyir xilqət
şairin çoxluğu təşviş yaradır. 
 
Xalqına tövhədir, hər şair “mən”i, 
şairdən elinə gəlməz ki xətər. 
Yurdun əsrarəngiz gözəlliyini 
kimsə vəsf etməmiş şairlər qədər. 
 
Şairlər həmişə qayğıkeş, öndə, 
şair Vətən oğlu, şair bəşəri. 
Millətin, dövlətin çətin günündə  
şahları mat qoyub şair hünəri. 
 
Şairlər artırsa, çoxalır demək 
fikri, əqidəsi, istəyi saflar. 
Naqislər Vətənə sahib çıxanda 
vətəndaş şairin ürəyi çatlar. 


 
63 
 
Çoxalsın ilbəil, artsın müttəsil 
zamanın ruhuna hakim şairlər. 
Artsın təbi rəvan, biliyi kamil 
müəllim, mühəndis, həkim şairlər. 
 
Sənət çəmənzartək çiçək çələngi
al-əlvan gülləri gülər qış-bahar. 
Burda hər qönçənin öz ətri, rəngi, 
burda hər butanın öz ahəngi var. 
 
Gərək qorxutmasın kimsəni bu iş, 
daralmaz meydanı, sözə yol verin. 
Sənət asimanı səmadan geniş, 
sənət kainatı dəryadan dərin. 
 
Şairlik ilahi qüdrətdir, onun 
nə əvvəli vardır, nə də ki, sonu. 
İstedad binadan fitrətdir, onun 
kəsə bilməmişdir kimsə yolunu. 
 
Nə çox aramızda cahil olanlar, 
sabirlər onlara “həpənd” deyiblər. 
Bilirik, tarixən bu cür insanlar 
peyğəmbərlərə də rişxənd ediblər. 
 
Xəyalı göylərdə gəzsə də hərdən
şair sadə insan, mindən biridir. 
Mələklər göylərdə, şairlər yerdə 
Tanrının söz deyən elçiləridir. 
 
Min illər, gör, neçə şair söz dedi, 
meydan nə kiçildi, nə də ki doldu. 
Nə Homer, Hilhameş birinci idi, 
nə bizim Şəhriyar sonuncu oldu. 
 


 
64
 
Nə zaman, nə məkan meyarı vardır, 
ilham bir pəridir ədalı, nazlı. 
Öz şah əsərini Puşkin çox erkən, 
Firdovsi 60 yaşında yazdı. 
 
Yetər bir söz desin əbədiyaşar, 
təki ömrü-günü ötməsin hədər. 
Şairə sənətdə həmişə yer var
cənnətdə möminə yer olan qədər. 
 
 
 
MƏMMƏD ARAZ KARANDAŞI 
 
Xətainin qılıncını suvardım, 
Məmməd Araz karandaşı göyərdi

                       
Məmməd Araz 
 
Nə yatmısan, qoca vulkan – deyən şair, 
qalx ayağa, Azərbaycan –  deyən şair, 
ömrü boyu qüssə, kədər yeyən şair, 
dərdi böyük, qəlbi qübar Məmməd Araz
Xətainin qılıncını suvar, suvar Məmməd Araz. 
 
Eşitdinmi, Vətən oğlu, at çiyninə yapıncını? 
Yuxun qaçsın, çöldə-düzdə səngər qurub 
 
 
 
 
 
daşdan düzəlt balıncını. 
Qoyma bir an korşalmağa öz qınında qılıncını, 
ər görəndə, nər görəndə düşmən susar, Məmməd Araz, 
Xətainin qılıncını suvar, suvar Məmməd Araz. 
 
Yox haqqımız vəsf etməyə toy-mağarda Qarabağı, 
üzümüzə bir sillədir Topxananın hər yarpağı. 
Kimlər verdi, kimlər satdı yağılara bu torpağı? 
Ürəyimdən daş asılar, qanlar axar, Məmməd Araz, 
Xətainin qılıncını suvar, suvar Məmməd Araz. 


 
65 
Nə müddətdir Vaqif çəkir cəbri orda, 
tükənibdir qız-gəlinin səbri orda. 
Ağı deyir Ələsgərin qəbri orda, 
hamımızın gözləri kor, qulağı kar, Məmməd Araz, 
Xətainin qılıncını suvar, suvar Məmməd Araz. 
 
Yağı düşmən igidləri qollarından kəsir indi, 
hiddətindən Qoç Koroğlu at belində əsir indi. 
Qarışdırıb yuxusunu, Həzi düşüb əsir indi
bundan ağır bir dərdmi var, bir günmü var, Məmməd Araz? 
Xətainin qılıncını suvar, suvar, Məmməd Araz. 
 
Çox başçılar min fənd ilə meydan açdı söz deməyə, 
öz başını qorumaqçün sus deməyə, döz deməyə. 
Türk oğlu türk, dar günündə gəlməyəcək yad  köməyə! 
Yolumuzu tapmayınca olarıq xar, Məmməd Araz, 
Xətainin qılıncını suvar, suvar, Məmməd Araz. 
 
Çoxu gedib Həcc yolunda dilər keçsin günahından, 
möminləri nicat istər Xudavəndin dərgahından. 
Zalımlara xətər yetməz məzlumların yüz ahından, 
haqq yolunda, din yolunda olduq biar, Məmməd Araz, 
Xətainin qılıncını suvar, suvar Məmməd Araz. 
 
Xalqın yaşar ulusu sən, öndəri sən, 
söz mülkündə at oynadan hünəri sən, 
hayqır qalxsın çağırışınla Azəri sən! 
Zavallı xalq qurtuluşu səndə arar, Məmməd Araz, 
Xətainin qılıncını suvar, suvar, Məmməd Araz. 
 
Tariximə abidədir şəhidlərin məzar daşı, 
torpağımın daş yaddaşı, taleyimin qan yaddaşı. 
Yurdu talan olan şair, neyləyirdin karandaşı? 
İndi yalnız silah verər yurda qərar, Məmməd Araz, 
Xətainin qılıncını suvar, suvar, Məmməd Araz. 
Məmməd Araz karandaşın bir də suvar, Məmməd Araz! 


 
66
ARTAN BƏLAMIZA, AZALAN YAŞIMIZA 
 
Milli tariximizin 
yaddaşımıza yazılan 
ən güclü insanı, 
sağlamı, igidi, pəhləvanı 
Qoç Koroğlu: 
–  İnsan üçün ömür 
30 yaşdan yuxarı 
üzüaşağıdır –  deyib. 
Yəni 30 yaşından sonra 
qocalmağa başladığına 
eyham eyləyib. 
O hələ eramızdan əvvəl yaşayıb, 
dağ döşündə ömür sürüb, 
bulaq suyu içib. 
Ekoloji təmiz ərzaq yeyib. 
Özü də o dövrdə əksər insanlar 
150-200 il yaşayıb. 
İndi insanlar nə qədər yaşayır? 
Təxminən 65-75 yaş arası. 
Bu məntiqlə Koroğlunun 
nəzərdə tutduğu qocalığa keçid 
30 yaşdan düşməlidir ən azı 25 yaşa. 
Hünərin var, indi ömrü sağlam yaşa? 
Çünki XX əsrin texniki eybəcərlikləri 
zəhərləyir suyu, havanı, torpağı, 
                             pozur əsəbləri. 
Bunlar hamısı şərtdir, bəs necə? 
İndi insanların əksəriyyəti 
mübtəladırsa əgər 
erkən ürək ağrısına, 
qan xəstəliklərinə, 
şəkərə, yaman şişə, 
deməli hər il nə qədər insan  
doğulur eybəcər – 
gözü kor, ağlı kəm, 
qoldan, qıçdan şikəst, daxili qüsurlu... 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə