Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə17/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   13   14   15   16   17   18   19   20   ...   78

 
77 
TALESİZ QIZLAR 
 
İndi şəhər və kəndlərimizdə cavanlıq yaşı çoxdan ötmüş on minlər-
lə ismətli qız səadətini ləyaqətinə qurban verərək, ata evində, taleyini 
elçi daşına bağlamışdır. Onların böyük əksəriyyəti kasıb balalarıdır! 
       
Hansı güc qarğıyır onları belə, 
bağlanır baxtları baxtsız qızların? 
Qəlbində ümidi qalsa da hələ, 
ağarır saçları vaxtsız qızların. 
 
Yaşı yaşdan keçər, baxtı açılmaz, 
istisi duyulmaz bu ulduzların. 
Gəlinlik boxçası, taxtı açılmaz, 
gəlinlik üzünə həsrət qızların. 
 
Dönər göz yaşına səyi, gileyi, 
keçər ömrü-günü güman içində. 
Taleyi bir azmış gəmi taleyi, 
yol gedər hələ ki, duman içində. 
 
Oyatmaz bir qəlbdə sevgi-məhəbbət
nəzərdən, diqqətdən silinər daha. 
Elçi sevdasında aldığı qiymət 
acı həqiqəttək bilinər daha. 
 
Bu dönük taleyin səbəbi aydın, 
yarı arxasızlıq, yarı ehtiyac. 
Dünyaya sevilmək öyrədən qadın 
qalıbdı bir zərrə qayğıya möhtac! 
 
Subaylar imkanlı qız seçir indi, 
bu cür qohumluğu hünər sayan çox. 
Duydum, qəlbinizdən nə keçir indi, 
qoymuşuq qeyrəti şöhrətə girov! 
 
Şöhrət gəziriksə hər şeydən öncə, 
bədbəxt tükəzbanlar azalmaz, bacım! 
Xəstə düşüncəmiz dəyişməyincə 
sizə sağlam tale yazılmaz, bacım! 


 
78
Gör, kimə qıyırsan, ay adil Allah, 
budurmu yazdığın alın yazısı? 
Kasıb daxmasında ömür çürüdür 
bir yazıq atanın qarımış qızı. 
 
Ya Rəbbim, bir anlıq zülmünü unut, 
onsuz da çətin vaxt, ağır dövrandı. 
Uçurt asimanı başıma, uçurt, 
ancaq bu qızlara qıyma, amandı! 
 
Nə qədər dərd-səri vardı bu elin, 
ah, nələr çəkirlər qız anaları. 
Ay subay oğlanlar, yığışın, gəlin, 
sevin, gəlin edin bu sonaları. 
 
 
 
YAŞINDAN NEÇƏ İL TEZ QOCALANLAR 
 
 
Bizim dövrün yaşa dolmuş insanlarının əksəriyyəti  
sinnindən 10-15 il qoca görünürlər 
  
Bizim taleyimiz dövrün tarixi, 
bizim qismətimiz ağrı, qəm, kədər. 
Tərsinə döndükcə fələyin çarxı, 
keçir günlərimiz əzablı, hədər. 
Xalqın dərd-sərinə şərik olanlar
yaşından neçə il tez qocalanlar. 
 
Aşkarlıq, aydınlıq, yenidənqurma, 
neçə növ fırıldaq, neçə cür qurma. 
Qaçqınlıq dövrünə düşdü ömrümüz, 
köçkünlük dövrünə düşdü ömrümüz. 
Haqsız təqiblərə məruz qalanlar, 
yaşından neçə il tez qocalanlar. 
 
 


 
79 
Nə çoxmuş arada dil pəhləvanı, 
meydan sərkərdəsi, söz qəhrəmanı. 
Uca kürsülərə yalanla gəldik, 
nakəslə, təfriqə salanla gəldik. 
Çaşdırdı milləti növ-növ yalanlar, 
yaşından neçə il tez qocalanlar. 
 
Biz niyə bu qədər sadəlövh olduq, 
ağlı dayaz olduq, əhli-kef olduq? 
İndi iş gəzirik qul bazarında, 
yayın istisində, qışın qarında. 
Bizik evi viran, yurdu talanlar, 
yaşından neçə il tez qocalanlar. 
 
Ey millət, gücünə inamı artır, 
silkin, biganəlik hissindən qurtul. 
Qüvvətli olurlar gec ayılanlar, 
qəzəbli olurlar gic sayılanlar. 
Siz ey ayaq altda düşüb qalanlar, 
səbr kasaları seltək dolanlar, 
yaşından neçə il tez qocalanlar. 
 
 
 
İKİ TALE 
 
Biri çox şərəfli bir ömür yaşadı, 
çiyinlərində comərdlik yükü daşıdı. 
Heç kimə əyilmədi, sınmadı. 
Azğınlıqla barışmaz oldu, 
həmişə çətinliyi, əzabı seçdi, 
həyatı, mübarizələrdə keçdi. 
Heç vaxt da yolundan dönmədi, 
odur ki, qaçılmaz oldu 
ağrılı, acılı günləri... 
Digəri həyatın “nəbzini tutdu”, 
başını girləmək xətrinə 
hər tərəfə əyildi


 
80
neçə yerdən qovuldu, 
neçə yerdə döyüldü, söyüldü, 
hamısını da qəbul etdi, 
təki, istəyinə, məqsədinə çatsın. 
Şan-şöhrət, var-dövlət yolunda 
bir addım da irəli atsın. 
Onun üçün fərqi yox idi 
ya ləyaqəti tapdansın, 
ya dostlarını, doğmalarını satsın. 
Nə həqarətdən utanırdı, 
nə ətrafının tənəsini vecinə alırdı. 
Beləcə, naqisliklə böyüyüb artdı, 
vəzifə, mənsəb tapdı, 
çox yüksək məqamlara çatdı. 
Ləyaqətli isə... 
Kişi kimi yaşadığından 
daim çətinlik, iztirab gördü və... 
İmkansızlığından 
ömrü yarımçıq başa vurdu. 
 
 
 
MİN ŞÜKÜR 
 
Çiçək açdı xalqın arzu butası, 
bu canlanan şəriətə min şükür! 
«Həmd» söyləyir indi millət atası, 
həqdən gələn bu hikmətə min şükür! 
 
Nələr çəkdik, nələr gördük, İlahi, 
zalım yəqin bilir nəydi günahı. 
Göydən nazil oldu haqqın dərgahı, 
bu yüksələn fəzilətə min şükür! 
 
İçimizdə həm xof vardı, həm hədə, 
məscid yolu yasaq idi millətə. 
İndi Həccə, Kərbəlaya, Məşhədə 
kimlər getmir ziyarətə, min şükür! 


 
81 
Köksümüzdə iman dolu bir dəniz, 
qoy saflaşsın əqidəmiz, əqlimiz. 
Hüzuruna xaliqinin pak, təmiz 
gedə bilən bu ümmətə min şükür! 
 
Əzan səsi bir sehrdir içimdə
yox qeyri səs bu ölçüdə, biçimdə. 
Muğamatın yanğısı var içində, 
səsindəki təravətə min şükür! 
 
Şeyx yaratdı bu bənzərsiz özəyi
*

hacılardır məclislərin bəzəyi. 
Şəkər dadır süfrəsində çörəyi, 
bu işrətsiz ziyafətə min şükür! 
 
Ucaldıqca minarələr baş-başa, 
elim-obam tamaşadır, tamaşa. 
Yaşa, xalqım, yaşa, dinim, min yaşa, 
bu əbədi məhəbbətə min şükür! 
 
 
 
VƏTƏN BİZİM PƏNAHIMIZ 
 
 
Körpələr evində böyüyən uşaqlara 
 
Vətən bizim pənahımız, 
Vətən bizim gülzarımız. 
Çəkər daim qayğımızı 
bu sevimli diyarımız. 
 
Vətən bizim atamızdır, 
Vətən bizim anamızdır. 
Uca adı qəlbimizdə 
yaşayacaq andımızdır. 
                                                 
*
 Гафгаз мцсялманлары Дини идарясинин ряиси, Шейхцл-Ислам, Щаъы Аллащшцкцр 
Пашазадя нязярдя тутулур. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə