Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə15/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   11   12   13   14   15   16   17   18   ...   78

 
67 
Hamısı da yaşayır bir təhər. 
İnsan orqanizmi get-gedə zərifləşir
insanın sağlamlığı get-gedə zəifləyir. 
Bütün bunlara ciddi yanaşmaq gərək. 
Zamana uyğun yaşamaq gərək. 
Əgər xəstəliklər bu cür cavanlaşırsa, 
biz erkən qocalırıq demək. 
Heyf, biz imkansızların əlindən  
bir qlobal iş də gəlmir ki, görək. 
Yazıq, qısa ömrünü 
ağır xəstəliklərlə yaşayan imkansızlara. 
Onlar kimdən və hardan diləsinlər kömək? 
Necə dözürsən bu haqsızlığa, 
içindən nələr keçir, 
özü ağrılı duyğularla dolu, 
sahibi fiziki qüsurlu  
zavallı ürək, ürək?! 
 
 
 
ÖZ YERİNİ BİLMƏYƏNLƏRƏ 
 
Sən ey ağlı tam yetkinləşmədiyi üçün 
özündən razı insan, 
söylə, nə vaxt 
anlayıb ağıllanacaqsan? 
Yerli-yersiz danışıb qaçırırsan 
hər sözun dadını, 
adam da bu qədər bezdirər adamı? 
Özünü çox gözə soxmağa çalışma, 
sənə aid olmayan işlərə qarışma. 
Bir azca artırıb səbrini, 
bil özün özünün qədrini. 
 
Sən ey emosiyası daşan, 
kəmhövsələ insan. 
Səndən fərqli olaraq  
mən özümə hörmət edən adamam. 


 
68
Söz verilməyən məclisdə, 
lüzum duymadığım yerdə 
danışmaram heç zaman. 
Sakitcə oturub dinləyərəm, anlayaram, duyaram, 
məclisdən bu sayaq həzz alıb doyaram. 
Deyəcəyim üçcə kəlmə söz olar. 
Gələndə səmimi bir «salam», 
gedəndə – «sağ olun, hələlik» –  vəssalam. 
 
 
GÖZƏLLİK QADINDIR,  
QADIN GÖZƏLLİK 
 
Hər kəsin dünyadan bir umacağı, 
hər ömrün taledən öz istəyi var. 
Körpənin sevdiyi ana qucağı, 
şairin qəlbində söz istəyi var. 
 
Doğulduq, bir evə sevinc gətirdik
böyüdük anaya məhəbbət ilə. 
Biz nəyi qazandıq, nəyi itirdik, 
qadına vurğunluq, sədaqət ilə? 
 
Hərə öz əksini tapır həyatda, 
niyyətin harasa, mənzilin orda. 
Mənim ürəyimdən bir arzu keçər, 
gözəllik toxumu səpək bu yurda. 
 
Pərəstiş yaradar gözəllik sözü, 
gözəllik sədd çəkər kin-küdurətə. 
Şeir peyğəmbəri Füzuli özü 
bir gözəl önündə gəlmiş heyrətə! 
 
Gözəllik yaranmış hər şeydən öncə
gözəllik güc-qüvvət, gözəllik işıq. 
Hər bir gözəllikdən birinci, məncə 
bir gözəl qadındır ömrə yaraşıq. 


 
69 
 
Həmişə əmniyyət gətirmiş bizə,  
nə qədər qəddarı ovsunlamışlar. 
Bir gözəl qadına, bir gözəl qıza 
xaqanlar ölkələr bağışlamışlar. 
 
Gözəllik qadındır, qadın gözəllik,  
bu ülvi varlığın adına qurban.  
Bir ömür borcluyuq ona ömürlük, 
kimlər getməmişdir qadına qurban?! 
 
Nə yaxşı, qorunub yaşar yaddaşım, 
Qadınçün Fərhadtək ölənə əhsən! 
Bir gözəl çöhrəyə, mömin qardaşım, 
Cənnəti əlindən verənə əhsən! 
 
Odur səcdəgahı duyan qəlbərin, 
müqəddəs Məkkədir, Nurlu Mədinə. 
Gözəllik önündə baş əyməyənlər, 
gəlməz heç bir zaman imana, dinə. 
 
Daim başımızın tacıdır qadın, 
baxışı, işvəsi, sözü gözəldir. 
Anadır, övladdır, bacıdır qadın, 
qadının biri yox, yüzü gözəldir. 
 
Özü İlahidir, ətri Müşk-ənbər
deyilməz qeyri söz adından öncə. 
Məni bağışlasın Adəm peyğəmbər, 
yarana bilməzdi qadından öncə! 
 
Gözəllik, qəlbimin sevgi hədəfi, 
önündə yay kimi gərilirəm mən. 
Bir gözəl sevəndə yüz yol ölürəm, 
bir gözəl görəndə diirilirəm mən! 
 
 


 
70
YAXŞI KİŞİLƏRƏ 
 
Yaxşı kişilərlə dostluq edin. 
Məhəmməd peyğəmbər (s.a və a.s.) 
 
Bütün ölçülərin başında durar 
haqqı əzəmətlə ölçülən kişi. 
Gözündən od yağar, çöhrəsindən nur 
yüz kişi içində seçilən kişi. 
 
Yox bir əməlində naqislik, eyib, 
hamıya dost deyib, qardaş söyləyib. 
Nə mənsəb, nə dövlət onu əyməyib, 
kişilik boyuna biçilən kişi. 
 
Bir halal insandır, zatı pak, nəcib, 
daim məclis qurub, süfrə bəzəyib. 
Hələ dodağına içki dəyməyib, 
gündə sağlığına içilən kişi. 
 
Bir “dağ aşırsa” da, bir “sağ ol” bəsi, 
bəşərin səxavət mücəssəməsi, 
Çətində hamının ərki, kimsəsi, 
yolunda canından keçilən kişi. 
 
Yaxşılıq bənzərsiz sınaq, imtahan, 
Tanrı hamımıza yetirsin məqam. 
Yaxşılar ucalsın, artsın hər zaman
nə çox aramızda kiçilən kişi. 
 
Ən şirin arzunun özü xoş savaş, 
bu da bir istəkdi söylədim, qardaş. 
Bu sayaq müqəddəs yol seçəydi kaş, 
özünü ər sayan, nər bilən kişi! 
 
 
 


 
71 
MİNİLLİYİN AYRICINDA 
 
Bəlkə elə xoşbəxtlərin xoşbəxti bizik
yeni ili, yeni əsri qarşılayırıq. 
İki mini yola salıb, il ayrıcında 
yeni gələn minilliyi qarşılayırıq. 
 
İki min il ötüb keçdi yeni eradan 
qərinələr, milyon illər qovhaqovunda. 
Demək, korluq çəkməmişik zaman sarıdan, 
bərkimişik əsrlərin od-alovunda. 
 
Çox dahilər görüb bəşər öz tarixində, 
hərəsinin arxasında danılmaz hünər. 
Ancaq bütün ucalardan yüksəkdə durar 
fövqəlbəşər şəxsiyyətlər – iki peyğəmbər. 
 
Yeni dövrün ilk ilində Həzrəti İsa 
yazmış bəşər tarixinə öz imzasını. 
Bu peyğəmbər yaşasa da ömrü çox qısa, 
vermiş Adəm övladına xoş rizasını. 
 
İlahi bir sehr varmış hər kəlməsində, 
sinə gərmiş istibdada qolları bağlı. 
İnsanlığın humanistlik səlnaməsi də 
bu möhtəşəm peyğəmbərin adıyla bağlı. 
 
O zamandan ötüb keçmiş neçə yüz illər
gəlmiş sonuncu peyğəmbər – Ali Məhəmməd. 
Demiş şübhə edən varsa verim şəhadət, 
qalxıb gördüm Meracı mən – Allahu Səməd! 
 
Bu da onun kitabıdır – Qurani-Kərim, 
hər kəlməsi, hər surəsi bir səmavi sirr. 
Tövbə, əgər bir sözündən varsa xəbərim, 
mələklərlə nazil olmuş ayələr bir-bir… 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə