Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə13/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   9   10   11   12   13   14   15   16   ...   78

 
57 
 
Baxma ki, özündən razıdır hər kəs, 
Hamıya sağlam ruh, bədən verilməz. 
Milyon nataraza bir ağıllı bəs, 
Səni qorxutmasın, qoy azlar, bala. 
 
Axdıqca ciblərə bu xalqın varı, 
Unutduq vədləri, əhdi, ilqarı. 
Söz vermək ayrıdır, iş görmək ayrı, 
Yenə fənd axtarır işbazlar, bala. 
 
Biz kimdən öyrənək mədəniyyəti, 
Böyüklər nəfsi ac, mədə niyyətli. 
Hələ azdır bizdə kişi qeyrəti, 
Hələ ürəyimiz sızıldar, bala! 
 
 
 
KEÇİD DÖVRÜ 
 
Köçkünlüyün və keçid dövrünün çox sınaqlarına  
mübarizəsinə sinə gərmiş, ən mürəkkəb anlarda  
ləyaqətini və simasını  qoruyub saxlaya bilmiş, ürəyində  
yurd nisgili daşıyan dəyərli və işiqlı insanlara 
 
Ömrün dolanbaclarından 
keçdik mərhələ-mərhələ. 
Bu yolda çox əzablara 
düşdük mərhələ-mərhələ. 
 
Boğulsaq da qəhərindən, 
ümid umduq səhərindən. 
Dərman sanıb zəhərindən 
içdik mərhələ-mərhələ. 
 
Hər addımda hədə, girov, 
düşdü qaça-qaç, qovha-qov. 
Gəldilər xalqa neçə növ 
biclik mərhələ-mərhələ. 


 
58
Verə bilmədik əl-ələ, 
odur ki, salındıq ələ. 
Yurd itirib eldən-elə 
köçdük mərhələ-mərhələ. 
 
Yanımızda qalanları, 
bizi dərdə salanları, 
başa bəla olanları 
seçdik mərhələ-mərhələ. 
 
Hərislikdən doğan tamah 
güc gəldi millətə, Allah. 
Gah alışıb kül olduq, gah 
bişdik mərhələ-mərhələ. 
 
Bax bu axan neft çayına, 
mümkünmü gözdən yayına? 
Düşdü kütlənin payına 
giclik mərhələ-mərhələ. 
 
Sən ay kasıbın balası, 
dərdinə kimlər qalası? 
Ağladı yetim anası, 
şişdik mərhələ-mərhələ. 
 
Sözdə nə çox səni sevən, 
ya da qurban gedən, Vətən. 
Fəqət igidlərə kəfən 
biçdik mərhələ-mərhələ. 
 
İllər ötür, ömür yarı, 
qalıb peşmanlıqla qarı. 
Səhv atılmış addımları 
ölçdük mərhələ-mərhələ. 
 
Şair, çox rəng vermə sözə, 
izlənib çıxarsan üzə. 
Görmürsən, gəlirlər bizə 
“üçlük” mərhələ-mərhələ? 


 
59 
 
 
PULSUZ KİŞİLƏR 
 
Telli Pənahqızına 
 
Bu da üstümüzə bir yeni həmlə, 
səni kövrəldəcək, məni üşüdər. 
Artır məmləkətdə silsilə ilə 
İmkansız kişilər, pulsuz kişilər. 
 
söykənc yeri yox, nə güman yeri, 
nə dərd anlayanı, ovunduranı. 
Məmləkət müstəqil olandan bəri 
Qalmayıb yurdda bir can yandıranı. 
 
Gündüz qul bazarı, gecə ac ünvan, 
işsiz oturmaqdan halsız kişilər. 
Gəzir küçələri boş-boş, sərgərdan, 
kütlə arasında yalqız kişilər. 
 
Nimdaş üst-başından yoxsulluq yağar, 
bu geniş dünyanı cəhənnəm bilər. 
Bir tanış, bir gözəl çöhrə görəndə 
Pörtər xəcalətdən, utanar, ölər. 
 
Arzusu, istəyi gözündə qalar, 
kül altda köz kimi yanan kişilər. 
Dost-doğma yanında xəcil olarlar, 
hər gün öz evində sınan kişilər. 
 
Görən, kim qarğıdı bu xalqı belə, 
görən, bu kütlənin nəymiş günahı? 
Millətin yiyəsiz övladlarının 
qaranlıq görünür hələ sabahı. 
 
 


 
60
Bu xalqı sındıran yaddımı?! –  Əsla, 
öz içimizdədir namərd kişilər. 
Hərdən yavan çörək tapmır, az qala, 
səninlə, mənimlə həmdərd kişilər. 
 
Bu ağrı vaxt – bivaxt gəzər canımda, 
ürəyim sancdıqca göynəyər sinəm. 
Bəlkə o naçarın biri yanında, 
bəlkə o bədbəxtin biri də mənəm?! 
 
 
 
GÖZLƏRİ YOL ÇƏKƏN VƏTƏN 
 
 
M.Babayev musiqi bəstələmişdir 
 
Ey mənim əbədi-əzəli yurdum, 
min ildir hərblərə meydandlr sinən. 
Bütün ölkələrin gözəli yurdum
sənin taleyinçün narahatam mən, 
  
 
taleyi narahat Vətən. 
 
Ey azər torpağı, ey ata yurdum, 
heç kimə, heç vədə qıymaram səni. 
Üzündə babamın qan izi vardır, 
ölərəm, düşməndə qoymaram səni, 
   
 
ey qanlı tarixim Vətən. 
 
Göyündə nə qədər qara bulud var, 
səni öz qanımla suvaracağam. 
Ey məni qoynunda bəsləyən diyar, 
mən səni xoş günə çıxaracağam, 
   
 
gözləri yol çəkən Vətən. 
 
Yam-yaşıl rübəndli, göy gözlü gözəl
vurğunam füsünkar təbiətinə. 
Qoy öpüm dağını, düzünü yüz yol, 
səndən sonra gəlir Məkkə, Mədinə, 
   
 
baş qoyum daşına, Vətən. 


 
61 
 
MƏNİM SARBANIM 
 
Bir ağır yol gəlir hələ karvanım, 
dözür bu səfərdə hər məşəqqətə. 
Mənim kitablarım – ömür sarbanım, 
üz tutmaq istəyir əbədiyyətə. 
 
Bu yolda nə qədər yolçular itmiş, 
səni çaşdırmasın şöhrət, a sarban. 
Bu yoldan ustadlar, dahilər keçmiş, 
bu yolda yol salan izlərə qurban. 
 
Burda başdan-başa dünya yaraşıq, 
bu yol kənarında kol olsan, sevin. 
Bura od yarışı, alov yarışı, 
sən burda zərrəcə kül olsan, sevin. 
 
Burda adilərçün açılmaz meydan, 
burda fövqəlbəşər şair Nizami. 
Şeir peyğəmbəri Füzuli burdan 
baxır söz mülkünün heyranı kimi. 
 
Bura çox müqəddəs bir fəxri ünvan, 
bura söz meydanı, şöhrət meydanı. 
Kim bilir, bəlkə də böyük Yaradan 
bu yerdən Meraca çəkmiş insanı! 
 
Bu ömür yolunda duyğum – sultanım, 
baxtımın qışından, yazından keçər. 
Mənim şeirlərim – mənim karvanım, 
içimdən yol gəlib kağıza köçər. 
 
Nə söykənc yerim var, nə pənah yerim, 
bu yolda müsafir olmaq nə çətin! 
and yerim bəlli, nə pənah yerim, 
nə heyrət etməyə çatmır qüdrətim. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə