Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə9/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   5   6   7   8   9   10   11   12   ...   78

 
36
 
İz salın Murovun ağ zirvəsinə,  
hay verin Boz qurdun haray səsinə.  
Hələ çox fırlanar dünya tərsinə,  
yeriyin, yeriyin düşmən üstünə.  
 
Əzin düşmənləri, əzin, yeriyin,  
üzün başlarını, üzün, yeriyin.  
Yarı qırılsaq da dözün, yeriyin,  
yeriyin, yeriyin düşmən üstünə,  
yeriyin, yeriyin düşmən üstünə. 
 
 
 
KİM İDİN, KİM OLDUN 
 
Sən əvvəllər bir səmimi insan idin, 
ara-sıra ətrafını anlayırdın, 
doğmaların möhnətini çəkərdin. 
 
Böyüdükcə manqurtlaşdın, xəbisləşdin, 
pullandıqca harınladın, xəsisləşdin, 
anlaşılmaz bir varlığa çevrildin. 
 
Sən gözümdə bar-bəhərli
sıx kölgəli ağac idin. 
Quruluqdan, təkəbbürdən 
xəzəl olub töküldün. 
 
Sən könlümdə bir möhtəşəm  
məbəd idin, inanc idin. 
Nadanlığa qurşanandan 
kərpic-kərpic söküldün! 


 
37 
 
BÜTLƏR, HEYKƏLLƏR 
 
Eramızdan əvvəlki zamanda,  
 
 
yeni din formalaşanda 
 
 
İbrahim peyğəmbər 
 
 
bütləri sındırıb dağıtdı. 
XX əsrin sonunda
 
 
Sovetlər Birliyi çökəndə, 
 
 
kütlə Marksın, Leninin 
 
 
heykəllərini söküb yıxdı. 
III minilliyin astanasında 
 
 
yeni inqilablar dövrü başlandı. 
Qarışdı ölkələr 
  
 
bir-birinə. 
Ehtirası qızışanlar getdilər 
 
 
 
bir az da dərinə. 
Başlandı çevrilişlər, 
  
 
devrilmələr, edamlar. 
Sanki bir neçə ilin içərisində 
 
 
 
ayıldılar, coşdular, 
 
 
 
dəyişdilər adamlar. 
Dağıdıldı nə qədər qəsəbələr, şəhərlər, 
 
 
 
axıdıldı günahsız qanlar. 
İranda Rza şahı, 
Əfqanıstanda Nəcibullanı, 
İraqda Səddamı, 
Liviyada Kəddafini 
 
 
 
qovdular, asdılar, 
 
 
   
                güllələdilər 
 
 
ehtirasları soyuq ağıllarını 
 
 
üstələyən insanlar. 
Misirdə Hüsnü Mübarəkə 
Suriyada Bəşər Əsədə 
 
 
 
hələ də 
 
 
diş qıcayır ölüm kabusu. 


 
38
(Deyirlər yaman əl-ayağa düşüblər 
 
 
    bu cür başçıların hamısı). 
Əsəbləri coşmuş insanlar 
 
 
     vurub sındırırlar 
 
 
     onların ölkəsini basmış 
 
 
     saysız heykəllərini. 
İfşa edirlər kütlə əleyhinə olan 
 
 
     əndazəsiz əməllərini. 
Peyğəmbərlərdən, bəşər tarixinə 
 
 
     adlarını yazmış dahilərdən 
 
 
     artıq insanlardımı onlar? 
Az qalır hər parkda, küçədə, 
                                 məktəbdə, bağçada 
 
 
     özlərinə heykəl qoydursunlar. 
İndi də Çində, Koreyada, 
 
 
     Vyetnamda, Rusiyada 
 
 
     bu hərəkat başlanıb daha.  
Deyəsən sivilizasiyanın III minilliyində 
büsbütün dünya demokratiya ilə 
 
 
     getmək istəyir sabaha. 
Təki, zor gücünə açılmasın 
 
 
     demokratiyanın qapısı. 
Təki, bu yolla gedə bilsin 
 
 
     dünya ölkələrinin hamısı. 
Diktatorlara, krallara, tayfabazlara 
 
 
     "yox" deməyə başlayıb əksər ölkələr. 
Deyəsən, axı yaxınlaşmaqda olan o gün 
                                          tezliklə gələr. 
Daha düzünü isə Allah bilər. 
 
 


 
39 
DÖRDLÜKLƏR 
 
Ömrün rahat anı şirindir, ancaq 
azmanlar həmişə çətin yol seçir. 
İnsan var bir xalqı çəkir dalınca, 
insan var həyatı yedəkdə keçir. 
                                        *** 
Mənə ürəyimin diktəsi yetər
kimə bacarmışam, əl uzatmışam. 
Arzuya çatmağın özü bir zəfər, 
mən çox istəyimə bu cür çatmışam. 
                                        *** 
Kim ömrünün mənasını nədə görür, 
kim həyata  ağlı ilə baxa bilir? 
Kim əməli, hünəriylə zirvələşir, 
kim yaşının olinpinə qalxa bilir. 
                                        *** 
Pisin təxəyyülü, xisləti xəstə, 
pis imkan düşdükcə pisə meyl edir. 
Dünya yaxşıların əlləri üstə, 
el də yaxşıların dalınca gedir. 
                                        *** 
Torpaqdı, günəşdi, havadı, sudu, 
dirilik dediyin o hikmət budu. 
Biri çatışmasa bunlardan, fəqət 
məhv olar hər şeyə qadir təbiət. 
                                        *** 
Ah, neçə gözəlçün alışdım, yandım, 
nə qədər macəra yaşadı könlüm. 
Hansını sevdimsə ürəkdən sevdim
onun möhnətini daşıdı könlüm. 
                                        *** 
Bir vaxt gözəllərə ithaf yazırdım, 
bitib tükənmirdi söhbətim, sözüm. 
O zaman özümçün gözəl gəzirdim, 
indi gözəl gəlin axtarır gözüm. 


 
40
 
                                        *** 
Yazın nəfəsiylə təbiət yenə 
halını dəyişmiş, nəbatat şişmiş. 
Həzrəti İsa da yəqin bu yolla 
müqəddəs Məryəmin bətninə düşmüş. 
                                        *** 
Nə gözəl məkandı bu Yer kürrəsi, 
nə şirin zamandı yazın gəlişi. 
Yazda yer üzünə zinət verməkdi 
bəlkə Yaradanın ən zərif işi. 
                                        *** 
Elə ki, təbiət oyanır nazla, 
bülbül nəğmə qoşur gülə avazla. 
Mənə elə gəlir tək nəbatat yox
Adəmlə Həvva da yaranıb yazda. 
                                        *** 
Nazlı təbiətin min rəngidir yaz, 
min gülün, çiçəyin çələngidir yaz. 
Hər yerdə, hər zatda bir şux oyanış, 
dünyanın zəriflik ahəngidir yaz. 
                                        *** 
Bu dağlar cənnətin özüdü bəlkə, 
gül-çiçək sehrli sözüdü bəlkə? 
Adəm bu yerlərdən qovulan gündən 
çeşmələr ağlayan gözüdü bəlkə? 
                                        *** 
Azacıq imkanın varsa, özündə 
güc tap, imkansıza pənah yeri ol. 
Tərəzi dediyin xalqın gözündə 
səxavət yiyəsi, el sərvəri ol. 
                                        *** 
Bu qədər qohumu, doğmanı, dostu 
necə eyləyəsən səfnəzər, Allah? 
Dostun nanəcibi tez unudular
doğmanın pisindən əlhəzər, Allah. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə