Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə7/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   2   3   4   5   6   7   8   9   10   ...   78

 
26
Sərraflar yazanda bir yeni əsər
hər kəlmə üstündə titrəyər, əsər. 
Kim sözü külçətək, kərpictək kəsər, 
onu söz mülkünə hörməyi gələr. 
 
Fəxrəddin, şairlik duyğudu, dərddi, 
şeirin gah şirindi, gah acı, sərtdi. 
Kim söz bağçasından bir buta dərdi, 
onun misrasından gül iyi gələr. 
 
 
 
MİLLƏT ŞƏRQİSİ 
 
Qalx, ey zavallı millətim, yetər 
bu qədər əzaba dözdüyün illər. 
Yadlar neçə yol yurd yerlərini
doğmalar sadəlövh xalqı böldülər. 
 
Qalx, vətəndaş millət, həmrəy olmağa, 
qalx, aldanmış millət, həmrəy olmağa! 
 
Rədd olsun araya nifaq salanlar, 
rədd olsun kütlədən qisas alanlar. 
Biz tayfa deyilik, ixtiyar xalqıq, 
hayqıraq – istiqlal, deyək – azadlıq! 
 
Bacılar, qardaşlar bir rəyə gəlin, 
gələcək naminə birliyə gəlin! 
 
Qalx, ey yaraları hələ qan Vətən, 
gücünü birlikdə göstər, can Vətən. 
Bizim nicatımız bütövlüyündə, 
                        azad Azərbaycan həmrəyliyində. 
 
Yığılın, soydaşlar həmrəy olmağa
bu xalqa, bu yurda kömək olmağa! 
                                                        1990 


 
27 
 
 
DURBİN 
 
Bir gün təbiətə durbinlə baxdım, 
bir anlığa uzaqları yaxınlaşdırdım, 
ormanları dolaşdım, dağlara qalxdım, 
məsafə səddini durbin şüşəsində sındırdım. 
Əlim çatan sayaq seyr etdim dörd yanı, 
qənşərimdə qoynunu açan gördüm dünyanı... 
Sanki yatağında nazlanırdı çay, göl, 
gül çələngi bağlayırdı çəmən, çöl. 
Şəlalə seyrindən məst olmuşdu dağ,dərə, 
ağaclar yallı üçün yığılmışdı bir yerə. 
Ayrı bir biçimdə idi təbiət, 
        
 
 
ovsunlanmışdım, 
        
qəlbimdə duyğu, gözümdə heyrət. 
Amma bir fakt da danılmaz həqiqət. 
Durbinlə uzaqları yaxında görsəm də, 
                                                    fəqət 
yan-yörəmə nəzər yetirə bilmədim, 
heç ayağımın altını görmədim. 
Durbin məni ətrafımdan ayırıb ucaltdı, 
durbin məni, fənd işlədib aldatdı. 
Durbin başımı ucuz ucalıqla qatdı, 
durbin məni aldatdıqdan sonra anlatdı. 
Biz də bu cür millətik, 
                       çox tez aldanırıq. 
Biz həmişə aldanandan 
                       sonra anlayırıq. 
 
 
 
 
 
 


 
28
CƏSURLARIN NƏĞMƏSİ 
 
qədər əzaba dözsün 
bu səbri ümman Vətən? 
Sinəsində yağı gəzən 
yaralı aslan Vətən. 
 
Yurd yerindən qovulursa 
hələ min-min soydaşın, 
demək savaş alnımıza 
yazılıbdı, qardaşım. 
 
Təsir etməz daha bizə 
nə yalvarış, nə hədə. 
Mücahidlik, əqidəmiz 
dəyişilməz heç vədə. 
 
Öncə Vətəndir deyirik, 
yox qeyri qərarımız. 
Çünki heç kimə qalmayıb 
daha etibarımız. 
 
ATƏT
*
-lə torpaq qayıtmaz, 
budur sözün qısası. 
Xalqı məcbur eyləyirlər 
dola səbr kasası. 
 
Bizim olmaz, ağrıları 
keçməsə səndən, məndən. 
Əsgər çəkməsi altında 
qalan torpaqdır Vətən. 
 
Ər oğullar önə çıxsın, 
el də gəlsin dalınca. 
Ayrı bir yol yoxdur artıq, 
bu yurd azad olunca. 
                                                 
*
 ATЯT – Qarabaь savaшыnы nizamlamalы olan rяsmi beynяlxalq tяшkilat. 


 
29 
XƏTAİ İŞIĞINDA 
 
 
Xətainin heykəli önündə düşüncələr 
(dördlüklər) 
 
Ey böyük məmləkət quran Xətai
düşmənin əzmini qıran Xətai. 
Sən qoyan Vətəndən qalmayıb əsər, 
qılıncı əlində duran Xətai. 
 
Hünər təcəssümü, məğrur Xətai, 
təpədən dırnağa qürur Xətai. 
Kim səni oturtdu bu daş üstündə, 
sıyır qılıncını, bir dur, Xətai?! 
 
Sən ey fikri məchul, pərişan babam, 
qələbə əzmiylə alışan babam. 
Çaldıran çölünə kim çəkdi səni, 
tutduğu əməldən peşman babam? 
 
Ey şair Xətai, ey şah Xətai
dövlətə, millətə pənah Xətai. 
Şeirin ürəkləri fəth eyləsə də, 
qılıncın etdi min günah, Xətai! 
 
Ayıl, dərdli babam, ey şahi – Mərdan, 
sənsiz yarımadıq bir dostdan, yardan. 
Qoruya bilmədik əmanətini, 
bu aciz milləti hifz eylə qurddan. 
 
Səndən utanırmı torpaq satanlar, 
millətin ömrünə zəhər qatanlar? 
Vətən təəssübü çəkirlər  guya, 
pulu qeyrətindən üstün tutanlar. 
 
Ey ulu əcdadım, ey böyük ələm
istərəm sənintək yaşayam, öləm. 
Yazdın bu millətin hünər tarixin, 
bir əlində qılınc, birində qələm! 


 
30
ŞAH XƏTAİNİN RUHU İLƏ GİLEY-GÜZAR 
 
Yüz ildir kiçilir məmləkətimiz, 
yüz ildir nisgilli, dağlıyıq, dədə. 
Qaçqınıq, köçkünük, didərginik biz, 
qoyub dərdimizi ağlayaq, dədə. 
 
Yüz ildə neçə yol bölündük, böldük, 
Vətənə yad olduq, millətə dönük. 
Fərsizik, gücsüzük, acizik, nəyik, 
axır bu torpağın oğluyuq, dədə. 
 
Kiçik millətlərə söylədik – özgə, 
bölündük kəndbəkənd, bölgəbəbölgə. 
Nə bütöv xalq olduq, nə böyük ölkə, 
Ləzgi, Tat, Kürd, Talış, Dağlıyıq, dədə. 
 
Xeyrinə ortaqlar, şərinə özgə, 
naqislər Vətəni sevərlər üzdə. 
Deyirlər kasıbıq, onunçun biz də
Vətənə bu qədər bağlıyıq,dədə. 
 
Kimə imkan düşür dağıdır, sökür, 
biri bank açdırır, biri bağ tikir. 
Gözümüz önündə məmləkət çökür, 
nankoruq, qulduruq, oğruyuq, dədə. 
 
Bu yolla düşmənə yurd satan bizik, 
neçə günahsıza şər atan bizik. 
Bu gün Həccə gedən şarlatan bizik, 
biz ayrı kimik ki, biz buyuq, dədə. 
 
Boğur kişiləri içindən qəhər, 
nə vaxt üzümüzə açılar səhər? 
Hələ ki, tapılmır bir ər oğlu ər
hələ qəlb göynədən ağrıyıq, dədə. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə